Yazıçı, 1982 nəşrləri əsasında təkrar nəşrə hazırlanmışdır. Tərtib edəni və ön sözün müəllifi: Hüseyn İsmayılov



Yüklə 9,66 Kb.
Pdf görüntüsü
səhifə7/35
tarix29.01.2018
ölçüsü9,66 Kb.
#22647
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   ...   35

_______________Milli Kitabxana________________
_______________Milli Kitabxana________________


_______________Milli Kitabxana________________


_______________Milli Kitabxana________________
OLDU
Yar yanında günahkaram,
Doğru sözüm yalan oldu.
Yeriş etdi qəm ləşkəri,
Könlüm şəhri talan oldu.
Bax bu qaşa, bax bu gözə,
Yandı bağrım döndü közə,
Keçən sözü çəkmə üzə,
Keçən keçdi, olan oldu.
Aşıq Alı sənə qurban,
Gəl eyləmə bağrımı qan,
Əldən uçdu tülək tərlan,
Sar da kəklik alan oldu.
QOYNUNDA-QOYNUNDA
Ellər köçər, məskən salar
Dağlar qoynunda-qoynunda.
Ana, bala layla deyər,
Çağlar qoynunda-qoynunda.
Yaradanmı qərar qoyub?
Bağrımın başını oyub?
Çoxlarını ağlar qoyub
Dağlar qoynunda-qoynunda.
Alı deyər barlı bağlar;
Yarım görcək yanar, ağlar.
Sinəsini çarpaz dağlar,
Saxlar qoynunda-qoynunda.


_______________Milli Kitabxana________________
UZAQ YOLLARA-YOLLARA
Badi-səba, ərzim budur,
Dəymə tellərə-tellərə.
Seyraqub gözü tutulub,
Düşsün əllərə-əllərə.
Qarşıdakı sarı laçın,
Fələk qoymur qəddim açım.
Gəl səni götürüm, qaçım
Bizim ellərə-ellərə.
Alı deyər bir gül əkdim,
Gülün çox cəfasın çəkdim.
Qürbət eldə gözüm dikdim
Uzaq yollara-yollara.
OLMUR
Bizim elin gözəlinin
Camalından doymaq olmur.
Boy-buxunu can alandı,
Ləbləri tək qaymaq olmur.
Əydi budaq bar əlindən,
Dağ zinhardı qar əlindən,
Eşq badəsin yar əlindən
Alsan, yerə qoymaq olmur.
Bir söz dedim yada, qandı.
Bu məkanda qada-qandı,
Sevmək nədi? - Qadağandı;
El-obaya yaymaq olmur.
Aralıyam sirdaşımdan,
Həbibimdi ilk yaşımdan,


_______________Milli Kitabxana________________
Səxa süzür göz-qaşından,
Qeyrisinə uymaq olmur.
Bir əlif yaz, qoy məddini,
Dağıtsan qəmin səddini,
Alı aşdı dərd həddini,
Sana çəkib saymaq olmur.
DAĞLAR QOYNUNDA-QOYNUNDA
Tənha qaldı nazlı yarım,
Dağlar qoynunda-qoynunda.
Cüt şamama peymanını,
Bağlar qoynunda-qoynunda.
Peşkəş olmaz nar gələnə,
Meyvə qalmaz qar gələnə.
Amanatı yar gələnə
Saxlar qoynunda-qoynunda.
El yox bizim ellər kimi,
Sadiq siyah tellər kimi,
Yarsız sular-sellər kimi,
Çağlar qoynunda-qoynunda.
Alını yarı şad eylər,
Bir kəs birini ad eylər,
Bülbül gülsüz fəryad eylər,
Bağlar qoynunda-qoynunda.


_______________Milli Kitabxana________________
YALVARA-YALVARA
Yad olanda yar peymana,
Qaldım yalvara-yalvara.
Keçən günü xəyalına
Saldım yalvara-yalvara.
Sonaları gölə çəkdim,
Cananımı dilə çəkdim,
Telli sazı zilə çəkdim,
Çaldım yalvara-yalvara.
Bəyaz sinə, şəhla gözü,
Görən kimsə çətin dözü.
Alı deyər bir "hə" sözü
Aldım yalvara-yalvara.
DÜŞÜBDÜ
Nədən belə, nazlı yarım,
Dərd ucalıb, dəm düşübdü.
Nalan oldun nədən belə,
Yanağına nəm düşübdü.
Şəhla gözün fənər edim,
Sönən qəlbin yanar edim,
Gətir candan kənar edim,
Can evinə qəm düşübdü.
Gəl baxma Alı oynuna,
Bir əlim salım boynuna,
Birini də al qoynuna,
Ləb, ləb üstə kəm düşübdü.


_______________Milli Kitabxana________________
TƏBRİZ GÖZƏLİ
Bir mişginab, bir mavəra,
Gördüm Təbriz gözəlini.
Qıya baxdı aldı canım,
Qoydu eşqin təməlini.
Qəmzəsi cismimi yarır,
Gedəndə ruhum aparır,
Duranda qəlbim qoparır,
Baxanda bağrım dəlini.
Xəzan olmaz o tər ləçək,
Boyu bəstə, üzü göyçək.
Görüb cünun oldum gerçək
Dil-dodağı məzəlini.
Şəninə qəsir yaparam,
Nə qüssə, nə qəm taparam.
Fərhad olub dağ çaparam,
Gər ola anam gəlini.
Od qaladı can içində,
Dedi: Alı, yan içində,
Qafil gördüm dan içində,
Deyəmmədim deməlini.
ÖLÜRƏM
Əlac eylə dərdimə, gəl,
Mahi-tabanım, ölürəm.
Sinə sədəf, ləbi əsəl,
Şəkər zabanım ölürəm.
Əhvalımın al xəbərin –
Ahım ümman, dərdim dərin.
Cahanda yox bərabərin,
Bilsin cahanım ölürəm.


_______________Milli Kitabxana________________
Alının çeşmi-çırağı,
Tərk etmir qəlbim fərağı,
Təbiblərdən al sorağı,
Qönçə dahanım, ölürəm.
OLDU
Cəfa çəkdim yar yolunda,
Heyif, eşqim hədər oldu.
Yar firqəti üzdü canım,
Ömrüm ah-vay, kədər oldu.
Cəhd eylədi bir neçələr,
Ömrümə hicran seçələr.
Yol verməyin dar küçələr,
Yar atlanıb gedər oldu.
Cüda düşər, keçər dağlar,
Gülsüz qalar bizim bağlar.
Alı tənha qalar, ağlar,
Dərdim dağlar qədər oldu.
EYLƏSİN
Peymanında qalan yarı,
Xaliq müdam var eyləsin.
Baxt ulduzu şölələnsin,
Haqqı ona yar eyləsin.
Dağ, dağ olmaz, qarsız ola,
Bağ, bağ olmaz, barsız ola.
Bir gözəl ki, arsız ola,
Dövran onu xar eyləsin.


_______________Milli Kitabxana________________
Zənən bəddisə ərinə,
Məzarın qazdır dərinə;
Qoyma Alının sərinə,
Bu dünyanı dar eyləsin.
SƏNƏ
Leylü-nəhar fərağından,
Yetmir naləm bəyəm, sənə?
Ərz etməyə pünhan sözüm
İmkanım yox deyəm sənə.
Elimin tərlan tavarı,
Ömrümün ilkin nubarı,
Qoyma qala intizarı,
Sanma yad kimsəyəm sənə.
Səmanın ayaz sabahı,
Sevən qəlbin yox günahı, -
Olsan Alı səcdəgahı –
Xanəmdə baş əyəm sənə.
OLDU
Dəhrdə cəfa əlindən,
Əlif qəddim kaman oldu.
Əhdə bivəfa əlindən,
Hər gün haray, aman oldu.
Şah başında tac yaşadı,
Rəncbər əkdi, ac yaşadı;
Xoş sözə möhtac yaşadı,
Nə insaf, nə iman oldu.


Yüklə 9,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə