Yazı bacarığı üzrə məzmun standartları və təlim məqsədləri



Yüklə 4,66 Kb.
Pdf görüntüsü
səhifə15/100
tarix29.09.2017
ölçüsü4,66 Kb.
#2337
1   ...   11   12   13   14   15   16   17   18   ...   100

BİR OVUC TORPAQ
Rafiq Yusifoğlu
Dinləmə mətninə aid suallar:
1. Biz düşmənə nə vaxt qardaş demişik? Bu, hansı dövrə təsadüf edir?
2. Qaçaqaç nə naxt düşdü? Buna səbəb nə idi?
3. Şeir kimin dilindən yazılıb?
4. “Nə nəfəs çəkə bildim,
Nə köks ötürə bildim” misraları ilə şair nə demək istəyir?
5. Şeirin axırıncı bəndini öz sözlərinlə izah et.
Yazı
Onlar mütləq doğma yurdlarına qayıdacaqlar” mövzusunda inşa yazın.
Dil qaydaları
6-cı tapşırıq. Mavi rənglə verilmiş cümlədə “meydan” və “texnika” sözləri seçilir və cümlə
içərisində işlədilir. 
7-ci tapşırıq. [ma:licə], [sa:t], [mə:llif]
30-cu səhifədə verilmiş qayda mənimsədilir. Müəllim bir daha xatırladır ki, fonetik təhlil za -
manı hecaların sayı və ahəng qanunu sözün yazılışına, səslər isə tələffüzə əsasən müəyyən -
ləş dirilir. 
8-ci tapşırıq.  
Müəllimin nəzərinə: Çalışmaq lazımdır ki, şagirdlər seçdikləri sözləri fonenik təhlil edərkən
aşağıdakı ardıcıllıqla aparsınlar və bu cür təhliletmə onlarda vərdiş halına çevrilsin;
məsələn: sehrli  [sehirli]
sehr-li
9-cu tapşırıqda verilən sözlər səs tərkibinə görə izah edilməlidir: [tüfənk], [müdafiyə],
[səkgiz], [təyya:rə].
10-cu tapşırıqda rəhmli, müalicə, camaat, təəssüf sözlərində hecaların sayı yazılışına və
deyilişinə görə fərqlidir. 
İş dəftərinin 18-ci səhifəsindəki tapşırıqlar yerinə yetirilə bilər.
QiymətləndirməMüşahidə, yazı işləri, danışma, dil qaydaları üzrə sual və tapşırıqlar
əsasında təlim məqsədinin nə dərəcədə reallaşdığı qiymətləndirilir.
Düşmənə qardaş dedik,
Başımıza daş düşdü.
Bizi qırıb-çatdılar,
Yaman qaçaqaç düşdü.
Yad tapdağı altında
Qaldı evim, eşiyim.
Qaldı qoyunum, malım,
Qaldı itim, pişiyim.
Nə nəfəs çəkə bildim,
Nə köks ötürə bildim,
Həyətdən bircə ovuc
Torpaq götürə bildim.
Dönə bilməsəm geri,
Sönsə ömür çırağı,
Gözümə atarsınız
O bir ovuc torpağı.
6 hərf, 7 səsdən ibarətdir. 
Ahəng qanununa tabe olur.
[s] – samit, kar, cingiltili qarşılığı [z]
[e] – sait, incə, dodaqlanmayan
[h] – samit, kar, cingiltili qarşılığı yoxdur
[i] – sait, incə, dodaqlanmayan
[r] – samit, cingiltili, kar qarşılığı yoxdur
[l] – samit, cingiltili, kar qarşılığı yoxdur
39
AİLƏ VƏ MƏKTƏB
Çap üçün deyil


40
Dərs 8. TOM ÖZÜNÜ FƏDA EDİR (6 saat)
Motivasiya
– Təsəvvür edin ki, sinfinizə təzə qız gəlib. Oğlanlar onun rəğbətini qazanmaq üçün dəridən-
qabıqdan çıxırlar. Hətta oğlanlar arasında elə rəqabət yaranıb ki, onlar bir-birinə düşmən
kəsiliblər. Belə bir vəziyyətdə siz özünüzü necə aparardınız?
Ayrıca oğlanların və qızların fikri soruşulur. Müəllim hamını səmimi cavab verməyə çağırır. 
3-cü sinifdə keçilmiş sinifdənxaric oxu mətnlərindən “Hiyləgər Tom Soyer” hekayəsi xatırlanır.
Müəllim Tom Soyer obrazını səciyyələndirməyi tapşırır. 
Oxu
(“Ziqzaq”)
Şagirdlər 4 qrupa bölünürlər və “Ziqzaq” metodu ilə hər qrup üzvü nömrəsinə uyğun mətnin
hissəsini oxuyur və üzvü olduğu qrupun digər üzvlərinə də həmin hissəni başa salır. Mətn bütün
şagirdlərə aydın olduqdan sonra bir, yaxud iki nəfər tərəfindən nəql edilir. 
Mətnin tam qavranıldığını yoxlamaq məqsədilə suallar verilir.
– Nə üçün Alfredlə oturmaq Bekkini darıxdırdı?
– Nə üçün Bekki Tomun üzrxahlığını qəbul etmədi, axı o da Tomla barışmaq istəyirdi?
– Tom Bekkini müəllimin kitabını oxuyan zaman “tutanda” Bekki nə üçün ağlamağa başladı?
Mətnin III hissəsinə görə, Bekkinin necə şagird olması haqqında nə deyə bilərsiniz?
– Tomun son hərəkətini necə qiymətləndirirsiniz?
Dərsliyin 32-ci səhifəsindəki 2-3-cü tapşırıqlar yerinə yetirilir. 
Məzmun standartları
Təlim məqsədləri
1.2.1. Müşahidə etdiyi, eşitdiyi, oxuduğu
hadisələr haqqında kiçik təqdimatlar edir. 
Oxuduğu mətndəki qəhrəmanları
xarakterizə edir.
1.2.4. Verilmiş sadə mətni bədii ifadə
vasitələri ilə zənginləşdirməklə obrazlı və
emosional nəql edir.
Oxuduğu mətnin davamını təxəyyülünə
uyğun nəzmlə və ya səhnələşdirilmiş
şəkildə təqdim edir.
2.1.2. Öyrəndiyi yeni söz və terminləri
təqdim edir.
Mətndə rast gəldiyi yeni söz və terminləri
kontekstə əsasən izah edir.
2.2.2. Bədii və elmi-kütləvi mətnlər
haqqında kiçik təqdimatlar edir.
Oxuduğu bədii mətn parçasını təfsilatı ilə
nəql edir.
2.2.3. Verilmiş mətni genişləndirmək və da -
vam etdirmək məqsədi ilə yaradıcı plan tutur.
Mətnin məzmununa yeni süjet xətti əlavə
etməklə yaradıcı plan tutur.
2.2.4. Mətnin ideyasını müəyyənləşdirir və
obrazları sadə şəkildə səciyyələndirir.
Oxuduğu əsərdəki obrazlar barədə fikir
yürüdür.
Oxuduğu mətndəki obrazların hərəkətinə
münasibət bildirir.
2.2.5. Mətnin məzmununu genişlən dirilmiş
formada yaradıcı nəql edir.
Mətnin süjet xəttinə əlavələr etməklə
yaradıcı şəkildə nəql edir.
3.1.4. Mühakimə xarakterli kiçikhəcmli rəy-
inşa yazır. 
Oxuduğu mətnin ideyasını mövzu kimi
seçərək inşa yazır.
Oxuduğu əsərdəki müəyyən epizodla bağlı
kiçikhəcmli esse yazır.
4.1.1. Sadə formada fonetik təhlil aparır.
Ahəng qanununa tabeliyinə görə sözləri
fərqləndirir.
Fonetik təhlil zamanı bəzi şəkilçilərin deyilişi
ilə yazılışını fərqləndirir.
4.1.5. Köməkçi nitq hissələrini tanıyır, on la -
rın əsas nitq hissələrindən fərqini izah edir. 
Əsas nitq hissələrinin xüsusiyyətini
müəyyənləşdirir.
1
Çap üçün deyil


Yüklə 4,66 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə