Yazıçı, 1982 nəşrləri əsasında təkrar nəşrə hazırlanmışdır. Tərtib edəni və ön sözün müəllifi: Hüseyn İsmayılov



Yüklə 9,66 Kb.
Pdf görüntüsü
səhifə8/35
tarix29.01.2018
ölçüsü9,66 Kb.
#22647
növüYazı
1   ...   4   5   6   7   8   9   10   11   ...   35

_______________Milli Kitabxana________________
Alı sözün dedi üzə,
Kül üfürdü dövran gözə.
Fələk sitəm etdi bizə,
Əhvalımız yaman oldu.
DÖVRAN
Eli-elə saldı yadlar,
Matəm oldu elə dövran.
Uydu ağıldan kasadlar,
Düşdü fitnə-felə dövran.
Arif olan, qəmin artdı,
Piran imdaddan kasaddı,
Nə dövrandı, nə həyatdı,
Viran qalsın belə dövran.
Molla, mömün olub ası,
Qur mərəkə, saxla yası.
Cövlan, ötən qəm dəryası,
Qafil düşdü selə dövran.
Güllə atır hər bir naşı,
Oldu qəlbim qəm yoldaşı.
Qopur fəryad addımbaşı,
Dönüb siyah telə dövran.
Alı zəlil, yox hünəri,
Nə fitnədi - var xəbəri.
Qəm-qüssəyə dözmür səri,
Necə etsin elə dövran?!


_______________Milli Kitabxana________________
BİRİSİN
Biri nanu-nəmək tapmaz,
Gəzər qaymaq, bal birisin.
Gah növrəsti növrəst tapar,
Gah da tapar çal birisin.
Tuş olanda əqli kəmə,
Bil, düşərsən dərdi-qəmə;
Özünü zinhar elemə,
Boşa onu, al birisin.
Bir yaxşını yaman tapdı,
Bir nadanı qanan tapdı,
Bir qananı cavan tapdı, -
Tapdı əhli-hal birisin.
Biri yedi, giryan gəzdi,
Biri tapmaz, hər yan gəzdi,
Biri daim üryan gəzdi,
Qucar tirmə-şal birisin.
Birini mürvət ucaltdı,
Birini qeyrət ucaltdı,
Birini sənət ucaltdı,
Xoşhal etdi mal birisin.
Şadnak gördüm, sonu vaydı,
Ömür gördüm, qışı yaydı,
Gözəl gördüm, hüsnü zaydı,
Gördüm mah-camal birisin.
Aşıq Alı belə yazdı:
Şan-şöhrəti telli sazdı.
Bir rəqib çox, yüz dost azdı,
Demə gözdən sal birisin.


_______________Milli Kitabxana________________
QAZANAR
Cəm eyləyib xəsis malı,
Bəhrəsini yad qazanar.
Aqibətdən deyil halı,
Yeməz, içməz, şad qazanar.
Dövran keçsə boran, qarda,
Səxa əhli qalmaz darda.
İnsafsızı görmə varda,
Hörmət əhli ad qazanır.
Dağlar bəlli vüqarından,
Alı qəlbi qubarından,
Ehsan eylər öz varından,
Dəhanında dad qazanar.
ELLƏRDİ
Dolananda yad diyarı,
Müdam sorağım ellərdi.
Qəmli qəlbim novbahardı,
Qürurlu dağım ellərdi.
Gül dərdim, gülə bənd oldum,
Bir tuti dilə bənd oldum,
Gəşt etdim, elə bənd oldum,
Eşqim, marağım ellərdi.
Bu Alıyla qada yetə,
Cəm olarlar - səda yetə.
İgidləri dada yetə,
Zağlı yarağım ellərdi.


