Yazıçı, 1982 nəşrləri əsasında təkrar nəşrə hazırlanmışdır. Tərtib edəni və ön sözün müəllifi: Hüseyn İsmayılov



Yüklə 9,66 Kb.
Pdf görüntüsü
səhifə23/35
tarix29.01.2018
ölçüsü9,66 Kb.
#22647
növüYazı
1   ...   19   20   21   22   23   24   25   26   ...   35

_______________Milli Kitabxana________________
İncil, Zəbur, Tövrat, Qur'an
Göstər kitabın görüm.
Dostum, əgər bütpərəstsən,
Bu narı-neyrana gəl.
Mən Alıyam tamam leyli-
Nəhar söylərəm mədhi,
Mərifəti, şəriəti,
İnnəqan haq, təriqəti,
İsayısan "İncil"i sev,
Musayisan "Tövrat"ı.
Gər Məhəmməd ümmətisən,
Boyun əy, "Qur'an"a gəl.


_______________Milli Kitabxana________________
QƏZƏL
1
Yeri-göyü xəlq eyləyən, bu məvhu məvaya gəl,
Haqqınan-nahaq arası düşübdü davaya, gəl.
Aman vermir dostlar bu gün, düşmüşəm qəm behrinə
Şərəfyabam bu sənətdən əzəlindən çayə gəl.
Eşq belə bir bəladı, cümlə ona mübtəla,
Nə Məcnuna tənə eylə, gülməz Züleyxaya gəl.
Könül sevən gözəl olur, babalardan qalan söz,
Çatmaq üçün öz yarına, imkan ver Leylaya gəl.
Bir sevgi də bu aləmdi, hamı aşiq dünyaya,
Günüz şəmsi ziyarət et, gecələr də ayə gəl.
Könüllə mən əl çəkmərəm, bu dünyadan agahdı,
Əzrail gürzü çalanda, bacarırsan hayə gəl.
Gözəl şaban şərəfimdi, yadımdadı pənzideh,
Nə şöhrət var gündədi, bel bağla mövlaya gəl.
Pak Qur'andan var savadım, dini dindən seçirəm,
İsbat üçün izah edim, necə çətin ayə gəl.
Hikmətlərdən pür savadam, hünərliyəm isbata,
Həm dərsindən kasadsansa, buyur təmənnaya gəl.
Xuda sənin qəlbindədi, cüda salma özündən,
Bir anın da olmaz onsuz, səbəb etmə xudaya gəl.
Alı, ümüd xudadadır gen gündə sal yadına,
Hey çağırram min bir adı, sal üstümə sayə gəl.
Aşıq  Alının  qələmə aldığı  yeganə qəzəlini  "Divanilər"  bəhsində verilməsini  məqsədəuyğun  saydıq
(tərtibçi).


_______________Milli Kitabxana________________
_______________Milli Kitabxana________________


_______________Milli Kitabxana________________


_______________Milli Kitabxana________________
AŞIQ ALI İLƏ AŞIQ ƏLƏSGƏRİN DEYİŞMƏSİ
Gedər oldum, yar-yoldaşım sağ olsun,
Bol olsun çörəyi, aşı dünyanın.
Bundan sonra dərdləriniz durulsun,
Sürmələnsin gözü, qaşı dünyanın.
Ərənlər qoyduğu yolları seçdim,
Dolduruban, eşqin badəsin içdim.
Bir belə sövdayçın sərimnən keçdim,
Ləli-gövhər olsun daşı dünyanın.
Bağla bostan olsun çöllər, səhralar,
Bal ilə yağ olsun, yeddi dəryalar.
Meyvə versin bütün bağlar, ovalar,
İstərəm yaz olsun qışı dünyanın.
Dərdli Kərəm deyər dünya fanidi,
Neçələrin üzü üstə sürüdü.
Kimsə bilməz nə zamandan bəridi,
Heç hesaba gəlməz yaşı dünyanın.
Ustatlar ustadnaməni bir yox, iki deyər, biz də deyək iki olsun.
Arifi-müəzzəm, ey nuri-eynim,
Mənim kimi ömrü bad olan varmı?
Qohumdan, qardaşdan, dostdan, aşnadan
Xəyalı dolanıb, yad olan varmı?
Hər kəs özü mətləbini qanmayan,
Dünya cifəsinə səhl sönməyən,
Fələk əli dəyib, çərxi dönməyən,
Ləzzəti dəhanda dad olan varmı?
Dağlar qan ağlayır, düşüb borana,
Daha bundan sonra çətin yarana,
Göyçə qana batsın, qaldı virana,
Daha Ələsgər tək ad olan varmı?


_______________Milli Kitabxana________________
Mənim üçün nə ata, var, nə ana,
Arif görək bu mətləbi tez qana.
Minə qəm atina çıxaq cahana,
Görək bu dünyada şad olan varmı?
Günbəgündən bağlayıram qəm, vərəm,
Könül sakit olub, heç tapmır aram,
Nə Şirin, nə Fərhad, nə yazıq Kərəm,
Abdulla tək cismi od alan varmı?
Ustatlar ustadnaməni iki yox, üç deyər, biz də deyək üç olsun, namərdin ömrü
püç olsun.
Açma mətahını naşı tüccara,
Qiymətini bilib, xiridar olmaz.
Bədöyün qocası olsa da arıq,
Sürsən mənzil kəsər, kəmhünər olmaz.
Qaşın fırqətindən dağlar qərəli,
Üç hərifdir yerin, göyün qərəli.
Misə qalay vursən axır qaralı,
Nə lələ bənzəməz, nə gövhər olmaz.
Hüseynəm, sinəmdə haqqın baratı,
Yaxşı iyidin var sözü, söhbəti.
İyidin olmasa binadan zati,
Tanınıb, heç yerdə aşikar olmaz.
Sizə
kimdən  söylüyüm,  haradan  söylüyüm,  Göyçə
mahalının
keçən
günlərinnən,  keçmiş  dövranından,  adları dillər əzvəri  olan  ustad  aşıxların
kamalından,  Göyçə mahalının adlı-sanlı aşıxları Dədə Alıynan,  Dədə Ələsgərin
qavaxlaşmasından.
Bəli,  mənim əzizlərim,  tarixə yaxşı-yaxşı  baxsaq,  görərik  ki,  Göyçə mahalı
bizim ulu babamız oğuz tayfalarının doğma vətənidi. Göyçənin adı çəkiləndə saz,
söz, ustad aşıxları yada düşür.
Dədə Qorqud  döyründən  saza,  sözə olan  məhəbbət  bu  mahalda  yaşayanların,
cavanından tutmuş qocalarına qədər hamısının qanına, iliyinə hopuf.


_______________Milli Kitabxana________________
Ulularımız  yaxşı  deyif:  "Göyçədə yeni  doğulmuş  uşax,  beşikdə ağlayanda
qoşma, təcnis üstündə ağlayır, səsi də saz havasına köklənmiş olur".
Saza,  sözə olan  bu  məhəbbət  Göyçə mahalında  neçə-neçə ustad  aşıxların
yaranmasına  səvəf  oluf.  Belə ustad  aşıxlardan  indi  qulluğunuzda ərz  edəcəyim
Aşıx Alıynan Aşıx Ələsgərdi.
Aşıx  Alı  döyrünün  tanınmış  ustad  aşığı  olan  Ağ  Aşıxdan  dərs  alıf,  yüksək
kamala  çatmışdı.  Dədə Alı addı-sannı sənətkar  olannan  sonra,  bir  çox  şəyirdlər
yetişdirmişdi.  O  cümlədən  adını  fəxrlə çəkdiyimiz  Dədə Ələsgər  də Dədə Alının
istəkli şəyirdlərindən biri olmuş, onun sayəsində yüksək kamala çatmışdı.
Ancaq onu da deyək ki, ustaddan öyrənən şəyirdin də görək öz qabında bir şeyi
olsun.  Yoxsa  bir  ustanın  noxudnan  divar  suvamağına  oxşayar.  Ustanın  divara
vurduğu noxudlar dığırlanıb yerə töküldüyü kimi, fərsiz şəyird də ustadın qiymətli
sözlərini bir qulağından alıf, o biri qulağından çölə buraxıf, küləyəcə verəcək.
Xoşbaxtlıqdan Ələsgər  belə şəyirdlərdən  döyüldü.  Aşıx  Alı  şəyirdlərinin
hamısından  daha  çox Ələsgərin  xətirini  istəyər,  onun  kəskin  hafizəsinə heyran
qalıf,  şəyirdinnən  fəxr  edərdi.  O, Ələsgərin  gələcəyinə böyük  ümüd  gözüynən
baxırdı. Ələsgər də ustadına doğma oğul kimi yanaşar, onun hörmətini həmişə əziz
tutardı.
Bəli, əzizlərim,  artıq Ələsgər  də püxtələşmiş,  eldə,  obada  ad-san  qazanmış
aşıxlardan saydırdı.
İcazə verin,  söhbətimizi  burada  yığcamlaşdırıf, əsas  mətləbə keçək.  Çox  haxlı
və maraxlı  bir  suval  ortalığa  çıxır  ki,  axı  nejə olur  ki,  belə istəkli  ustadla  şəyird
arasında inciklik, zidiyyət düşüf, biri-birinə meydan açıf, deyişməli olmuşlar?
Əvvəla,  onu  deyək  ki,  mərdimazarın  öyü  yıxılsın,  bu  mərdiməzarlar,  xayınlar,
xəbislər olmasa, dünyada yaşamağa nə var ki, mərdiməzarlar nə ölüf, nə də öləcək,
onlar  hər  döyranda  oluf,  yaralı çivan  kimi  həmişə xalqa əziyyət  verif,  indi  də
verirlər.
Əhvalat belə oluf:  "Göyçə mahalının Çaxırlı kəndində Böyükağa  addı,  sözü
keçən,  varlı  adam  oğluna  toy  eliyəsi  olur.  Qohumlarınnan  bir  nəfəri  Aşıq  Alının
dalınca  Qızılvəng  kəndinə göndərir,  tapşırır  ki,  gedif  Aşıq  Alıya  deyərsən  ki,
Böyükağa bazar günü oğluna toy eliyəsidi, durmasın, tez bir bizə gəlsin.


Yüklə 9,66 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə