_______________Milli Kitabxana________________
Başına döndüyüm, xaliqdi sübhan,
Haçan qüdrətindən yağ damar-damar?
Bir şəyird ki, ustadına kəm baxa,
Onun gözlərinə ağ damar-damar.
Hamı Ələsgərin ustadına olan bu məhəbbətini alqışladı. Aşıx Alının üzü güldü.
Aldı Aşıx Alı:
Məhəbbət eşqindən kənar olmuşam,
Daldalanıb nədən geri qalmışam?
Payız xəzəli tək indi solmuşam,
Saralmış yarpaqlar, ay damar-damar.
Aldı Aşıx Ələsgər:
Sən aşıx elmindən halısan, halı,
Sözü çox uzatsan, uzanar dalı.
Mən də sevməz idim, qovğanı, qalı,
Sağlam canım nədən, bax damar-damar?
Aldı Aşıx Alı:
Alı deyir dünyam oldu dar indi,
Daha qalmayıbdı etibar indi.
Məğlub olub, eyləyərəm ar indi,
Sellənib gözümdən yaş damar-damar.
Aşıx Alının bu etirafı, pərişanlığı Böyükağadan savayı, bütün məclis əhlini,
ələlxüsus Aşıx Ələsgəri bərk kədərləndirdi. İndi görək aşıq Ələsgər öz istəkli
ustadının könlünü necə alır, tərəfindən ərz eliyək, sizin də damağınız çağ olsun.
Aldı Aşıx Ələsgər:
Ələsgərəm, kamil ustad dərindi,
Bir bağrım var, barı, onu dər indi.
Çox ömrün var, bağlanmayıb, dər indi,
Kükrə şimşək kimi, çax damar-damar.
_______________Milli Kitabxana________________
Aşıx Ələsgər ustadı Aşıx Alının üzündən öpdü, onu bağrına basıf dedi ki, ustad,
inanın ki, Sizin bu toyda olduğunuzu mən bilmirdim. İndi başa düşdüm ki, məni
aldadıf, Sizinən qavaxlaşdırmağa gətiriflərmiş. Məni də Siz məcbur etdiniz. Ustad,
məni bağışla.
Aşıx Alı da Ələsgərin alnınnan öpüb, onu bağışladı, şəyirdinə uğurlar dilədi.
Amma sonralar arayıb, axtarıb, öyrəndi ki, bu qurğunu quran Böyükağa imiş.
AŞIQ ALININ TÜRKİYƏ SƏFƏRİ
Bəli, hörmətdi məclisimiz, hörmətdi camahatımız. Ustaddarın bir neçə qiymatdı
sözünü qulluğunuzda ərz eliyəjəm. Ustaddarın öləninə allah rəhmət eləsin,
qalanına can sağlığı versin, Siznən baravar. Ustaddar deyir ki:
Dilim sana bu nəsyəti deyirəm,
Bu dünya malına sarışma, dilim!
Yəqin bil ki, ölüm haxdı qavaxda,
Qıyamat oduna alışma, dilim!
Bir məclisə vardın dilin olsun lal,
Görənnər qoy sənnən sərf etsin kamal,
Sağına, soluna yağdırma sual,
Hərcayı danışıf, gülüşmə, dilim.
Saxla bu sözdərim, eylə amanat,
Haqqınan düz olan tez tapar nicat.
İstiyirsən başın ola salamat,
Ağzına gələni danışma, dilim!
Musa oda alışmıyıf, nə lazım?
Beybafaynan qonuşmuyuf, nə lazım?
Haqqın özü sirr aşmıyıf, nə lazım?
Gördüyün sirrəri sən aşma, dilim!
Musuya rəhmət, sizə can sağlığı. Bu şeir köhnə aşıx Musanın oluf. Ağkilsəli.
Onun sözüdü. İndi də Ələsgərdən birini deyim:
_______________Milli Kitabxana________________
Qafil könlüm bu nə yoldu tutufsan,
Sərf edirsən nə kamaldı dünyada?
Dövlətə güvənif, gültək açılma,
Çox sən təki güllər soldu dünyada.
Fələk bərbad etdi hər nizamları,
Zulumnan söndürdü yanan şamları.
Hayıf cavannarın gül əndamları,
Mara-mura qismət oldu dünyada.
Küfrdən bərkitmə könlündə barı,
Top dəysə dağıdar, bürcü, hasan,
Sənin kimi gəzən qara şahmarı,
Fələh kəməndinə saldı dünyada.
Guşimdə sırğadı, sinəmdə dağdı,
Ağlı olan unutmaz, neçə ki, sağdı,
Dövlətdən qismətin beş arşın ağdı,
Çəkdiyin qovğadı, qaldı dünyada.
Yığılar məxluqat, qurular məhşər,
Boyunnarda kəfən, əllərdə dəftər,
Onda vay halına, yazıx Ələsgər,
Özün getdin, sözün qaldı dünyada.
Allah rəhmət eləsin Qul Allahquluya. Bir ustadnamə də onnan deyək:
Könül qulluq elə kamil ustada,
Ustad görmüyənin işi xam qaldı.
Neçə danəndələr getdi dünyadan,
Yerini bir neçə ağlı kəm aldı.
Bivəfaya dedim: "Dur mənnən üzül"
Naməhrəmə baxma, gözdərim süzül,
Nuh ömür eylədi min doqquz yüz il,
Sandı kı, bir səhər, bir axşam qaldı.
Qul Allahquluyam, ay nasib elə,
Səcərdən baş verdi ay nasib elə,
İsgəndər atdandı, ay nasib elə,
_______________Milli Kitabxana________________
Nə Cəmşid padşah, nə də cəm qaldı.
Bəli, mənim əzizdərim, sizə haradan xəvər verim, Göyçə mahalının Qızılvəng
kəndinnən. Kimnən, Aşıx Alıdan. Aşıx Alı deyir: cavan vaxtımda orda-burda
söhbət eliyirdilər ki, Aşıx Alı gələcəkdə gözəl sənətkar olajax. Allah heş kimi kasıv
eləməsin. O zamannan elə kasıvıydıx ki, oğru içəri girsəydi, bircə süpürgədən
başqa elinə bir şey keçməzdi. O vaxtın pulu bir abbasım varıydı. Kəndin içinə
çıxdım kı, mal öldürüf alışma eliyiflər. İki girvəngə ət aldım. Gətirdim öyə, dədəm
doğradı, anam tökdü qazana, qoydu ocağın üstünə. Kasıvın öyündə yemək olanda
öy gülür, eşik gülür. Öydə bir ala pişiyimiz varıydı. O da sevindiyinnən tufara
hoppanıf, yerə düşürdü. Dədəmnən anamın söhbəti də bir-birinə yaman xoş gəlirdi.
Söhbətin şirin yerində anam dədəmə dedi:
- A kişi, gəlsən oğlumuzu öyləndirək?
- Arvad, düz deyirsən, gədiyi öyləndirmək lazımdı. Qızdarın xasiyyətini sən
bilirsən.
Anam oturduğu yerdə başdadı kəndin başınnan.
- A kişi, filankəsin qızı nətəridi?
Atam dedi:
- Ay arvad, onun dədəsi axmaq adamdı. Bildir yazda mənnən dalaşdı.
Anam yenə dilləndi:
- Bə filankəsin qızı nətəridi?
- Onun da anası dillidi, balası onnan betər olajax.
Gördüm kü, anam öz tayımız, öz baravarımız bir zülümlü kasıf tafdı. Atam
dedi:
- Bax, bunun qızını alax.
Aşıx Alı deyir:
Dədəmnən utandım, anamı bir qırağa çəkif dedim:
- Mən onu almıyajam. Anam dedi:
- Anan ölsün, bəs kimin qızını alajaxsan?
- Mən Çamırrılı Niftalının qızını alajam.
Dostları ilə paylaş: |