Yazıçı, 1982 nəşrləri əsasında təkrar nəşrə hazırlanmışdır. Tərtib edəni və ön sözün müəllifi: Hüseyn İsmayılov



Yüklə 9,66 Kb.
Pdf görüntüsü
səhifə35/35
tarix29.01.2018
ölçüsü9,66 Kb.
#22647
növüYazı
1   ...   27   28   29   30   31   32   33   34   35

_______________Milli Kitabxana________________
Aşıx Alı sana qurvan,
Gəl eyləmə bağrımı qan.
Əldən uçdu tülək-tərlan,
Sar da kəklik alan oldu.
İmirzə kişi baxıf gördü kü, qızın atası adamlarına deyir ki, Aşıx Alıyı da vurun,
dədəsini də. Yazıx İmirzə kişi Aşıx Alının arxasınnan hərrənirdi ki, qoy atılan güllə
qavaxca mana  dəysin.  Kürk  qalındı  bəlkə saxlıya.  Bala  dediyin  bağır ətidi.  Allah
heş  kimi  tək  eləməsin.  Bir  azdan  ara  qarışdı,  məssəf  itdi.  Camahat  iki  tiriyə
bölündü: kimi Aşıx Alıya hax qazandırdı, kimi də toy yiyəsinə.
Aşıx  Alı  baxıf  gördü  kü,  bunnarın  sözünü  az  adam  deyir. Amma  camahatın
bəzisi  annadı  ki,  İmirzə kişidə silah  var.  Nədisə kürkün  altındadı. Əlini  atıf
çıxartmax  isdiyir.  Dodaxaltı  da,  deyir  ki,  çoxdan  çox  öləjək,  azdan  az.  Bu  yerdə
görək aldı Aşıx Alı nə dedi:
Beybəfa dost məni cannan elədi,
Tutufdu dəstində ayaq almasın.
Girdim dostun baxçasını seyr etdim,
Görmədim bağında ayaq almasın.
Camahatın  hamısı  Aşıx  Alıya  baxıf  hayfısdandı.  Ayə,  Allah  eliyəydi  toya  qan
düşmüyəydi.
Katıvısan oxu dərsin hər aya,
Bayram ayı demək olmaz hər aya.
Şahlar şahı özün yetiş haraya,
Düşman bu günümdə ayaq almasın.
İmirzə kişi  elə fikirrəşdi  ki,  Aşıx  Alı  təkdi  deyən  özünə kömək  isdiyir. Əli
xançalın  dəstəsində köyrəldi.  Dedi: - Ayə,  a  bala,  sənin  üstünə ayax  alan  kimdi?
Aldı görək Aşıx Alı nə dedi:
Deyər Aşıx Alı yara bağlıya,
Kamil təbib gərək yara bağlıya.
Yar ixlasın özgə yara bağlıya,
Həftə tamam oluf, aya qalmasın.


_______________Milli Kitabxana________________
Niftalı irəli yeriyif dedi:
- A camahat, mənnən küsmüyün. Mən qızımı Xudaverdinin oğluna vermirəm.
Camahat dedi:
- Niyə, a Niftalı?
- Ona  görə ki, Aşıx  Alı  haqq  aşığıdı.  Mənim  qızıma  qarğadı.  Gözümün  ağı-
qarası bir uşağım var. Niyə getsin bədbaxt olsun.
Camahatın yarısı ayağa qalxdı.
- A Niftalı, onda qızı Aşıx Alıya verək.
Bir neçə ağsaqqal yerinnən qalxıf dedi:
- Düz deyir, qavaxdan Niftalı qızın "hə"sini Aşıx Alıya verif, qız ona deyiklidi.
Aldı görək Aşıx Alı indi nə oxudu:
Uçufdu könlümün qəlbi hasan,
Bir sütun vurdunuz damı dayansın.
Hər kim dostdan dosta yaman qandırsa,
Qıyamat oduna damı da yansın.
Camahat  baxıf  gördü,  kim  ki,  Aşıx  Alının  sözünü  demir,  haqq  aşığı  onu
qarğıyır. Dedilər:
- Xudaverdidən  ötrü  damımızı  niyə başımıza  uçurdurux?  Niyə qarğış  yiyəsi
olurux?
Alı isə oxuyurdu:
Dedim əğyar özü nədi, sözü nə?
Baxgınan qaşına, ala gözünə,
Axirətdə bir öy tiksə özünə,
Uçmasın başına, damı dayansın.
Camaat baxıf gördü kü, Aşıx Alı açıx-aşkar deyir:
- Kim ki, mərdimazardı, qoy onun evi başına uşsun.
Deyər Aşıx Alı acar ovluya,
Zambur şirə çəkə acar ovluya.
Hər kim dostun qoyuf acar ovluya,
Od vur qapısına damı da yansın.


_______________Milli Kitabxana________________
Söz tamama yetən kimi Çamırrının ağsaqqalı ayağa qalxıf dedi:
- Ay  camahat,  heş  kim  səs-küy  salmasın.  Ay  İmirzə,  irəli  gəl Xudaverdi  nə
verifsə, o başdığı sən ver Niftalıya.
Aşıx Alı sazını götürüf evlərinə qayıtdı. İmirzə irəli yeriyif dedi:
- A Xudaverdi, nə verifsən?
Dedi:
- Yüz manat qızıl pul. Bir həftə də bu camahatın yeyif-içdiyinin hamısını.
İmirzə onun nə təmənnası vardı, hamısını ödədi. İrəli yeriyif Niftalının əlinnən
tutdu.
- A Niftalı, "hə" alanda pulum olmadı. Bu iki onnux sənin "hə" demən. Üç yüz
manat qızıl pul başdıx istəmişdin. Ala bu da sənin başdığın.
Xudaverdiyə dedi:
- Di zurnaçılarını götür get. Camahat dedi:
- Ayə, zurnaçı neyliyir sana? Qoy çalsınnar. İmirzə dedi:
- Yox,  mana  ürəkdən  çalan  zurnaçı  lazımdı.  Çaxırrıdan  Balay Söyünü
gətirəjəm. Camaat razılaşıf Bəsti xanımı Alıya verdi.
O  vaxtdar  gəlin  atnan  gəlirdi.  İmirzə kişinin  bir  atı  varıydı.  Bir-neçə atı  da
Mustafa  göndərdi  ki,  gəlinin  qavağında  at  oynatsınnar.  Gəlini  ata  mindirdilər.
İmirzə kişi  bir əlinnən  atın  yüyəninnən,  o  biri əlinnən  də üzəngisinnən  tutuf,
başınnan arvadı yanına çağırdı.
- Ay ölü qızı, ölü, gəlif gəlinin qavağında oynasana!
Gəlin qapıya çatdı. Camahat axışıf gəldi. Elə gözəl bir toy keçirdilər ki, daa nə
deyim? Xudavəndi-aləm hamıya oğul toyu, qız toyu qismət eləsin.
Aşıxlar  toyun  sonunda  bəy  tərifi  söylüyər,  sonra  da  bir  duvaqqapamaynan
məclisi başa çatdırallar. Biz də bu söhbətimizi beləcə başa çatdırax:
Təzə bir gözəl çıxıfdı, -
Dağlar maralı, Gülpəri.
Hər kəsə qarşı gəlsə,
Yandırar narı, Gülpəri.


_______________Milli Kitabxana________________
Camalınnan haya edir,
Dağların qarı, Gülpəri,
And verirəm öz baxtına,
Pozma ilqarı Gülpəri.
Gülpəri, nə Gülpəri,
Bənzər cənnət almasına.
Ay, gün görsə haya edir,
Keçər bulud daldasına.
Eşidənnər heyran qalır,
Bu gözəlin sədasına.
Nə ola qədəm basasan,
Bir bizə sarı, Gülpəri.
Hər kim belə gözəl alsa,
Baxtafar onun başına.
Yüz yaşında qoja olsa,
Enər on səkkiz yaşına.
Görənnər heyran qaldı,
Onun süzgün baxışına.
Cəllad kimi aman vermir,
Qurudur darı, Gülpəri.
Aşıx Hajı, qurvan eylə,
Canını belə ceyrana.
Çoxlarını dəli edif,
Salıf çöllü-biyavana.
Hər kim belə gözəl alsa,
Zəhmət versin şirin cana,
Səyyat tor qursa tərlana,
Ovlar şikarı, Gülpəri.


_______________Milli Kitabxana________________
HAJI HÜSEYNİN AŞIX ALIYA
AT BAĞIŞLAMASI
Ağbulaxlı Hajı  Hüseyn  Aşıx  Alının  yaxın  dosdannnan  biri  oluf.  Deyilənnərə
görə,  Hajı  Hüseyn  Göyçənin  addı-sannı,  tanınmış,  yoxsul  dərdi  çəkən  səxavətdi
adamlarınnan  biriymiş.  Aşıx  Alı  həmişə qonşu  kənddərə,  Qaraqoyunnu  dərəsinə,
eləcə də Qazağa,  Tovuza,  Borçalıya  gedəndə Hajı Hüseynin  evinə düşər,  dostuna
qonax  olardı.  Eşidif  bilən  kimi  qonum-qonşu  aşığın  başına  toflaşar,  Hajının  öyü
toy  öyünə dönərmiş.  Günnərin  bir  günü  Aşıx  Alı dostu  Qiyas  ağadan  bir  məktuf
alır.  Oxuyanda  görür  kü,  dostu  onu  Qazağa  oğlunun  toyunu  keçirməyə çağırır.
Daha  durmağın yeri  döyüldü.  Aşıx  Alı hazırraşıf  şəyirdi  Mehtiynən  birrikdə yola
düşür.  Basarkeçərdə Mehtiyə deyir  ki,  bala,  atının ayağı  nalsızdı,  gətir  nalladax,
sonra  gedək.  Atı  nalvəndə çəkif  nallatdılar.  Nalladannan  sonra  atdarın  ağzını
çevirillər  Qazağa  tərəf.  Məzrə kəndini keçəndə görüllər  ki,  at  axsayır.  Şişqayada
daha at çox çətinniknən ayağının birini yerə basır.
- Ayə, ay Mehti, bu çərrəmiş yoxsa bizi yolda qoyar, atın mayasına mıx dəyif, -
deyə Alı dillənir.
Uzun  sözün  qısası  onnan  bir  təhər  gün  varkən  Ağbulağa  çatıllar.  Hajı
Hüseynnən  Aşıx  Alı çox  mehribannıxnan  görüşüllər.  Hajı  qonaxları otağa  dəvət
etdikdən sonra eşiyə çıxıf uşaxlara deyir ki, Alıgilin atdarını tövlüyə çəkin. Uşaxlar
atı içəri çəkəndə görüllər ki, aşığın atı axsıyır.
Axşam  yaxşı  qonaxlıx  düzəldillər. Kəndin  ağsaqqalları,  saz-söz  həvəskarrarı
Alının başına toflaşır. O da gejəyə əməlli-başlı bir körpü atır. Düz gejə yarıya kimi
çalıf-oxuyur,  şirin  söhbətdər  eliyir.  Savah  açılanda  Aşıx  Alı Qazağa  yola  düşməli
olur. Bu vaxt onun qavağına özgə at çəkillər. Alı bir qədər tərəddüd eliyir.
- Alı,  min  sür,  sənin  atının  mayasına  mıx  dəyif,  nalını  sökdürmək  lazımdı, -
deyif Hajı Hüseyn irəli yeriyif atın cilovunnan tutur. Aşıxlar yola düşüllər. İki gün
sonra  Hajı  Hüseyn  Aşıx  Alının atını Qızılvəngə qaytarır.  Deyilənnərə görə,  Aşıx
Alı Qazaxda çox ləngərri bir toy keçirir. Aşığı on dörd gün Qazaxdan buraxmıllar.
Yarım  aydan  sonra  Alı yenə Ağbulağa  qayıdır.  Dostunun  evinə düşür. Dincini
alannan sonra Qızılvəngə gedəcəyini bildirir.
Hajı Hüseyn deyir ki, Alı, sənin atını ilxıya buraxmışam, at atdı nə fərqi var, elə
bu atı min get. Alı dostunun bir sözünü iki eləməz-


_______________Milli Kitabxana________________
di.  Bilirdi  ki,  Hajı  belə şeylərdən  inciyən  adamdı.  Odu  ki,  Aşıx  Alı  görüşüf  yola
düşməli olur.
Aşıx gəlif Qızılvəngə çatanda görür ki, öz atı həyətdə hörüklənif. Aşıx Alı elə
belə adam  döyüldü.  Hər  şeyi  o  saat  başa  düşür.  Bilir  ki,  Hajı  Hüseyn  atı  ona
bağışdıyıf.
Axşam  qonum-qonşu  toflaşıf  aşığın  Qazaxda  görüf-bildiyinnən  danışmağı
xahiş  eliyillər.  Alı  Qiyas  bəyin  dostduğunnan,  Qazax  camahatınnan,  keçirdiyi
toyun  böyüklüyünnən  ürəkdolusu  danışır.  Sonra  da  qayıdır  ki,  Ağbulaxlı Hajı
Hüseyn bir görün başıma nə oyun açıf...
- Onu da bilmişik, - deye kimsə yerdən dillənir, - canın sağ olsun, bir gün olar
sən də onun yaxşılığınnan çıxarsan.
Aşıx  Alı qayıdır ki,  siz  mənim  dostumu  hələ yaxşı  tanımırsınız.  O,  heş  nədən
yaxşılıx güdən adam döyül. Bir dəfə Hajı evində xəstə yatırmış. Arvad-uşax xəvər
gətirir ki, koxa camaatı kəndin ortasındakı meydana tofluyuf, vergi üstündə incidir.
Hajı  uşağa  deyir  ki,  tez  Hajı Kazımı  tapıf  yanıma  gətir.  Hajı  Kazım  onun  böyük
oğluydu. Hajı Kazımı çağırıllar. Hajı tərs-tərs onun üzünə baxır.
- Ay dədə, nə oluf? - deyə, Hajı Kazım soruşur.
- Nə olajax, a bala, sən eşidmiyifsən ki, koxa camaatının başına nə oyun açır?!
Bu saat gedif o koxaya deyərsən ki, mənim camaatımı pula görə çox nahax incidir.
Gəlsin pulunu verim.
Hajı  Kazım  tez  evdən  çıxıf  özünü  verir  koxanın yanına.  Çatan  kimi  görür  ki,
koxa qızmış nərə dönüf camaata daha nə qalır deməmiş. Koxuyu çağırır bir kənara,
Hajı  Hüseynin  dediyini  ona  çatdırır.  Koxa  bilir  ki,  Hajı  onu  hörmətdən  salajax.
Başdıyır  dil-ağız  eləməyə ki,  vallah  elə ajığım  tutmuşdu.  Vergiyi  yaman
yuvadıflar.  Hajı  Kazım  Hajı  Hüseynin  verdiyi  pulla  camaatın  vergisini  bağlıyır.
Hajı belə səxavətdəri çox eliyif. Bir at Hajı üçün o qədər də böyük şey döyül.
Sazımı gətirin görüm mən də Hajıya öz ürək sözümü necə çatdıra bilirəm...
Bu dari-dünyada, Göyçə elində
Hörmətdə, izzətdə birsən, ay Hajı.
Sənə qismət verif xaliqi-sübhan,
Həqiqət yolunda şirsən, ay Hajı.


_______________Milli Kitabxana________________
Başı yığıncaxlı, cövrü-cəfalı,
Qohuma-qonşuya, dosta vəfalı.
Qonaxlı-qaralı, Hatəm səxalı,
Süfrələr açmaxda birsən, ay Hajı.
Tanıyır el-ova düz insan səni,
Tutammaz şöhrətdə nə boy, xan səni,
Azmı eyləmişəm imtahan səni?
Ərrər meydanında ərsən, ay Hajı.
Süfrəsi, dövləti, halal əməyi,
Yüzdüklər xərşdiyər əsmər ürəyi.
Yetimlər köynəyi, yoxsul çörəyi,
Əvvəldən bir açıx dərsən, ay Hajı.
Yanında xəcalət bu Aşıx Alı,
Bağışda sən allah bu qeylü-qalı.
Seyiddən, molladan elə daldalı,
Vallah ziyarətsən, pirsən, ay Hajı.


_______________Milli Kitabxana________________
KİTABDAKILAR
Ön söz……………………………………………………………………………………4
GƏRAYLILAR
Oldu……………………………………………………………………………21
Qoynunda-qoynunda…………………………………………………………..21
Uzaq yollara-yollara…………………………………………………………...22
Olmur………………………………………………………………………….22
Dağlar qoynunda-qoynunda…………………………………………………...23
Yalvara-yalvara………………………………………………………………..24
Düşübdü……………………………………………………………………….24
Təbriz gözəli…………………………………………………………………..25
Ölürəm………………………………………………………………………...25
Oldu……………………………………………………………………………26
Eyləsin…………………………………………………………………………26
Sənə……………………………………………………………………………27
Oldu……………………………………………………………………………27
Dövran…………………………………………………………………………28
Birisin………………………………………………………………………….29
Qazanar………………………………………………………………………..30
Ellərdi………………………………………………………………………….30
QOŞMALAR
Söz oldu………………………………………………………………………..33
Bu gün…………………………………………………………………………34
Nə qaldı………………………………………………………………………..34
Getdi…………………………………………………………………………...35
Düşər…………………………………………………………………………..35
İçəcək………………………………………………………………………….36
Bilməz…………………………………………………………………………37
Olmadı…………………………………………………………………………37
Dolandırır……………………………………………………………………...38
Keçdi ………………………………………………………………………….38
Dedi……………………………………………………………………………39
Bənzərsən……………………………………………………………………...39
Qızların………………………………………………………………………...40
Könül…………………………………………………………………………..40


_______________Milli Kitabxana________________
Sənin…………………………………………………………………………...41
Ağrı dağı………………………………………………………………………42
İnciməsin………………………………………………………………………42
Gedək………………………………………………………………………….43
Olmadı…………………………………………………………………………43
Gərək…………………………………………………………………………..44
Deyinən………………………………………………………………………..44
Yadıma düşdü…………………………………………………………………45
Kor aşıq alı…………………………………………………………………….45
Yavaş-yavaş…………………………………………………………………...46
Deyirəm………………………………………………………………………..46
Vətənimdə……………………………………………………………………..47
Tək-tək………………………………………………………………………...47
Görmədim……………………………………………………………………..48
Bax…………………………………………………………………………….48
İstərəm…………………………………………………………………………49
Bəsdi…………………………………………………………………………...50
Ola bilməz……………………………………………………………………..51
Yetişdim……………………………………………………………………….52
Gətirmə………………………………………………………………………...52
Gedirəm………………………………………………………………………..53
Könül…………………………………………………………………………..53
Bilinməz……………………………………………………………………….54
Düşərsən……………………………………………………………………….54
Gözəldi………………………………………………………………………...55
Vermərəm……………………………………………………………………...55
Düşmüşəm……………………………………………………………………..56
Bəsdi…………………………………………………………………………...57
Mənim…………………………………………………………………………57
İtibdi…………………………………………………………………………...58
Ay ilə-ilə………………………………………………………………………58
Ay eylər qıj-qıj………………………………………………………………...59
Keçibdi………………………………………………………………………...59
Eyləmə………………………………………………………………………...60
Bəsdi…………………………………………………………………………...61
Bilin siz………………………………………………………………………..62
Görmüşəm……………………………………………………………………..62
Ağlama………………………………………………………………………...63
Dönübdü……………………………………………………………………….64


_______________Milli Kitabxana________________
Düşər…………………………………………………………………………..64
Oldu……………………………………………………………………………65
Düşər…………………………………………………………………………..66
İncimərəm……………………………………………………………………..66
Gözəldir………………………………………………………………………..67
Əlif-əlifə……………………………………………………………………….67
Ağlaram………………………………………………………………………..68
Əzbər-əzbəri…………………………………………………………………...68
Yetişdi…………………………………………………………………………69
Mənəm………………………………………………………………………...69
Birisin………………………………………………………………………….70
Qurbandı……………………………………………………………………….70
Yazdım………………………………………………………………………...71
Soruşma………………………………………………………………………..71
Getdi…………………………………………………………………………...72
Dərindi………………………………………………………………………...72
Qabaqda……………………………………………………………………….73
Çürüdü…………………………………………………………………………74
Qalmadı………………………………………………………………………..74
Ay ağa haray…………………………………………………………………..75
Gözdə gözü sən………………………………………………………………..75
Olgunan………………………………………………………………………..76
Ay üzə-üzə…………………………………………………………………….76
Narın üz………………………………………………………………………..77
Deyirəm………………………………………………………………………..77
Amandı………………………………………………………………………...78
Dəyməmiş……………………………………………………………………..78
Gülə-gülə………………………………………………………………………79
Deyərsən……………………………………………………………………….79
Neynər…………………………………………………………………………80
Tərk elə………………………………………………………………………..80
Çəkibdi………………………………………………………………………...81
Mədinə………………………………………………………………………...81
Yaylaq…………………………………………………………………………82
Gözəllər………………………………………………………………………..83
Yaratdı…………………………………………………………………………84
Sevdiyim………………………………………………………………………84
Qocalmışam…………………………………………………………………...85
Dolandırır……………………………………………………………………...86


_______________Milli Kitabxana________________
Eylər-eylər……………………………………………………………………..87
Yavaş-yavaş…………………………………………………………………...87
Gələcəkdi……………………………………………………………………...88
Əllər…………………………………………………………………………...88
Bizə göndər……………………………………………………………………89
Neçə dili var…………………………………………………………………...90
Olmaz………………………………………………………………………….91
Görmədim……………………………………………………………………..91
Diyarımda……………………………………………………………………...92
Nədən oldu…………………………………………………………………….92
Gözümüz………………………………………………………………………93
Yaxşıdı………………………………………………………………………...93
Zamanıdı………………………………………………………………………94
Hayıfsan……………………………………………………………………….94
Gözəllər………………………………………………………………………..95
Var……………………………………………………………………………..95
Zeynalın……………………………………………………………………….96
Gətirmişəm…………………………………………………………………….96
Düşdü………………………………………………………………………….97
Dolandı………………………………………………………………………...98
Bəsdi yar………………………………………………………………………98
Bəsdi …………………………………………………………………………..99
Yandı…………………………………………………………………………100
Ola bilməz……………………………………………………………………100
Çalım…………………………………………………………………………101
Sarıköynək…………………………………………………………………...102
Dal-dala………………………………………………………………………102
TƏCNİSLƏR
Ay üzə-üzə…………………………………………………………………...105
Damı da yansın……………………………………………………………….105
De bir üz-bir üz………………………………………………………………106
Dal-dala………………………………………………………………………106
Aya qalmasın…………………………………………………………………107
Ayə məndədi…………………………………………………………………107
Ayağı belə……………………………………………………………………108
Başa-baş……………………………………………………………………...108
Ağ damar-damar……………………………………………………………..109


_______________Milli Kitabxana________________
DİVANİLƏR
Nədir………………………………………………………………………….113
Bu gün………………………………………………………………………..114
Sənəm………………………………………………………………………...115
Gələcək……………………………………………………………………….116
Danış…………………………………………………………………………117
Verir………………………………………………………………………….118
Var……………………………………………………………………………119
Nədi…………………………………………………………………………..119
Bax…………………………………………………………………………...120
Yalvarıram…………………………………………………………………...121
Qırmızı……………………………………………………………………….122
Bizdədi……………………………………………………………………….123
Mərd………………………………………………………………………….123
Gəl……………………………………………………………………………124
Qəzəl…………………………………………………………………………126
AŞIQ RƏVAYƏTLƏRİ
Aşıq Alı ilə Aşıq Ələsgərin deyişməsi……………………………………….129
Aşıq Alının Türkiyə səfəri…………………………………………………...146
Hajı Hüseynin Aşıx Alıya at bağışlaması……………………………………183


_______________Milli Kitabxana________________
Buraxılışa məsul:
Umud Rəhimoğlu
Texniki redaktor:
Mübariz Piri
Kompyuter səhifələyicisi:
Allahverdi Kərimov
Kompyuter operatoru:
Lalə Cəfərova
Korrektor:
Tofiq Qaraqaya


_______________Milli Kitabxana________________
Yığılmağa verilmişdir 09.08.2006. Çapa imzalanmışdır 28.12.2006.
Formatı 60x90
1
/
16
. Fiziki çap vərəqi 12. Ofset çap üsulu.
Tirajı 25000. Sifariş 277.
Kitab "PROMAT" mətbəəsində çap olunmuşdur.

Yüklə 9,66 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə