Yazıçı, 1982 nəşrləri əsasında təkrar nəşrə hazırlanmışdır. Tərtib edəni və ön sözün müəllifi: Hüseyn İsmayılov



Yüklə 9,66 Kb.
Pdf görüntüsü
səhifə9/35
tarix29.01.2018
ölçüsü9,66 Kb.
#22647
növüYazı
1   ...   5   6   7   8   9   10   11   12   ...   35

_______________Milli Kitabxana________________
Ləli-gövhər bu dağların tayıdı,
Xublar gəlib orda yaylar, qayıdı.
Bərkimin, Ağrının, Arpa çayıdı,
Bir zaman ellərə gəlhagəl düşər.
Zülm əlindən köçürdülər bineyi.
Tik pilləkəndədir köçün ileyi.
Qaraxal, Ağ manqal, Dəniz Güneyi
Qalxıb qonar ellər, Cada yol düşər.
Alı söylər yarın qaşı gözündən,
Dindirəndə dür tökülər sözündən,
Uçdu könlüm quşu dağlar gəzindən,
Ay qabaq üstündən siyah tel düşər.
İÇƏCƏK
Qoca dünya çoxun yola salıbdı,
Köçən köçüb, köçməyənlər köçəcək.
Qafil, içmə bu gün əcəl şərabın,
İçən içib, içməyənlər içəcək.
Necoldu var üçün qanlar tökənlər?
Əziz canın al qumaşa bükənlər,
Unutmasın şərmü-xəta əkənlər,
Biçən biçib, biçməyənlər biçəcək.
Yazıq Alı, nə tez düşdün həvəsdən,
Sərraf olan seçər qızılı misdən,
Arif olan kəslər, yaxşını pisdən
Seçən seçib, seçməyənlər seçəcək.


_______________Milli Kitabxana________________
BİLMƏZ
Çoxu aşıqlığa iqdam eylədi,
Əlində çaldığı saz ola bilməz.
İstəyir ki, matahım xırd edə,
Hərifi dəhanda düz ola bilməz.
Qulluq eyləməyən ustad pirinə
Nədən bilməm özün salar dərinə?!
Ala qarğa düşsə su kəmərinə,
Silkinər, çalxanar, qaz ola bilməz.
Göyçə mahalımdı, Alıdır adım;
Ümidim, pənahım, mənim imdadım.
Atəşliyəm, səni yandırar odum,
Eşq əhlində atəş az ola bilməz.
OLMADI
Nə həkim, nə loğman, nə cərrah qaldı,
Mənim bu dərdimi bilən olmadı.
Qohumdan, qardaşdan, dost-müsahibdən,
Bağlandı yolları, gələn olmadı.
Alçaqlı-ucalı dağlar görmüşəm,
Süsənli, sünbüllü bağlar görmüşəm,
Dünyaya gələni ağlar görmüşəm,
Dili deyib, üzü gülən olmadı.
Görüm xarab olsun belə zamana,
Dərdü-möhnət məni gətdi amana,
Axdı eynim yaşı döndü ümmana,
Ağlar Aşıq Alı, silən olmadı.


_______________Milli Kitabxana________________
DOLANDIRIR
Ay ağalar, gəlin sizə söyləyim,
Yəqin bu dünyanı pul dolandırır.
Kəsilib məhəbbət, qalmayıb hörmət,
Dövlətli dalınca mal dolandırır.
O dünyanın şərbətindən içməyən,
Körpü salıb üstən karvan keçməyən,
Evdə arvadına sözü keçməyən,
Kənddə köyxa olub el dolandırır.
Aşıq Alı, halın oldu pərişan,
Ağ üzündə xalları var hər nişan,
Binamus qohumdan, namuslu düşman
Öldürsə, qəbrimdə gül dolandırır.
KEÇDİ
Ötüşdü zimistan, gəldi nobahar,
Yetirdi qərinə, sənələr keçdi.
Dəli könül gündə yüz xəyal eylər,
Dolandı ruzigar, havalar keçdi.
Mən sana nə deyim, ey şahi-şonqar,
Ağlımı apardı bir çeşmi-xumar.
Könlümə olmadı bir münasib yar,
Gəldi məlakələr, sonalar keçdi.
Yazıq Alı, pürğəm səni bürüdü,
Eynim yaşı sel-sel oldu, yeridi.
Qürbət eldə yazıq canım çürüdü,
Neçə çərşənbələr, cumalar keçdi.


_______________Milli Kitabxana________________
DEDİ
Bir nişan istədim gülüzlü yardan,
Dirsəyin göstərdi: alısan, - dedi.
Dedim: ay qız, köçdüm, sənnən əl çəkdim,
Əlbət bir yadına salısan, - dedi.
Dedim: ay bəxtəvər, bu nə büsatdı?
Dedi: nəzər eylə, gör nə sifətdi.
Dedim: çeşmim yaşı yeri islatdı,
Verrəm dəsmalımı, silisən, - dedi.
Dedim: ay qız, qəmnən dəftər bağlaram,
Dedi: baxma nişanını saxlaram.
Dedim: həsrətindən, ilnən ağlaram,
Qorxma, yaxın vaxtda gülüsən, - dedi.
Dedim: ay qız, nə gözəldir şamama,
Dedi: dərmə, ömrün yetər tamama.
Dedim: ay qız, əl uzadım butama,
Özünü nüfuzdan salısan, - dedi.
Dedim: xəstələrin can dərmanısan,
Dedi: aşiqlərin kərəm kanısan.
Dedim: ay qız, mənim adım tanısan,
Əzəldən bilirəm Alısan, - dedi.
BƏNZƏRSƏN
Süsənli, sünbüllü, tər bənövşəli,
Yaylaq, bizim yaylaqlara bənzərsən.
İçən ölməz sənin kövsər suyundan,
Bulaq, bizim bulaqlara bənzərsən.
Əyricə, Verst dağı, Xankirt baxarı,
Ağ sürülər Sarıyaldan yuxarı.
Gözəllər seyr elər o oylaqları,
Oylaq, bizim oylaqlara bənzərsən.


_______________Milli Kitabxana________________
Cənnət olur bizim yerin bu çağı,
Ağ lavaşı, kərə yağı, qaymağı,
Qızlar dəstələnib gəzər oylağı
Oylaq, bizim oylaqlara bənzərsən.
Aşıq Alı deyər, üç gözəl dərə:
Çiçəkli, Şaqaylı, Xoş gözəl dərə,
Əyricə, Verst dağı, Baş Gözəldərə,
Üç dağ, bizim üç dağlara bənzərsən.
QIZLARIN
Axşamdan yağan qar yağdı, bağladı;
Kəsildi bulaqdan yolu qızların.
Səhər tezdən çeşmə üstə varanda
Üşüyər ayağı, eli qızların.
Səhəngin doldurub qoyar görkəndə,
Nə ki gözəllər var yığılıb kəndə.
Kəmərin bağlayıb gərdən çəkəndə
Əyrəmçədən keçər beli qızların.
Aşıq Alı vəsfin söyləyər saza,
Həmişə müştaqdır şahin şahbaza,
Başlayanda kəklik kimi avaza
Şəkərdən şirindir dili qızların.
KÖNÜL
Bahar fəsli, yaz ayları gələndə,
Uca sərt dağlardan qar istər könül.
Gözəllər sallanıb sıra vuranda
Xəstəyəm, onlardan nar istər könül.
Bu dünyada mərdimazar çox olub,
Mərd iyidin gözü, könlü tox olub.


_______________Milli Kitabxana________________
Qonşu yox istəyən özü yox olub,
Onunçün elləri var istər könül.
Mən gələli xeyli qəddin ucalıb,
Sənin dərdin məni çöllərə salıb,
Fikr etmə ki, Aşıq Alı qocalıb –
Gen tuman, çəpgəni dar istər könül.
SƏNİN
Bahar-yazda qızılgüllər açılır,
Behiştə bənzəyir bu bağın sənin.
Uzaqdan eşidib səsin anladım,
Çıxıbdır hər yana sorağın sənin.
Oğrun-oğrun daldalardan baxarsan,
Gərdəninə həmayıllar taxarsan,
Durna kimi seyrangaha çıxarsan,
Hərdən ətir verir buxağın sənin.
İnnabı ləblərin şərbəti-loğman,
Gəzdir, dərdlilərə sən eylə dərman.
Bir zaman gəlmişdim mən sizə mehman,
Bəzənmiş al-yaşıl otağın sənin.
Siyah zülfün dal gərdənə dolaşır,
Xırda qızlar sağ-solunda boylaşır,
Gülgəz bədən ağ libasa yaraşır,
Aləmi yandırır fərağın sənin.
Alı deyər: gördüm dünya ləzzətin,
Bu sazın, söhbətin, xoş hekayətin,
İzzətin, şövkətin, bu mərifətin
Hər yerdə söyləyər dodağın sənin.


Yüklə 9,66 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə