8
Xəbər
Oktyabr
ayından
etibarən
şirkətimizi gələcəyə aparacaq poten-
siallarımızı və inkişaf fürsətlərimizi
müəyyən etmək məqsədilə istedad-
ların idarə olunması planına əsasən
Korporativ Xidmətlər Qrup Direk-
torluğunun rəhbərliyində “İnkişaf
Mərkəzi Proqramı”na start verilib.
Artıq bu istiqamətdə şirkətimizin
təşkilati ehtiyacları çərçivəsində kar-
yera imkanlarını yenidən nəzərdən
keçirə biləcəyik.
İnkişaf Mərkəzinin məqsədi,
təşkilat tərəfindən müəyyən olunan
səriştələrə əsaslanan güclü və inki-
şaf etməli tərəfləri müəyyən etmək,
inkişaf planlarını fərdin ehtiyaclarına
uyğun şəkildə təşkil etməkdir.
Bu
layihədə
faydalanacağı-
mız çalışmalar, Türkiyənin Doku
Məsləhətçilik şirkətinin peşəkar psi-
xoloq və təcrübəli məsləhətçiləri
tərəfindən obyektiv və elmi üsullara
əsasən şirkətimiz üçün xüsusi olaraq
hazırlanıb.
İnkişaf Mərkəzi çalışmasının
məqsədi:
• “Azərsun Holdinq”i gələcəyə apa-
racaq olan daxilimizdəki poten-
sialları kəşf etmək, davamlı və ədalətli inkişaf
fürsətləri təqdim etməkdir.
• Bu çalışma şirkətimizdə çox əhəmiyyətli yer tu-
tacaqdır. Təməl hədəfimiz bu çalışmada iştirak
edən əməkdaşlarımızın səriştə və bacarıqlarını
düzgün müəyyənləşdirmək, təqib və inkişaf
etdirməkdir.
• İllik iş performansını performans idarəetmə
sistemi ilə dəyərləndirərkən, gələcəyə yönəlik
əməkdaşlarımızın təlim və bacarıqlarını bu
yeni çalışmalarımız ilə görüb, özəl inkişaf
fürsətləri təqdim edə biləcək və ən uyğun kar-
yera fürsətlərini də bunun nəticəsində yarada
biləcəyik.
• Şirkətimiz üçün sadəcə performansın deyil,
potensialın da əhəmiyyət daşıyacağı çalışmalar
ilə bundan sonra karyera inkişafımızı davam
etdirəcəyik.
İnkişaf Mərkəzi nədir?
• İnkişaf Mərkəzi, fərdin sahib olduğu səriştələrin
birdən çox müşahidəçi ilə cari işlər məzmununa
sahib olan, birdən çox çalışma istifadə edərək
qiymətləndirildiyi güclü bir dəyərləndirmə
mərkəzidir.
• Bu
çalışmalarda
fərdlərin
xarakteris-
tik xüsusiyyətləri nəzərə alınmadan təməli
dəyişdirilə bilən və inkişaf etdirilə bilən davra-
nışlar hədəf götürülür.
• İnkişaf mərkəzi çalışması, hər hansı başqa
dəyərləndirmə üsuluna nisbətən fərd haqqın-
da daha obyektiv və etibarlı nəticələrin əldə
edilməsini təmin edir.
• Şirkətimizdə tətbiqinə başlanan İnkişaf Mərkəzi
çalışmasında obyektiv, elmi əsaslı və bütün
dünyada qəbul edilən inkişaf mərkəzi üsulları
seçilib və bu prosesdə öz sahəsinin mütəxəssisi
olan psixoloq və təcrübəli məsləhətçilər
tərəfindən şirkətimizə özəl çalışmalar hazırla-
nıb.
Bu çalışmaya kimlər daxil olacaq?
Niyə mən seçilmədim?
• Bu çalışma hər il həyata keçiriləcək və davam-
lılığı təmin ediləcəkdir.
• Şirkətdaxili tətbiq etdiyimiz müxtəlif alətlərin
(performans qiymətləndirmə, 360 dərəcə
qiymətləndirmə və s.) və rəhbər heyət ilə həyata
keçirilən çoxsaylı iclasların nəticələrinə əsasən
bu çalışmaya daxil olan əməkdaşlarımız ortaq
görüş ilə müəyyənləşdirilib.
İnkişaf Mərkəzi Proqramına
start verildi
9
• Potensialını iş nəticələri ilə göstərə bilən hər
bir əməkdaşımıza gələcək illərdə eyni fürsət
veriləcəkdir. Bunu həm əməkdaşlarımızın fərdi
karyera yolu, həm də şirkətimizin gələcəyi üçün
fürsət və sərmayə olaraq görürük.
Bu çalışmalarda iştirak edən
əməkdaşlar nə əldə edəcək?
• Əvvəla fərdi özünüdərkin inkişafı üçün çox
faydalı bir təcrübə yaşayacaqlar. Hər bir işti-
rakçı üçün daha sonra inkişaf mərkəzi hesabatı
hazırlanacaq və 1 saatlıq hesabat görüşməsinə
dəvət ediləcəklər.
• Bu hesabat görüşməsindən sonra inkişaf
fəaliyyətləri planlanacaq. Bu planlamada iş-
tirakçının özünün, ilk rəhbərinin və əlaqədar
İR mütəxəssisinin ortaq bir çalışma həyata
keçirməsi planlanır.
• Şirkətimizdə İR komandasının məsləhətçilərlə
birlikdə həyata keçirəcəyi uyğun görülən inki-
şaf üsulları ilə (bunlar təlim inkişaf fəaliyyətləri,
konfrans-seminarda iştirak, mentorluq, kou-
çunq, iş zənginləşdirmə və s. üsullar ola bilər)
fərdlərin inkişafının dəstəklənməsi planlanır.
Kimlər İnkişaf Mərkəzi
dəyərləndiriçiləri olacaq?
• Mütəxəssis, şef və şöbə müdiri vəzifələrində ça-
lışan əməkdaşlarımız üçün bu dəyərləndiriçilər
İR komandasından bu mövzuda sertifikat-
landırılmış mütəxəssislər olacaqdır. Bu proq-
ram çərçivəsində İR komandamızdan bir qrup
həmkarımız bu çalışmalarda rol ala bilmək
üçün lazımi kriteriyaları qarşılaya bilmək
məqsədilə məsləhətçilərimiz tərəfindən hazır-
lanan intensiv bir qiymətləndirmə və inkişaf
proqramından keçərək və səriştələrinə uyğun
mövqeləndirilərək bu çalışmada dəyərləndiriçi
kimi rol almağa uyğun görülüb.
• Departament müdiri və direktor vəzifələrində
çalışan əməkdaşlarımız üçün isə dəyərləndiriçilər
bu layihəni hazırlayan və həyata keçirən
məsləhətçilər olacaqdır.
İlk tətbiqini bu ilin sonuna qədər həyata
keçirməyi planladığımız bu proqram hər il həyata
keçiriləcək və iştirakçılar hər il dəyişə biləcəkdir.
Bu çalışmaların əməkdaşlarımızın peşəkar
təcrübə və bacarıqlarını göstərmələrinə imkan ya-
radacağına inanırıq.