Yazıçı, 1982 nəşrləri əsasında təkrar nəşrə hazırlanmışdır. Tərtib edəni və ön sözün müəllifi: Hüseyn İsmayılov



Yüklə 9,66 Kb.
Pdf görüntüsü
səhifə19/35
tarix29.01.2018
ölçüsü9,66 Kb.
#22647
növüYazı
1   ...   15   16   17   18   19   20   21   22   ...   35

_______________Milli Kitabxana________________
ZEYNALIN
Yanşaxda bir iyid gəlib ərsəyə,
Yoxdur bərabəri, tayı Zeynalın.
Qarşısına çıxan görünmür hələ,
Qüdrətdən verilib payı Zeynalın.
Mərcan Qamışlıda atdığı güllə,
Gilas budağından saldı bir gilə.
Yazdım tərifmi, yayılsın elə, -
Ucalsın qoy haqqı-sayı Zeynalın.
Aynalısı xub yaraşır boyuna,
Qoymaz ovu nəzərindən yayına,
Arzum budur gələm oğul toyuna,
Şən dolansın yazı, yayı Zeynalın.
Kamil səyyad oldu, sərrast kamandar,
Murovun sərini eylədi şikar.
Seyrəngahı oldu o qoca dağlar,
Oylağıdı Meydan çayı Zeynalın.
Aşıq Alı saldı hər yerdə bəhsin,
Aləmə şəms etdi sədasın, səsin.
Dörd pələngə qalib gələn qəməsin,
Eşidilməz hay-harayı Zeynalın.
GƏTİRMİŞƏM
Gecə-gündüz vird etdiyim, ay Bəsdi,
Qəlbimnən qəlbinə tel gətirmişəm.
Gəzdim İstanbulu, Qarsı, İzmiri,
Türkiyə elindən bar gətirmişəm.
İpəyin ən xası layiqdir sənə,
Torpaq çox şirindi bilginən mənə.


_______________Milli Kitabxana________________
Anamın göz yaşın demirəm hələ
Koroğlu dağınnan qar gətirmişəm.
Deyişdik bağladım aşıq Yığvalı,
Əsmər istiyirdi həm qilü-qalı.
Axırda utandı, bəd gəldi falı,
Əsmərin töhfəsi var, gətirmişəm.
Dağlardan ucadı o Ağrı dağı,
Nə qədər dost tutdum Əsəddir sağı.
Çimənkənd olubdu behiştin bağı,
Behişt bağçasından bar gətirmişəm.
Alıyam, mən gəzdim tamam hər yeri,
Türkiyə elinin gözəl dilbəri.
Osmanlı sultanı dillər əzbəri,
Onların salamı var, gətirmişəm.
DÜŞDÜ
Bir dəzgah qurmuşam yüz min teli var,
Hər telinə dilbər düzənə düşdü,
Yüz yaşadı, cavan qəddi büküldü,
Yasəmən zülfünə nişanə düşdü.
Əldə şana zülfün dara bir yana,
Hürülər, pərilər, dilbər bir yana,
Dərdimi yük tutdum, getdi bir yana,
Dəryada nəhəngə, ümmana düşdü.
Dibi dərya, o başı qubara bax,
Yar sinəsi səmər vermiş nara bax,
Deyər Aşıq Alı sən bu nara bax,
Kafəri açdılar, rizvana düşdü.


_______________Milli Kitabxana________________
DOLANDI
Həbibimdi, təbibimdi Bəsdi yar,
Uydu könlüm o dildara dolandı.
Vəfasız dünyanın vəfalı yarı,
Əmr eylədi, düz ilqara dolandı.
Tay olmaz sədrinə bir qeyri sinə,
Qoymadı qoynuna bir qeyri sinə.
Yarı meyl etmədi bir qeyrisinə,
Gəldi neçə zülfü qara dolandı.
Yazı haxdan oldu, od oldu yandı,
Hərdən əbru təki o dolu yandı.
Sevda aləmində od oldu yandı,
Ah səməndərdi, nara dolandı.
BƏSDİ YAR
Peymana mərd oldum, dəşt gərd oldum,
Gör əhvalım, bir sor halım, Bəsdi yar.
Rüxsarən zərd oldum, əhli dərd oldum,
Zaydı halım, həm xəyalım, Bəsdi yar.
Cismidə canımsan, ilqarda dursan,
Sən can alanımsan, verrəm buyursan.
Təlx lisanımsan, eyham vuransan,
Bilsin cümlə qoy mahalım, Bəsdi yar.
Olmasan bivəfa, sürərsən səfa,
Gələsən insafa, çəkməyəm cəfa,
Sevən düşməz xofa, çekilər qafa,
Etmə müşgül ilk vüsalım, Bəsdi yar.
Artırdın məlalım, həm qilü-qalım,
Tərk edim mahalım, sərf edim malım.


_______________Milli Kitabxana________________
Ya ölüm, ya alım, yox desən, zalım,
Aşkar oldu son sualım, Bəsdi yar.
Çeşmimin ziyası, Alıdı ası,
Geydi qəm libası, ahdı nəvası.
Qurdu firqət yası, agah mənası,
İnanma ki, burda qalım, Bəsdi yar.
BƏSDİ
Sən şəmsi, mən kənarında sitarə,
Rüxsət ver sərinə dolanım, Bəsdi.
Can fəda eylərəm, ey mahiparə,
Budur sərmayədən olanım, Bəsdi.
Kərəməm, Əslisiz giryan neylərəm?
Məcnunam, dəştdə üryan neylərəm?
Nainsaf, halıma bir yan, neylərəm?
Sənsən canı verib, alanım, Bəsdi.
İqbalım dadıma yetmədi bir an,
Sitəmindən oldu can evi viran,
İstərsən gəzərəm İranı, Turan
Qürbət diyarlara yollanım, Bəsdi.
Umma mərhəməti qəni daradan,
Əgər səvhsənsə çıxaq aradan.
Kərəm hasil olar nadir çaradan,
Tərsinə odlara qalanım, Bəsdi.
Dəhri cəfa çoxlarını tovladı,
Uydu baban rəsulları qovladı,
Ah sənlə bir diyarın övladı,
Qoyma yad ellərə calanım, Bəsdi.


_______________Milli Kitabxana________________
YANDI
Qəza qərq eylədi yanar odlara,
Elimin sərvinaz sonası yandı.
Atəş müqəddəsdi, napakdan qaçar,
Görmədim nə xənnas, nə ası yandı.
Nə idi günahı pakı xilqətin,
Oldu mübtəlası dərdin, zillətin;
Aqil fəhm eləyib, alsın ibrətin,
Nağının gül üzlü balası yandı.
Dərkiyan naçardı dövran işinə,
Olmadı bir zəka, elac düşünə.
Cümlə tab eylədi qəm atəşinə,
Mənim tək qəm əhli yanası yandı.
Qəbahət nə idi, odlar qalandı,
Əsil məhşər gördüm qeyri yalandı.
Cümlə qəm eylədi, qəlbi talandı,
Aqil küdrət çəkdi, danası
1
yandı.
Aşkar şivən qurdu ilahi tala,
Alı tab etmədi bu müdhiş hala.
Bir cana borcluydu o körpə bala,
Nari-cəhənnəmdi, anası yandı.
OLA BİLMƏZ
Gözəllər şahıdı nazlı nigarım,
Kimsənə Bəsdiyə tay ola bilməz.
Xilqətinə xudasından verilən,
Bundan qeyrə cəlil pay ola bilməz.
Alim


_______________Milli Kitabxana________________
Buğdayıya qara dedin, a zalım?
Bir an görməyəndə pozulur halım.
Odu pəri nisbət şəmsi-cəmalım,
Şəbahəti ulduz, ay ola bilməz.
Şəms oldum aləmə aqil sözümlə,
Ucalmışam, cəfalara dözümlə.
Nainsaf, seyr eylə yarı gözümlə,
Hilal qaşı kimi yay ola bilməz.
Kanaram qüssədən başdan-binadan,
Cəlil xilqət törər, cəmil anadan.
Ah gövhər sərrafıdı, a nadan,
İnşallah cəfası zay ola bilməz.
ÇALIM
Qəddi dal, eyni zay olsam da, gülüm,
Yenə də pür kamal həvəsdi çalım.
Qəm çökdü sinəmə eyləyə zülüm,
Bir gətir sazımı, a Bəsdi, çalım.
Piranələr halı müdam müdhişdi,
Halətimə körpələr də gülüşdü;
Naqafil yadıma keçən gün düşdü,
Söylə bəmdən çalım, ya səsdi çalım?
Bəşər qəmli qüdrətindən yaranı,
Xaliq xəlq eyləyib qəlbdə qaranı.
Dilləndirib tez kəsərəm aranı,
Həm desəm bu Alı növrəsti çalım.


Yüklə 9,66 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə