Yazıçı, 1982 nəşrləri əsasında təkrar nəşrə hazırlanmışdır. Tərtib edəni və ön sözün müəllifi: Hüseyn İsmayılov



Yüklə 9,66 Kb.
Pdf görüntüsü
səhifə17/35
tarix29.01.2018
ölçüsü9,66 Kb.
#22647
növüYazı
1   ...   13   14   15   16   17   18   19   20   ...   35

_______________Milli Kitabxana________________
YARATDI
Küllü yaranmışın püştü-pənahı
Əvvəl əldə iki dürrü yaratdı.
Dür terrədi rövşən etdi aləmi,
Beş pəncinən ali-əba yaratdı.
İki nurdu: Məhəmməddi,
Əlidi Cəbrayıla yol göstərən vəlidi.
Fatimədi iki nura bəllidi,
Xudam nurdan on bir imam yaratdı.
İmam Həsən gözəllərin gözüdü,
İmam Hüseyin şəfaətçi özüdü.
Zeynəlabdin zindan çəkdi düzüdü,
Yezidə Müreyyib talan yaratdı.
Məhəmmədbağıra nökər olasan,
Cəfərnən Kazıma qonaq qalasan.
Qərib İmamrza şahi-Xorasan
Təqi-Nəqi, ol imamı yaratdı.
Qəlbimin nurudu Həsən Əskəri,
Sahib zühr edəcək qiyamnan bəri.
Alıyam, çağırram şahi-Heydəri,
Adəmnən Həvvanı xakdan yaratdı.
SEVDİYİM
Əlif qəddin, şümşad belin, bey incə
Tey telinə şana vurma sevdiyim.
Sey asari səndə iman bulunmaz,
Cəm camala şölə vermə sevdiyim.
Hey həlak eyləyir incidir məni
Xey xəlq eyliyibdi bir xudam məni.


_______________Milli Kitabxana________________
Dar dərdin eyliyib divanə məni
Zal zülfün gərdənə sürmə sevdiyim.
Rey rəngin zərda zey kimi xəndan
Sin sərvi qamətin xətti gülüstan.
Şin şad eylə məni qurtar sevdadan,
Bir busə ver, üz döndərmə sevdiyim.
Zat saxla, qulunam, zat bazarında,
Tey-telin cığadı yar qabağında.
Zey zəlil qalmışam yarın əlində,
Ayın əşqi yara vurma sevdiyim.
Çayın qulun ollam sana kəmtərin
Fey fələkdi gey sonalı göllərin.
Qaf kəmər üzündə şövqü-ənbərin,
Kaf küffardı üzə vurma sevdiyim.
Lam lala açılıb yar yanağında,
Mən mərcan olaydım yar qolbağında.
Alıyam, tab etməm mən fərağında,
Hey-haraya gəl göndərmə sevdiyim.
QOCALMIŞAM
Ala gözlüm, sən nə məlul durursan,
Sən görən deyiləm, yar qocalmışam.
Qaymaq dodaq, gül yanaqlı bəxtəvər,
Gəlibdi gözümə tor qocalmışam.
Dəhanda dişlərim gəlib amana,
Qədd əyilib, belim dönüb kamana.
Dolanıb rüzigar, dönüb zamana,
Tərlan baxtım olub sar, qocalmışam.


_______________Milli Kitabxana________________
Bu fani dünyadı heç kəsə qalmaz,
Seyraqub çırağı başatan yanmaz.
Heç kəsə qalmayıb, xana da qalmaz,
Arıyıb-axtarıb kar, qocalmışam.
Könül qubarlanıb tutanda bəhsi,
Gələndə guşuma müxənnət səsi.
Müddəi eyləyib hər işin tərsi,
Çox zülüm eyləyib çar, qocalmışam.
Tüsdü qalxıb duman gəzir başımda,
Ataş qaynar ürəyimdə, döşümdə.
Alıyam, olmuşam doxsan yaşımda,
Ağarıb saqqalım, çal, qocalmışam.
DOLANDIRIR
Hər yetən hərcayı deyir aşığam,
Setayıya simi tel dolandırır.
Adam var başını saxlıya bilmir,
Adam var camaat, el dolandırır.
Adam var ki, fikir-zikir eyliyir,
Adam var ki, Haqqa şükür eyliyir,
Adam var ki, hiylə-məkir eyliyir,
Adam var ki, fitnə-fel dolandırır.
Aşıq Alı şər işindən çaşqındı,
Adam var ki, el içində şaşqındı.
Adam var kı, çörək versə düşkündü,
Adam var dünyada dil dolandırır.


_______________Milli Kitabxana________________
EYLƏR-EYLƏR
Bir elə mövlanın ətəyindən tut,
Aləmə imdadı ol, eylər-eylər.
Zərrəcə nəzəri olsa üstündə
Yerdən daş götürsən ləl eylər-eylər.
Böhtan demə, böhtan tutar adamı,
Mənim bu sözlərim gövhər mədəni.
Cəhənnəm odunnan betər adamı
Yoxsulluq yandırar kül eylər-eylər.
Alıyam, sözlərim safadır-safa,
Dünya müxənnətdir, insan bivəfa.
Hökm eyləsə Ağrı ilə o Qafa,
Tökər dəryalara sel eylər-eylər.
YAVAŞ-YAVAŞ
Məhəbbət əhliyəm çeşmi-xumara,
Gəşt eylə dünyanı gəz yavaş-yavaş.
Unutma dostunu peşman olarsan,
Dostunan düşməni seç yavaş-yavaş.
Nə ağlın var, nə huşun var, kam alım
Mən danışım, qulaq asın, dəm alın.
Cəm eylə idrakın, ağıl-kamalın,
Yolunla getginən düz yavaş-yavaş.
Alıyam, çağırram sirri-xudanı,
Unutmam duz-çörək, həmi də nanı.
Fələk üz döndərər, haqqını tanı,
Elini, gününü bil yavaş-yavaş.


_______________Milli Kitabxana________________
GƏLƏCƏKDİ
Dövlətlilər, nə uyubsuz dünyaya,
Dünya malı sizə dar gələcəkdi.
İncitməyin fağırların pirini,
Nəticəsi sizə ar gələcəkdi.
Köyxa deyir dünya mənim, var mənim,
Torpaq mənim, cənnət mənim, sar mənim.
Göydən düşən o çalruylu qar mənim,
Ədalət olacaq, dar gələcəkdi.
Həqiqət, axirət vardı, deyirəm,
Yeddi cəhənnəmi vardı deyirəm.
Yoxsulun Allahı vardı deyirəm,
Siratın körpüsü, var, gələcəkdi.
Nökər saxlamağın çoxdu günahı,
Aləmə yetəcək miskinin ahı.
Zülm edənə zülm eliyər İlahi,
Yoxsulun üzünə var, gələcəkdi.
Aşıq Alı, sığın şahi-Heydərə,
Ədalətsiz, mərifətsiz bəylərə.
Lütfsüz, loxmasız olan səylərə,
Axirət tufanı, qar gələcəkdi.
ƏLLƏR
Küllü kainatın püştü-pənahı,
Pirinci əl üstə gətirən əllər.
Beş yaşında ol kafəri səmaya,
Əntəri qeyz ilə itirən əllər.
Dünya abı ikən xakə vuruldu,
Altı gündə hökm olundu, quruldu.
Abi-kövsər, xaki-baddan duruldu,
Tifilkən ağ divi bənd edən əllər.


_______________Milli Kitabxana________________
Xızır Peyğəmbərin elmi dəryadı,
Musa Peyğəmbərin qəlbi oryadı.
İsanın anası adı Maryadı,
Xızırla Musaya yol verən əllər.
Xavəri-saili cəmə gələndə,
Yetmiş oğlu ol Salsalın öləndə.
Malik Əbülməcən salsal əlində,
Salsalla şəmamə götürən əllər.
Yer altında şəhrizərə getdilər,
Büstü dala ol şəmamə yetdilər.
Gülabı-Malikə qardaş etdilər,
Salsalı dəryaya qərq edən əllər.
Adəmnən Hatəmə Merac mehmanı,
Onunla getmişdi bilin pünhanı.
Aşıq Alı, sən ağanı tək tanı,
Almanı, üzüyü gətirən əllər.
BİZƏ GÖNDƏR
İstəkli sevgilim, qəlbimin pəri,
Qaymaq dodağından bal bizə göndər.
Ağlımı alıbdı sənin camalın,
Zülfunün ucundan al bizə göndər.
Mən səni sevmişəm dünya üzündə,
Qəlbim qaldı sənin şəhla gözündə,
Vədə verdin düz olmadı sözün də,
Sözün düz olmasa, nar bizə göndər.
Ürəyim şüşədir, sındırma, əzmə,
Dolanıb dünyanı əğyarla gəzmə,
Əlimi uzatsam əlini üzmə,
Üzsən də əlini, qar bizə göndər.


Yüklə 9,66 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə