Yazıçı, 1982 nəşrləri əsasında təkrar nəşrə hazırlanmışdır. Tərtib edəni və ön sözün müəllifi: Hüseyn İsmayılov



Yüklə 9,66 Kb.
Pdf görüntüsü
səhifə34/35
tarix29.01.2018
ölçüsü9,66 Kb.
#22647
növüYazı
1   ...   27   28   29   30   31   32   33   34   35

_______________Milli Kitabxana________________
- Əllərinizi yuxarı qaldırın, and için! Dedilər:
- Nəyə and içək?
- And  için  Ağrı dağına,  peyğəmbərin  bulağına,  Nuhun gəmisinə.  And  için  ki,
bizim siznən heş bir işimiz olmuyajax.
Birinin  civində bıçağı  varıydı. Əlini  salıf  onu  da  civinnən  çıxardif  yerə atdı.
Öz-özünə dedi:
- Qansız adama oxşuyur. Birdən üstümü yoxluyuf tapar. Məni vuruf öldürər.
Aşıx Alı dedi:
- Di gəlin addayın.
Bunnar əlləri  yuxarıda  gəlif  addıyırdılar.  Biri  gözünün  qulağınnan  baxanda
gördü kü, aya, silah-zad nədi, bunun əlindəki sazıymış. Bir göz qırpımında aldılar
Aşıx Alının başının üstünü.
- Aşıx,  and  içmişik  ki,  səni  öldürməyəjəyik.  Ağrı dağında  nə nişangah  varsa,
hamısını deyejəksən. Yoxsa, sənin qaşoyluğunu bu qamçıya verəjəm.
Aşıx Alı dedi:
- İcazə verin deyim.
Aldı görək Aşıx Alı nə dedi:
Alçaxdan ucuya çəkilif başın,
Dağların sərdarı nər Ağrı dağı.
Payızın, baharın olar zimistan,
Sənnən əysik olmaz qar, Ağrı dağı.
Dedi:
- Aşıx,  Ağrı dağının nə nişanəsi  var  biz  bilirik.  Düz  deməsən, səninkini  sana
verəjəyik.
Xan atdanar, xan yerinə xan düşər,
Leşgər vurar, mahallara qan düşər,
Hər dağdan irəli sana gün düşər,
Hər zaman açılsa dan, Ağrı dağı.


_______________Milli Kitabxana________________
Qaçaxlar bir ağızdan dilləndilər:
- Aşıx Alı, sağ ol. O biri nişannarı da düz desən, nəmərin bizdə.
Alı alıf sözün o biri xanələrində görək nə dedi:
Səkkiz rizvandı, o cənnət bağı,
Neçə qapısı var, neçə otağı...
Nuh gəmisi, peyğəmbərin bulağı,
Çox nişana səndə var, Ağrı dağı.
Aşıq Alı insanata sirridi,
Tozun qalxıf İrəvanı bürüdü,
Axşam üstü bir tərəfin yeridi,
Batırdın Axuranı pir Ağrı dağı.
Söz qaçaxların çox xoşuna gəldi. Yeddi nəfəriydilər. Hərəsi bir onnux qızıl da
bunnar verdi.
Aşıx Alıynan qalyan-qorçu Əsəd xeyli gedənnən sonra sağ-salamat gəlif Şərur
torpaxlarına  çatdılar.  Alıynan  qalyan-qorçu Əsədin  ayrılmax  məqamı  yetişdi.
Görüşüf, öpüşüf, halallaşannan sonra Aşıx Alı çıxardıf Əsədin pullarını verdi. Hələ
otuz manat da üstünə qoydu. Baxdı Əsəd ayağınnan yer qurdalıyır. Alı dedi:
- Əsəd, noluf, niyə yer eşəliyirsən?
- Aşıx Alı, mana az verdin.
- Niyə danışdığımız yadınnan çıxıfmı?
- Yox, yadımdadı. Amma mən çox çətinniklər çəkdim sənin yolunda. Sən də ki,
yüz aşığın pulunu qazandın.
Aşıx  Alı  çıxarıf  ona  otuz  manat  gənə verdi.  Sonra  halal-hümmət  eliyif
ayrıldılar.  Aşıx  Alı  gejəni  gündüzə qatıf  özünü  kənddərinə çatdırdı.  Gejə yarısı
qapılarını döydü. Tez dədəsi qapının dalına gəlif soruşdu:
- Səsinə qurvan olum, Alı, sənsənmi?
- Ay dədə, mənəm.
Allah  heç  kəsi  kasıf  eləməsin.  Bir  ağac  qırığı yoxuydu  ku,  qapının  dalına
söyküyüf  yatalar.  İmirzə kişi  qapının  dalına  daş  yığmışdı.  Daşdan  bir-bir  götürüf
qırağa qoyur. Qoyduxca danışırdı:
- Alı, mən bir şey düzəldəmmədim. Ölmüş anan da bir şey düzəldəmmədi.


_______________Milli Kitabxana________________
Aşıx Alı dedi:
- Ay dədə, qorxma, yaxşı gəlmişəm.
İmirzə kişi qapıyı açdı. Aşıx Alıyı bağrına basdı. İmirzə kişi dedi:
- Öyü xaravanın qızı, Alı gəldi.
Anası yetirif oğlunu ayaxdan başa duz kimi yaladı.
- Anan ölsün. Anan öləydi, səni görmüyəydi. Bəsdi xanımı ayrı adama veriflər.
Bu saat toy çalınır.
İmirzə kişi  hirsdi  adamıydı,  amma  adam  döyməknən  işi  yoxuydu.  Arvadın
üstünə qıjğırılıf dedi:
- A gijvəsər qızı, gijvəsər. Cahaldı, ona niyə elə xəvər verdin?!
Savah açılhaaçılıydı. Anası tez çay qaynadıf onun qavağına qoyuf, dedi:
- Anan ölsün, bir istəkan çay iç.
Aşıx  Alı  bir  istəkan  çay  içənnən  sonra  baxıf  gördü  kü,  dədəsi  böyründə
hərrənir. Alı dədəsinin üzünə baxanda İmirzə kişi soruşdu:
- Ah, a bala, nətəri gəldin?
- Ay dədə, yaxşı gəlmişəm. Üç kisə qızıl gətirmişəm. Dan yeri ağardı.
Camahat mal-qoyunu naxıra qatan vaxtı İmirzə kişiyə dedi:
- Ay dədə, mən Çamırrıya Bəsti xanımın toyuna getmək isdiyirəm, nə deyirsən?
- A  bala,  o  toyda  on  yeddi  cahal əli  tüfəngli  dayanıf,  deyillər  toya  kim  duz
qatsa, onu vurajaxlar.
- Yox, dədə, ölsəm də gedəjəm.
Aşıx Alı sazım götürüf Çamırrıya, toy öyünə yollandı. Camahata şüd düşdü kü,
Aşıx  Alı gəldi.  Hamı  elə bilirdi  ki,  Aşıx  Alı ölüf.  Ona  görə də Bəsti  xanımı
başqasına verillər. Aşıx Alı məclisə girəndə hamı məəttəl qaldı.
- Aşıx Alı, sazını çıxart, bir oxu.
Aşıx Alı sazı çıxartmaxda olsun, sizə kimnən xəvər verim, İmirzə kişidən.
İmirzə kişi arvadına dedi:
- Arvad, o farmaşın qoynundakı xançalı çıxart mana gəti.
- A kişi, neynirsən onu?
- Gədənin dalıncax gedirem, tez ol!
- Ayə, sən bu xançalnan nağayrajaxsan?


_______________Milli Kitabxana________________
- Əşşi, sənin işin döyül. Yüz gün yarax, bir gün gərək.
İmirzə kişi ətmi  doğramışdı,  köşəmi  çəkmişdi,  ya  gönmü  sıyırmışdı,  bilmirəm
elə qannı-qannı xançalı qınına qoymuşdu. Xançalın yarıya qədəri qındaydı, yarıya
qədəri də çöldə. Nə qınına otururdu, nə də çıxırdı. İmirzə kişi bunu kürkün altınnan
belinə bağlayıb getdi həmin toy məclisinə. Gördü kü, on yeddi cahal əlində tüfəng
dayanıf.  İmirzə də bir  tərəfdə dayandı. Əli də kürkün  altındakı  xançalın  dəstində.
Camahat dedi:
- Aşıx Alı, oxu.
Aldı görək Aşıx Alı nə dedi:
Günahkaram yar yanında,
Doğru sözüm yalan oldu.
Yeriş etdi qəm ləşkəri,
Könlüm şəhri talan oldu.
Bəsti xanım Aşıx Alının səsini eşitdi. Üzünnən ürbəndini azajıx araladı. Gördü
kü,  Aşıx  Alı  qəmli-qəmli  oxuyur.  Aşıx  Alı da  baxdı  ki,  Bəsti  xanım  ağlıyır.  Öz-
özünə dedi:
Ayə, bu bizim kənddi filankəs kimi gözündən mayıf olajax.
Bax bu qaşa, bax bu gözə,
Yandı bağrım döndü közə.
Keçən sözü çəkmə üzə,
Keçən keçdi, olan oldu.
Bəsti  xanım  baxıf  gördü  kü,  söznən  onu  başa  salır  ki,  gedifsən  get,  günahkar
mənəm.
Bəsti bu töhmətə dözmədi, oğlanın bajısını yanına çağırıf dedi:
- Ala, qardaşının üzüyünü.
- Aaz, toya qan salarsan, aaz nə danışırsan?
- Cəhənnəmə qan düşsün. Mən elə bilirdim ki, Aşıx Alı ölüf.
İndi ki, Aşıx Alı sağdı, getmiyəjəm.
Bir azdan xəvər yayıldı kı, deməzsənmi Bəsti xanım Aşıx Alı gəlif deyən üzüyü
geri qaytarıf, toyu pozmax isdiyir. Aşıx Alı isə oxuyurdu:


Yüklə 9,66 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə