Yazıçı, 1982 nəşrləri əsasında təkrar nəşrə hazırlanmışdır. Tərtib edəni və ön sözün müəllifi: Hüseyn İsmayılov



Yüklə 9,66 Kb.
Pdf görüntüsü
səhifə3/35
tarix29.01.2018
ölçüsü9,66 Kb.
#22647
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   35

_______________Milli Kitabxana________________
Aşıq  Alının  həyatı  və aşıqlıq  fəaliyyəti  ilə bağlı  məlumat  verə bilən  qaynaqlardan
biri  də folklorlaşmış  şəkildə gəlib  çatmış  "Aşıq  Alının  Türkiyə səfəri"dir.  Klassik
məhəbbət  dastanı  tipi  ilə "aşıq  rəvayəti"  arasında  orta  mövqedə dayanan  və daha  çox
mətn  strukturu,  süjet  və motivlər  səviyyəsində birinciyə meyl  edən  (dastanda  "buta
motivi"  iştirak  etmir)  bu  dastan  bioqrafik  informasiya  kontekstində aşıq  haqqında
yaddaşlarda saxlanan bilgilərlə səsləşir.
Əslində aşıq haqqında həm dastanda, həm də hafizələrdə qorunmuş məlumatın hər
ikisi eyni bir "mənbə"dən - aşıq ənənəsində yaşayan, ustad-şəyird şəcərəsində ötürülən
ümumi  yaddaş  fondundan  qaynaqlanır.  Çünki  konkret  tarixi  şəxsiyyəti  tərənnüm  edən
folklor əsəri  həmin  şəxs  tərəfindən  yaradıla  bilməz;  ona  görə də dastanın  Alının
şəyirdləri  tərəfindən  yaradıldığını  ehtimal  etmək  olar.  Belə halda  dastanın  "aşıq
bioqrafiyası"  etibarlı  mənbə sayıla  bilər.  Həm  də nəzərdən  qaçırmayaq  ki,  Göyçə aşıq
mühitinin  spesifik  cəhətlərindən  biri  də
dəqiq  və
aydın
sənət  şəcərəsinin
mövcudluğudur.
Göyçənin  ustad  aşığı  Aşıq  Hacıdan  yazıya  alınmış  "Aşıq  Alının  Türkiyə səfəri"
dastanını  folklor  örtüyündən  çıxarsaq,  onda  mətn  informasiyasının qısa  məzmunu
aşağıdakı  kimi  olacaq:  Aşıq  Alı  Göyçə mahalının  Qızılvəng  kəndindən  yoxsul  Mirzə
(Göyçə dialektində "İmirzə")  kişinin  oğludur.  Həmin  mahalın  Çamırlı  (Göyçə
dialektində "Camırrı")  kəndindən  Niftalı adlı  varlı  bir  kişinin  Bəsti  adlı  qızı  ilə
evlənmək  istəyir.  Lakin  xeyir  işin  reallaşması  üçün  lazım  olan  "zəruri  minimum"
səviyyəsində maliyyə vəsaiti  olmadığından  məşğul  olduğu  sənətdən  (aşıqlıqdan)
istifadə etməklə pul  qazanmaq  məcburiyyətində qalır.  Bundan  ötrü  o,  Naxçıvana  və
oradan da Türkiyəyə gedir. Müxtəlif çətinliklərlə üzləşirsə də, nəhayət, tələb olunandan
da artıq vəsait əldə etməyə nail olur, vətənə qayıdır və sevgilisinə qovuşur.
1
Dastanın mətn strukturu, səfər-sınaq-uğur modelində reallaşır. "Pul-para qazanmaq
motivi"nin  polisemantik  funksiyalarının təhlilini  dərinləşdirmədən  qeyd  edim  ki,  bu
motiv  geniş  mənada  sənətkar  subyekti və mühit  münasibətlərinin  çeşidli  spesifik
əlamətlərini aydınlaşdırır.
Buradan  məlum  olur  ki:  1)  Aşıq  Alının  ailəsi  yoxsuldur;  2)  Azərbaycan əhalisi
yoxsuldur,  çünki  pul  qazanmaq  üçün  El  Osmana  (deyilişdə Alosmana,  Türkiyəyə)
getmək lazımdır; Azərbaycanın müstəmləkə şəraitində yaşaması əhalini müflisləşdirib.
Ən başlıcası isə bu motiv aşıq sənətinin "sənətçilik mərhələsini" işarələyir; yəni aşığın
fəaliyyət sferası məclislərə gedərək pul-para qazanmaqla məhdudlaşır.
Bu  sosial  kontekst Ələsgər  haqqında  rəvayətlərdə də qabarıq  şəkildə təzahür  edir.
Qeyd olunan motivin informasiya ehtiyatından o da məlum olur ki,
Azərbaycan  folkloru  antologiyası,  III  Kilab.  Göyçə folkloru  (Toplayanı,  tərtib  edəni  və ön  sözün
müəllifi H.İsmayılov). B., 2000, s.446-480.


_______________Milli Kitabxana________________
aşıq  rəvayətindən  dastanlaşmağa  doğru  gedən  bu  mətnin  formalaşma  mərhələsi  də
Azərbaycanın müstəmləkə olduğu  dövrə (1828-1918)  təsadüf edir.  Ustad fenomeninin
"mifləşdirilməsi",  folklorlaşdırılması  ustada ədəb-ərkan  təlimi  ilə işləyən  Göyçəli
şəyirdin (məsələn, Ələsgərin) minnətdarlığının ifadəsi kimi də reallaşa bilərdi.
Dastana  "sənətçi-aşığ"ın  mətn  faktı  prizmasından  baxıldıqda,  "buta  motivi"nin
iştirak etməməsinin səbəbi də aydın şəkildə görünür. Çünki aşığın sənətçiyə çevrilməsi
funksiya  səviyyəsində sakral  missiyanın  profanlaşması  ilə müşayiət  olunaraq  haqq
aşıqlığından  keyfiyyətcə fərqli  bir  hadisə idi.  Mətndə süjetin  invariant  sxemi  saxlansa
da, hadisəvi informasiyanın sosiallaşması müşahidə olunur.
Dastanda  təhkiyəçi  subyektinin  təhlili  bəzi  məqamlara  aydınlıq  gətirir.  Belə ki,
dastan ənənəvi  şəkildə üç  ustadnamə (Aşıq  Musa,  Aşıq Ələsgər,  Qul  Allahqulu)  ilə
başlanır  və duvaqqapma  ilə bitir.  Ustadnamələrdən  sonra  ifaçı  aşıq  "bəli,  mənim
əzizdərim,  sizə hardan  xəbər  verim,  Göyçə mahalının  Qızılvəng  kəndinnən.  Kimnən,
Aşıq Alıdan" məlumatını bildirəndən sonra, təhkiyəçi kimi Aşıq Alının özü çıxış edir:
"Cavan  vaxtımda  orda-burda  söhbət  eliyirdilər ki,  Aşıx  Alı  gələcəkdə gözəl  sənətkar
olajax.  Allah  heş  kimi  kasıv  eləməsin.  O  zamannar  elə kasıvıydıx  ki,  oğru  içəri
girsəydi,  bircə süpürgədən  başqa əlinə bir  şey  keçməzdi.  O  vaxtın  pulu bir  abbasım
varıydı.  Kəndin  içinə çıxdım  ki,  mal  öldürüf  alışma  eliyiflər.  İki  girvəngə ət  aldım.
Gətirdim evə,  dədəm  doğradı,  anam  tökdü  qazana,  qoydu  ocağın  üstünə.  Kasıvın
evində yemək  olanda  ev  gülür,  eşik  gülür.  Öydə bir  ala  pişiyimiz  varıydı. O da
sevindiyindən  tufara  hoppanıf,  yerə düşürdü.  Dədəmnən  anamın söhbəti də bir-birinə
yaman xoş gəlirdi".
Təhkiyə Aşıq  Alının  dilindən  verilir  və "ana,  mənim  coravımı,  ayağımın  məstini
gəti. Sazımı götürüm, gedim. Mən də öz payımı düzəldim gətirim" mürəkkəb sintaktik
bütövündə (MSB)  tamamlanır. Və beləliklə,  mütəmadi  olaraq Alı  dastana  təhkiyəçi
kimi daxil edilir: "Düzü, qorxuf çəkinsəm də, yolumnan dönmədim. Bir azdan at məni
endirdi həmin kəndə". Təhkiyə səviyyəsində baş verən intensiv dəyişmələr bir tərəfdən
türk epik ənənəsindən  (məsələn,  "Dədə Qorqud  soylamış"  və "Ozan aydır"  ifadələrinə
diqqət  et),  digər  tərəfdən  isə əhvalat  və rəvayətin,  hadisə və süjetin,  tarixi  faktın  və
folklorun kontominasiyasından qaynaqlanır.
Yenə orada, s.448.
Yenə orada, s.448.
Yenə orada, s.450.
Yenə orada, s.451.


Yüklə 9,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə