Yazıçı, 1982 nəşrləri əsasında təkrar nəşrə hazırlanmışdır. Tərtib edəni və ön sözün müəllifi: Hüseyn İsmayılov



Yüklə 9,66 Kb.
Pdf görüntüsü
səhifə13/35
tarix29.01.2018
ölçüsü9,66 Kb.
#22647
növüYazı
1   ...   9   10   11   12   13   14   15   16   ...   35

_______________Milli Kitabxana________________
Məğribdən məşriqə höküm verənlər,
Gəldi-getdi Merac evin görənlər.
Neçə həbibullah, neçə ərənlər,
Neçə-neçə Süleymanlar keçibdi.
Səhərin sübhündə səba yelində,
Niqabı üzündə, yaqut telində,
Köhlən at döşündə, naqan belində,
Bəyaz buxaq necə canlar keçibdi.
Loğman köçdü ehtiyacı dərmanda,
Ər oğlu ər gördüm başı fərmanda.
Cəng eylədi səri qaldı meydanda,
Dadi-fəryad, ah-amanlar keçibdi.
Açıldı neçəsi, soldu neçəsi,
Boşaldı neçəsi, doldu neçəsi,
Qan eylədi qanlı qaldı neçəsi,
Alınmamış neçə qanlar keçibdi.
Şamınan köçəni səhər görmüşəm,
Neçə zülüm, neçə qəhər görmüşəm,
Neçə diyar, neçə şəhər görmüşəm,
Aşıq Alı biyabanlar keçibdi.
EYLƏMƏ
Vüsalını hər il yubatdın, ey dil,
Zülmü yara, çeşmi-çıraq eyləmə.
İlqarımda xəlil, kalamım dəlil,
Arama pəjmürdə varaq eyləmə.
Əhvalındı dəmli, dolan həmdəmli,
Ləbindi məlhəmli, əqlin ələmli,
Gözlərim də nəmli, rüzgarım qəmli,
Mah camalın məndən iraq eyləmə.


_______________Milli Kitabxana________________
Gözəllərin xam, dövran sultanı,
Kəramətin kanı, etmə üsyanı,
Tərk edib məkanı, tutaram kanı,
Bihudə arama, soraq eyləmə.
Diyarım xanımı, alma canımı,
Sevənin zalımı, gör imanımı,
Alıb kamanımı, axıt qanımı,
Mərhəmətin məndən uzaq eyləmə.
Sən ey hilal qaşlı, Alı sirdaşdı,
Qəm həddini aşdı, huşum dolaşdı.
Məramın araşdı, bu nə talaşdı,
Ömrümü qəm-qüssə, fəraq eyləmə.
BƏSDİ
Cana gəldim bu hicrandan, hicrətdən,
Nəhayət, son həddə çatmışam,
Bəsdi. Əl-aman eylərəm səfil dövrandan,
O qürbət güzarı atmışam, Bəsdi.
Bəşər deyil, məlakəsən surətdən,
Nə incidin, nə usandın firqətdən,
Xəyalda görürdüm səni qürbətdən,
Gecəni gündüzə qatmışam, Bəsdi.
Əməlimdə var peymana dəlalət,
Sən məndən sadiqsən, ey mahi tələt,
Yubandım, yanında qaldım xəcalət,
Nə dincəlib, nə də yatmışam, Bəsdi.
Ara qəlb evini, aşikar baxın,
Sədaqət ləşkəri eylədi axın.
Ara uzaq oldu, könülsə yaxın,
Sanki günahlara batmışam, Bəsdi.


_______________Milli Kitabxana________________
Alının iqbalı yeyindi, yeyin,
Yoxdur qəm-qüssəsi, aləmə deyin.
Eşitməyim nazlı yarın gileyin,
Dəm alıb qəmləri satmışam, Bəsdi.
BİLİN SİZ
Qohum-qardaş, dost-müsahib yanında,
Günahkaram, günahkara bilin siz.
Bülbül fəğan eylər öz gülşənində,
Qızılgül həmdəmdi xara bilin siz.
Sinəm yara oldu dağı-düyündən,
Könlüm ayrılmadı öz miskinindən.
Kişi də dönərmi öz dediyindən?
Sinəm oldu para-para bilin siz.
Aşıq Alı deyər sözün aşkara,
Heç vaxt güvənmədim dövlətə-vara.
Düz oldum dostluğa, əhdə, ilqara,
Mənim bu dərdimə çara bilin siz.
GÖRMÜŞƏM
Qəriblikdə gəzdim diyarbadiyar,
Əzəl-əvvəl İrəvanı görmüşəm.
Ürəyimdə min bir dürlü dərdim var,
Araz kimi nur ümmanı görmüşəm.
Türkiyədən keçdim Sarıqamışa,
Ərzurumdan aşdım yetişdim Muşa,
Türkiyəni gəzdim mən başdan-başa,
Həm yaxşını, həm yamanı görmüşəm.


_______________Milli Kitabxana________________
Yaxşılıq edənə eylik dedilər,
Yamanlıq edənə kötlük dedilər.
Orda bir şəhərə bəylik dedilər,
Qarsı gəzib, Qağızmanı görmüşəm.
Deyər sözlərini bu Aşıq Alı,
Mən fağır olmuşam başı bəlalı.
Hər yerdə dərd çəkib olmuşam halı,
Hər mahalı, hər bir yanı görmüşəm.
AĞLAMA
Aylar-illər mən yolunu gözlədim,
Düz ilqarlı Bəsti xanım, ağlama.
Yandırdın sən məni kabab eylədin,
Sənə qurban şirin canım, ağlama.
Bu dünyada belə olubdu adət,
Varlılar yoxsula verir əziyyət.
Bizə də bir qapı açılar əlbət,
Varım-yoxum, din-imanım, ağlama.
Mən Aşıq Alıyam, illər ayrısı,
Məcnun tək gəzirəm çöllər ayrısı.
Bülbüləm, bağlar tək güllər ayrısı,
Ey munisim, mehribanım, ağlama.


_______________Milli Kitabxana________________
DÖNÜBDÜ
Pozuldu dövranım, nəs gəldi ilim,
Mən gördüyüm o zəmanə dönübdü.
Uçubdu bülbülüm, boş qalıb gülüm,
Bahar-yazım zimistana dönübdü.
Solubdu bağçamın gülü, şəbnəmi,
Bürüyüb sinəmi möhnətin qəmi.
Yavaş-yavaş çatır ayrılıq dəmi,
Dərdim artıb bir ümmana dönübdü.
Talanıb dövlətim, tükənib varım,
Arif məclisində görünmür yerim.
Ərşə çəkilibdi yuxum, qərarım,
Rəxti-xabım şahmarana dönübdü.
Etibar qalmayıb qohum-qardaşda,
Günah çoxdur eli qatan əyyaşda.
Mərdlər batindədi, gədalar başda,
Bəxti qalxıb Temir xana dönübdü.
Fələyin felindən olmadım halı,
Gətirdi başıma min qilü-qalı.
Mahalım Göyçədi, öz adım Alı,
Qapı-bacam dəyirmana dönübdü.
DÜŞƏR
Ovlanın yaylağı, Gözəl ovlağı,
Baharda ellərə gəlhagəl düşər.
Əyricə yaylağı, Qızlar bulağı,
Bir zaman könlümə Alagöl düşər.
Çox xoş gəlir bu dağların havası,
Yaylamağa gəlir gözəllər xası,


_______________Milli Kitabxana________________
Zərzivil, Daşkörpü, Gəlin qayası,
İstisudan bəri bizim el düşər.
Ləli-gövhər bu dağların tayıdı,
Xublar gəlir yaylayıban qayıdı.
Zəngi axandı, qüdrət payıdı,
Sonalar meylinə bizim göl düşər.
Mən müştağam yarın ala gözünə,
Şirin söhbətinə, şəkər sözünə.
Gözəllər çıxanda dağlar gəzinə,
Qələmqaş üstünə cığa tel düşər.
Tez-tez ruzigarın dəyişər halı,
Dağılar könlümün dərdi, məlalı,
Bir gün eşidərsən, ay Aşıq Alı,
Dəniz güneyindən Cada yol düşər.
OLDU
Qafil gördüm Ərzurumun elini,
Bizim yerlər gözlərimdə cəm oldu.
Çox çətin ki, bu sevdadan qayıdam,
Yüküm hicran oldu, nəfim qəm oldu.
Munis buldum bir sevdanın qəhrini,
Boyladım dəryanı, keçdim nəhrini.
Alosmanın gəzdim cəmi şəhrini,
Mənim kimi eldən düşkün kim oldu?
Bu ayrılıq məni çəkdi amana,
Görüm viran qalsın çərxi-zamana,
Aşıq Alı həsrət qaldı canana,
Seryaqub kuyində dəmhadəm oldu.


Yüklə 9,66 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə