2. AĞA MƏHƏMMƏD ŞAH QACARIN QARABAĞA
IKİNCİ YÜRÜŞÜ VƏ ONUN NƏTİCƏLƏRİ
A ğa M əhəm m əd şah xeyli vaxtdan sonra qərara gəlir
ki, yenidən Şuşaya gəlsin. İbrahimxəlil xan Araz üzərində
yeganə körpünün tağlarını uçurtduğu üçün çayı keçmək
qeyri-m üm kün idi. Buradan ancaq qayıqla keçmək olardı.
İbrahim xəlil xan A ğa Məhəmməd şah Qacarın Şuşa-
ya gəlm əsindən xəbər tutmuşdu. Arazın kənannda düşərgə
seçdiyi sahə, tağları uçurulmuş körpüdən çox aralı idi.
Ağa M əhəm m əd şahın əmrinə əsasən çayın yuxarı his-
səsində olan bütün qayıqların buraya gətirilməsi əmri
verilm işdi ki, qoşun çayı keçə bilsin.
Lakin Ağa M əhəmməd şah Qacarın Qarabağ xanlığı
üzərınə ikinci dəfə hücurna keçməsi ilə bağlı bir çox tarix-
çilər m üxtəlif fıkirlər söyləmişlər.
Bununla bağlı tarixçi Mirzə Adıgözəl bəy yazır:
“Qızılbaş qoşunu A ğa M əhəmməd şahla bərabər Arazm
kənarına gəldi və onlar Qarabağ ərazisinə daxil oldular.
X anlıqda aclıq olduğuna görə, Şuşa qalasında dayanıb,
kiçık q ü w ə ilə qaniçən bir düşmənlə vuruşmaq mümkün
deyildi. Uca mərtəbəii xan əhli-əyal, övlad və nəvələrini,
canlarından keçən bəylərin əhli-əyalım götürüb Car və
Talaya hərəkət etdi. M ərhum İbrahimxəlil xanın kürəkəni
Nəsir xan, Şahsevən Əta xan, mərhum xamn kürəkəni
şəkili Səlim xan və Qarabağın sair məşhur bəyləri də
22
behiştlik İbrahimxəlil xanla bir yerdə səfər etdilər” (Bax.
T.M ustafazadə. “Q arabağxanlığı” Bakı-2010. səh 170.).
M əşhur tarixçi Mirzə Camal bu məsələ ilə bağlı
yazırdı: “Qarabağ vilayətində 3 il davam edən quraqlıq
nəticəsində taxıl və başqa bitkilər məhsul vermədiyindən,
şiddətli qıtlıq baş vermişdi. ... Ağa Məhəmməd şah
qızılbaş qoşunu ilə Araz çayının kənarma çatdı. Azuqənin
qəhətliyindən və son neçə ilin əziyyətindən sonra Şuşa
qalasmda belə güclü padşahm qarşısmda durmaq çətin idi.
Əlacsız qalan xan arvad-uşağı, qohumları və sədaqətli
xidmətçiləri ilə qaladan köçüb, Car və Tala tərəfə getdi ki,
orada dayamb, Dağıstan, Gürcüstan və başqa vilayətlər
kömək edərlərsə, tədarük görüb müharibəyə hazırlaşsın,
əks təqdirdə oradan Dağıstana, öz qohumu Avar hakimi
Ümmə xanm evinə gedərək Ağa Məhəmməd şahın əziyyə-
tindən qorunsun (Mirzə Camal, “Qarabağ tarixi” Qarabağ-
namələr, 1-ci kitab, Bakı - 1989. səh. 118-120).
Ağa Məhəmməd şah İbrahimxəlil xanın Şuşam tərk
etməsi xəbərini Araz sahilində eşitdi və onu tutmaq üçün 2
min nəfərlik hərbi dəstə göndərdi. Bu dəstə Tərtər körpüsü
yaxmhğmda İbrahimxəlil xana çatdı. Ancaq bu döyüşdə
xan qalib gəldi və sağ-salamat öz adamları ilə birlikdə Kür
çayından keçib, Car-Balakənə getdi.
N.Dubrovin də yazır ki, şah özünün ən yaxşı
sərkərdələrinin başçılığı ilə 2 min döyüşçünü xam təqib
etmək üçün göndərdi. Dəstə Tərtər çayı sahilində xana
23
çatdı, lakin İbrahimxəlil xan düşməni əzdi və yoluna
davam etdi.
Demək olar ki, son tədqiqatlarda istedadh fransız
yazıçısı Jan Kevrin Ağa Məhəmməd şah Qacarm həyat və
fəaliyyətinə həsr etdiyi “Xacə şah” adlı tarixi romanma
istinadən, bu məsələ ilə bağlı olduqca tutarlı, yeni fikirlər
irəli sürmüşdür.
Jan Kevrinin tədqiqat xarakterli əsərindən aydın olur
ki, İbrahimxəlil xan Ağa Məhəmməd şah Qacarın Şuşaya
ikinci dəfə hücum etmək niyyətindən xəbərdar imiş, onun
qarşısmı almaq üçün ciddi hazırlıq işləri görmüş və şah
Qacarın qoşunlarma lap əw əldən başlayaraq müqavimət
göstərmişdir.
Jan Kevrin yazır: “İbrahimxəlil xan bir neçə dəfə
çayın bu biri tərəfinə keçən qoşuna hücum etsə də, hər
dəfə geri çəkilmək məcburiyyətində qalırdı. Bu da Qacarın
qoşununda təlim görmüş dişi itlərə görə idi. Bu itlər də
əsasən talışların idi. Onlar əsgər gedəndə dişi itləri özləri
ilə aparırdılar. Elə ki, İbrahimxəlil xanın qoşunu yaxmla-
şırdı, onda bu itlər hürərək qoşunu ayağa qaldırırdı. Ağa
M əhəmməd şah Qacar öz qoşununu tamamilə çaym o biri
tərəfinə keçirdi. Onu tam şəkildə yola salsa da, İbrahim-
xəlil xanın qəfil hücumunu gözləyirdi. Dar keçidlərdən,
meşələrdən keçən zaman xüsusilə ehtiyatlanırdı. O, yaxşı
bilirdi ki, hər an ona qarşı sui-qəsd ola bilər. Belə ki, o
öləndən sonra heç kəs, İbrahimxəlil xanm qarşısına çıxa
bilməyəcəkdir. Xacənin cangüdənləri xüsusilə də meşəlik-
24
lərdə hərəkət edəndə ağaclarm başlarına kimi hər şeyə
diqqət yetirirdilər. Xacə gecələr düşərgənin ətrafmda dişi
itlərlə yanaşı, bir neçə gənci qarovul qoyardı. Bu maneə-
lərdən kim insə keçməsi qeyri-mümkün idi.
Nəhayət Qacar Şuşaya doğru hərəkətə başlayır. Məq-
səd İbrahimxəlil xanı tutub cəzalandırmaq idi, O, yaxşı
bilirdi ki, nə qədər İbrahimxəlil xan sağdır, onun rahat ya-
şaması m üm kün deyil. Ağa Məhəmməd şah Qacarın ha-
kimiyyəti dövründə Qarabağ adlanan torpaq, qədimdə Ar-
ran adlandırılan geniş bir məntəqənin bir hissəsi idi. Kür
və Araz məntəqələri arasında olan bütün sahələr Arrana
məxsus idi.
Şərqə doğru bu iki çaym birləşən yerinə Şirvan de-
yirdilər. Qərbə doğru isə onların arası (birləşməsi) Arran
adlanırdı.
Bu dövrdə Qarabağın 300 min əhalisi var idi. Onların
iki bayraım var idi. Birinci bayram - novruzu 13 gün keçi-
rərdilər. İkincisi isə peyğəmbərin anadan olması günü idi.
Bu zaman hamı bir-birini təbrik edirdi və ruhanilərin evlə-
rində xütbə oxunurdu.»
Jan Kevrin yazdığına görə, Ağa Məhəmməd şah Qa-
car Şuşaya çatdıqdan sonra başa düşdü ki, Şuşa müdafiəyə
hazırdır, şəhəri mühasirəyə aldı. Topçulara bildirdi ki, bü-
tün top zərbələrini bir nöqtəyə tuşlasınlar. Belə ki, divarı
yuxarıdan aşağıya uçurmağa başlasınlar. Topçularm ara-
sında Həmid adlı birisi var idi ki, çox təcrübəli topçu idi.
0 , hələ Təbrizdə Şuşa qala divarı haqqında Ağa Məhəm-
25