_______________Milli Kitabxana________________
_______________Milli Kitabxana________________


_______________Milli Kitabxana________________


_______________Milli Kitabxana________________
SÖZ OLDU
Fələk mənə cövr eylədi dünyada,
Yaxşı günüm yaman gündən az oldu.
Bəydən nəmər aldım, ağadan ənam,
Müxtəsəri, qazandığım bez oldu.
Mən xabi-qəflətdə yatıb qalmadım,
Nakəs adamlarla ülfət qılmadım.
Mülkə, vara, zərrə tamah salmadım,
Çox gördüm zər-ziba bir gün toz oldu.
Cavanlığım qeybə çıxdı əlimdən,
Həlqə oldu gündən-günə belimdən.
Yaxın, uzaq incimədi dilimdən,
Şükür həqqə, əməllərim düz oldu.
Bir mürğ tək leylü -nəhar hey uçdum,
Bilənlərdən bilmədiyim soruşdum.
Müxənnətlə, bimürvətlə vuruşdum,
Nakəslərin dərdi artıb yüz oldu.
Gəlib gedir yaxşılar da, yaman da,
Qu tükündə, saman üstə yatan da.
Aşıq Alı, nə qazandın cahanda?..
Səndən qalan qatar-qatar söz oldu.


_______________Milli Kitabxana________________
BU GÜN
Dərs alanlar gəlib məndən dərs alsın,
Sinəmin dəftərin açıram bu gün.
Bir quş idim, dayanmışdım yuvada,
Dövr edib havada uçuram bu gün.
Necə oldu atam, necoldu anam?
Dağıldı hasarım, pozuldu binam.
Yüklənibdir qəflə, qatır, barxanam,
Bu yurddan o yurda köçürəm bu gün.
Aşıq Alı mindi şəcərdən atı,
Oxundu üzümə əcəl baratı.
Qıldan çox nazikdir, qılıncdan iti,
Sırat körpüsündən keçirəm bu gün.
NƏ QALDI
Gəşt eylədim, bu dünyanı dolandım,
Əllini aşırdım, yüzə nə qaldı?
Ayaq getdi, əl gətirdi, diş yedi,
Baxmaqdan savayı gözə nə qaldı?
Ölüm haqdı, çıxmaq olmaz əmirdən,
İpək tora halqa salma dəmirdən;
Aydır, gündür gəlib gedir ömürdən,
Tələsirik, görən yaza nə qaldı?
Lənət gəlsin pis arvadın pirinə,
Cəhd eylər ki, ərin sala dərinə.
Yetən söyər mazarratın goruna,
İrəhmət yaxşıya, pisə nə qaldı?
Bilmək olmaz təqdir yazan yazım,
Biri elmin arar, biri nazını.


_______________Milli Kitabxana________________
Bilmirəm ömrümün çoxu-azını,
Doxsana yetmişəm, yüzə nə qaldı?
Eşiyə çıxıram, hava məğşuşdu,
Gəzdiyim oylaqlar yadıma düşdü;
Bir gün deyəcəklər Alı da köçdü,
Sındı telli sazı, təzənə qaldı?
GETDİ
Ay həzarat, gəlin sizə söyləyim,
Axdı eynim yaşı çay oldu getdi.
Nə ağa, nə nökər, nə bəy, nə paşa,
Hamsı bir-birinə tay oldu getdi.
Kimi ay qabağa cığa tel düzər,
Kimi qaş altından gözlərin süzər.
Kimi yeyib, içib, sallanıb gəzər,
Kiminin axırı vay oldu getdi.
Aşıq Alı, dərdi canda saxlaram,
Bağrım başın çalın-çarpaz dağlaram,
Gecə-gündüz nalə çəkib ağlaram,
Hayıf, gözlərimə zay oldu getdi.
DÜŞƏR
Ərzəyin yaylağı, Gözəl oylağı,
Bir zaman yadıma Başdıbel düşər.
Ovqanın yaylağı, Şahmar bulağı,
Ağmanqal, Mıxtökən, Alagöl düşər.
Yaxşı olar bu dağların havası,
Yaylamağa gəlir gözəllər xası.
Zərzibil, Daşkörpü, Gəlin qayası,
İstisudan bəri bizim el düşər.


Yüklə 9,66 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə