Yazıçı, 1982 nəşrləri əsasında təkrar nəşrə hazırlanmışdır. Tərtib edəni və ön sözün müəllifi: Hüseyn İsmayılov



Yüklə 9,66 Kb.
Pdf görüntüsü
səhifə24/35
tarix29.01.2018
ölçüsü9,66 Kb.
#22647
növüYazı
1   ...   20   21   22   23   24   25   26   27   ...   35

_______________Milli Kitabxana________________
Bəli,  mənim əzizlərim,  Böyükağanın  göndərdiyi  qasid  ağanın  sifarişini  Aşıx
Alıya çatdırır.
Aşıx  Alı  çıxılmaz  vəziyyətə düşür,  özü  də Böyükağanı yaxşı  tanıyırdı.  Bilirdi
ki, o çox çətin, inad adamdı. Aşıx Alı dedi ki, ay oğul, kəndimizdə bir nəfər kasıb
adam oğluna toy eleyir. Özü də keçən həftədən mən ona söz vermişəm. Ələsgəri də
Qazağa  toya  aparıflar,  burada  olsaydı  onu  göndərərdim.  Ağaya  deynən  təvəqqe
edirəm, mənnən inciməsin, söz verdiyim adamı naumud qoyuf ora gələ bilmənəm,
özgə aşıx tafsın.
Qasid Aşıx Alının cavabını Böyükağaya çatdıranda, elə bil Böyükağanı zəhərli
bir  kürzə ilanı  çalır.  Hirsindən  cin  atına  minən  Böyükağa  Aşıx  Alını  söyüb
yamanladı da, ürəyində dedi ki, yaxşı, Aşıx Alı, sən sən ol, mən də mən olum. Bu
hayıfı səndə qoysam, onda başımdakı bu qiymətli papax gərək mənə haram ola.
Əziz dinləyicilər, aradan bir müddət keçəndən sonra Çaxırlı kəndində dəli Şirin
aldı  bir  nəfər  kasıb  adam  oğluna  toy  eliyəsi  olur.  Dəli  Şirin  özünü  Aşıq  Alının
yanına  çatdırır,  şirin  dilini  işə salıb,  onu  oğlunun  toyuna  çağırır.  Xoşbaxtlıqdan
Aşıx  Alı  da  heç  kəsə söz  verməyibmi?.  Dəli  Şirinə deyir  ki,  arxayın  get,  gəlib
oğlunun  toyunu  ürəyin  istəyən  kimi  keçirəcəm.  Dəli  Şirin  şad-xürrəm  kəndə
qayıdır.  Onu  da  deyim  ki,  Dəli  Şirin  Böyükağanın  Aşıx  Alıdan  möhkəm  incik
düsdüyünü  bilirdi,  elə ona  görə də Aşıx  Alının  yanına  naumud  gəlmişdi.  İndi  bu
kasıb öz işinin düzəldiyini görəndə az qaldı ki, qanadlanıf uça. Kənddə Böyükağa
eşitdi ki, Dəli Şirinin oğlunun toyunu Aşıx Alı eliyəjək, elə bil bədəninə qor doldu.
Öz-özünə dedi  ki,  bir  bu  ləvənd  oğlunun  işinə bax.  Qohumlarını  evinə yığıb  dedi
ki, bilir-siniz ki, Aşıx Alı mənim oğlumun toyunu keçirmədi, Dəli Şirinin oğlunun
toyunu keçirməyə gedir. Biz onu bu məclisdə pisikdirməliyik.
Bəziləri, insafən, dedi ki, ay Böyükağa, sənin adın-sanın var, ayıf döyülmü elə
bir ustad aşığı pisikdirirsən? Bir də ki, axı onu kim pisikdirə bilər?
Böyükağa  dediyindən  dönmədi  ki,  dönmədi.  Dedi  ki,  Aşıx Ələsgər  Qazaxdan
gəlif,  Aşıx  Alının  toyda  olduğunu  ona  demək  lazım  döyül,  onu  lapdan  Alının
üstünə gətirmək  lazımdır.  Alıya  da  xəlvətcə deyək  ki,  Aşıq Ələsgər  səni  yaman
hədələyir, deyir ki, iki qoçun başı bir qazanda qaynamaz, mən ustamla qavaxlaşıb,
deyişəcəm, Allah ya ona verər, ya da mənə, qoy ilana öz balası qənim


_______________Milli Kitabxana________________
olsun, deyiblər. Onu bağlayıf pisikdirə bilsə, ancaq Aşıq Ələsgər pisikdirə bilər.
Bəziləri  dedi  ki,  qoy  elə də olsun,  biz  bunları bir  sınaxdan  çıxaraq,  Allah
hansına verər, verər.
Bəli, müxənnətə, söz qəhət ha döyül. Böyükağanın adamları hər tərəfdən Aşıx
Alıya  çatdırdılar  ki,  ay  Aşıx  Alı,  sənin  çörəyinin  duzu  yoxmuş,  indi  öz  yetirmən
sənə qənim kəsilmək isdəyir. Ələsgər səni yaman yanıyır. Hər yerdə deyir ki, gərək
ustamla deyişəm, Allah ya ona verər, ya da mənə.
Aşıx  Alı bu  sözlərə gah  inandı,  gah  da  inanmadı,  öz-özünə fikirləşdi  ki,  axı
mən yaxşılıqdan başqa Ələsgərə nə pislik eləmişəm ki, o, məni belə hədələyir. Bir
də fikirləşdi ki, əşşi, insan çiy süd əməndir. "Xamır yeyənin fağırı olmur, deyiflər",
bəlkə də onu öyrədif, yoldan çıxarıflar.
Bəli, mənim əzizlərim, Aşıx Ələsgəri da aldadıf, həmin məclisə gətirdilər, Aşıx
Ələsgər  saz  qoltuğunda  məclisə girəndə artıq,  məclisin  şirin  yeriydi,  öz  ustadının
məclisdə olduğunu görəndə utanıb dayandı, axı ona demişdilər ki, bu toyda sənnən
başqa  aşıx  olmayacax.  Getsə,  bu  o,  deməkdir  ki,  deyişməliyik,  Aşıx Ələsgər
aldandığına görə çox pərt olmuşdu.
Aşıx  Alı  da  çox  çətin  adam  idi,  Aşıx Ələsgəri  görəndə deyilənlərə tamam
inandı,  üzünü Ələsgərə tutub  dedi  ki,  oğul,  nə fikirlə gəlifsən,  xoş  gəlif,  safa
gətirifsən,  deyişmək  isdəyirsən,  açıq  danış,  daha  orda-burda  məni  niyə
hədələyirsən, a bala? İndi çıxart sazını, bu sən, bu da mən. Aşıq Ələsgər and-aman
elədi  ki,  ustad,  mən  Sizin  bu  məclisdə olmağınızı  bilməmişəm,  bilsəm  Sizin
icazəniz  olmasa,  heç  gələrəmmi?  Bir  də,  o  nə sözdü,  nə hədə-qorxu,  nə deyişmə,
bu nə olan sözdü, ustad? Axı mənim Sizə ata qədər hörmətim var.
Aşıx Alı dedi ki, Ələsgər, mənə dil tökmək lazım döyül, mən sənnən əl çəkəsi
döyüləm. Bu məclisdə bu gün söz-söhbətə son qoymalıyıx.
Ələsgər  ustadınnan  qavaxlaşmaq  istəmirdi.  Oydu  ki,  sazını  köynəkdən
çıxartmadı.  Bu  Böyükağanın  adamları tələb  etdi  ki,  Aşıx Ələsgər,  sən  qorxursan?
Sən ustanın sözünü yerə salma, sazını köynəkdən çıxart. Ələsgər getmək istəyəndə
Aşıq Alı dedi, Ələsgər, bir divani deyəcəm, ona qulax as.


_______________Milli Kitabxana________________
Aldı Aşıx Alı:
Məhəmmədə xaliq özü,
Göndərdi Qur'anı mərd.
Altı min altı yüz altmış ayə,
Yüz on dörd surəni mərd.
İlahidən nazil oldu,
Göydən endi dörd kitab.
O, Qur'ana baş əyənlər,
Tez tapır imanı mərd.
Beş kəlməyə aşiq olan,
Sinəsi dəftər gərək,
Haqq-taalanın min bir adı,
Dillərdə əzbər gərək,
Bu aləmə zülm eyləyən,
Olmaya rəhbər gərək.
Açıb cənnət qapısını,
Göstərdi rizvanı mərd.
Gəl, biçarə Aşıx Alı,
Xəbərdar ol dünyada.
Uca könül, alçax saxla,
Havalanma dünyada,
Haqqın min bir adını gəl,
Gündə üç yol sal yada.
Vaqif ol, haqqın yolunda,
Gəl eylə tobanı mərd.
Aşıx Ələsgər arif adam idi, başa düşdü ki, ustadı hansı simə toxunur.
O,  istədi  gedə,  Aşıx  Alı  onun  qabağını  saxladı.  Bütün  məclis  tələb  etdi  ki, bir
cavab ver. Məcburi Ələsgər sazını köynəkdən çıxardı. Dedi ki, ustad, mən Sizin bu
məclisinizə pis niyyətlə gəlməmişəm. Mənim Sizə böyük bir ustad kimi hörmətim
var. Onda icazə ver, bir cığalı təcnislə Sizə öz fikrimi bildirim.
Aldı  Aşıq Ələsgər öz  ustadına  necə məsləhət  vermək  istiyir,  tərəfindən ərz
edək, Siz də xoşbəxt olun.


Yüklə 9,66 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə