Yazıçı, 1982 nəşrləri əsasında təkrar nəşrə hazırlanmışdır. Tərtib edəni və ön sözün müəllifi: Hüseyn İsmayılov



Yüklə 9,66 Kb.
Pdf görüntüsü
səhifə31/35
tarix29.01.2018
ölçüsü9,66 Kb.
#22647
növüYazı
1   ...   27   28   29   30   31   32   33   34   35

_______________Milli Kitabxana________________
Əsədi yanına alıf üz tutdu Qars dağlarına tərəf. Sarıqamış dağlanın, yaylaxlarını
görənnən sonra dedi:
- Əsəd, bura bizim yaylaxlara nə qədər bənziyir.
Bu yerdə Aşıx Alı köyrəlif, sazını köynəyinnən çıxartdı. Aldı görək nə dedi:
Süsənni-sünbüllü, tər bənövşəli,
Yaylax, bizim yaylaxlara bənzərsən.
İçən ölməz abi-kövsər suyunnan
Bulax, bizim bulaxlara bənzərsən.
Qalyan-qorçu Əsədin bu sözdərdən ruhu təlatümə gəldi. Vətən onun da yadına
düşdü. Özü də yaman düşdü. Doluxsunuf dedi:
- Aşıx Alı, doğrudan buralar Qızıl xərəvəyə, At daşına, Əyriciyə, Verst dağına,
Səlim yaylağına, Gəzəldəriyə nejə də oxşuyur.
Aşıx  Alı  baxdı  kı,  qalyan-qorçu Əsəd  də yaman  köyrəlif.  Aldı  sözün  o  biri
xanəsini:
Zərzivil, xan Keyti, Daşkət baxarı,
Ağ sürülər Sarı yaldan yuxarı.
Gözəllər seyr edər o yaylaxları,
Yaylax, bizim yaylaxlara bənzərsən.
Deyər Aşıx Alı daş
Gözəldərə, Şəqayiq-çiçəkli xoş Gözəldərə.
Əyricə, Verst dağı, Baş Gözəldərə,
Oylax, bizim oylaxlara bənzərsən.
Söz  tamama  yetir.  Bunnar  yol başdıyıf  getməkdə olsunnar.  Birdən  göyün  üzü
dumannan, çisəkdən elə tutuldu ku, göz-gözü görmədi. Aşıx Alıynan qalyan-qorçu
Əsəd  bir-birinnən  aralı  düşdü.  Bir  xeyli  ora-bura  döyükənnən  sonra  gördülər  ki,
xoruz səsi gəlir. Elə bu arada Əsədin qavağına üç-dörd uşax çıxdı.
- Salam.
- Əleykümə salam.
- Əmi, aşıxsınızmı? Qalyan-qorçu Əsəd dedi:
- Hə, aşığıx.


_______________Milli Kitabxana________________
- Əyər aşrxsınızsa, yazıxsınız, bu kəndə getmiyin. Bura Qullar-baydar kəndidi.
Əsmər xanım gəlif orda söhbət eliyir. Sizi görən kimi sazınızı əlinizdən alajax.
Əsəd dedi:
- Ayə, mən aşıx ha döyüləm. Özüm zarafat eliyirəm. Aşıx o daldan gələndi.
Aşıx Alı gəlif onnara çatdı. Soruşdu:
- Əsəd, bunnar nə deyillər?
Dedi:
- Aşıx  Alı,  deyillər  kənddə sünnət  toyu  var.  Dəllək  gəlif,  aşığın dalınca  adam
göndəriflər. Özünüzü tez çatdırsanız, elə məclisi sizə tafşırardılar.
- Ayə, Əsəd, soruşdunmu bu hansı kənddi? Dedi:
- Soruşmuşam. Bura Qullar-baydar kəndidi.
Gəlhagəl, gəlhagəl axır ki, gəlif kəndə çatdılar. Baxdılar camaat dəstə-destə bir
tərəfə axışır. Soruşdular:
- Bu nə yığıncaxdı?
Dedilər  ki, Əsmər  xanım  Dağıstannan  gəlif.  Camaat  onun  gözəlliyinə tamaşa
eləməyə, məlahətdi səsinə qulağ asmağa gedir. Aşıx Alı dedi:
- Əsəd, biz də gedək.
Gəlif  gördülər  ki,  o  qədər  camaat  yığılıf  ki,  bir  çuval  dan  töksən  biri  də yerə
düşməz.  Balaja,  gödək  adamlar  uzunnara  beş  manat  verif  çıxıf  onnarın  çiyninnən
baxır.
Yığışannar Aşıx Alıyı görüf dedilər:
- Ayə, bir aşıx da gəldi, yol verin görək.
Camaat  Aşıx  Alıya  yol  verdi.  Aşıx  Alıynan  qalyan-qorçu Əsəd  məclisin
ortasına girdilər. Aşıx Alı dedi:
- Əsəd,  aşıx  aşığın  məclisinə sazdı  girməməlidi.  Səhvə yol  vermişik.  Allah
axırını xeyir eləsin.
Aşıx Alı əlini köksünə qoyuf baş əydi.
- Xanım, bizi bağışda. Saznan məclisinizə gəldiyimizə görə günahkarıx.
Xanım dedi:


_______________Milli Kitabxana________________
- Anama qurvan olasan, elə zarafatdar keşməz.
Aşıx Alı baxıf gördü kü, özü də xanımın başındakı qırx qızın içində bir qan da
var. Kankannıx elminin dədəsini yandırıf, yerin yeddi qatınnan xəvər verir.
Xanım dedi:
- Adam isdiyirəm ki, bu aşığı mənnən zamına götürsün.
Axşamın qara sərinində bunnan danışajam.
Mehdixan addı bir adam irəli çıxdı.
- Xanım, mən götürrəm zamına.
Dedi:
- Ünvanını de.
Mehdixan ünvanını yazıf ona verdi. Xanım dedi:
- Əgər  aşıx  qaçarsa,  öyün  dağılajax.Mehdixan  Aşıx  Alıynan Əsədi  götürüf
öyünə getmək isdiyəndə xanım dedi:
- İki  qız, əlinizdə simli  qamçı  bunnarı aparın  Mehdixanın  öyünə qoyun.
Axşamüstü gedif gətirərsiniz.
Əsəd  qızdarın  cavannığını,  gözəlliyini  görüf  papağın  dalını günortaladı.  Aşıx
Alıya dedi:
- Aşıx, xudavəndi-aləm elə eləsin ki, bağlanmıyasan. Bir il beləjə gedək-gələk.
Qızdar bunnarı gətirif Mehdixanın öyünə qoydular.
Mehdixan dedi:
- Aşıx Alı, sən məni tanımırsan. Mən Qazax mahalınnanam. Adım Mehdixandı.
Düşmannı  olduğumnan  buraya  addamışam.  Bu çəpəl  çox  qabil  sənətkardı,  on
səkkiz şəyirdi var. Çox aşıxları bağlıyıf, sazını alıf. Sizin də sazınızı alajax.
Qalyan-qorçu Əsəd dedi:
- Qardaş, qurddan qorxan, qoyun saxlamaz. Bə bu bədbəxt oğlu kişinin əlinnən
qaşsın, arvadın əlinnən qaşsın, bə bu harda aşıxlığ eliyəjək?
Mehdixan dedi:
- Siz  qaçın,  qoy  mənim  öyümü  dorq  eləsin.  Mən  təzə öy alaram.  Amma  sizin
kimi eloğlularım bu qəriflikdə pisikməsin.
Elə təzəcə yeyif-içif  kəmərin  altını  bərkitmişdilər  ki,  qızdar  qapının ağzını
kəsdilər:


_______________Milli Kitabxana________________
- Xanım sizi çağırır.
Mehdixan, Aşıx Alı, qalyan-qorçu Əsəd qızdarın yanına tüşüf məclisə gəldilər.
Gəlif gördülər ki, xanım şəhərin küçələrinə yazıf yapışdırıf ki, ay camahat, sizi
Göyçə mahalınnan,  Qızılvəng  kəndinnən  gələn  bir  aşığın  vay  gününə baxmağa
çağırıram. Hamı gəlif baxsın.
Xanım Aşıx Alıyı yanına çağırıf dedi ki, gəl belə bir şərt kəsək. Əyər mən səni
bağlasam,  boynunu  vurdurajam,  zindana  saldırajam,  dar  ağacınnan  asdırajam,  o
mənim işimdi. Və sən məni bağlasan, şərtin nə olajax?
- Xanım, birinci  mənim sənin şərtinnən qorxum  yoxdu. İkinci camahatdan da,
sənnən də xahiş eliyirəm ki, bizi bağışdıyasınız.
Biz günahkarıx. Çünki aşıx aşığın üstünə sazdı getməz.
Əsmər xanım dedi:
- Anama qurvan olasan, aşıx. Heş bir bağışdamax olmuyajax.
Qavağa  mən  düşəjəm.  Cavaf  verə bilməsən,  Göyçüyə nə ismarışın varsa,
indidən bu yanındakına söylə.
Aldı görək Əsmər xanım nə dedi:
Bir qəriv aşıxsan düşüf güzarın,
Nahax yerə bu sınağa gəlifsən.
Neçə aşıxları salmışam bəndə,
Hamısına son sadağa gəlifsən.
Aşıx Alı dedi:
- Xanım, gəlmişəm bir, qayıdım gedim iki. Mənim sənnən bir qəsdi-qərəzdiyim
yoxdu. Boynumu vurduruf, nə qazanajaxsan? Kasıv oğlanam, qoy gedim bir təhəri
başımı saxlıyım.
Xanım dedi:
- Sözə cavaf verirsən, ver, verə bilmirsən, əmr eliyim boynunu vuruf, canını bu
dünyanın əzavınnan birdəfəlik qurtarsınnar.
Aşıx Alı dedi:
- Xanım, deyəsən sənin qavağınnan qaşdıxca ayağın yaman yer alır. Sən mənim
yox,  heç  Göyçəli  bir  çovanın da əlinnən  saz  ala bilməzsən.  Arvadsan  deyə səni
biyavır eləmək istəmədim. İndi özünnən küs.


Yüklə 9,66 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə