Yazıçı, 1982 nəşrləri əsasında təkrar nəşrə hazırlanmışdır. Tərtib edəni və ön sözün müəllifi: Hüseyn İsmayılov



Yüklə 9,66 Kb.
Pdf görüntüsü
səhifə12/35
tarix29.01.2018
ölçüsü9,66 Kb.
#22647
növüYazı
1   ...   8   9   10   11   12   13   14   15   ...   35

_______________Milli Kitabxana________________
BİLİNMƏZ
Ay ağalar, gəlin sizə söyləyim,
Nanəcibin düz ilqarı bilinməz.
Xəsis gec-tez öz varını itirər,
Onun namus, qeyrət, an bilinməz.
Can yanmasa gözdən axan yaş olmaz,
Qohum-qardaş çətin vaxtı yad olmaz,
Dostu büdrəyənin qəlbi şad olmaz,
Kisəvar insanın varı bilinməz.
Dostumun dostuna sayıl olmuşam,
Təmiz gözəllərə mayıl olmuşam,
Çəkdiyim zillətə qayıl olmuşam,
Bivəfa gözəlin yan bilinməz.
Mən istərəm gözəlləri şad olsun,
Dodaq nazik, incə belli, dad olsun,
Xoşxasiyət, gülər üzlü, ad olsun,
Əl uzatsan onun narı bilinməz.
Aşıq Alı, hər cəfaya dözübsən,
Həm ucanı, həm alçağı görübsən,
Bu fani dünyadan əlin üzübsən
Fələk bivəfadı, barı bilinməz.
DÜŞƏRSƏN
Kəndin laf eyliyib aşığam demə,
Sən də olar bir gün dara düşərsən,
Nə gəzirsən çöl-biyaban, səhrada?
Dağlarda borana, qara düşərsən.
Gəl özün özünə verməginən boy,
Özgə qabınnan ye, öz qabınnan doy.


_______________Milli Kitabxana________________
Qırxıb yal-quyruğun eylərəm bir day,
Yal-quyruğu qırxıq hara düşərsən.
Ustadam, Alıyam, tanısan məni,
Dürün mədəniyəm, gövhərin kanı,
Bir kərə götürüb ataram səni,
Gedib cəhənnəmdə nara düşərsən.
GÖZƏLDİ
Gözəllər səfinə səcdə eylərəm,
Cümlədən birisi necə gözəldir.
İltimas eylərəm rübəndin ata,
Mahi-münəvvərsə, gecə gözəldi.
Boyu sürahidi, özü baxtavar,
Tapmazsan tayını aləmi axtar.
Peymanda yarandı faili-muxtar,
Yaxşını-yamandan seçə, gözəldi.
Viran etmə könlü, savabdı hörsən,
Yarım Alının gözüylə görsən.
And-aman içənə özün deyərsən,
Yanında Züleyxa, bica gözəldi.
VERMƏRƏM SƏNİ
Başına döndüyüm, a nazlı dilbər,
Cismidə min cana vermərəm səni.
Aləmin malını cəm eyləsələr,
Çəksələr bir yana vermərəm səni.
Boyun sürahıdi, əndamın şüşə,
Sorağın mahaldan-mahala düşə,
Fərhada, Şirinə yüz möhlət keçə,
Behişti-qılmana vermərəm səni.


_______________Milli Kitabxana________________
Dağlarda maralsan, düzlərdə ceyran,
Dərələz, Naxçıvan boyuna heyran.
Nə Gəncə, Qarabağ, Şamaxı-Şirvan,
Küllü-Gürcüstana vermərəm səni.
İqbalda Sənanı, Xumarı seçək,
Peymanda Kərəmi, Əslini seçək.
İmana, ilqara bahəm and içək,
Taxtı-Süleymana vermərəm səni.
Alı qurban o qamətə, o boya,
Baxdıqca çöhrəndən çətin ki, doya.
Tehrana, Təbrizə, Mərəndə, Xoya,
Tamam ol İrana vermərəm səni.
DÜŞMÜŞƏM
Əziz mehribanım, gözümün nuru
Beyqəfildən bir balaya düşmüşəm.
Qəza yazdı, qədər gördü işini,
Alışıb ataşa, nara düşmüşəm.
İtirdim irahı, gəzdim düzünü,
Mən görmüşəm nainsafın yüzünü,
Gəl sənə söylüyüm sözün düzünü,
Ah çəkibən ahu-zara düşmüşəm.
Alıyam, sərimnən gedib xəyalım,
Nə loğman tapmadım, nə də ki, alim,
Mən sənə neylədim, a qəddar zalım,
Məcnun olub dağa, daşa düşmüşəm?


_______________Milli Kitabxana________________
BƏSDİ
Nabina eynimə nəzər eyləyib,
Duyuram, ahəstə ağlama, Bəsdi.
Çarəsiz dərdimə çarə olmadı,
Yas tutub qaralar bağlama, Bəsdi.
Nadan olub, fərəh umma fələkdən,
Al əhlidi, əl götürməz kələkdən,
Kənar etdi məni arzu-diləkdən,
Dağ üstən sinəmi dağlama, Bəsdi.
Alı bülbül oldu, dünya - qəfəsi,
Çərxi-cəfadardan kəsilər səsi,
Zəngulədə yerin verməz özgəsi,
Daşqın çaylar kimi çağlama, Bəsdi.
MƏNİM
Dost-həmdəmim yetən kimi vətənə,
Gör bir gözləyirmi yolum yar mənim?
Söylə o canana qoy inciməsin,
Yolumu tutubdu boran, qar mənim.
Yerim pünhan, yurdum pünhan, qərib mən,
Didərgin düşmüşəm nə vaxtdır seldən.
Dərdimi özün de, göz yaşım eldən,
Sinəmə dağ çəkib yağılar mənim.
Hicran dəryasında üz, Aşıq Alı,
Bu da bir səfərdi gəz, Aşıq Alı,
Fələyin qəhridi döz, Aşıq Alı,
Vaxt olar möhnətim dağılar mənim.


_______________Milli Kitabxana________________
İTİBDİ
Bülbül fəğan eylər hey gələr səsi,
Güllər solub, o bağbanlar itibdi.
Oxuyub qumru tək kəklik ləhcəli,
Mən gördüyüm nər cavanlar itibdi.
Oxumamış mən əbcədi bilirəm,
Dərya kimi təlatümə gəlirəm,
Bey peyğəmbər, əlif Allah qanıram,
Dil tərk olub, yol-ərkanlar itibdi.
Göydə bir quş vardı adı dolaşıq,
Nitqi yoxdu, sözün söylər dolaşıq,
Hər saz çalan deyir: mənəm də aşıq,
Alı kimi çox insanlar itibdi.
AY İLƏ-İLƏ
(dodaqdəyməz)
Səhər çağı səyyad gəzər səhrada,
İllər ayrısıdır, nazlı yar gələ.
Qəza-qədərindən, ay yazıq ana,
Qalarsan intizar ay ilə-ilə.
Yetişcəyin nazlı yarın yanına,
İstəyər ki, qanın qatsın qanına,
Naşı səyyad gəlsə tərlan yanına,
Tez çaşar xəyalı ay ilə-ilə.
Aşıq Alı, dastan eylə dilində,
Həyatında, sənətində əlində.
Qəza gəlsə səni alsa əlində
Dil aşkar eyləyər ay ilə-ilə.


_______________Milli Kitabxana________________
AY EYLƏR QIJ-QIJ
(dodaqdəyməz)
Yağar leysan, dağlar qarı əridər,
Sel gələr dərədən ay eylər qıj-qıj.
Çaylar axar sellər, selə qarışar,
Səslənər, çağlayar ay eylər qıj-qıj.
Leylinin sinəsi ha qaşa dəyər,
Aşığın sinəsi ataşa dəyər,
Daşar sellər, sular ha daşa dəyər,
Qayalar dil açar ay eylər qıj-qıj.
Alı deyər sel gətirər lil qalar,
Axar Araz, dalğalanar, lil qalar,
Yel əsəndə dəryalarda dalğalar
Çalxanar, qaynayar, ay eylər qıj-qıj.
KEÇİBDİ
Dağlar sinəsindən, yaylaq yolundan,
Neçə-neçə pasibanlar keçibdi.
Arxada ləşkəri, başında əyan,
Neçə sultan, neçə xanlar keçibdi.
Ən uca zirvədi dağların başı,
Heç kəs aparmadı zəri, daş-qaşı.
Gələnin, gedənin neçədi yaşı,
Neçə illər, nə zamanlar keçibdi.
Çox fatehlər burdan salıb izini,
İsgəndərdən bəri sayım yüzünü.
Çox aqillər burda deyib sözünü,
Nə cah-calal, nə insanlar keçibdi.


Yüklə 9,66 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə