Yazıçı, 1982 nəşrləri əsasında təkrar nəşrə hazırlanmışdır. Tərtib edəni və ön sözün müəllifi: Hüseyn İsmayılov



Yüklə 9,66 Kb.
Pdf görüntüsü
səhifə11/35
tarix29.01.2018
ölçüsü9,66 Kb.
#22647
növüYazı
1   ...   7   8   9   10   11   12   13   14   ...   35

_______________Milli Kitabxana________________
GÖRMƏDİM
Viranə bağlara mən oldum bağban,
Almasın, heyvasın, narın görmədim.
Bivəfa sözündən çox cəfa çəkdim,
Bəslədim budağın, barın görmədim.
Vəfasız fələkdə etibar olmaz,
Ağlayan kimsədə giridar olmaz,
Hər sevən kimsədə düz ilqar olmaz,
Çoxu çox danışdı, karın görmədim.
Alıyam, mətləbim veribdi xudam,
Bütün ölkələrə yayılıb sədam.
Hərcayı gözəli məhv olsun tamam,
Namusun, qeyrətin, arın görmədim.
BAX
Bu dünyanı mən tərcümə eylədim,
Bu çərxi-gərdişin yollarına bax.
Satıcılar yalan yerə and içir,
Ortada oynayan dillərinə bax.
İnanmayın boyaqçının dilinə,
Cövhər, aşqar - yaman qatır lilinə.
Baxmayın hacınm yoğun şalına,
Gedib evlərində günlərinə bax.
Dövlətlilər əzrayılsız can alır,
Pulun sələminə ot, saman alır,
Əvvəlcə beş verib, sonra on alır,
Qiyamət günündə hallarına bax.
Bənnalar da divar çəkir hər yana,
Axşamacan danışırlar əfsana.


_______________Milli Kitabxana________________
Nəccarlardan var yaxşısı bir dənə, -
Zoddu İbrahimin kamalına bax.
Əllaf ilə baqqal nə işlər görür?..
Haqqını düz alıb yarımçıq verir.
Bir arşında yarım çərək qol vurur,
Sən onların fəndi-fellərinə bax.
Gör neyləyir qalayçıyla, dəmirçi,
Xalqın evin yıxdı papaqçı, kürkçü.
Arvadları soyur pinəçi, çərçi,
Sövdadakı qilü-qallarına bax.
Nalbənd də çəkici çox döyür nala,
Tayı düz almamış salmayır yola.
Tez-tez mıxa çalır, haqqı bol ola
Üzünə tüpürür, yallarına bax.
Dəyirmançı neylər, söyləyim sənə,
On yol şahad alıb doymayır yenə.
Altından ling qoyur, üstdən dəndanə,
Qabaqdan paylayır, dallarına bax.
Pirim Şahi-Mərdan, Heydəri-kərrar
Dadıma yetişsin Əhmədi-muxtar.
Aşıq Alı üzü qara günahkar,
Cəhənnəm odunun küllərinə bax.
İSTƏRƏM
Elçi bəylər, xətrin məndən qalmasın,
Bu adətlə elin işin istərəm.
Əbrudan, atlasdan, ipəkdən, şaldan,
Xara parçaların başın istərəm.


_______________Milli Kitabxana________________
Gətir başlığına üçcə min manat,
Üç qızıl bilərzik, bir qızıl saat.
Bircə "hə" sözünə iki köhlən at,
İpək heybə, yəhər qaşın istərəm.
İki dəvə gətir yanında köşək,
Gələn töhfələr də olduqca qəşəng.
Ətliyinə gətir 25 şişək,
Kabab çəkmək üçün leşin istərəm.
Put yarım çay gətir, iki put şəkər
Samavar qaynasın hər axşam, səhər.
On beş gün kef çəkək burda sərasər,
Qısır inək səndən beşin istərəm.
Mən Alıyam budur sözümün yeyi,
Çağırram toyuma rəyyəti, bəyi.
On beş put yağ gətir, qırx beş put düyü,
El yeməyə əppək, aşın istərəm.
BƏSDİ
Sən şəms, mən kənarında sitarə,
Rüsxət ver sərinə dolanım, Bəsdi.
Can fəda eylərəm, ey mahiparə,
Budur sərmayədən olanım, Bəsdi.
Kərəməm, Əslisiz giryan neylərəm?
Məcnunam, dəştidə üryan neylərəm?
Nainsaf, halıma bir yan, neylərəm?
Sənsən canı verib, alanım, Bəsdi.
İqbalım dadıma yetmədi bir an,
Sitəmindən oldu can evi viran,
İstərsən gəzərəm İranı, Turan
Qürbət diyarlara yollanım, Bəsdi.


_______________Milli Kitabxana________________
Umma mərhəməti qəni daradan,
Əgər sevirsənsə çıxaq aradan.
Kərəm hasil olar nadir çaradan,
Tərsinə odlara qalanım, Bəsdi.
Dəhri-cəfə çoxlarını tovladı,
Uydu baban rəsulları qovladı,
Alı sənlə bir diyarın övladı,
Qoyma yad ellərə calanım, Bəsdi.
OLA BİLMƏZ
Gözəllər şahıdı nazlı nigarım,
Heç kim bu Bəsdiyə tay ola bilməz.
Xilqətinə xudasından verilən,
Bundan qeyrə cəlil pay ola bilməz.
Buğdayıya qara dedin, a zalım!
Bir an görməyəndə pozulur halım.
Odu pəri nisbət şəmsi-camalım,
Nisbətinə ulduz, ay ola bilməz.
Şəms oldum aləmə aqil sözümlə,
Ucalmışam, cəfalara dözümlə.
Nainsaf, seyr eylə yarı gözümlə,
Hilal qaşı kimi yay ola bilməz.
Kənaram qüssədən başdan-binadan,
Cəlil xilqət törər cəmil anadan.
Alı gövhər sərrafıdı, a nadan,
İnşallah, cəfası zay ola bilməz.


_______________Milli Kitabxana________________
YETİŞDİM
Min cövrü-cəfayla yarıma çatdım,
Ömrümə nəqş olan sana yetişdim.
İqbalımı xab evindən oyatdım,
Vəsli-yarla bir zamana yetişdim.
İlqarına sadiq yarıma əhsən,
Yaraşır şəninə yüz dastan desən.
Hicran anlarıydı ömürdən kəsən,
Vəsli-yarla mən amana yetişdim.
Sərvi qəddi, gül camalı tamaşa,
Şəhla göz yaraşır o hilal qaşa.
Təkrarsız xəlq olub ayaqdan başa,
Kamallı kamilə cana yetişdim.
Bəstidi Alının həyat növrağı,
Bəyaz sinəsidi cənnətin bağı,
Açıldı üzümə vüsal otağı,
Sanki taxtı-Süleymana yetişdim.
GƏTİRMƏ
Məcnunun məskəni səri-kuy olar,
Səcdəgaha sən divana gətirmə.
Əhdə vəfalıyam, peymana mərdəm,
Min bəhanə qaibana gətirmə.
Əl götürməz gözüm gözlə savaşdan,
Geyin əndamına aldan, qumaşdan.
Bir seyrə çıx laləzarı o başdan,
Pünhan gəzib, məni cana gətirmə.
Tənə gəlməz pərvanəyə yanmaqdan,
Al canımı, qurtar məni dannaqdan.
Sədaqətdə Alı çıxıb sınaqdan,
Əbəs yerə imtahana gətirmə.


_______________Milli Kitabxana________________
GEDİRƏM
Çox-çox salam-dua qohum, qardaşa,
Biləsiniz Alosmana gedirəm.
Bir mətləb istədim şahlar şahınnan,
Sığınmışam o sübhana, gedirəm.
Sinəmdə alışır qəmim, ataşım.
Düşəndə yadıma dostum, sirdaşım.
Yolumu gözləsin yarım, yoldaşım,
Sizə verib bir nişanə gedirəm.
Aşıq Alı gəzir İrannan Turan,
Mənim uğuruma açıxdı hər yan.
Mənə sirdaş olub Aşıq Duraxan,
Yoldaş olub gövhər-kana gedirəm.
KÖNÜL
Bəd gəldi ruzigar, döndü zamana,
Baxmaynan yaxşıya, yamana, könül,
O vaxt bənna idin bürc hasarında,
İndi də yatıbsan nə xanə, könül?
Kəsildi məhəbbət, hörmət azaldı,
Uşaq da, böyüklə üzbəüz oldu,
Tərk oldu mərd iyid, qurğu pozuldu,
Zaya getdi ilqar kamana, könül.
Hanı ağ sürülər, daşqınlı sellər,
Əcəb tamaşalı sonalı göllər!
Səddi qəhrəmana bənzəyən ellər,
Qərq oldu dəryaya, ümmana, könül.


Yüklə 9,66 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə