35
Səhifəni hazırladı: Elman Yusifov
Keçiqulağı (Verbascum sp.)
Unutmaməni (Miyosotis sp.)
Zəngçiçəyi (Campanula sp.)
1.
Gəvən (Astragalus sp.)
Şərq xortumçiçəyi (Rhynchocorys orientalis)
Barmaqvari bozqovqac (Pseudovesicaria digitata)
36
İdman
UEFA Gənclər Liqasında
C qrupunda mübarizə aparan
U-19 komandamız 4-cü tur
çərçivəsində səfərdə İspaniya-
nın “Atletiko” klubu ilə qarşı-
laşıb.
Oyunda “Qarabağ”ımız 1:0
hesablı qələbə qazanıb. Ko-
mandamıza qələbə qazandı-
ran qolu Yaroslav Deda vurub.
Qeyd edək ki, “Qarabağ”ımız
UEFA Gənclər Liqasında qələbə
qazanan ilk Azərbaycan klubu
oldu.
“Atletiko” (İspaniya) –
“Qarabağ” (Azərbaycan) - 0:1
Qol: Yaroslav Deda, 45
U-19 komandamız Gənclər Liqasında ilk
qələbəsini qazandı
“Qarabağ” Azərbaycan çempionatlarında tarixi
qələbəsini qazanıb. Komandamız buna Azərbaycan
Premyer Liqasının VIII turunun “İnter”lə görüşündə
nail olub.
Səfərdə 2:0 hesabı ilə qalib gələn komandamız
ölkə birinciliklərində 400-cü qələbəsini bayram
edib.
Qələbə sayına görə Azərbaycanda ikinci olan
“Qarabağ” yubileyi 728-ci matçında yaşayıb. Bu
isə komandanın keçirdiyi oyunların təxminən 55
faizində qalib gəldiyi deməkdir.
Bütün ölkə çempionatlarının iştirakçısı 400
qələbədən 243-nü evdə, 154-nü səfərdə, 3-nü
neytral meydanda əldə edib.
“Qarabağ”dan tarixi qələbə
37
Çempionlar Liqasının qrup mərhələsində
4-cü tura start verilib. “Qarabağ”ımız səfərdə
“Atletiko”nun qonağı olub.
Bakıda keçirilən ilk görüşdə rəqibi ilə qolsuz
heç-heçə etməyi bacaran komandamız səfərdən də
xalla qayıdıb. 40-cı dəqiqədə Miçelin möhtəşəm baş
zərbəsi ilə hesabı açan komandamız 56-cı dəqiqədə
rəqibin fərqlənməsinə mane ola bilməyib. Matç 1:1
hesabı ilə başa çatıb.
31 oktyabr
Çempionlar Liqası
C qrupu
“Atletiko” (İspaniya) – “Qarabağ” (Azərbaycan) 1:1
Qollar: Miçel, 40 (0:1), Thomas, 56 (1:1)
Qırmızı vərəqə: Pedro Enrike, 59 (“Qarabağ”),
Saviç, 88 (“Atletiko”)
Komandamızın baş məşqçisi Qurban Qurbanov
İspaniyada qazanılan qələbəyə belə şərh verib:
“Ağır oyun oldu. Bir xal qazanmağımıza bax-
mayaraq, rəqib çox yaxşı oynadı. Bu cür oyunlarda
futbolçularımın təcrübə qazanması mənim üçün
çox önəmlidir. Rəqibin qol epizodları çox olsa da,
yetirmələrim sonadək mübarizə apardılar. “At-
letiko”ya gələcək oyunlarda uğurlar arzulayıram”.
“Qarabağ” Çempionlar Li-
qasının qrup mərhələsində
növbəti
oyununu
keçirib.
“Qarabağ”ımız üçüncü turda
“Atletiko”nu qəbul edib.
90 dəqiqə ərzində qapı-
lara qol vurulmayıb. Son 15
dəqiqəni komandamız azlıqda
keçirsə də, qapısının toxunul-
mazlığını qoruya bilib - 0:0.
Bununla da “Qarabağ”ımız ilk
dəfə ÇL-in qrupunda xal qaza-
naraq Azərbaycan futbolunda
yeni tarix yazıb.
18 oktyabr
“Qarabağ” – “Atletiko” 0:0
Qırmızı vərəqə: Ndlovu, 75
Baş məşqçimiz Qurban
Qurbanov qazanılan ilk xala
belə münasibət bildirib:
“Bütün futbolçularımı təbrik
edirəm. İlk xalımızı qazandıq.
Çox əziyyət çəkdilər. Həqiqətən,
ağır oyun oldu. Uşaqlar sona
qədər düzgün oynamağa çalış-
dılar və maksimum güclərindən
də artığını meydanda qoydular.
Azarkeşlər də bizə yax-
şı dəstək oldular, onlara da
təşəkkürümü bildirirəm. Bu
turnirin gücünü hiss etməyin
futbolçularımıza böyük faydası
olacaq”.
“Qarabağ”ımız Çempionlar Liqasında
ilk xalını qazandı
“Qarabağ”ımız İspaniyadan
xalla qayıtdı
38
İdman
Azərbaycan
kubokunun
püşkatma
mərasimi keçirilib. “Qarabağ”ımız Azərbaycan
kubokunda mübarizəyə 1/8 finaldan başla-
yacaq. Komandamız bu mərhələdə “Qaradağ
Lökbatan”la qarşılaşacaq.
Qeyd edək ki, 1/8 final mərhələsinin oyun-
ları 29 noyabrda keçiriləcək.
“Qarabağ”ın məşqində komandamızın qonaq-
ları olub. Belə ki, Bakı Autizm İdman və Yaşam
klubu komandamızı ziyarət edib, futbolçularla
görüşüb və məşqimizdə iştirak edib. Görüş xoş
anlarla yadda qalıb və sonda komandamızla xatirə
şəkli çəkdirilib.
Bakı Autizm İdman və Yaşam klubu
“Qarabağ”ımızın qonağı olub
Azərbaycan kuboku:
“Qarabağ”ımızın
rəqibi məlum oldu
Çempionlar
Liqasının
qrup mərhələsinin III turu-
nun rəmzi yığması açıqlanıb.
ABŞ-ın məşhur ESPN media
şirkəti 11 ən yaxşı oyunçu
sırasında “Qarabağ”ımızın
kapitanı Rəşad Sadıqova da
yer verib.
Müdafiəçimiz İspaniya
“Atletiko”su ilə qarşılaşma-
da göstərdiyi oyuna görə
rəmzi komandaya layiq
görülüb. O, 4-2-3-1 takti-
ki sxemi ilə tərtib olunan
heyətdə mərkəz müdafiəçisi
mövqeyində qərarlaşıb.
Rəşad Sadıqov rəmzi yığmada