Yazıçı, 1982 nəşrləri əsasında təkrar nəşrə hazırlanmışdır. Tərtib edəni və ön sözün müəllifi: Hüseyn İsmayılov



Yüklə 9,66 Kb.
Pdf görüntüsü
səhifə4/35
tarix29.01.2018
ölçüsü9,66 Kb.
#22647
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   35

_______________Milli Kitabxana________________
Görünür,  dastanın  mətn  substratı  oxşar  hadisədən,  real əhvalatdan  yaranıb.  Aşıq
Durxan,  Aşıq  Yığval, Əsmər  xanım,  qalyan-qorçu Əsəd,  Mehdixan,
Zilan  qaçaqları,
fraqmental  şəkildə keçən  Xudaverdi,  Mustafa  və s.  adların  konkret  şəxsiyyətləri  nəzərdə
tutub-tutmadığını dəqiq söyləmək çətindir.
Təbii  ki,  dastan  informasiyasının  bütün  elementləri  folklor  qəlibində cıxış  etdiyindən
onun real tarix kimi anlaşılması doğru deyil. Amma bununla yanaşı, burada tarixin də "payı"
yox  deyildir.  Dastanda  Aşıq  Alının  dilindən  söylənən  şeirlər əksəriyyət  etibarilə sufi
mahiyyətlidir:
Aşıq Alı təvəkküldü pirinə,
Sığınmışam o Kərrari-Kərimə.
Mərifətdən kamal alan, ay aşıq,
Şəriəti nəynən elərsən aşkar?
Şahlar şahı, özün yetiş haraya,
Düşmən bu günümdə ayaq almasın və s.
Deyişmə səhnələrində İslamdan,  Qurandan,  Təriqətdən  (Ələvi  təriqəti,  çünki  "Kərrari-
Kərim" Həzrət Əlinin adlarındandır) geniş şəkildə istifadə olunur.
Dastanda  adı  keçən  yer  adlarının  Göyçə aşıqlarının  fəaliyyət  sferası  çərçivəsində
olduğunu söyləmək mümkündür. Təbii ki, bu çevrənin mərkəzində aşığın doğma yurdu ulu
Göyçə dayanır:
Camalın şövqündən dilim oldu təng,
Çayda balıq olar, dəryada nəhəng,
Mahalım Göyçədi, kəndim Qızılvəng,
Aşıq Alı birdi, birə-bir gərək.
Və ya:
Zərzivil, Xan Keyti, Daşkət baxarı,
Ağ sürülər Sarı yaldan yuxarı.
Gözəllər seyr edər o yaylaqları,
Yaylaq, bizim yaylaqlara bənzərsən.
Deyər Aşıq Alı das Gözəldərə,
Şəqayiq-çiçəkli xoş Gözəldərə.
Əyricə, Verst dağı, Baş Gözəldərə,
Oylaq, bizim oylaqlara bənzərsən.
Və yaxud:
Aşıq Alı insanata sirridi,
Tozun qalxıb İrəvanı bürüdü,


_______________Milli Kitabxana________________
Axşam üstü bir tərəfin yeridi,
Basdın Axuranı, pir Ağrı dağı.
Aşıq  Alı  haqqında  folklor  məlumatının  saxlandığı  "Aşıx  Alının Türkiyə səfəri"  dastanı
ustad sənətkarın həyatından fraqmental bəhs etsə də, sənət dünyası haqqında geniş təsəvvür
yarada bilir. Alının dastandakı aşıq obrazı haqq aşığıdır. Bu, toy səhnəsində, xüsusilə aydın
şəkildə müşahidə olunur.  O,  sufi  aşıqdır, Ələvi  təriqətinə mənsubdur.  Amma  onun
təriqətdəki yeri dəqiq bilinmir.
"Böyük  bir ədəbi  irs  qoyub  gedən  Aşıq  Alı  vaxtında  axtarılıb  tədqiq  olunmadığından
külliyyatı  it-bata  düşmüş,  şeirlərinin  çoxu  təhrif  olunmuş,  bəzən  də başqalarının adına
getmişdir. Təsadüfi deyil ki, Alı irsinə ilkin üz tutanlardan Hümbət Əlizadə 30-cu illərdə çap
etdirdiyi  "Aşıqlar"  kitabında  Göyçəli  Aşıq  Alının  yaradıcılığından  çox  az  nümunələr
qaldığına təəssüflənirdi".
1
Aşıq Alı irsinin öyrənilməsində Hüseyn Arifin ciddi səyləri olub. Xüsusilə, "Aşıq Alını
axtarıram"  məqaləsindən  sonra  bu  sahədə dönüş  yaranıb.  Hüseyn  Arifin  axtarışları
nəticəsində böyük  sənətkarın  hafizələrdə yaşayan  54  şeiri  yazıya  alındı  və 1975-ci  ildə
"Aşıq Alı" adlı kitabçada nəşr olundu.
2
Bu nümunələr bir daha çeşidlənərək aşığın 180 illik
yubileyi ərəfəsində çapa  hazırlandı  və 1982-ci  ildə yenidən  nəşr  olundu.  Kitabın  uğurlu
cəhəti kimi təcnislərin nəşri xüsusi qeyd olunur.
Aşıq  Alının  öyrənilməsində onun  ustadı  Ağ  Aşığın  həyatı  və fəaliyyətini  araşdıran
tədqiqatların  da  mühüm  rolu  vardır.  Belə ki, Ə.Şamilov  Kosacanlı (Şərur)  Ağ  Aşıqla,
Kərkibaşlı  Ağ  Aşığı bir-birindən ayırmaqla  Aşıq  Alının ustadı haqqında məsələyə aydınlıq
gətirmişdir.
3
Ağ  Aşığın  nəvəsi  Allahverdinin  söyləməsinə görə,  şəyirdləri  içərisində ən  çox  sevdiyi
və məclislərə özü ilə apardığı Aşıq Alı imiş. Aşıq Alı olduqca həyalı, az danışan, ustad yolu
gözləyən istedadlı şəyird imiş. Ağ Aşığın "Koroğlu", "Misri", "Bozuğu" havacatlarına ancaq
Aşıq Alı qabaq oxuyarmış.
4
Qeyd  edim  ki,  Alı irsinin  toplanmasında,  müəyyənləşdirilməsində ciddi  problemlər
vardır.  Bu,  bir  tərəfdən  obyektiv  olaraq  zaman  baxımından  söz  yaddaşının hafizələrdən
silinməsi,  söz  ehtiyatı  daşıyan  folklor  subyektlərinin  (informatorların)  azalması  və sənət
nümunələrinin  müəllif  subyektinin  müəyyənləşdirilməsindəki  çətinliklərlə bağlıdırsa,  digər
tərəfdən  subyektiv  faktorla  şərtlənən  şəxsi  maraq  çərçivəsində reallaşan  süni  mətn tərtibi,
mətn saxtalaşdırılması və qondarma "sənət nümunələri"nin nəşri ilə əlaqəlidir.
T.Göyçəli. Göstərilən əsəri, s.38
Aşıq Alı. Tərtib edəni H.Hüseynzadə. B., 1975.
Ə.Şamilov.  Aşıq  Alının  ustadı  kimdir?  "Sovet  Naxçıvanı"  qəz.,  27  aprcl  1983;  Yenə onun.  Bir
daha Ağ Aşıq haqqında. "Oğuz eli" qəz., 14 yanvar 1993.
Ustad aşıqlar. Tərtib edənlər: P.Əfəndiyev, M.Həkimov, N.Məmmodova. B., 1983, s.51.


_______________Milli Kitabxana________________
Aşıq Alı şəxsiyyəti və sənət irsi haqqında saxta məlumat daşıyan kitabların nəşri AMEA
Ədəbiyyat  İnstitutunda  keçirilən  xüsusi  müzakirənin  mövzusu
olmuş,  sözügedən  kitabın
ədəbiyyat kataloqundan çıxarılması ilə bağlı qərar qəbul olunmuşdur.
Qeyd edim ki, folklor mətni, o sıradan aşıq şeiri semantik strukturun alt qatında türk
dünya  modelinin  üfüqi  və
şaquli  strukturunu
işarələyir.  Türk  düşüncəsinin
modelləşdirici sistemi ilə işləyən spesifik sxemdə reallaşır. Bundan başqa, aşıq şeirinin
ənənədə sabitləşmiş  leksik  fondu  və metaforik  sisteminin  mümkün  çərçivəsi
mövcuddur. Ona görə də təbii və süni folklor mətninin müəyyənləşdirilməsi tamamilə
mümkündür. Alının adına yazılan saxta mətnlər isə o dərəcədə səviyyəsiz düzəldilib ki,
ümumiyyətlə və hər  hansı  şəkildə təhlil  obyekti  olmağa  layiq  deyil.  Çünki  o  şeirlərdə
nə türk  ruhu,  nə Alı  nəfəsi  duyulur,  nə də onlar  Göyçə poeziyasına  xas  olan  poetik
nümunələrlə səsləşə bilməyən çox yöndəmsiz cızma-qaralardan başqa bir şey deyil.
Aşıq Alının ədəbi irsi məhdud kəmiyyətdə gəlib çatıb. Amma bununla belə, Alının
poeziyası  təbiiliyi,  dilin,  fikrin  və sənətin  imkanlarının  sadə formullarda  çox
mükəmməl  şəkildə təzahür  etdiyi  möhtəşəm  sənət  faktıdır.  Aşıq  şeirinin  bəzi
şəkillərinin də Aşıq Alı tərəfindən yaradıldığı ehtimal olunur.
Aşıq Alı eyni zamanda musiqi yaradıcılığı və bəstəkar fəaliyyəti ilə də geniş şöhrət
qazanıb.  Onun  yaratdığı  saz  havalarına  "Göyçə şərili",  "Göyçəgülü",  "Ağır  şərili",
"Göyçə qaytağı", "Qəhrəmanı", "El bayatısı" ("Köç bayatı"), "Gilənar" aid edilir.
1
Aşıq Alı "Koroğlu aşığı" kimi  məşhur olmuş, "Koroğlu"nun klassik ifa tərzinin də
ondan qalması ehtimal olunur.
Aşıq  Alının ədəbi  irsinin  sağ  qalmış  nümunələrinin  nəşr  olunduğu  etibarlı
mənbələrdən  biri  İ.Ələsgərin  tərtib  etdiyi  "Sazlı-sözlü  Göyçə"  kitabıdır.  Kitabda  Aşıq
Alının  "Ağrı  dağı",  "Bənzərsən",  "Bu  gün",  "Dedi",  "Dolandırır",  "Düşər",  "Düzələ
bilməz",  "İstər  könlüm",  "Keçdi",  "Qızların",  "Qoca  dünya  çoxun  yola  salıbdı",  "Nə
qaldı",  "Oldu  getdi",  "Özgələrdən  bizə xata  yetişməz"  qoşmaları,  "Ay  ağ  almasın",
"Dalı dayansın",  "Başa-baş",  "Dal  dala"  təcnisləri,  "Gözlə,  gözlə sən",  "Qırmızı",
"Verir" divaniləri təqdim edilib.
2
Azərbaycan  şifahi  xalq ədəbiyyatını araşdıran  tədqiqatçılar  bu və ya  başqa  şəkildə
Aşıq  Alı irsinə müraciət ediblər.  H.Əlizadə,  H.Arif,  M.Həkimov,  Q.Namazov,
V.Vəliyev,  E.Məmmədli  və b.  Aşıq  Alının  sənət  dünyasından  qismən  də olsa  bəhs
ediblər.
3
M.Həkimov. Azərbaycan aşıq ədəbiyyatı. B., 1983.
Sazlı-sözlü Göycə. B., 1999, s.16-27.
H.Hüseynzadə.  Aşıq  Alını  axtarıram.  "Elm  və həyat"  jur.,№  2,  1968;  Q.Namazov.  Azэrbaycan
aşıq sənəti. B., 1984; E.Məmmədli. Təcnis sənətkarlığı. B., 1988 və b.


Yüklə 9,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə