Yazıçı, 1982 nəşrləri əsasında təkrar nəşrə hazırlanmışdır. Tərtib edəni və ön sözün müəllifi: Hüseyn İsmayılov



Yüklə 9,66 Kb.
Pdf görüntüsü
səhifə15/35
tarix29.01.2018
ölçüsü9,66 Kb.
#22647
növüYazı
1   ...   11   12   13   14   15   16   17   18   ...   35

_______________Milli Kitabxana________________
Alı neynər bülqarı görəndə,
Tərlan oylağında sarı görəndə,
Bülbül gül üstündə xarı görəndə
Əsla dönməz bir də bağa, soruşma.
GETDİ
Yarsız yenə qan ağlarım dəmadəm,
Kəsilibdi səbri-qararım, getdi.
Bir kimsənə əlac etməz dərdimə,
Yoxdu, ləbi-məlhəm maralım, getdi.
Ahi əfqanımda kara gəlmədi,
Neçə tor qurdumsa, tora gəlmədi,
Salıbdı cismimi nara, gəlmədi,
Sədaqət oxundan yaralım getdi.
Düşdü Məcnunundan aralı Leyli,
Kərəm oda yandı, Əslidə meyli.
Alı giryan qaldı, yardan gileyli,
Köç etdi ceyranım, maralım getdi.
DƏRİNDİ
Elə müəmmadır aşıq sənəti,
Bir isimdə dörd hikməti dərindi.
Şairdir, məzəkar, sazan, xoş avaz,
Fəth eylə cəmini bəhrə dər indi.
Bu məqamda əhsənlər var, minnət var,
Bir dərgahdı, içrə zülmət, cənnət var,
Firudin var, suluddin var, sünnət var,
Al matahın taybataydı dər indi.
Aşiq oldun aqillərdən elm ara,
Arif məclisində gələrsən kara.


_______________Milli Kitabxana________________
Hər hikmət söylənsə tapmasan çara,
Çulğayar qəlbini dərdi-sər indi.
Huşyar ol, alim var hikmətli söylər,
Elmi dayaz aşıq naçardı, neylər?
Məclis küdrət çəkər, qəlbini teylər,
Bunu dərk etməzin əqli sərindi.
Yetmiş iki dildi bir para taxta,
O ustad əlində dolanmaz saxta.
Gah başda dolandır, gah da ayaqda,
Eylə qəm evini dərbədər indi.
Adəmdən Hatəmə sazda dəlil var,
Anlamasan tərk et, meydan etmə dar.
Alı nəsihəti qalsın yadigar,
Xəbərdar olunsun bu xəbər indi.
QABAQDA
Cəm oldu bu cəmdə nuri-ərənlər,
Agah idi xətti-xalı qabaqda.
Pirim aşkar etdi şah məkanını,
Kaş olaydım mən də halı qabaqdan.
Yahu-yahu deyib haqqa uydular,
Yaman hu... dedilər təam qoydular.
Cümlə məxluq loxma ilə doydular,
Məcməyilər dolu qaldı qabaqda.
Müstəcəbdi sovma-səlat səbatdan,
Kəsirimiz qalmaz xümsü-zəkatdan.
Alı xof eyləməz püli-sibatdan,
Cənab Əmir şölə salı qabaqda.


_______________Milli Kitabxana________________
ÇÜRÜDÜ
İstəyirəm qələm alım söz yazım,
Sel-sel oldu sinəm başı çürüdü.
Qohum-qardaş, dost-müsahib yad oldu
Vaxt da keçdi cavan ömrüm çürüdü.
Fələk qəhr eylədi saldı çöllərə,
İntizaram göz tikərəm yollara,
Yazaram vəsfimi düşər dillərə,
Qəza gəlib ətrafımı bürüdü.
Alıyam, sinəmdə eşqin sevdası,
Atlaz mimtənəsi, gümüş baftası,
Çalxanır dəryada suyun sonası,
Bilmirəm mələkdi, yoxsa hürüdü.
QALMADI
Dedim, könül, gəl al məndən nəsihət,
Zay oldu bədənim, sağ da qalmadı.
Qohum-qardaş hərə düşdü bir yana,
Əridi ürəyim, yağ da qalmadı.
Dünya çarxı gərdiş vurdu dolandı,
Könül baxdı hər tərəf bir bulandı.
Ellər gəldi yaylağında dolandı,
Qayıdanda heç kim dağda qalmadı.
Yazıq Alı nə çəkirsən fərağı,
Ayrılıb vətəndən gəzmə irağı,
Xainin başatan yanmaz çırağı,
Pozuldu bostanlar, tağ da qalmadı.


_______________Milli Kitabxana________________
AY AĞA HARAY
Əyildi qamətim, büküldü belim,
Sən yetiş dadıma, ay ağa, haray!
Könül coşdu qanadlanıb uçmağa
Yanıbdı şahpərim ayağa, haray.
Balıq olan suda üzməz lələksiz,
Tərlan olan göydə uçmaz qənətsiz
Aslan olan sözü ötməz köməksiz,
Sən yetiş köməyə, ay ağa, haray.
Çağırram qulunu qoyma sərgərdar,
Düşmüşəm qovğaya gəl məni qurtar,
Ağalar ağası, ya Şahısuvar,
Sən yetiş imdada, ay ağa haray.
GÖZDƏ GÖZÜ SƏN
Gövhər mədəniyəm, düşmüşəm dərdə,
Dərman eylə gözə gözdə gözü sən.
Aman həkim əllərinə mən qurban,
Zay olmasın gözüm gözdə gözü sən.
Çox dövran sürmüşəm fani dünyada
Allahı çağırram yetişsin dada.
İşıq vermir, gözüm görmür dünyada,
Rəhm eylə gözümə, gözdə gözü sən.
Biçarə Alıyam, gəlmişəm dada,
Hesab eylə haqqı salgınan yada.
Cəsədim alışır, yanıram oda,
Eylə gözlərimə gözdə gözü sən.


_______________Milli Kitabxana________________
OLGUNAN
Bir söz deyim xətrin mənnən xoş olsun,
Bir busə istərəm, qayıl olgunan.
Acıqlanıb mənə hədyan deyəndə
Düşgünən çöllərə sayıl olgunan.
Üzümə baxanda qoca görürsən,
Siyah zülfün dal-gərdəndə hörürsən,
Qəlbini əğyara, kara verirsən,
Baxgınan hikmətə mayıl olgunan.
Mina gərdən nəzik bədən ala sən,
İncə belə gümüş kəmər dola sən,
Alıyı çəkməynən nara, ala sən,
Könlünnən könlümə qayıl olgunan.
AY ÜZƏ-ÜZƏ
Qəm məni çulğayıb saldı dəryaya,
Cəhd eylədim çıxam ay üzə-üzə.
Oğrun-oğrun öz oduma yanıram,
Qəza vurub saldı ay üzə-üzə.
Yarananda borclu olub bir cana,
Bənzəmədim nə sultana, nə xana.
Dolandım dünyanı, bildim əfsana,
Bu cavan canımı ay üzə-üzə.
O gün olarmı ki, şad olub gülək,
Sən əydin qəddimi, ay qoca fələk.
Alı, yaradandan sən eylə dilək, -
O, deyər dərdini ay üzə, üzə.


_______________Milli Kitabxana________________
NARIN ÜZ
Yaradanım qələm çalsa gözələ,
Sən sürtəsən narın üzə narın üz.
Mənim kimi yazın dönsə tərsinə,
Həsrət olar narın üzə narın üz.
Həsrət oldum o bağçıya, o bağa,
Sinəm yanar bu düyünə, bu dağa,
Qəza vurub yoldan çıxsan qırağa
Həsrət olar narın üzə narın üz.
Bacarıram qabağında söz deyəm,
Bülbül olub bu bağlarda gözdəyəm.
Alı deyər gözəl yara söz deyəm,
Sən sürtəsən narın üzə narın üz.
DEYİRƏM
Ay ağalar, gəlin sizə söyləyim,
Atəşin ürəkdə yanar, deyirəm,
Qəvi düşmən pis fikirdən çəkinməz,
Od vurub sinəmə yanar deyirəm.
Ürəyim dərdlidi, qəlbim fikirdə,
Tab edə bilmirəm bir belə dərdə,
Sayıl tək səhrada qaldım şərməndə
Əl vurma şüşəyəm sınar deyirəm.
Alıyam, unutmam vəfalı dostu,
Vurubsan sinəmə kamanı qəsdi,
Dedim əl çəkəsən, demədin bəsdi,
Qalmışam zülmətdə, kənar deyirəm.


Yüklə 9,66 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə