Yazıçı, 1982 nəşrləri əsasında təkrar nəşrə hazırlanmışdır. Tərtib edəni və ön sözün müəllifi: Hüseyn İsmayılov



Yüklə 9,66 Kb.
Pdf görüntüsü
səhifə21/35
tarix29.01.2018
ölçüsü9,66 Kb.
#22647
növüYazı
1   ...   17   18   19   20   21   22   23   24   ...   35

_______________Milli Kitabxana________________
Çeşmin cəllad, qaşın almaz olubdu,
Heyva təki saralıbdı, solubdu,
Mən aşiqəm solubdu,
Saralıbdı, solubdu
Yarı yardan ayırmaq,
Müxənnətdən olubdu.
Mən çəkdiyim cəhənnəmin odudu,
Yanar ürəyimdə yağ damar-damar.
Alıyam, sinəmi çarpaz dağlaram,
Loğman olub yaraların bağlaram.
Mən aşiqəm yara mən,
Yetirmədim yara mən
Dərdə dərman olmadı,
Eyləmədim çara mən.
Bahar buluduyam coşub ağlaram,
Bağban da bəsləyir bağ damar-damar.


_______________Milli Kitabxana________________
_______________Milli Kitabxana________________


_______________Milli Kitabxana________________


_______________Milli Kitabxana________________
NƏDİ
Havalanma, dəli könül,
Zorunan işin nədi?
Mənsur təki Hələbdə
Dannan işin nədi?
Tut orucun, qıl namazın,
Şükür et Allahına,
Yoxsulsan alçaqdan yeri,
Varınan işin nədi?
Mənəm deyən başa varmaz,
Mənəm demə gerdə dur.
Əl ki gördün qan içində,
Çək ətəyin gerdə dur.
Həqiqət, mərifət haqdır,
Təriqətdə gerdə dur.
Kəc baxma ustad yoluna,
Pirinən işin nədi?
Gəl, biçarə Aşıq Alı,
Qafil olma dilindən,
Şükr eylə iqbalına,
Cüda düşmə elindən,
Əl uzatma hər deşiyə,
Şahmar vurar əlindən,
Sən ki, ovsunçu deyilsən,
Marınan işin nədi?


_______________Milli Kitabxana________________
BU GÜN
Gözəllər, məəttəl qaldım,
Bir belə tərlana bu gün.
Ağlımı aldı başımdan,
Günüm oldu qara bu gün.
Ah çəkdim fəğan etdim,
Yetmədim imdadə bu gün.
Günüm tamam ilə döndü,
Tamam yandım nara bu gün.
İqlim üzrə tək yaranıb
Yəqin bilin yoxdu tayı.
Keykavusdan bəri baxdım,
Bəhsin çəkdim yoxdu sayı.
Nəfsimi oda yandırdım,
Haq-taladan alıb payı.
Başı, gözü düz qurulub,
Heyranam naqqaşa bu gün.
Şəmşül Məlik zamanınnan
Belə gözəl görməmişəm.
Çox tərifi mən elədim,
Meyli nədi bilməmişəm.
Ərəsəti izhar etdim,
Cənnət-cəhənnəm demişəm.
Zülmü-sitəm etdi mənə,
Neyliyim əğyara bu gün?
Çox gəzdim bu dünyanı
Tutiyəsən çəkim gözə.
Sənin tayın Reydə gördüm,
Müfsid olma qoyma sözü.
Hicrində mən tək qalmışam
Salırsan manqala, közə.
Ay məleykə, imdad eylə,
Bir busa ver yara bu gün.


_______________Milli Kitabxana________________
Ağuşa çək qoyma yanam,
Rəhmin gəlsin rəna mənə.
Tiği zəban olma aman
Ziba kimi zəbun mənə.
Aşıq Alı, uqab ollam,
Meylin olsa gəlsən mənə.
Qulun ollam illərəcən
Məhbub ollam vara bu gün.
SƏNƏM
Cümə günü ürcah oldu
Yandı canım nara, Sənəm.
Baxıram mah camala,
Oluram avara, Sənəm.
Çəkirəm həsrətini
Sinədəki vara, Sənəm,
Gözlərimnən axıdıram
Ab ilə leysanı, Sənəm.
Heyranam ol Xudaya,
Sənin tək insan yaradıb,
Tarixdə görməmişəm,
Bir belə ceyran yaradıb.
Züleyxa dünyada nədi,
Səni onnan can yaradıb,
Rəhm elə mən yazığa
Bir busa ver barı, Sənəm.
Qaşın qara, gözün qara,
Olmuşam divanə kimi.
Saçların düşüb dizinə,
Behiştin qılmanı kimi.
Gözlərinə baxmaq olmur
Türkmənin sultanı kimi.
Bir bəri bax üzün görüm,
Qardaşının canı, Sənəm.


_______________Milli Kitabxana________________
Çox sağ ol, rəhmin gəldi,
Ülfət qıldın can görürəm.
Sən Alıya məhəl qoydun,
Çox nəcibsən xan görürəm.
Namizədsən öz yarına,
Öz qəlbimi yan görürəm.
Sən mənə bacı oldun,
Məhşər günü tam, Sənəm.
GƏLƏCƏK
Qövlü bəla belə qurulub
Həqiqət dövran gələcək.
Mən deyirəm yəqin bilin
Qiyamət divan gələcək.
Çalışgınan savab qazan,
Savabsıza yan gələcək.
Somu Salatınnan bezən,
Qətranı qazan gələcək.
Anadan olduğun günü,
Bilginən ki, qəzan vardır.
Nə iş tutsan bu dünyada,
Xeyir-şəri yazan vardır.
Sağır-fağır incitməsən
Yaxşı əməl düzən vardır.
Torpaq altda lət içində
Nəkreyilə can gələcək.
İnsi-cinsi ol yaratmış
Çəkəcəkdi qəhri-qəza.
Onun tutduğu əmələ
Verəcəkdi əhli cəza.
Çalışgınan yetim doydur
Pis əmələ uyma əsla.
Uruhlar da cəm olacaq,
Qıl körpüyə can gələcək.


_______________Milli Kitabxana________________
Tam uruhlar ərəfəyə
Tamam orda cəm olacaq.
Nameyi əməl əllərində
Sorğu-sual qurulacaq.
Yaxşı əməl ol cənnətə
Pis əməlli tam yanacaq.
Ərəsət məhşər olacaq,
Sahib əzzaman gələcək.
Cəm olarlar ərəsətə
Məhəmməd Mustafa gəli,
Aşıq Alı, sənin ağan
Əliyi Mürtəza gəli.
Fatimeyi Zəhra ilə
Həsəni Müştəba gəli.
Zülüm ərşə dayananda,
Şafeyə Hüseyn gələcək.
DANIŞ
Yaranannan bu dünyada,
Nə bacarsan az danış,
Meyl eyləmə əyriliyə
Həmişəlik düz danış,
Dalda qalma bir adam ol
Sayılanda az danış,
Alimlərə meydan oxu
Dərdə dərman yüz danış.
Ataların misalıdı
Bu dünyada beş günlük,
Qapılarda yetim qalır
Yaman dərtdi düşkünük,
Elə ki, ölüb gedəndə
Yas tutanlar üç günlük
Paya düşən bu dünyada
Beş arşındı bez, danış.


Yüklə 9,66 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə