Yazıçı, 1982 nəşrləri əsasında təkrar nəşrə hazırlanmışdır. Tərtib edəni və ön sözün müəllifi: Hüseyn İsmayılov



Yüklə 9,66 Kb.
Pdf görüntüsü
səhifə2/35
tarix29.01.2018
ölçüsü9,66 Kb.
#22647
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   35

_______________Milli Kitabxana________________
görmüşdür.  Qüdrətli  saz  ustasının  yanında  keçən  illər  səmərəsiz  qalmamış,  Alının
sədası tezliklə Qızılvəngdən, Göyçənin hüdudlarından çox-çox uzaqlara yayılmışdır.
Aşıq  Alının  həyatı  ilə bağlı əldə olan  məlumatlar  təxminən  yuxarıdakıları
təkrarlayır. Məsələn, folklorşünas alim M.Həkimov yazır. "Tədqiqatçılar bu böyük saz-
söz  sərrafının  1800-1801-ci  ildə Göycə mahalının  Qızılvəng  kəndində yoxsul  kəndli
Mirzə kişinin  kasıb  komasında  dünyaya  göz  açdığını,  ailəyə səadət  gətirdiyini
söyləyirlər".
1
Mürsəl Həkimovun verdiyi bilgidən Aşıq Alının anasının adının Fatma,
həyat yoldaşının adının Bəsti olduğu aydınlaşır
2
.
İ.Ələsgər də Aşıq Alını XIX əsrdə yetişmiş məşhur aşıqlardan sayır: "O, təxminən,
1800-cü  ildə Göyçə mahalının  Qızılvəng  kəndində dünyaya  göz  açmışdı.  Onun  atası
Mirzə əkinçiliklə məşğul  olan  kasıb  bir  kəndli  imiş.  Alı  cavan  vaxtlarından  saza-sözə
maraq göstərmiş, aşıq olmaq üçün Göyçənin Kərkibaş kəndində yaşayan Ağ Aşığa bir
neçə il  şəyirdlik  eləmiş  və bu  sənətə yiyələnmişdir. O da  özündən  sonrakı  birçox
aşıqlara  müqəddəs  saz  sənətinin  sirlərini,  incəliklərini  öyrətmiş,  kamil  sənətkar  kimi
püxtələşməsində mühüm  rol  oynamışdır.  Məşhur  Aşıq Ələsgər  də Aşıq  Alının
yetişdirdiyi  şəyirdlərdəndir.
3
V.Vəliyevin  "Azərbaycan  folkloru"  kitabında  qeyd
etdiyinə görə,  Aşıq  Alı  Şəmkirli  Aşıq  Hüseynin  müasiri  olmusdur.  O,  1801-ci  ildə
anadan  olmuş,  1911-ci  ildə vəfat  etrmşdir.  Bundan  başqa,  Aşıq  Alının  1894-cü  ildən
sonra kor yaşadığı göstərilir
4
.
Aşıq Ələsgərlə bağlı tədqiqatlarda  onun  ustadı  ilə deyişməsi əhvalatı  müxtəlif
variantlarda verilsə də, Aşıq Alı haqqında məhdud məlumatları bir qədər genişləndirir.
Folklorşünas  H.Əlizadənin  yazdığına  görə Aşıq Ələsgər  ustadı  Aşıq  Alı  ilə toy,  nişan
məclislərinə gedəndə bəzən  onun  dediklərinə qulaq  asmaz,  öz  şeirlərini  oxuyarmış.
Ələsgərin  bu  hərəkəti  ustadının  xoşuna  gəlməzmiş,  bu  hərəkəti  tərgitmək  üçün  ona
nəsihətlər edərmiş.  Bir  gün  yenə böyük  bir  toy  məclisində ustadla  şəyird  arasında  söz
olur.  Aşıq  Alının  sözü Ələsgərə dəyir. Ələsgər  acıqlanır.  Ustadı  ilə dəyişməyi  qərara
alır.  Məclis  iki  tərəfə ayrılır:  bir  tərəf  Aşıq  Alını,  o  biri  tərəf  Aşıq Ələsgəri  müdafiə
edir.  Ustad-şəyird  bir-birilə deyişir,  aralarında  çox  hərbə-zorbalar,  ustadnamələr,
divanilər, təcnislər və dodaqdəyməzlər deyilir. Nəhayət, Ələsgər bədahətən məşhur və
indiyə qədər heç bir aşıq tərəfindən qabağı söylənməmiş, "A yağa-
M.Həkimov.  Aşıq  Alının  sazlı,  sözlü  dünyası  (Anadan olmasının  180-ci  ildönümü  qarşısında).
"Sovet Ermanistanı" qəz., 1981.
Yenə orada.
Sazlı-sözlü Göyçə (Toplayanı, tərtib edəni və ön sözün müəllifi İ.Ələsgər). B., 1999, s. 16.
V.Vəliyev. Azərbaycan folkloru. B., 1985, s.201.


_______________Milli Kitabxana________________
yağa"  rədifli  təcnisini  söyləyir.  Aşıq  Alı  Aşıq Ələsgərə cavab  verə bilmir,  məclisi
buraxıb gedir. Bu hadisədən sonra Ələsgər ustadından ayrılır, özü müstəqil bir sənətkar
olaraq  aşıqlığa  başlayır. Ələsgər  ustadını  bağlaması  nəticəsində geniş  kütlə arasında
daha böyük şöhrət qazanır. Onun yanına yaxın-uzaq yerlərdən şəyirdlər gəlir.
Kitabın son  nəşrində (1963-cü  il  nəşri  nəzərdə tutulur - H.İ.)  isə həmin əhvalat
aşağıdakı  kimi  verilmişdir:  "Aşıq  Alı Ələsgəri  tam  yetirib  hazırladıqdan  sonra  bir  toy
məclisində onunla  deyişir,  el  icində hörmətini  qaldırıb  şöhrətləndirmək  məqsədilə
məğlub olmuş bir aşıq kimi öz sazını da ona təhvil vermək istəyir. Ələsgər isə onun bu
xeyirxah hərəkətilə razılaşmayaraq:
Bir şəyird ki, ustadına kəm baxa,
Onun gözlərinə ağ damar, damar.
təcnisini deyir".
2
Əhvalatın hər  iki  variantı  "Azərbaycan  şifahi  xalq ədəbiyyatı"  dərsliklərində
təkrarlanır.
3
Başqa  bir  rəvayətdə isə Aşıq  Alı ilə Ələsgər  arasında  üç  gün  deyişmə
getdiyindən danışılır. Bu deyişmənin səbəbi Göycə mahalında aşıqların çoxalması idi.
Həqiqi  aşıqları  meydana  çıxarmaq,  aşıqlıq  sənətindən  xəbərdar  olmayanlara
birdəfəlik saz  götürməyə icazə verməmək  məqsədi  ilə bir  növ  imtahan  keçirilir.
Aşıqları imtahan edən isə Aşıq Alı olur. Bütün aşıqlar imtahandan keçirilir, o məclisdə
yalnız Ələsgər  iştirak  etmir.  Aşıq  Alıdan  soruşurlar  ki,  siz  şəyirdlərinizdən  kimə
üstünlük  verirsiniz?  Aşıq  Alı Ələsgərin  adını  çəkir. Ələsgəri  məclisə dəvət  edirlər.
Ustad  ilə şəyird  olduqca  ehtiyatla,  hörmətlə deyişirlər.  Onların deyişməsi  yalnız
sənətkarlıq,  şeir  texnikasını bilmək  yolu  ilə gedir.  Deyişmənin  qıfılbəndindən  istifadə
olunmur,  dini  tapmacalar  işlədilmir.  Aşıq  Alı  "Görəydim"  rədifli  bir  qoşma  deyirsə,
Ələsgər  də həmin  rədifli  qoşma  ilə ona  cavab  verir.  Məclis  qızışır,  şairlər  coşur,
qoşmadan gəraylıya, gəraylıdan müxəmməsə və təcnisə keçirlər, bu zaman Ələsgər özü
də bilmədən  vaxtilə Qurbani,  sonra  isə Abbas  Tufarqanlı  tərəfindən  yaradılan,
"Şərxata"  adı  ilə məşhur  olan  bir  təcnis  deyir.  Aşıq  Alı  onun  təcnisinə cavab  verə
bilmir, öz sazını şəyirdinə verir və onun alnından öpür. Bundan sonra Ələsgərin şöhrəti
bütün Azərbaycana yayılır.
4
Aşıq Ələsgər (Toplayanı H.Əlizadə). B., 1937, s.5-6; P.Əfəndiyev. Azərbaycan şifahi xalq ədəbiyyatı.
B., 1981, s.213-214.
P.Əfəndiyev. Göstərilən əsəri, s.214.
P.Əfəndiyev. Göstərilən əsəri. s.213-214; İ.Babayev, P.Əfəndiyev. Azərbaycan şifahi xalq ədəbiyyatı.
B., 1970, s. 188-189.
V.Vəliyev. Göstərilən əsəri, s.218.


Yüklə 9,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə