Yazıçı, 1982 nəşrləri əsasında təkrar nəşrə hazırlanmışdır. Tərtib edəni və ön sözün müəllifi: Hüseyn İsmayılov



Yüklə 9,66 Kb.
Pdf görüntüsü
səhifə27/35
tarix29.01.2018
ölçüsü9,66 Kb.
#22647
növüYazı
1   ...   23   24   25   26   27   28   29   30   ...   35

_______________Milli Kitabxana________________
Başına döndüyüm, xaliqdi sübhan,
Haçan qüdrətindən yağ damar-damar?
Bir şəyird ki, ustadına kəm baxa,
Onun gözlərinə ağ damar-damar.
Hamı Ələsgərin ustadına olan bu məhəbbətini alqışladı. Aşıx Alının üzü güldü.
Aldı Aşıx Alı:
Məhəbbət eşqindən kənar olmuşam,
Daldalanıb nədən geri qalmışam?
Payız xəzəli tək indi solmuşam,
Saralmış yarpaqlar, ay damar-damar.
Aldı Aşıx Ələsgər:
Sən aşıx elmindən halısan, halı,
Sözü çox uzatsan, uzanar dalı.
Mən də sevməz idim, qovğanı, qalı,
Sağlam canım nədən, bax damar-damar?
Aldı Aşıx Alı:
Alı deyir dünyam oldu dar indi,
Daha qalmayıbdı etibar indi.
Məğlub olub, eyləyərəm ar indi,
Sellənib gözümdən yaş damar-damar.
Aşıx  Alının  bu  etirafı,  pərişanlığı  Böyükağadan  savayı,  bütün  məclis əhlini,
ələlxüsus  Aşıx Ələsgəri  bərk  kədərləndirdi.  İndi  görək  aşıq Ələsgər  öz  istəkli
ustadının könlünü necə alır, tərəfindən ərz eliyək, sizin də damağınız çağ olsun.
Aldı Aşıx Ələsgər:
Ələsgərəm, kamil ustad dərindi,
Bir bağrım var, barı, onu dər indi.
Çox ömrün var, bağlanmayıb, dər indi,
Kükrə şimşək kimi, çax damar-damar.


_______________Milli Kitabxana________________
Aşıx Ələsgər ustadı Aşıx Alının üzündən öpdü, onu bağrına basıf dedi ki, ustad,
inanın  ki,  Sizin  bu  toyda  olduğunuzu  mən  bilmirdim.  İndi  başa  düşdüm  ki,  məni
aldadıf, Sizinən qavaxlaşdırmağa gətiriflərmiş. Məni də Siz məcbur etdiniz. Ustad,
məni bağışla.
Aşıx  Alı da Ələsgərin  alnınnan  öpüb,  onu  bağışladı,  şəyirdinə uğurlar  dilədi.
Amma sonralar arayıb, axtarıb, öyrəndi ki, bu qurğunu quran Böyükağa imiş.
AŞIQ ALININ TÜRKİYƏ SƏFƏRİ
Bəli, hörmətdi məclisimiz, hörmətdi camahatımız. Ustaddarın bir neçə qiymatdı
sözünü  qulluğunuzda ərz  eliyəjəm.  Ustaddarın  öləninə allah  rəhmət  eləsin,
qalanına can sağlığı versin, Siznən baravar. Ustaddar deyir ki:
Dilim sana bu nəsyəti deyirəm,
Bu dünya malına sarışma, dilim!
Yəqin bil ki, ölüm haxdı qavaxda,
Qıyamat oduna alışma, dilim!
Bir məclisə vardın dilin olsun lal,
Görənnər qoy sənnən sərf etsin kamal,
Sağına, soluna yağdırma sual,
Hərcayı danışıf, gülüşmə, dilim.
Saxla bu sözdərim, eylə amanat,
Haqqınan düz olan tez tapar nicat.
İstiyirsən başın ola salamat,
Ağzına gələni danışma, dilim!
Musa oda alışmıyıf, nə lazım?
Beybafaynan qonuşmuyuf, nə lazım?
Haqqın özü sirr aşmıyıf, nə lazım?
Gördüyün sirrəri sən aşma, dilim!
Musuya  rəhmət,  sizə can  sağlığı.  Bu  şeir  köhnə aşıx  Musanın oluf.  Ağkilsəli.
Onun sözüdü. İndi də Ələsgərdən birini deyim:


_______________Milli Kitabxana________________
Qafil könlüm bu nə yoldu tutufsan,
Sərf edirsən nə kamaldı dünyada?
Dövlətə güvənif, gültək açılma,
Çox sən təki güllər soldu dünyada.
Fələk bərbad etdi hər nizamları,
Zulumnan söndürdü yanan şamları.
Hayıf cavannarın gül əndamları,
Mara-mura qismət oldu dünyada.
Küfrdən bərkitmə könlündə barı,
Top dəysə dağıdar, bürcü, hasan,
Sənin kimi gəzən qara şahmarı,
Fələh kəməndinə saldı dünyada.
Guşimdə sırğadı, sinəmdə dağdı,
Ağlı olan unutmaz, neçə ki, sağdı,
Dövlətdən qismətin beş arşın ağdı,
Çəkdiyin qovğadı, qaldı dünyada.
Yığılar məxluqat, qurular məhşər,
Boyunnarda kəfən, əllərdə dəftər,
Onda vay halına, yazıx Ələsgər,
Özün getdin, sözün qaldı dünyada.
Allah rəhmət eləsin Qul Allahquluya. Bir ustadnamə də onnan deyək:
Könül qulluq elə kamil ustada,
Ustad görmüyənin işi xam qaldı.
Neçə danəndələr getdi dünyadan,
Yerini bir neçə ağlı kəm aldı.
Bivəfaya dedim: "Dur mənnən üzül"
Naməhrəmə baxma, gözdərim süzül,
Nuh ömür eylədi min doqquz yüz il,
Sandı kı, bir səhər, bir axşam qaldı.
Qul Allahquluyam, ay nasib elə,
Səcərdən baş verdi ay nasib elə,
İsgəndər atdandı, ay nasib elə,


_______________Milli Kitabxana________________
Nə Cəmşid padşah, nə də cəm qaldı.
Bəli,  mənim əzizdərim,  sizə haradan  xəvər  verim,  Göyçə mahalının Qızılvəng
kəndinnən.  Kimnən,  Aşıx  Alıdan.  Aşıx  Alı  deyir:  cavan  vaxtımda  orda-burda
söhbət eliyirdilər ki, Aşıx Alı gələcəkdə gözəl sənətkar olajax. Allah heş kimi kasıv
eləməsin.  O  zamannan  elə kasıvıydıx  ki,  oğru  içəri  girsəydi,  bircə süpürgədən
başqa  elinə bir  şey  keçməzdi.  O  vaxtın pulu  bir  abbasım  varıydı.  Kəndin  içinə
çıxdım kı, mal öldürüf alışma eliyiflər. İki girvəngə ət aldım. Gətirdim öyə, dədəm
doğradı, anam tökdü qazana, qoydu ocağın üstünə. Kasıvın öyündə yemək olanda
öy  gülür,  eşik  gülür.  Öydə bir  ala  pişiyimiz  varıydı.  O  da  sevindiyinnən  tufara
hoppanıf, yerə düşürdü. Dədəmnən anamın söhbəti də bir-birinə yaman xoş gəlirdi.
Söhbətin şirin yerində anam dədəmə dedi:
- A kişi, gəlsən oğlumuzu öyləndirək?
- Arvad,  düz  deyirsən,  gədiyi  öyləndirmək  lazımdı.  Qızdarın  xasiyyətini  sən
bilirsən.
Anam oturduğu yerdə başdadı kəndin başınnan.
- A kişi, filankəsin qızı nətəridi?
Atam dedi:
- Ay arvad, onun dədəsi axmaq adamdı. Bildir yazda mənnən dalaşdı.
Anam yenə dilləndi:
- Bə filankəsin qızı nətəridi?
- Onun da anası dillidi, balası onnan betər olajax.
Gördüm  kü,  anam  öz  tayımız,  öz  baravarımız  bir  zülümlü  kasıf  tafdı.  Atam
dedi:
- Bax, bunun qızını alax.
Aşıx Alı deyir:
Dədəmnən utandım, anamı bir qırağa çəkif dedim:
- Mən onu almıyajam. Anam dedi:
- Anan ölsün, bəs kimin qızını alajaxsan?
- Mən Çamırrılı Niftalının qızını alajam.


Yüklə 9,66 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə