Yazıçı, 1982 nəşrləri əsasında təkrar nəşrə hazırlanmışdır. Tərtib edəni və ön sözün müəllifi: Hüseyn İsmayılov



Yüklə 9,66 Kb.
Pdf görüntüsü
səhifə14/35
tarix29.01.2018
ölçüsü9,66 Kb.
#22647
növüYazı
1   ...   10   11   12   13   14   15   16   17   ...   35

_______________Milli Kitabxana________________
DÜŞƏR
Bu dünyanın get-gəlini qananın,
Ölçər, biçər ürəyinə xal düşər.
Cahil uyar bir fitnənin felinə,
Şux gözəlin qismətinə çal düşər.
Qurtarmadıq padşahın bacından,
Gözü doymaz öz taxtından-tacından,
Müxənnətin, seryaqubun ucundan,
Bu gözəl ellərə qalmaqal düşər.
Özü öz halını anlamayan kəs,
Alı üçün libas biçir dəsbədəs.
Müxənnətə qənim olar müxənnəs,
Əhli-hal əhlinə, əhli-hal düşər.
İNCİMƏRƏM
Mərifətli, qabliyətli yar olsa,
Alsam da qoynuma il, incimərəm.
Qızılgülün ətrafında xar olsa,
Axıtsan eynimnən sel, incimərəm.
Məqsədini yaxşı-yaman qanıram,
Həsrətinnən alışıram, yanıram,
Əsil gözəlləri mən də tanıram,
Saxlasın yanında el, incimərəm.
Alıyam, sinəmdə olubdu yara,
Mayılam könlümü bağladam yara.
Yetirin cərraha, o loğman yara,
Ölsəm də yanında, bil, incimərəm.


_______________Milli Kitabxana________________
GÖZƏLDİR
Təşrif buyur, gedən, bizim ellərə,
Zülal suyu, çeşmələri gözəldir.
Qız-gəlinlər gül-bənövşə dərəndə,
Şümşad bilək, bəyaz əllər gözəldir.
Dik piləkən sarı yalnan o dağlar,
Həsrət çəkir çeşmələrin qan ağlar,
Sərasər qaynayır çeşmə-bulaqlar,
Dəhana dəyəndə dadı gözəldir.
Baş açmadım müxənnətin felinnən,
Fitnə-fəsadınnan, şirin dilinnən,
Mən Alıyam, cüda düşdüm elimnən,-
Əlvan-əlvan çiçəkləri gözəldir.
ƏLİF-ƏLİFƏ
İbtida xəlq oldu külli-kainat,
Oxudum dərsimi əlif-əlifə.
Sirri haq yanında eylə aşikar,
Xişminən buyurur əlif-əlifə.
Divanə deməyin yazıq Məcnuna,
Bulunmaz, dərdimə tapılmaz dava,
Demərəm cərraha həkim-loğmana,
Qaşların yay kimi əlif-əlifə.
Alıyam, qurbanam haqqın özünə,
Onun göndərdiyi haqqı-sözünə.
Tab gətirmək olmaz eşqin gözünə
Əbcətdən dərs aldım əlif-əlifə.


_______________Milli Kitabxana________________
AĞLARAM
Səni xəstə gördüm qəlbim qan oldu,
Ayıl bu qəflətdən, ellər, ağlaram.
Ox dəydi sinəmə, yaram deşildi,
Tökərəm didəmnən sellər, ağlaram.
Coşanda ürəyim aşırdım dağlar,
Düşəndə yadıma o keçən çağlar,
Bu günü görəndə dostlarım ağlar,
Tutulub dizlərim, bellər, ağlaram.
Alıyam, dərdimi yetirdim yüzə,
Gəzirdim səhrada, enmişəm düzə,
Bir gözəl istərəm gözümlə süzə,
Deyirəm sözləri dillər, ağlaram.
ƏZBƏR-ƏZBƏRİ
İbtida əlifdən dərsim almışam,
Oxudum dərsimi əzbər-əzbəri.
Sən yetiş dadıma, ya sirri-xuda,
Sənsən ərşin-kürsün əzbər-əzbəri.
Yaratdı dünyanı külli-kainat,
Darda qalanlara o verir nicat.
Xişminən xeybəri eylədi bərbad,
Çağırram dilimdə əzbər-əzbəri.
Mehdiyi-peyğəmbər, sahibi-zaman,
Sən yetiş dadıma on iki imam.
Aşıq Alı deyər: ya şahi-Mərdan,
Oxudum dərsimi əzbər-əzbəri.


_______________Milli Kitabxana________________
YETİŞDİ
Bu dünyada heç şad olub gülmədim,
Hər vaxt işim ahu-zara yetişdi.
Mənsur cəhd elədi murada yetə,
Axırda Hələbdə dara yetişdi.
Ağladım gözlərim qan ilə doldu,
Dost-müsahib tamam mənnən yad oldu,
Bağ pozuldu, xəzan oldu, gül soldu,
Bülbül öldü, qönçə xara yetişdi.
Sarvan ollam, qəm ovsarı çəkərəm,
Hicrana müştaam, dərdə nökərəm,
Ah çəkərəm, verəm yükün tökərəm,
Görən deyər Alı vara yetişdi.
MƏNƏM
Əsli-Kərəm çoxlarına misaldı,
Əyyub tək sinəsi yaralı mənəm.
Necə dərd çəkmiyim, fəğan etmiyim?
Elimnən-günümnən aralı mənəm.
Dörd kitabdı yazılıbdı minayə,
Min nəsihət, min dəlil var, min ayə.
Yazıq canım qurban dedim Minayə,
Yüz dərdlə, ələmlə yaralı mənəm.
Yaradanım yaradıbdı günahkar,
Ömür boyu zülüm verib nə ki var.
Alıyam, dərdimə yoxdu xiridar,
Günahkar-günahkar yaralı mənəm.


_______________Milli Kitabxana________________
BİRİSİN
Apardın ağlımı, ay mələkzada,
Söyləsən dərdimin yara birisin.
Təbib gəldi, neştər vurdu yarama,
Loğman gəlsə söylə yara birisin.
Qaf qəhardan dərsim aldım mən də hey.
Kaf kafərdi bu dünyada, sən də hey.
Təbib gəlsə dərman qaldı səndə hey,
Sən bilirsən bu dərdimin birisin.
Alıyam, çağırram gözəl Allahı,
Dilimdən tərk etmə simi billahı
Əliyyi-mürtəza şahların şahı
Şahi-Mərdan açar dərdim birisin.
QURBANDI
Əhdi-peymanında dayanan yarın,
Şəninə Minada quzu qurbandı.
Ellər səna etsə qeyrət, arına,
Min sərrafın söhbət, sözü qurbandı.
Dağların nərgizi, çölün lalasi,
Saqilər əlində mey piyalası,
Ceyranın, cüyürün körpə balası,
Ormanda maralın gözü qurbandı.
Əhdi-peyman ara eşqin yolunda,
Olmaya qəlb qara, eşqin yolunda,
Bir vəfalı yara eşqin yolunda
Bivəfa aşiqin yüzü qurbandı.


_______________Milli Kitabxana________________
YAZDIM
İçdim mərd əlindən eşqin badəsin,
Bais oldu canda marağa, yazdım.
Canan eşqi can evinə düşəndə,
Düşdüm diyar-diyar sorağa, yazdım.
Biri qıya baxdı, saldı ataşa,
Biri süzdü məni ayaqdan-başa,
Biri məhbub oldu, döndü sirdaşa,
Biri şəstin çəkdi darağa, yazdım.
Biri saldı məni qafil inada,
Biri cəlil oldu həmdü-sənada.
Biri əyal atıb uyandı yada,
Biri sirr verəndə qırağa, yazdım.
İqbal rast olanda vəfalı yara,
Vəsfini söylədim lalə rüxsara.
Birini görəndə əsil mahpara,
Birini bir çeşmi-çırağa yazdım.
Əlim üzüləndə ata-anadan,
Alı qəmnak oldu başdan-binadan.
Vəsfi aparmadı dəhri-fənadan,
Nə vardı sinəmdə varağa yazdım.
SORUŞMA
Qasid, yarım məni səndən sorarsa,
Söylə, Məcnun çıxdı dağa, soruşma.
Sorğu-sual çox dərinə vararsa,
De ahından odlar yağa, soruşma.
Dilim tutmaz bimürvəti soruşam,
Baxçasından cüda düşən bir quşam.
Ucbatından qəhərlənib uçmuşam,
Tənha qondu de budağa, soruşma.


Yüklə 9,66 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə