Yazıçı, 1982 nəşrləri əsasında təkrar nəşrə hazırlanmışdır. Tərtib edəni və ön sözün müəllifi: Hüseyn İsmayılov



Yüklə 9,66 Kb.
Pdf görüntüsü
səhifə32/35
tarix29.01.2018
ölçüsü9,66 Kb.
#22647
növüYazı
1   ...   27   28   29   30   31   32   33   34   35

_______________Milli Kitabxana________________
Aldı Aşıx Alı:
Bəyənmirsən mənim kimi aşığı,
Sənin başın dağlamağa gəlmişəm.
Sazını sözünü, bir də özünü
Dustax edif saxlamağa gəlmişəm.
Xanım baxdı ki, yox, deyəsən, bu, özünə görə döyül.
- Aşıx, indiyə qədər bəlkə də sana rəhm eliyərdim. Bələ yekə- yekə danışdığına
görə başınnan qavax dilini kəsdirəjəm, dilini.
Qalyan-qorçu Əsəd baxdı gördü kü, xanımın başındakı qızdar təpədən-dırnağa
sarı kətan geyif. Aşıx Alı qalyan-qorçunun üzünə baxanda gördü kü, Əsəd qızdara
baxıf  qısır  inək  danası  kimi  yalam-yalam  yalanır.  Aşıx  Alının  ölüv-öldürməyinin
ona heş bir istisi, soyuğu yoxdu.
Alı gülə-gülə Əsmər xanıma dedi:
- Xanım, vejinə alma, işində ol.
Aldı Əsmər xanım:
Sinəmdə qövr edir eşqin sövdası,
Silinsin könlünün qalmasın pası.
Yoxdu səndə aşıxlığın siması,
Nahax yerə bu meydana gəlifsən.
Alı dedi:
- Düz  deyirsən,  arvaddar  kişilərə nə desə haxlıdı.  Amma  bu meydan  arvad
meydanı döyül. Qulağını aç, məni yaxşı-yaxşı dinnə:
Dağılıfdı huşun, həmi idrakın,
Əlac etsin sana loğmani-həkim.
Laf eyləynən aç mətahın, tök yükün,
Sərraf mənəm, yoxlamağa gəlmişəm.
Qalyan-qorçu Əsəd  gördü  ki,  xanım  livasını  dəyişif  elə geyinif  ki,  baxanda
adamın  huşu  başınnan  çıxır.  Amma  hiss  elədi  ki,  xanımın qavirqotu,  hindiqotu
Alıya təsir eləmir. Zalım oğlu xanımın lap əhədini kəsif.


_______________Milli Kitabxana________________
Əsmər xanım dedi:
- Əyə aşıx, hərzə-hərzə danışma, qulağını aç, sözümün o biri xanəsini eşit:
Əsmərəm, qəddini döndərrəm yaya,
Əlimnən gedərsən ölkənə haya.
Aşıx deyif özün çəkmə ucaya,
Nahax yerə bu meydana gəlifsən.
Alı:
Çağırram Allahı, ol Mustafanı,
Gərdişi-dövranı, qadir sübhanı.
Bu Alıyı yaxşı öyrən, bil, tanı,
Qollarını bağlamağa gəlmişəm.
Söz  tamama  yetdi,  Xanım  bu  dəfə laf  ajıxlanıf  özünnən  çıxdı.  Gedif  livasını
dəyişdi, özünə yeddi rəng ziynət vuruf, başdan ayağa qonöyüz geyif geri qayıtdı.
Qalyan-qorçu Əsəd ona baxanda huşu başınnan çıxdı.
Öz-özünə dedi:
- Zalımın balası  insan  ha  döyül,  elə bil  göydən  enmiş  huri- qılmandı.  Allah
Alıya insaf versin. Heş belə xanımın xətrinə dəyəllər.
Əsmər xanım Alıya bir tərs nəzər salıf aldı görək nə dedi:
Gəndi laf eliyif, aşığam deyən,
Çox sənin kimisin qal eylərəm mən.
Min zülümnən səni çəkdirrəm dara,
O əlif qəddini dal eylərəm mən.
Aşıx Alı dedi:
- Xanım, vallah  sana  yazığım gəlir. Gəl daşı ətəyinnən tök. Nə özünə, nə bizə
gəl nahax yerə əziyyət vermə. Qoy çıxax öz yolumuznan gedək.
Xanım  sevindi.  Fikirrəşdi  ki,  yaqın  sözü  qurtarıf,  ona  görə aradan  çıxmaq
istiyir. Yerini bir az da bərkidif dedi:


_______________Milli Kitabxana________________
- Hələ Əsmər xanımın əlinnən sağ-salamat qurtaran olmuyuf.
İnşallah sənin də canını alajam.
Alı dedi:
- Vallah, aaz, murazını gözündə qoyajam:
Bəyənmirsən mənim kimi aşığı,
Aparıf özümə mal eylərəm mən.
Vallah sallam bir tükənməz yanara,
Yandırıf-yandırıf kül eylərəm mən.
Xanım baxıf gördü ki, yox, deyəsən, bu, ipə-sapa yatana oxşamır. Gəlsənə, bir
az da qorxudam. Bəlkə təntiyif, ağlını başınnan çıxarda bildim.
- Anasının oğlu, mənim on səkkiz şəyirdim var. Neçə-neçə aşıxları saldırmışam
zindana. Səni də indi onnara qatıf boynunuzu vurdurajam:
Çağır dədən, nənən yetişsin dada,
O cavan ömrünü verəjəm bada.
On səkkiz şəyirdim var bəylərzada,
Səni də onnara qul eylərəm mən.
Qalyan-qorçu Əsəd baxdı kı, Əsmər xanım Aşıx Alıyı şəyirddərinə qul eləmək
isdiyir, ürəyində dedi:
- Aya, bu zahmın qızı noloydu məni elə özünəjə qul eliyəydi.
Qalyan-qorçu, Əsmər xanım hayana gedirdisə, onun dalınnan baxırdı. Xanım o
qədər xoşuna gəlmişdi ki, o yeridikcə köksünü ötürüf deyirdi:
- Allah, nur yağır, Allah!
Aldı görək Alı nə dedi:
Yaxşı-yaman hər nə desən qanıram,
Eşqin ataşına mən də yanıram.
Mən bir məhək daşam qəlbi tanıram,
Səni üç qəpiklik pul eylərəm mən.
Əsmər  ürəyində dedi:  mən  nə desəm,  deyəsən,  bu,  cavavını  tapajax.  Gəl  buna
elə bir biavırçı söz de ki, camahatın qavağında utansın. Deməyə söz tafmasın.


_______________Milli Kitabxana________________
Aldı Əsmər xanım:
Mən Əsmərəm, nahax gəlməz dilimə,
Çara olmaz haxdan gələn ölümə.
Səni minnəm üz tutaram elimə,
Arpa, samanını bol eylərəm mən.
Qalyan-qorçu Əsəd qayıtdı o tərəfdən ki...
- Xanım, minə bilsən məni də tərkinə al.
Camahat gülüşdü.
Əsmər xanım qarının üzünə baxıf dedi:
- Ay nənə, bu nətəri aşıxdı. Ağlın nə kəsir?
Qarı dedi:
- Ay qızım, imanım kirpi dərisində olsun, əyər belə aşıx görmüşəmsə?! Bu aşıx
deyil, Ənzəli qamışıdı.
Aşıx Alı baxdı ki, yox, deyəsən, Əsmər xanımın cilovunu çəkməyin vaxtı çatıf.
Aldı Aşıx Alı:
Aşıx Alı təvəkküldü pirinə,
Sığınmışam o Kərrari-Kərimə,
Küçükləmiş qancıx kimi hürümə,
Axşam-savah yalın bol eylərəm mən.
Mehdixan irəli yeriyif dedi:
- Xanım,  camahat  səndən  narazıdı.  Novat  indi  Aşıx  Alınındı. İndi  o  qavağa
düşəcək, sən cavaf verəjəksən.
Alı sazın zilini zil, bəmini bəm eliyif başdadı, nə başdadı.
Aldı görək nə dedi:
Əcəf yerdə keşdin mənim cəngimə,
Cəngimnən çıxmağa bir hünər gərək.
Maya dura bilməz nər qavağında,
Meydana girməyə nərə-nər gərək.
Saxla dilin özün üçün qadağa,
Əlimnən gedərsən arana-dağa.


_______________Milli Kitabxana________________
Səməndər tək göydə qanad çalmağa,
Havada süzməyə balü-pər gərək.
Camalın şövqünnən dilim oldu təng,
Çayda balığ olar, dəryada nəhəng.
Mahalım Göyçədi, kəndim Qızılvəng,
Aşıx Alı birdi, birə-bir gərək.
Aşıx Alı sözdəri deyənnən sonra camahat dedi:
- Aşıx Alı, sən də qıfılbənd de, qoy görək özünnən deyən xanım nə cavaf verir.
Alı gülə-gülə dedi:
- Arvada bağlama deyif, cavaf istəmək ölüdən kəlmeyi- şəhadət soruşmax kimi
bir şeydi. İndi deyirəm. Mən deyəjəm, amma o gözünü döyəjək.
Aldı Alı görək Əsmər xanımnan nə soruşdu:
İnsi-cinni o yer, o göy yox ikən,
Hax nə əmr eylədi, yer nədən oldu?
Pərdeyi-hicavdan bir nəzər qıldı,
O dürrün içində nur nədən oldu?
Mehdixan dedi:
- Xanım, dillən, niyə dilin kəlmə tutmur.
Əsmər xanım dili dolaşa-dolaşa dedi:
- Mehdixan  sağ  olsun,  havanın  istisi,  sazın  səsi  mənim  başıma düşüf.  Qoy
desin, hamısını birdən açajam.
Aşıx  Alı  qalyan-qorçu Əsədin  üzünə baxıf  gördü  ki,  dostu  papağın  dalını
yaman günortalayıf. Əsədin kefi Alvızın başında cöylan vurur.
Aldı sözün o biri xanələrini:
O bir nəzər qıldı gövhər tərlədi,
Bir qətrəsi düşdü, ümman eylədi.
Xışma gəlif Cəbrayıla söylədi,
Yandırdı şahpərin, nar nədən oldu?


Yüklə 9,66 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə