Yazıçı, 1982 nəşrləri əsasında təkrar nəşrə hazırlanmışdır. Tərtib edəni və ön sözün müəllifi: Hüseyn İsmayılov



Yüklə 9,66 Kb.
Pdf görüntüsü
səhifə10/35
tarix29.01.2018
ölçüsü9,66 Kb.
#22647
növüYazı
1   ...   6   7   8   9   10   11   12   13   ...   35

_______________Milli Kitabxana________________
AĞRI DAĞI
Havalanıb ərş üzünə qalxıbsan,
Dağların sultanı nər Ağrı dağı.
Payızın, baharın olub zimistan,
Səndən əskik olmaz qar, Ağrı dağı.
Ətəyində xan atlanar, xan düşər,
Ləşkər vurar mahallara qan düşər.
Hər dağdan irəli sənə gün düşər,
Səhər ağaranda dan, Ağrı dağı.
Səkkiz irzivandır cənnətin bağı,
Neçə qapısı var, neçə otağı.
Nuh gəmisi, peyğəmbərin bulağı,
Səndə hər nişanə var, Ağrı dağı.
Aşıq Alı insanatın sirridi,
Tozun qalxıb İrəvanı bürüdü.
Axşam üstü bir tərəfin yeridi,
Basdın Axuranı pir Ağrı dağı.
İNCİMƏSİN
Dedim, könül, nə düşübsən həvəsdən,
Şamama dərərəm, tağ inciməsin.
Bu fani dünyadan bir köç eylərəm,
Aran qəmgin olub, dağ inciməsin.
Bağban oldum öz könlümün bağına,
Təbib dərman edə sinəm dağına.
Uçurdum bülbülü dostun bağına,
Oxusun bülbüllər, bağ inciməsin.
Alıyam, gileyim nadan əlindən,
Yarımçıq qalandan, nadan əlindən,
Bir güldür, almışam nadan əlindən,
Yarpaq titrəməsin, şax inciməsin.


_______________Milli Kitabxana________________
GEDƏK
Qohum-qardaş yenə düşdü yadıma,
Dedim könül bir səfərim var, gedək.
Heç görmədim əhdə peyman olanı,
Nadan qurdu tərlan üçün tor, gedək.
Onu gördüm atdım dərdi, vərəmi,
Mübarək dəstindən aldım salamı,
Götürdüm əlimə dəftər-qələmi,
Könlüm istər o dağlardan qar, gedək.
Alı təkdi, qürbət eldə dolanır,
Oğrun-oğrun yar oduna qalanır,
Ağ əllərə toy xınası bulanır,
Xoryad üzdü güllü bağdan nar, gedək.
OLMADI
Bayram oldu küllü aləm bəzəndi,
Heç mənim halımı bilən olmadı.
Dost dostu çağırdı, qohum qohumu,
Mən qəribi yada salan olmadı.
Al geydi sallandı xublar dəstəsi,
Kəklik tək dağlara düşdü sədası,
Hicran xəstəsiyəm, qəm şikəstəsi,
Heç yanıma gedib gələn olmadı.
Kimi dostnan gəzdi, kimi yoldaşnan,
Aşıq Alı qaldı gözü qan-yaşnan,
Analar oğulnan, bacı qardaşnan...
Heç mənim halıma qalan olmadı.


_______________Milli Kitabxana________________
GƏRƏK
Yaxşı yerdə düşdün mənim cəngimə,
Cəngimdən çıxmağa bir hünər gərək.
Maya dura bilmoz nər qabağında,
Meydana girməyə nərə nər gərək.
Saxla dilin, özün üçün qadağa,
Əlimdən gedərsən arana, dağa.
Şahin kimi göydə qanad açmağa,
Havada süzməyə balü-pər gərək.
Camalın şövqündən dilim oldu təng,
Çayda balıq olar, dəryada nəhəng.
Mahalım Göyçədi, kəndim Qızılvəng,
Aşıq Alı birdir, birə-bir gərək.
DEYİNƏN
Qasid, gedər olsan bizim ellərə,
Bu naməni o canana deyinən.
Qohum-qardaş, dost-müsahib olanlar,
Göz dikməsin başqa yana deyinən.
Durub o yollara varandan sonra,
Sən bizim elləri görəndən sonra,
Bu dilsiz naməni verəndən sonra,
Dilcavabı yana-yana deyinən.
Bülbüləm qonmaram qeyri güllərə,
Yarım el verməsin özgə əllərə,
Aşıq Alı düşdü tozlu yollara,
Yolum düşdü Alosmana deyinən.


_______________Milli Kitabxana________________
YADIMA DÜŞDÜ
Nə qədər dolandım Turan elini
Yenə öz torpağım yadıma düşdü.
Sarınər yaylağı, Göyçə mahalı,
Öz gözəl oylağım yadıma düşdü.
Gəlib xəyalımdan keçdi o çağlar,
Yay fəsli atlanıb gələn qonaqlar.
O güllü, çiçəkli alışan dağlar,
O Qiblə bulağım yadıma düşdü.
Qızıl dağı, Məciddinin oylağı,
Doğma yurdun doğma odu, ocağı.
Alının köksündə hicranın dağı,
O qaymaq dodağım yadıma düşdü.
KOR AŞIQ ALI
Çəkmə xəcaləti, unutma arı,
Saxla bu sinədə ar, Aşıq Alı.
Bir zaman aqildim başda əyləşən,
İndi də ayaqda kor Aşıq Alı.
Bədəsil şəyirdlər çəkibdir dağı,
Yetirdim peyvəsti, bəslədim bağı.
Ömrümün, günümün soldu növrağı,
Nə saz oldu, nə də tar, Aşıq Alı.
Bəlkə də beləymiş yazım əzəldən,
Qəm yedim aşnadan, yardan, gözəldən.
Tülək tərlan kimi uçmuşam əldən,
Qismətim ah-aman, zar, Aşıq Alı.


_______________Milli Kitabxana________________
YAVAŞ-YAVAŞ
Möhnəti-zəmanə, fani dünyada,
Yol tutub dağlara gəl yavaş-yavaş.
Kərəm də Əslinin dərdini çəkdi,
Əsli də deyirdi gül yavaş-yavaş.
Bəzirganam matahım var, alan yox.
Ürəyimdə atəşim var, yanan yox.
Dərd əhlidir, əhli-dildən qanan yox,
Ürək coşar, deyər dil yavaş-yavaş.
Rüstəm qəhrəmanı, Zalı deyirəm,
Səxavətdə Hatəm kanı deyirəm,
Deyər Aşıq Alı, anı deyirəm,
Düşəcək qorxuya, bil, yavaş-yavaş.
DEYİRƏM
Mənim dostum, keçən günü yada sal,
Sən gəlginən bizim elə deyirəm.
Bir gün olar tərəqqidən düşərsən,
Uğrayarsan tənəzzülə deyirəm.
Gedər cavanlığın, düşkün olarsan,
Tayından-tuşundan seçkin olarsan,
Lalə kimi səhralarda qalarsan,
Eşit nəsihətim, üzə deyirəm.
Alının yanında heç olmaz sözün,
Cırılar ipəyin, tərk olar bezin,
Daldadan baxmaqdan soğular gözün,
Yandırma kababı, közə deyirəm.


_______________Milli Kitabxana________________
VƏTƏNİMDƏ
Könül tələb edir, ürək atlanır,
Gəşt eylə, dünyanı gəz vətənimdə.
Zəhmət çəkən bu dərdlərə qatlanır,
Coşur ürəyimdə söz, vətənimdə.
Qürbət vətəndəyəm, bilinməz yurdum,
Həkimlər, loğmanlar bilmirlər dərdim.
Alagöl yaylağı, vəfalı yurdum,
Alırdım əlimə saz vətənimdə.
Alıyam, söz deyib, yaza bilmərəm,
Şad olub, qürbətdə gəzə bilmərəm,
Hərcayı sözlərə dözə bilmərəm,
Alışsam, yanmaram öz vətənimdə.
TƏK-TƏK
Bir şəyird ki, ustadına kəm baxar,
Mövlam etsin ona nasağı tək-tək.
Qohumdan xəcalət, eldən şərməndə,
Dili cüda etsin uzağı tək-tək.
Qətrəsi xəyatı, bədəni dürdən,
Xudam xəlq eyləyib bir qətrə nurdan.
Fincanlar bəzənib ləli-gövhərdən
Qaynayır zülaldan bulağı tək-tək.
Aşıq Alı eylər canı sadağa,
Neçə min məleykə dönmədi bağa,
Behiştin meyvəsi başdan-ayağa
Yetişdi Səncərin budağı tək-tək.


Yüklə 9,66 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə