Ъянуби азярбайъанда милли – демократик щярякат



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/107
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32461
1   ...   17   18   19   20   21   22   23   24   ...   107

- 7 -
əmir, görkəmli Şavur ibn Fəzl əmr etdi. Allah onun hakimiyyətini uzun eləsin.
Qazi Əbülfərəc Məhəmməd ibn Abdullahın əlləri ilə Allah ona tofiq versin,
əməli dəmirçi İbrahim ibn Osman ibn Əngəvey: - 455-ci il. (Hicri).
Gürcü çarı Demetre 1139-cu il 30 sentyabr Gəncə zəlzələsindən sonra
şəhərə soxulur, qənimətlə birgə Gəncə qapılarını da aparır. Bunu Gəncəli
Kirakos yazıb. Qapı Kutaisidə Gelati monastrında Demetrinin atası Qurucu
Davidin məqbərəsinin üzərini bəzəyir. Qapının bir tayının eni – 1,72 metr,
hündürlüyü – 3,3 metr qapının o biri tayının taleyi.
Akademik Frenin tarixi arayış verir – 1835-ci ildə yazılıb: İmperator II
Yekaterina İmperiya çarı Solomovun yanına mahir bir usta göndərdi ki, Gelati
məbədinin tavanını düzəltdirsin. Həmin usta öləndən sonra işçilərini mismarı
tükənir. Ona görə də çarəsiz qalan rahiblər Gəncə qapısının bir tayını  əridərək
mismar düzəldirlər.
S.Rüstəmxanlının misraları yada düşür:
Salam Gəncə qapısı,
qürbətdəki qardaşım,
Salam, duzum, çörəyim,
poladlaşan göz yaşım.
  Salam Gəncə qapısı…
   1067-ci ildə Şavur öldü, Gəncə Cümə məscidində dəfn olundu.
Savur hakimiyyətinin sonunda Səlcuqların vassallığını qəbul etməyə
məcbur olur.
Yaxın və orta Şərqdə, həmçinin Zaqafqaziyada güclü dövlət yaradan
Səlcuqlar Şəddadilərin müstəqilliyini özləri üçün təhlükə hesab edirlər. Buna
görə Sultan Məlikşah 1088-ci ildə Gəncəni tutdu. III Fəzlunu əsir olaraq
Bağdada göndərdi. O, 1091-ci ildə  əsirlikdə öldü. Beləliklə, 1088-ci ildə
Şəddadilər dövləti-Səlcuqlar tərəfindən süquta uğradıldı. Sultan Məlikşah Gəncə
əmirinin ixtiyarına 48 min qoşun verdi.


- 8 -
Mənbələrin məlumatına görə Şəddadilərin 150 minlik nizami ordusu var
idi.
Şair Qətran Təbrizi və Qobusnamənin müəllifi Keykavus Gəncədə
yaşayırdı.
                                         Rəvaddilər dövləti.
Bu dövlət ərəb xilafətinin zəifləməsi zamanı Azərbaycanın cənub
torpaqlarını bir hissəsində yaranmışdır. VIII yüzillkdə onlar Marağa, Təbriz və
Əhərin hakimi olub. Şalarilər hakimiyyətə gəldikdə Rəvvadiləri özünə tabe
etmiş və bu dövlət öz müstəqilliyini itirmişdir.
Bu nəsildən olan Qaradan hakimi Əbuheyca 981-ci ildə Salari İbrahimə
tabe olmaqdan imtina etdi və hakimiyyəti ələ aldı. Beləliklə Rəvvadilər dövləti
yarandı. Dövlətin paytaxtı  Ərdəbildən Təbrizə köçürüldü. Bu dövlətin ərazisi,
əsasən, indiki İran Azərbaycanı  ərazisini əhatə edirdi. 987-ci ildə  Əbülheycə
Erməniyyəni özünə tabe etdi. Xoy və Urmi tabe edildi. 1042-ci ildə Təbrizdə
güclü zəlzələ baş verdi. 40 mindən çox adam öldü.
İbn əl – Əsirin yazdığına görə, Səlcuq hakimi Toğrul bəy 1054-cü ildə
Təbrizə gəldiyi zaman Bəhsudan ondan vassal asıllığını qəbul etdi.
Rəvvadilərin hakimiyyəti dövründə, əvvəlcə 1021-ci ildə, 20 min nəfər,
sonra 1038-ci ildə ikinci dəfə xeyli oğuz tayfası Cənubi Azərbaycan ərazisində
məskunlaşdı. Rəvvadilər onların qüvvələrindən Bizansa və  Şəddadilərə qarşı
istifadə etmək istəyirdi. Bəhsudan oların tayfa başçısının qızı ilə evlənmişdi. Bu
tayfalar düşməncəsinə davranaraq Marağa şəhərini talan etdilər. Bunu görən
Vəhsudan 1040-cı ildə oğuzların başçılarını (30 nəfər) Təbrizə çağırıb məhv
etdi.
Səlcuq Sultanı Alp Arslan 1065-ci ildə Rəvvadilərin daxili
müstəqilliyini ləğv edib, Təbrizə Səlcuq əmiri təyin etdi. Bununla da Rəvvadilər
dövləti (979-1054/1065+) siqut etdi.
IX-XI  əsrlərdə Azərbaycanda müstəqil fedal dövlətlərinin yaranması
müstəsna əhəmiyyəti olan hadisə idi. Bu dövlətlər onları yaradanların Sülalə


- 9 -
mənşəyi və mənsubiyyətindən asılı olmayaraq Azərbaycan torpağında Milli
zəmində təşəkkül tapırdılar. Onlar xalqın əmin-amanlığı  şəraitdə yaşamasına
şərait yaratmaqla yanaşı, onlarda istiqlal duyğularını gücləndirirdilər.
Sacilər dövləti (889-942).
IX əsrdə Azərbaycanın cənub torpaqlarında paytaxtı Təbriz, banisi Əbu
Sac Divdad (adlı-sanlı türk sərkərdəsi) olub. O, Səhl İbn Sumbatın xəyanəti
nəticəsində Babəkin tutulub Bərzəmdə, Afşinin düşərgəsinə aparılmasında
iştirak etmişdir. Onun oğlu Məhəmməd xidmətləri ilə Xəlifənin rəğbətini
qazanaraq 889-cu ildə Aəzərbaycanın hakimi təyin olunur. O, Marağa hakimini
susdurdu. 893-cü ildən etibarən bir neçə dəfə Erməniyyə yürüş etdi. Erməni
hakimi Sumbatın ailə üzvlərini əsir götürdü. Tiflisi talan etdi. Ərəb mənbələrinə
görə Məhəmməd 901-ci ildə Bərdədə taun xəstəliyindən ölüb.
Məhəmməddən sonra hakimiyyətə oğlu Divdad keçir. Onun idarəçiliyi
çox çəkmir. Əmisi Yusif onu hakimiyyətdən salır. Yusif Xilafətdən ayrılmaq
üçün cəhd göstərir, Ərməniyyə və Gürcüstanı qarət edir. Ərməniyyə hakimi I
Sumbatı Dvində (dəbil) ələ keçirib edam etdirir. Demək olar ki, Azərbaycan
bütünlüklə onun hakimiyyəti altında birləşmişdi. Yusif hər il Xilafət xəzinəsinə
– 120 min dinar xərac verirdi. 912-ci ildə l, xərac verməkdən imtina etdi. Bu
xilafətlə müharibəyə səbəb oldu. Yusif 918-ci ildə 7 minlik qoşunla 20 minlik
xəlifə ordusunu məğlub edir. Sonra ərəb sərkədəsi Munisi məğlub edir, lakin
Munis böyük qüvvə toplayıb 919-cu ilin iyulunda Yusifi məğlub edir, özünü əsir
götürür, Yusif  3 il zindanda yatır, lakin Sacilər dövləti ərəblərə qarşı mübarizəni
dayandırmır. Bunu nəzərə alan Xəlifə yaxın ətrafın məsləhəti ilə 922-ci ildə
Yusifi Azərbaycan və Erməniyyə canişini, Rey, Qəzvin, Zəncan valisi təyin edir.
O, bunun müqabilində hər il xəzinəyə 500 min dainar xərac verməli idi. Lakin
onun siyasi nüfuzu xəlifəyə rahatlıq vermirdi. Buna görə Xəlifə onu xilafətə
qarşı üsyan qaldırmış qərmətilərə qarşı müharibəyə göndərir. 927-ci il 27
dekabrda Kufə yaxınlığında Yusifin qoşunu məğlub olur, özü əsir düşüb


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə