Yazıçı, 1982 nəşrləri əsasında təkrar nəşrə hazırlanmışdır. Tərtib edəni və ön sözün müəllifi: Hüseyn İsmayılov



Yüklə 9,66 Kb.
Pdf görüntüsü
səhifə30/35
tarix29.01.2018
ölçüsü9,66 Kb.
#22647
növüYazı
1   ...   27   28   29   30   31   32   33   34   35

_______________Milli Kitabxana________________
Şimdi paşam qulluğunda,
Sədirəzəm yanında.
Haqqında divan kəssələr,
Ədalət divana gəl.
Paşa dedi:
- Kəs, nadürüst oğlu, nadürüst. Bu cavan aşıx sənnən dörd kitavı xəvər aldı. Bu
nə cavabdı verirsən. Dörd kitabın birinə də yiyə durmadın.
Aşıx Alı dedi:
- Paşa  sağ  olsun,  görünür,  o  öz  millətini,  hələ tapa  bilmiyif.  Yazıxdı,  deyim,
qoy örgənsin.
Aldı Alı:
Mən Alıyam tamam Leyli
Nahar söylərəm mədhi,
Mə'rifəti, şəriəti, innəqan haxdı, təriqəti,
İsayisan "İncil"i sev,
Musayisan "Tövrat"ı.
Gər Məhəmməd hümbətisən,
Boyun əy, "Qur'an"a gəl.
Yığval dedi:
-
Paşa  sağ  olsun,  mən  də
Məhəmməd  hümbətiyəm.  İndiyə
qədər
soruşmuyufsan, mən də deməmişəm. İndi icazə versən söznən deyərdim:
Aşıx Yığvalam, bilin,
Fərzi-sünnət qanıram.
Əlif Allahın adıdı,
Bey peyğəmbər tanıram.
Tay Tabərrah, qəni Allah,
Ona səjdə qılıram.
Xilqətimdi Adəm ata,
Sey xaki-yeksanə, gel.
Paşa dedi:
- Oğlum, indi də mənim aşığım qavağa düşəjək. Siz cavaf verəjəksiniz.


_______________Milli Kitabxana________________
Aldı görək Yığval Aşıx Alıyı nejə imtahana çəkdi.
O nədi ki, otuzunda cavandı,
On beşində qojalanar, uludu?
O nədi ki, dili ayrı, sözü bir,
Hansı dərya, hər dəryadan doludu?
Duraxan  baxıf  gördü  kü,  Yığval  yaman  qəliz  məsələlərdən  yapışıf.  Öz-özünə
fikirrəşdi ki, bu çox çətin açılajax. Qalyan-qorçu Duraxanın üzünə baxanda gördü
kü, ustad yaman qorxuya düşüf. Ona ürək-dirək vermək üçün dedi:
- Qorxuf eləmə, Aşıx Alı cavavını verəjək.
Aldı görək Aşıx Alı nə cavaf verdi:
O aydı ki, otuzunda cavandı,
On beşində qojalanar, uludu.
O qələmdi dili ayrı, sözü bir,
O elmdi hər dəryadan doludu.
Duraxan qalyan-qorçu Əsədə dedi:
- Əsəd,  mən  elə bilirdim  ki,  bu  kişinin  başı  dəryadı.  İndi gördüm  kü,  kişinin
oğlunun başı dərya döyülmüş ümmanıymış.
Aldı Yığval görək sözün o biri xanəsində nə dedi:
O nədi ki, qışda dağlar bürüyər?
O nədi ki, əl dəyməmiş hörülər?
O nədi ki, amanata verilər?
O nədi ki, o da onun gülüdü?
Aşıx Alı görək nejə cavab verdi:
O qardı bil qışda dağlar bürüyər,
O könüldü məhəbbətnən hörülər.
O urufdu amanata verilər,
İlqar, iman o da onun gülüdü.


_______________Milli Kitabxana________________
Aldı Yığval:
O nədi ki, hax yanında nahaxdı?
O nədi ki, yerə-göyə dayaxdı?
O kimdi ki, yatmıyıfdı, oyaxdı?
Aşıx Yığval hər elmdən halıdı.
Aldı Aşıx Alı:
Böhtan sözdü hax yanında nahaxdı,
Hax nəzəri yerə-göyə dayaxdı.
Haqqın özü yatmıyıfdı, oyaxdı,
Bu sözdəri açan Aşıx Alıdı.
Söz tamama yetişənnən sonra Paşa dedi:
- Alı,  oğul,  indi  növat  gəlif  sana  yetişdi.  Yoxla  bu  Yığvalın qavını,  görək  bir
şeyi varmı?
Aldı görək Aşıx Alı nə dedi:
Mərifətdən kamal alan, ay aşıx,
Şəriəti neynən elərsən aşkar.
Bey altınnan o noğdanı bəyan et,
O noğdadan elə məni xəvərdar.
Paşanın  aşığının gözü  buz  üstə çıxmış  dana  gözünə döndü.  Dili  tutula-tutula
dedi:
- Paşa sağ olsun, havanın istisi, sazın səsi beynimə düşüf. Mən hamısını birdən
açajam.
Duraxan söyündüyünnən qalyan-qorçusuna elə bir dürtmə ilişdirdi ki, yazıx az
qaldı  gedif  düşə Əzrayılın siyahısına.  Qalyan-qorçu  baxdı  kı,  Aşıx  Duraxanın
bığları söyündüyünnən yaman qalxıf, zalım oğlu elə şöyqə gəlif ki, bir də bayaxkı
kimi ona bir dürtmə də ilişdirsə, onda qəvrinə arvad-uşax ömürrük həsrət qalajax.
Ona  görə qaçıf  özünü  soxdu  camaatın  arasına.  Aşıx  Alı  Yığvalın  ilişdiyini  duyuf
dedi:
- Paşa sağ olsun, neyniyək, qoy mən deyim o hamısını birdən açar.


_______________Milli Kitabxana________________
Səkkiz cənnət, yeddi dami yaqın var,
Yerdədi, göydədi, hardadı ənnar?
Ərşdə iki quş var, göydə dən dənnər,
Gah pünhan olullar, gah olur aşkar.
Yığval tez əlini qaldırıf dedi:
- Paşa sağ olsun, tafdım.
Paşa dedi:
- Nədi?
Dedi:
- Aynan, gündü. Əgər desə ki, aynan, gün döyül, demək bunun dediklərinin öyü
yoxdu, yalan danışır.
Aşıx Alı dedi:
- Paşa  sağ  olsun,  indi  ki,  Yığval  deyir  yalandı,  onda  bu  bağlamanı  özüm
açajam, gör yalandı, yoxsa doğru.
Aldı görək Aşıx Alı öz bağlamasın nejə aşdı:
Deməginən bu sözdərim yalandı,
Ay, gün, Zümrüd zhu quşa büləndi
Zatı Zülcəlaldı, özü kəlamdı,
Peyğəmbərdən qaldı hədsi mötəbər.
Aşıx Alı dedi:
- Paşa  sağ  olsun,  mən  sənin  aşığınnan  o  sözü  xəvər  aldım  ki, Məhəmməd
peyğəmbər  salavatüllahi  Meraca  gedəndə yeddinci göydə qavaxlarına  iki  qatar
dəvə çıxdı. Dedi:
- Ay Cəbrayıl, əylənək bu dəvə qatarının dalı üzülsün.
Dedi:
- Ya peyğəmbər, bu dəvə karvanının dalı üzülmüyəjək.
Dedi:
- Bə bu dəvələrin yükü nədi?
Dedi:
- Ya  Rəsul  Allah,  bir  qatarın  yükü  sənin  möcüzatındı.  O  biri  qatarın  yükü  də
Əlinin səxavətidi.
- Paşa  sağ  olsun,  mən  sənin  aşığınnan  iki  qatar  dəvəni  iki  quş  mislində
soruşdum. O dedi: aydı, gündü; ay, gün olmasa, yalandı.


_______________Milli Kitabxana________________
Aldı Aşıx Alı görək o biri xanədə nə dedi:
Mərifətdən şəriətə gəlmişəm,
Təriqətdə yol ərkanı bilmişəm.
Aşıx Alı deyər mətəl qalmışam,
Çarxı-dəvvarədə neçə elm var?
Paşa öz aşığına dedi:
- Aça  bilmədin,  nataraz  oğlu,  nataraz.  Get  mehmannarın  paralarını  gəti.  Sən
soruya  cavaf  verə bilmədin,  bağlandın.  Onnardan aldığın  paranın  üstünə də bir  o
qədər qoyuf bunnara qaytarmasan, dərinə saman təpərəm.
Yığval gəlif paraları gətirif artıxlamasınnan aşığa verdi. Paşa Öz aşığına təpindi
ki, get bir də gözümə görünmə. Paşa üzünü Alıya tutuf dedi:
- Oğul, qal mənim yanımda, aşığım ol. Sizə çox eyliy eliyərəm. Alı dedi:
- Sağ  ol  paşam,  bizim ayrı mətləbimiz  var.  Aşıx  Alı  paşaynan  halal-hümbət
eliyif ayrıldı.
Aşıx  Duraxan  yoldaşdarına  tafşırmışdı  ki,  kim  nə qazanır  qazansın,  yığılan
pulları bu  çəmənnikdə mən  özüm  böləjəm.  Gəldilər  şəhərin  kənarına  çıxanda
gördülər  ki,  yoldaşdarının  hamısı  oraya yığılıf.  Aşıx  Duraxan  bığlarını  eşif
qulağına dolayannan sonra pulları tökdü ortalığa. Aşıx Duraxan pulları qardaş malı
kimi böldü, hər kəsin payını verənnən sonra dedi:
- Aşıx Alı, Allah sana min bərəkət versin. Həmişə gəlif hamımız burdan iki yüz
manat yığardıx, qalmışım o nətərəst oğlu əlimizdən alıf qaçırardı. Bu xeyri sənnən
gördük. Əgər iki ay bizdən sonra qayıdıf gəlsən toy xərcini çıxararsan.
Aşıx Alı baxıf gördü ki, onlar geri qayıtmax, vətənə getmək istiyillər.
Qalyan-qorçu Əsəd dedi:
- Aşıx  Alı, aylığımı  artırsan,  mən  sənin  yanında  qalajam.  Qalyan-qorçuyu  ayı
otuz manata tutuf gətimişdilər. Aşıx Alı dedi:
- Mən sana ayda əlli manat verəjəm.
Bunnar  bir-birrərinnən  görüşüf  halal-hümmət  eliyif  ayrıldılar.  Duraxanın
dəstəsi Şərur mahalına qayıtdı. Aşıx Alı qalyan-qorçu


Yüklə 9,66 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə