Yazıçı, 1982 nəşrləri əsasında təkrar nəşrə hazırlanmışdır. Tərtib edəni və ön sözün müəllifi: Hüseyn İsmayılov



Yüklə 9,66 Kb.
Pdf görüntüsü
səhifə28/35
tarix29.01.2018
ölçüsü9,66 Kb.
#22647
növüYazı
1   ...   24   25   26   27   28   29   30   31   ...   35

_______________Milli Kitabxana________________
O  vaxtdar  dövlətdi  kasıva  qız  vermirdi.  Ona  görə bilirdim  ki,  o  bizə qız
vermiyəjək.
Anam gedif dədəmə dedi.
Dədəm bilmirəm nəyə umud eliyif dedi:
- Bu saat gedif alajam.
Dədəmin bir köhnə kürkü varıydı. Çiyninə atıf evdən çıxdı.
Çamırrıynan Qızılvəngin arası yaxınıydı. Dədəm Niftalıgilə çatıf qapıyı döyür.
İçəridən səs gəlir:
- Kimdi ayə, qapıyı döyən? Atam deyir:
- Niftalı, mənəm.
Niftalı qapıyı aşdı kı, İmirzə kişidi. Dedi:
- Buna yaqın xərc-zad qoyuflar, düzəldə bilmiyif, ona görə gəlif.
Dedi:
- Gəl, ay İmirzə, gəl içəri.
Niftalı İmirziyi çox mərifətnən qarşıladı.
Dedi:
- Ay  arvad,  çaydan-çörəkdən  qoyun. İmirzə,  gejənin  bu  vaxtı  bizə nə yaxşı
gəlifsən? İmirzə dedi:
- Yaxşı günün olsun, a Niftalı, bilirsənmi niyə gəlmişəm? Niftalı dedi:
- Gəlifsən,  belə xoş  g’lifsən,  belə gözüm  üstə gəlifsən.  Nə mətləvə gəlifsən
düzələr.
İmirzə dedi:
- Yaxşı  günün  olsun,  a  Niftalı.  Xudavəndi-aləm  hamıya  oğul- qız  toyu  qismət
eləsin. Mən də istiyirəm oğlum Alıya toy eliyəm.
Arvad da deyir, Niftalı da deyir:
- Allah mübarək eləsin!
İmirzə kişi axır ki, gəlir mətləf üstünə:
- A Niftalı, gəlmişəm ki, qızın Bəsdi xanımı bizim Alıya verəsən.
Ayə Niftalı dəli  olmadımı! Əlini  belə hərrədi  ki,  İmirzənin noxtalığına  birini
qoya. Arvad qulağına pıçıldadı:
- A Niftalı, onun xətrinə dəymə, başdığını çox istə, qoy getsin öyündə ölsün.


_______________Milli Kitabxana________________
Odu ku, Niftalı dedi:
- Ay  İmirzə,  arvad  razıdı.  Qızı  sənin  oğluna  verəjəm,  amma  istədiyimi  gərək
gətirəsən.
- İsdə qadan alım, görüm nə istiyirsən?
- Sənnən üç yüz manat qızıl pul alajam. On yeddi erkək gətirərsən. Çaxırrıdan
dəli  Ağayarın  atının  balasını  da  gətirərsən.  O  at  Qazaxdan  gəlif,  Dilboz  atdarın
cinsinnəndi. El xərci o tərəf-bu tərəf də sənin boynuna.
İmirzə əl  verir  "Allah  mübarək  eləsin,  a  Niftalı" - deyif  çıxıf  üz  tutur
Qızılvəngə.
Anam  bir  də xəvər  gətirdi  ki,  dədən  yaman  fit  çala-çala  gəlir.  Yağın  qızın
"hə"sini alıf.
Öz-özümə dedim, axşamnan kişi toxdu, ətin fışqırığıdı, ajıxsın havax çalsa.
Dədəm  gəldi.  Kürkü  atdı  öyün  ortasına.  Arxası  üstə uzandı. Əllərini  başının
altına çatdı. Anam gəlif dədəmin yanında oturdu. Dedi:
- A kişi, nə xəvər gətirdin?
- Öyü xaravanın qızı, sən bilmirsənmi mən getdiyim yerdən boş gəlmərəm.
- Nə dedi ay İmirzə, başdıx-işdik, bizdən nə istədi?
- Ə,  nə var,  nə istiyə.  On  yeddi  erkək  isdiyir,  o  tərəf-bu  tərəf əl  xərci  mənim
boynuma. "Hə" deməsinə bir at balası, üçcə yüz manat qızıl pul isdiyir.
Anam o yannan qayıtdı kı, onun yüz manatı bu anasının boynuna. Sonra dedi:
- A kişi, yüz manat da sənin boynuna. On harava ot bişmə, iyirmi harava biç.
Dədəm öysürdü:
- Arvad mənimkini əlli elə, mən düzəldə bilmiyəjəm.
- Düzəldəjən, canın çıxsın.
- Alı, a bala, yüz manat da sənin boynuna.
Aşıx  Alı deyir:  baxdım  gördüm,  bunnar  elə danışıllar,  elə bil  gəlin  gəlif,  lap
qapının  ağzındadı.  Amma  ortada  nə bir  manat  var,  nə də bir  keçiləri.  Yerimnən
qalxıf dedim:
- Ana, mənim coravımı, ayağımın məsini gəti. Sazımı götürüm gedim. Mən də
öz payımı düzəldim gətirim.


_______________Milli Kitabxana________________
Aşıx  Alı sazını  götürüf  öydən  çıxır.  Yay  vaxtıydı.  Qalxır  S’lim  yaylağına,  At
damına,  Dəmir  təpiyə.  Avdiləsərə,  Qızıl  Xərəvəyə.  Bu  yaylaxların  hamısını  gəzif
gəlif Əyricədə böyük  bir  tuxuraya  rast  gəlir. Görür  kü,  böyük  yığıncaxdı.  Bəylər,
bəyzadələr əyləşif kef eliyillər. Bir nökər  Aşıx  Alıyı  görüf qavağa gəlir.  Aşıx  Alı
onnan soruşur:
- A bala, bu tuxuru kimindi?
- Dayı, bu Naxçıvannı Kalvalı xanın şaddıx məclisidi. Buyur, gedək.
Aşıx Alı gəldi. Məclisdəkilərə ədəfnən salam verif, əleyk alannan sonra Kalvalı
xan soruşdu:
- A quzum, kimin rahatısan?
- Səmənd ağanın rahatıyam.
- Oğlum, sazını çıxart söhbət elə.
Aşıx Alı sazını çıxardıf söhbətə başdadı. Onun çalıf-oxumağı Kalvalı xanın çox
xoşuna gəldi. Nökəri səsdədi:
- Get bir at yəhərrə, gəti bura.
Nökər gedif yaxşı bir at yəhərrəyif gətirif Aşıx Alıya verif dedi:
- Bu atı xan sənə bağışdıyır. Kalvalı xan nökərrərə dedi:
- Xurcunu da gətirif qoyun aşığın tərkinə. Yol adamıdı.
Aşıx  Alı atı  minif  Kalvalı xana  çox  minnətdarrıx  elədi.  Hamıynan  təmənnəşif
yol başdadı Şərur mahalına tərəf. Bir kəndə yaxınnaşanda beş-altı uşağa rast gəldi.
Onnar soruşdular:
- Aşıxsanmı?
- Bəli, aşığam. Qadanız alım. Yaxşı məclis olanda çalıf-oxuyuram.
- Aşıx, görürük cavansan. Buralara da nabələdsən. Biz məsləhət görərdik ki, bu
cığırnan getmiyəsən.
- Niyə, a bala.
Qavaxda  Arakolanı  adında  bir  kənd  var.  Aşıx  Duraxan  orda  olur.  Səni  görsə
sazını  alajax.  Düzü  qorxuf  çəkinsəm  də yolumnan  dönmədim.  Bir  azdan  at  məni
endirdi  həmin  kəndə.  Başımı  qaldırıf  gördüm  kü,  bir  kişi  həyəti  süpürür.  Salam-
əleykdən sonra soruşdum:
- Əmi, bura aşıx Duraxanın kəndidi?


_______________Milli Kitabxana________________
Dedi:
- Bəli.
Aşıx  Alı  deyir  bir  fikirrəşdim  ki,  gəl  Duraxanın  öyünü  xəvər  al.  Düz  get
Duraxanın  öyünə.  Bir  də fikirrəşdim  ki  Allah  çuğula  nəhlət  eləsin.  Çuğul  nə
ölmüyüf,  nə də ölmüyəjək.  Gedər  Duraxana  xəvər  verər.  Duraxan  gəlif  atımı  da
alar,  sazımı  da.  Amma  o  vaxtın  pulu  otuz  manatım varıydı.  O  otuz  manatı
arxalığımın  elə yerinə gizdətdim  ki,  qanıma  bulamıyınca ələ keçəsi  döyüldü.  Çox
çək-çevirdən  sonra  "Allah  sənnən  mədəd" - deyif  atın  başını  döndərdim.  Gəldim
düz  Duraxanın  qapısına.  Atı  eyvanın  sütununa  bağlıyıf  girdim  içəri.  Gördüm  kü,
bir  kişi  bığlarını  eşif  qulağına  doluyuf.  Hər  dizinin  üstündə bir  ipək  dəsmal  var,
düyünün  xırdasını duruhal  qaynatdırıf  yeyir.  Qaşıx  mənzilinə çatannan  sonra
dəsmalın birini götürüf bığının bir tərəfini silir. Sonra o biri dəsmalı götürüf o biri
bığını  silməyə başdıyır.  Çəkinə-çəkinə ona  salam  verdim,  amma  heş  mana  tərəf
baxıf eləmədi. Çörəyini yeyif qurtarannan sonra dedi:
- Bala, nə istəyirsən, nəyə gəlifsən? Eşidirəm səni.
- Ay usta, gəlmişəm ki, boynumda bir təklif var, onu götürməkdə mana kömək
eliyəsən. Həm də sənnən bir kəlmə mərifətdi söz öyrənəm.
Duraxan dedi:
- O  boynundakı  təklif  burda götürülməz.  Oğul,  get  bir  həftə buralarda  hərrən
gəl,  mən  də bir  beş-altı  adam  düzəldim,  addıyax Türkiyəyə.  O  mətləvin  düzəlsə,
orda düzələjək.
Aşıx  Alı  deyir,  getdim  bir  həftə hərrəndim.  Gəlif  gördüm  kü,  on  səkkiz  adam
topluyuf.  Bir  dəst  xanəndə,  bir  dəst kəndirbaz,  bir  də Sarvannan  kəndinnən Əsəd
adlı  bir  qalyan-qorçu  götürüf.  Ayda  otuz  manata  behləşmişdilər.  Aşıx  Alı deyir
fikirrəşdim ki, nə qədər pul qazanajıyıx ki, otuz manat da qalyan-qorçuya verəjiyik.
Duraxan dedi:
- Yaxşı olajax. Addıyajıyıx Türkiyəyə. Gələndə də gəlif toyunu eliyərsən.
Aşıx Alı deyir eşiyə çıxdım kı, atın hörüyünü dəyişəm. Gördüm kü, kəndçimiz
Ramazan kişi Şərurdan Göyçüyə düyü gətirir.
- Salam-əleyküm, Aşıx Alı. Oğul, gedirsənsə, baravar gedək.
- Yox, ay Ramazan əmi. Mən Türkiyəyə gedirəm. Bəlkə getdim ölüv-itdim, heş
qayıda bilmədim.


Yüklə 9,66 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə