_______________Milli Kitabxana________________
O vaxtdar dövlətdi kasıva qız vermirdi. Ona görə bilirdim ki, o bizə qız
vermiyəjək.
Anam gedif dədəmə dedi.
Dədəm bilmirəm nəyə umud eliyif dedi:
- Bu saat gedif alajam.
Dədəmin bir köhnə kürkü varıydı. Çiyninə atıf evdən çıxdı.
Çamırrıynan Qızılvəngin arası yaxınıydı. Dədəm Niftalıgilə çatıf qapıyı döyür.
İçəridən səs gəlir:
- Kimdi ayə, qapıyı döyən? Atam deyir:
- Niftalı, mənəm.
Niftalı qapıyı aşdı kı, İmirzə kişidi. Dedi:
- Buna yaqın xərc-zad qoyuflar, düzəldə bilmiyif, ona görə gəlif.
Dedi:
- Gəl, ay İmirzə, gəl içəri.
Niftalı İmirziyi çox mərifətnən qarşıladı.
Dedi:
- Ay arvad, çaydan-çörəkdən qoyun. İmirzə, gejənin bu vaxtı bizə nə yaxşı
gəlifsən? İmirzə dedi:
- Yaxşı günün olsun, a Niftalı, bilirsənmi niyə gəlmişəm? Niftalı dedi:
- Gəlifsən, belə xoş g’lifsən, belə gözüm üstə gəlifsən. Nə mətləvə gəlifsən
düzələr.
İmirzə dedi:
- Yaxşı günün olsun, a Niftalı. Xudavəndi-aləm hamıya oğul- qız toyu qismət
eləsin. Mən də istiyirəm oğlum Alıya toy eliyəm.
Arvad da deyir, Niftalı da deyir:
- Allah mübarək eləsin!
İmirzə kişi axır ki, gəlir mətləf üstünə:
- A Niftalı, gəlmişəm ki, qızın Bəsdi xanımı bizim Alıya verəsən.
Ayə Niftalı dəli olmadımı! Əlini belə hərrədi ki, İmirzənin noxtalığına birini
qoya. Arvad qulağına pıçıldadı:
- A Niftalı, onun xətrinə dəymə, başdığını çox istə, qoy getsin öyündə ölsün.
_______________Milli Kitabxana________________
Odu ku, Niftalı dedi:
- Ay İmirzə, arvad razıdı. Qızı sənin oğluna verəjəm, amma istədiyimi gərək
gətirəsən.
- İsdə qadan alım, görüm nə istiyirsən?
- Sənnən üç yüz manat qızıl pul alajam. On yeddi erkək gətirərsən. Çaxırrıdan
dəli Ağayarın atının balasını da gətirərsən. O at Qazaxdan gəlif, Dilboz atdarın
cinsinnəndi. El xərci o tərəf-bu tərəf də sənin boynuna.
İmirzə əl verir "Allah mübarək eləsin, a Niftalı" - deyif çıxıf üz tutur
Qızılvəngə.
Anam bir də xəvər gətirdi ki, dədən yaman fit çala-çala gəlir. Yağın qızın
"hə"sini alıf.
Öz-özümə dedim, axşamnan kişi toxdu, ətin fışqırığıdı, ajıxsın havax çalsa.
Dədəm gəldi. Kürkü atdı öyün ortasına. Arxası üstə uzandı. Əllərini başının
altına çatdı. Anam gəlif dədəmin yanında oturdu. Dedi:
- A kişi, nə xəvər gətirdin?
- Öyü xaravanın qızı, sən bilmirsənmi mən getdiyim yerdən boş gəlmərəm.
- Nə dedi ay İmirzə, başdıx-işdik, bizdən nə istədi?
- Ə, nə var, nə istiyə. On yeddi erkək isdiyir, o tərəf-bu tərəf əl xərci mənim
boynuma. "Hə" deməsinə bir at balası, üçcə yüz manat qızıl pul isdiyir.
Anam o yannan qayıtdı kı, onun yüz manatı bu anasının boynuna. Sonra dedi:
- A kişi, yüz manat da sənin boynuna. On harava ot bişmə, iyirmi harava biç.
Dədəm öysürdü:
- Arvad mənimkini əlli elə, mən düzəldə bilmiyəjəm.
- Düzəldəjən, canın çıxsın.
- Alı, a bala, yüz manat da sənin boynuna.
Aşıx Alı deyir: baxdım gördüm, bunnar elə danışıllar, elə bil gəlin gəlif, lap
qapının ağzındadı. Amma ortada nə bir manat var, nə də bir keçiləri. Yerimnən
qalxıf dedim:
- Ana, mənim coravımı, ayağımın məsini gəti. Sazımı götürüm gedim. Mən də
öz payımı düzəldim gətirim.
_______________Milli Kitabxana________________
Aşıx Alı sazını götürüf öydən çıxır. Yay vaxtıydı. Qalxır S’lim yaylağına, At
damına, Dəmir təpiyə. Avdiləsərə, Qızıl Xərəvəyə. Bu yaylaxların hamısını gəzif
gəlif Əyricədə böyük bir tuxuraya rast gəlir. Görür kü, böyük yığıncaxdı. Bəylər,
bəyzadələr əyləşif kef eliyillər. Bir nökər Aşıx Alıyı görüf qavağa gəlir. Aşıx Alı
onnan soruşur:
- A bala, bu tuxuru kimindi?
- Dayı, bu Naxçıvannı Kalvalı xanın şaddıx məclisidi. Buyur, gedək.
Aşıx Alı gəldi. Məclisdəkilərə ədəfnən salam verif, əleyk alannan sonra Kalvalı
xan soruşdu:
- A quzum, kimin rahatısan?
- Səmənd ağanın rahatıyam.
- Oğlum, sazını çıxart söhbət elə.
Aşıx Alı sazını çıxardıf söhbətə başdadı. Onun çalıf-oxumağı Kalvalı xanın çox
xoşuna gəldi. Nökəri səsdədi:
- Get bir at yəhərrə, gəti bura.
Nökər gedif yaxşı bir at yəhərrəyif gətirif Aşıx Alıya verif dedi:
- Bu atı xan sənə bağışdıyır. Kalvalı xan nökərrərə dedi:
- Xurcunu da gətirif qoyun aşığın tərkinə. Yol adamıdı.
Aşıx Alı atı minif Kalvalı xana çox minnətdarrıx elədi. Hamıynan təmənnəşif
yol başdadı Şərur mahalına tərəf. Bir kəndə yaxınnaşanda beş-altı uşağa rast gəldi.
Onnar soruşdular:
- Aşıxsanmı?
- Bəli, aşığam. Qadanız alım. Yaxşı məclis olanda çalıf-oxuyuram.
- Aşıx, görürük cavansan. Buralara da nabələdsən. Biz məsləhət görərdik ki, bu
cığırnan getmiyəsən.
- Niyə, a bala.
Qavaxda Arakolanı adında bir kənd var. Aşıx Duraxan orda olur. Səni görsə
sazını alajax. Düzü qorxuf çəkinsəm də yolumnan dönmədim. Bir azdan at məni
endirdi həmin kəndə. Başımı qaldırıf gördüm kü, bir kişi həyəti süpürür. Salam-
əleykdən sonra soruşdum:
- Əmi, bura aşıx Duraxanın kəndidi?
_______________Milli Kitabxana________________
Dedi:
- Bəli.
Aşıx Alı deyir bir fikirrəşdim ki, gəl Duraxanın öyünü xəvər al. Düz get
Duraxanın öyünə. Bir də fikirrəşdim ki Allah çuğula nəhlət eləsin. Çuğul nə
ölmüyüf, nə də ölmüyəjək. Gedər Duraxana xəvər verər. Duraxan gəlif atımı da
alar, sazımı da. Amma o vaxtın pulu otuz manatım varıydı. O otuz manatı
arxalığımın elə yerinə gizdətdim ki, qanıma bulamıyınca ələ keçəsi döyüldü. Çox
çək-çevirdən sonra "Allah sənnən mədəd" - deyif atın başını döndərdim. Gəldim
düz Duraxanın qapısına. Atı eyvanın sütununa bağlıyıf girdim içəri. Gördüm kü,
bir kişi bığlarını eşif qulağına doluyuf. Hər dizinin üstündə bir ipək dəsmal var,
düyünün xırdasını duruhal qaynatdırıf yeyir. Qaşıx mənzilinə çatannan sonra
dəsmalın birini götürüf bığının bir tərəfini silir. Sonra o biri dəsmalı götürüf o biri
bığını silməyə başdıyır. Çəkinə-çəkinə ona salam verdim, amma heş mana tərəf
baxıf eləmədi. Çörəyini yeyif qurtarannan sonra dedi:
- Bala, nə istəyirsən, nəyə gəlifsən? Eşidirəm səni.
- Ay usta, gəlmişəm ki, boynumda bir təklif var, onu götürməkdə mana kömək
eliyəsən. Həm də sənnən bir kəlmə mərifətdi söz öyrənəm.
Duraxan dedi:
- O boynundakı təklif burda götürülməz. Oğul, get bir həftə buralarda hərrən
gəl, mən də bir beş-altı adam düzəldim, addıyax Türkiyəyə. O mətləvin düzəlsə,
orda düzələjək.
Aşıx Alı deyir, getdim bir həftə hərrəndim. Gəlif gördüm kü, on səkkiz adam
topluyuf. Bir dəst xanəndə, bir dəst kəndirbaz, bir də Sarvannan kəndinnən Əsəd
adlı bir qalyan-qorçu götürüf. Ayda otuz manata behləşmişdilər. Aşıx Alı deyir
fikirrəşdim ki, nə qədər pul qazanajıyıx ki, otuz manat da qalyan-qorçuya verəjiyik.
Duraxan dedi:
- Yaxşı olajax. Addıyajıyıx Türkiyəyə. Gələndə də gəlif toyunu eliyərsən.
Aşıx Alı deyir eşiyə çıxdım kı, atın hörüyünü dəyişəm. Gördüm kü, kəndçimiz
Ramazan kişi Şərurdan Göyçüyə düyü gətirir.
- Salam-əleyküm, Aşıx Alı. Oğul, gedirsənsə, baravar gedək.
- Yox, ay Ramazan əmi. Mən Türkiyəyə gedirəm. Bəlkə getdim ölüv-itdim, heş
qayıda bilmədim.
Dostları ilə paylaş: |