Yazıçı, 1982 nəşrləri əsasında təkrar nəşrə hazırlanmışdır. Tərtib edəni və ön sözün müəllifi: Hüseyn İsmayılov



Yüklə 9,66 Kb.
Pdf görüntüsü
səhifə16/35
tarix29.01.2018
ölçüsü9,66 Kb.
#22647
növüYazı
1   ...   12   13   14   15   16   17   18   19   ...   35

_______________Milli Kitabxana________________
AMANDI
Başına döndüyüm ədalət şahı,
Şahım, bu yollara düşmə, amandı.
Çuğul, şeytan sənə tələ qurubdu,
Şahım, bu yollara düşmə, amandı.
Bu yolların içi dolu lil olur,
Üstü bulud, altı quyu lil olur,
Görürsənmi, şəmsi-qəmər ləl olur,
Şahım, bu yollara düşmə amandı.
Əskiklərin sözü keçməz arada,
Mərd iyidlər tez yetişər murada,
Yazıq Alı ilqar qoydu burada, -
Şahım, bu yollara düşmə, amandı.
DƏYMƏMİŞ
Kənardan qəlb ilə gəzirəm səni,
Dodaq gəlib gül yanağa dəyməmiş.
Çəkirəm əziyyət, gəz qabağımda,
Əl uzadıb gülün xara dəyməmiş.
O ala gözlərə mayıl olmuşam,
Gül yanağa bil ki, sayıl olmuşam,
Çəkdirsən dara da qayıl olmuşam,
Ox da gedib öz ovuna dəyməmiş.
Deyər Aşıq Alı, ay qoşa xallı!
Əmərəm ləbinnən ləbləri ballı,
Dərdini çəkirəm çox qilü-qallı,
Cənnət sənsən, səndə bara dəyməmiş.


_______________Milli Kitabxana________________
GÜLƏ-GÜLƏ
İstəkli sevgilim, gəldik üz-üzə,
Əlimi əlinə al gülə-gülə.
Çox gəzdim dünyanı seçə bilmədim,
Sənin tək gözəlgən, al gülə-gülə.
Ürəyim titrəyir durma uzaqda,
Külək olsun, telin əssin sazaqda
Gözüm qalıb lalə yanaq, buxaqda,
Qolunu boynuma sal gülə-gülə.
Mən zərgərəm, səni dürrü bilirəm,
Aləm nədi, şöylə, kimi görürəm,
Türkiyə elindən indi gəlirəm,
Minnət qoy Alıya, gəl gülə-gülə.
DEYƏRSƏN
Hasan əmi, bir Allahın eşqinə,
Mənim ərzim o canana deyərsən.
Ey mənim qasidim, dərddən xəbərdar,
Məntək dərdi o tüğyana deyərsən.
Gedib ol vətənə varannan sonra,
Sən bizim elləri görənnən sonra,
Götürüb naməni verənnən sonra
Bu cavabı yana-yana deyərsən.
Kamil bağban, pasiban ol güllərə,
Tapşırdım gözünü diksin yollara.
Deynən yola düşdü uzaq ellərə,
Keçdi Alı Alosmana deyərsən.


_______________Milli Kitabxana________________
NEYNƏR
Cümlə xilqət bu cahana mübtəla,
Cahanı sevməyən cananı neynər?!
Eşqdən bixəbər naşı, nadandı,
Əhli-ruh aləmdə nadanı neynər?
Hurirüxsar, hilalqaşlı, siyahtel,
Boyu mina, əndam büllur, incəbel.
Diyarım zibasın əsil mələk bil,
Bizim mahcamallar ədanı neynər?!
Səslə hüzuruma aqil kəsləri,
Hikməti dərk edən pürhəvəsləri.
Qovla məclisimdən kənar kəsləri,
Alı mərəkədə gədanı neynər?!
TƏRK ELƏ
Əbru çəkmə bədirlənmiş ayə sən,
Qəm yaradan o yaşmağı tərk elə.
İnsaf eylə sal üstümə sayə sən,
Tez rübəndə yanaşmağı tərk elə.
Giryanam gözəllər xası ucundan,
Qəhərlənib tutdum yası ucundan.
Bir busənin təmənnası ucundan
Məhrəm ilə savaşmağı tərk elə.
Alını qəm canda bekar edəndə,
Qəlbi xoşhal olar, şikar edəndə,
Hərdən təmənnasın aşkar edəndə,
Gülə-gülə o qaçmağı tərk elə.


_______________Milli Kitabxana________________
ÇƏKİBDİ
Ay ariflər, gəlin sizə söyləyim,
Varlılar yoxsulu dara çəkibdi.
Cəhd edirlər bu dünyanı tutalar,
Nökərə, dehqana qara çəkibdi.
Mollaynan, varlılar uyublar felə,
Köyxaynan birləşib qururlar tələ.
Ağaynan bəyləri demirəm hələ,
Zülmü gəlib ol üqbayə çəkibdi.
Fağırın, miskinin əlləri qabar,
Beş ilə alammır bir axsaq davar.
Yeməyi, geyməyi deyirəm havar,
Aşıq Alı qilü-qala çəkibdi.
MƏDİNƏ
Gözəl qiyafəli, Leyli kamallı,
Sənsən gözəllərin şahı, Mədinə.
Sevənlərdən gəl birinə könül ver,
Çəkdirmə amanı, ahı, Mədinə.
Bəyaz sinən dağda qarı andırır,
Hüsnün möminlərə dinin dandırır.
Mübtəlanı eşq atəşi yandırır,
Kəc dolanır rəvan rahı, Mədinə.
Bir an firqətinə tab etmir ürək,
Əsil məlakəsən, hüsnün mübarək.
Camalın şölədi, şəmsi nə gərək?
Heyran qoydun ərşdə mahı, Mədinə.


_______________Milli Kitabxana________________
Sevənindən seyrə çıxma aralı,
Zamanın hökmüdü, vədə daralı.
Kamil səyyad ram eyləyər maralı,
Sən səyağı, zülf siyahı, Mədinə.
Şanə bil zülfünə badi-səbanı,
Qoyma qilü-qalda, eli-obanı.
Tədbirdə aqil bil Alı babanı,
Seç birini, ol pənahı, Mədinə.
YAYLAQ
Min büsata, min sovqata məkansan,
Əlvansan bu başdan-o başa, yaylaq.
Doymur cəlalından türfə gözəllər.
Eyləyir hüsnünə tamaşa, yaylaq.
İntizarda qoydun qışlaq elini,
Məftun eyləmirsən siyah telini.
Almısan qoynuna incə belini,
Girmisən aranla savaşa, yaylaq.
Bir mələk misallı atsa oxunu,
Kənar olmaz, can evimə toxunu.
Yağdı yağış, şirinlətdi yuxunu,
Büründü mehmanın qumaşa, yaylaq.
Ah divanədi, orman dolanır,
Gözəllər hüsnündə dərman dolanır.
Köçürəm, qətlimə fərman dolanır,
Yaşat gözəlləri, həm yaşa, yaylaq.


_______________Milli Kitabxana________________
GÖZƏLLƏR
Olam pasibanı seyrangahların,
Seyr edə yaylağı yazı gözəllər.
Çeşmə kənarında gərdən çəkəndə,
Heyran qoyur quba-qazı gözəllər.
Əbrişin libasdı, ahu baxışdı,
Qüdrətindən pür boyalı naxışdı.
Fərq eyləməz ya bahardı, ya qışdı,
Müdam eylər işvə-nazı gözəllər.
Nurdan xəlq olunub, qəddi-qaməti,
Huriyə, qılmana var dəlaləti.
Nəğmədə dolanır şanı, şöhrəti,
Yoldan eylər dayanmazı gözəllər.
Gördüm sizi dərdə məlhəm, çaralı,
Düzlərin ceyranı, dağın maralı.
Hicran çəksə gül rüxsarı saralı,
Növcavanlar qəlb həmrazı gözəllər.
Mina gərdən, incə beli görməsəm,
Qönçədəhan, şəkər dili görməsəm,
Qələmqaşı, siyahteli görməsəm,
Tərk eylərdim bu avazı, gözəllər.
Sərrafı olmasam şəhla gözlərin,
Seyrinə çıxmasam şəmsi üzlərin.
Vəsfi olmasaydı ay bənizlərin,
Yad etməzdim əsla sazı, gözəllər.
Qəlbə şölə verən siz çeşmi çıraq,
Amandı olmayın gözümdən iraq.
Bir əlində qələm, birində varaq,
Alı sizə dastan yazı, gözəllər.


Yüklə 9,66 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə