17
malar üzrə şöbə müdiri Cavanşır Ağarzayev və İşə
Qəbul üzrə mütəxəssis Ülvi Gülüşov təmsil edib.
Tədbirdə Sumqayıt Dövlət Universitetinin
Karyera Mərkəzinin müdiri Zahid Bünyadov çıxış
edərək gənclərin əmək bazarına inteqrasiyasında
mühüm rolu olan şirkətlər qrupunun universitetlə
əməkdaşlığından bəhs edib. Sonra isə “Azərsun
Holdinq”in fəaliyyətini əks etdirən videorolik nü-
mayiş etdirilib, şirkətimizin insan resursları siyasəti,
staj və karyera imkanları, işə qəbul prosesi
haqqında ətraflı məlumat verilib.
Yarmarka çərçivəsində əməkdaşlarımız
texniki ixtisaslar üzrə təhsil alan tələbələr
üçün “Kimdir mühəndis?” mövzusun-
da təqdimatla çıxış edib, peşə seçimində
diqqət yetirilməli olan məqamlara aydınlıq
gətiriblər.
Tədbirin sonunda universitetin rek-
toru Elxan Hüseynovla görüş keçirilib.
E.Hüseynov “Azərsun Holdinq”in Sumqayıt
Dövlət Universitetinin tələbə və məzunlarına
gələcək karyeralarını qurmaları yönündə
göstərdiyi dəstəyinə görə öz təşəkkürlərini
bildirib, şirkətlər qrupu ilə əməkdaşlıq
etməkdən məmnun olduqlarını ifadə edib.
Qeyd edək ki, karyera yarmarkalarında iştirak
edən “Azərsun Holdinq”in məqsədi əmək baza-
rında yüksək ixtisaslı kadrların yetişməsi və gənc
nəslin karyera imkanlarının genişlənməsinə töhfə
vermək, şirkətimizin nəinki respublikada, hətta
ölkə xaricində də müsbət imicinin formalaşmasına
zəmanət verməkdir.
Təbii resurslardan qənaətlə və səmərəli istifadə
üçün tullantıların idarə olunması sahəsində əha-
linin məlumatlandırılmasının əhəmiyyətini nə-
zə rə alan IDEA İctimai Birliyi, hələ 2014-cü ilin
fev ral ayından etibarən kağız tullantıların qəbulu
və təkrar emalı ilə bağlı “Hər kağızı bir yarpağa
dəyişək” layihəsini həyata keçirib. Layihə çər çi-
vəsində 600 tondan çox kağız tullantısı toplana-
raq təkrar emala göndərilib.
“Hər kağızı bir yarpağa dəyişək” layihəsinə
qoşulan Azərbaycan Respublikası Təhsil Nazir-
liyi və “Azərsun Holdinq” birgə ali və orta təhsil
müəssisələrində mütəmadi olaraq maarifləndirici
tədbirlər həyata keçirməkdədir. Növbəti belə təd-
birlərdən biri də Bakı Türk Anadolu Liseyində baş
tutub.
Tədbirdə iştirak edən müəllim və şagirdlərə
“Azərsun Holdinq”ə məxsus AKKİK-in fəaliyyət
istiqamətləri barədə geniş məlumat verilib və qeyd
edilib ki, bu cür maarifləndirici tədbirlər şagirdlərdə
ekoloji məsuliyyət hissinin tərbiyə edilməsində,
kağız israfının azaldılmasında, ətraf mühitin və
təbii sərvətlərimizin qorunmasında əhəmiyyətli rol
oynayacaq.
Tədbirin sonunda isə şagirdlərin marağı-
nı nəzərə alaraq onların Kağızın Təkrar Ema-
lı Fabrikinə ekskursiyanın təşkilinə dair müvafiq
qərar edilib.
“Hər kağızı bir yarpağa dəyişək”
layihəsi çərçivəsində tədbir keçirildi
18
Xəbər
Hər il olduğu kimi, bu il də Bakı
Qida və Yağ Fabrikində fövqəladə
hallar zamanı işçilərin zamanında iş
yerlərindən təxliyə olunması, hər han-
sı yanğın və ya xəsarət zamanı dav-
ranış və təcrübələrinin yoxlanılması
məqsədi ilə 18.10.2017-ci il tarixdə
işçilərə xəbərdarlıq edilmədən şərti
yanğın hadisəsi həyata keçirilib.
Müəssisənin direktoru Şahəddin
İbrahimovun təlimatı əsasında həyata
keçirilən şərti yanğın hadisəsi zamanı
sahələrdə çalışan bütün işçilər təxliyə
olunub, “xəsarət” alanlar yanğın
söndürmə komandasının əməkdaşları
tərəfindən hadisə yerindən xilas
edilərək onlara ilkin tibbi yardım
göstərilib. Vəziyyəti “ağır” olanla-
ra süni nəfəs verilib, ərazi üzrə tibb
məntəqəsinə çatdırılıb.
Həmçinin şərti yanğın baş vermiş
çənin söndürülməsi üçün iki ədəd
yanğın söndürmə maşını cəlb edilib
və ekipaj yanğına anında müdaxilə
edərək yanğını tam söndürüb.
Sonda müəssisənin direktoru
Şahəddin İbrahimov və SƏTƏM üzrə
mütəxəssis Lətif Tağıyev yanğın top-
lanma mərkəzində toplanmış işçilərə
fövqəladə hallarda davranış qaydaları, yanğı-
nın qarşısının alınması və s. barədə tövsiyələrini
veriblər.
Maarifləndirici xarakter daşıyan şərti yanğın
hadisəsi uğurla başa çatıb.
“Azərsun Holdinq” rəhbərliyinin təlimatı
əsasında müəssisələrimizdə “Proses təhlili
və təkmilləşdirilməsi” layihəsinə start verilib.
Layihənin ilk olaraq Bakı Qida və Yağ Fabrikində
reallaşdırılmasını nəzərə alaraq oktyabrın 16-da
müəssisədə iclas keçirilib. Layihə rəhbəri Ce-
mal Melanoğlu və fabrikin direkto-
ru Şahəddin İbrahimovun başçılığı
ilə keçirilən iclasda layihə komanda
üzvləri və müəssisənin sahə rəhbərləri
iştirak ediblər.
İclasda layihənin məqsədi, ge-
dişatı və planları müzakirə edilib,
Bakı Qida və Yağ Fabrikində başla-
yan bu layihənin Azərbaycanda və
holdinqimizdə öncədən mövcud ol-
mayan yeni “BPMN-2.0” standartları
ilə tətbiq olunması planlaşdırılıb.
Qeyd edək ki, əvvəlki layihələrdə
layihə materiallarının “Visio” proq-
Bakı Qida və Yağ Fabrikində şərti
yanğın hadisəsi
Proses təhlili və təkmilləşdirilməsi
layihəsi