Yazıçı, 1982 nəşrləri əsasında təkrar nəşrə hazırlanmışdır. Tərtib edəni və ön sözün müəllifi: Hüseyn İsmayılov



Yüklə 9,66 Kb.
Pdf görüntüsü
səhifə29/35
tarix29.01.2018
ölçüsü9,66 Kb.
#22647
növüYazı
1   ...   25   26   27   28   29   30   31   32   ...   35

_______________Milli Kitabxana________________
- Ayə, niyə durduğun yerdə ölürsən? Çətinnik varsa, qayıdax kəndimizə. Daha
niyə ölümnən-itimnən danışırsan?
- Ay  Ramazan əmi,  toy  xərcini  toplamasam,  ölsəm  də qayıdan  döyüləm.  Bir
namə yazım, apar Bəsdi xanıma ver. Aldı görək Alı nə dedi. Biz də deyək, siz də
həmişə şad olun.
Aman qasid, sən allahı sevirsən,
Mənim ərzim o canana deginən.
Qohum, qardaş, dost-müsahib olanlar,
Göz dikməsin qoy bu yana deginən.
Yeriyib vətənə varannan sonra,
Sən bizim elləri görənnən sonra,
Aparıf naməni verənnən sonra,
Dilcavavı yana-yana deginən.
Vəsmim dastan oldu, düşdü dillərə,
Heyif oldu, yetişən yox hallara,
Aşıx Alı düşdü tozdu yollara,
Yolum düşdü el Osmana deginən.
Ramazan kişi irəli yeriyif Aşıx Alının boynunu qucaxlıyıf üzünnən öpüf ağladı.
- Ayə,  mən  atanın  çörəyini  kəsmişəm.  Məni  yaman  köyrəltdin.  Haraya
gedirsən, yoxsa səni məcburu aparıllar?
- Yox,  ay  Ramazan əmi.  Ozüm  gedirəm  pul  düzəldəm  gətirəm.  Özümə toy
eliyəm.
- Allah üstünnən getsin, a bala. Cənabi Əmir ağam səni öz pənahında saxlasın.
Aşıx Alı kağızı Ramazan kişiyə verif dedi:
- Bu atı da apar dədəmə ver.
Halal-hümmət  eliyif  ayrıldılar.  Duraxan  yoldaşdarını  da  çağırdı.  İyirmi  bir
nəfər  dəstə bağlıyıf  Türküyəyə addadılar.  Bir  göylükdə əyləndilər.  Aşıx  Duraxan
dedi:
- O  şəhəri  görürsünüzmü?  O  şəhər  Muş  şəhəridi.  Hər  kəs  də öz dəstəsini
götürüf şəhərin bir küçəsinnən gedəjək. Kim boş gəldi, kim dolu fərqi yoxdu. Pulu
bu göylükdə mən özüm böləjəm.


_______________Milli Kitabxana________________
Aşıx  Duraxan,  Aşıx  Alı,  qalyan-qorçu Əsəd  bir  küçəynən  gedirdilər.  Gəlif
gördülər ki, bir çardağın altında üç paşa əyləşif.
- Mərhaba, paşam.
- Mərhaba, quzum. Quzum, yanşaxsınız?
- Bəli, paşa sağ olsun, yanşağıx.
Yanşıyın dinniyək. Xoşumuza gəlsə, sizə eylik eliyəjəyik. Xoşa gəlməsə, şəhər
böyükdü, genə gedərsiniz öz yolunuznan.
Sazdan  çıxartdıq.  Köklüyüf  bir-birinin  üstə düzəltdik.  Yayın isti  günündə elə
bir  şövqnən  oxumağa  başdadıx  ki,  gəl  görəsən.  Aşıx  Durxannan  çıxan  səs  göydə,
ala  buludda əyləşirdi.  Camaat  səsimizə axışıf  gəldi.  Pul  başdadı  yağış  kimi
yağmağa.
Aşıx  Alı  deyir  gözümün  qırağınnan  pula  baxdım.  Ürəyimdə Allaha  yalvardım
ki, nolaydı, payıma iki yüz yetmiş manat düşəydi.
Bir  də gördüm  kü,  uca  boylu  bir  adam  gəldi.  Boyda-buxunda  Koroğluya  on
təpik  vurmuşdu. Əynində bir  şalvarı varıydı,  hər  civinə üç  yaşında  bir  uşax
salsaydın bilməzdin  hayana  getdi.  Başındakı  fəsinin  ortasında  da  yarım
girvəngədən artıx qotazı varıydı Ədəfnən  salam  verif dizini yerə qoydu. Civinnən
bir  ipək  dəsmal  çıxartdı.  Pulu  dəstələyif  saydı,  sonra  dəsmalın arasında  qoydu.
Ayağa qalxıf pulları şalvarının civinə salıf dedi:
- Yanşaxlar, üç yüz iyirmi manat quruşunuz oldu.
Bunu deyif heş nə olmamış kimi kir-kirimiş çıxıf getdi. Mən dözə bilmiyif Aşıx
Duraxana dedim:
- Ay usta, qoyma pulu apardı.
Aşıx Duraxan dedi:
- A  bala,  bunu  sən  tanımırsan,  uzun  pazdı,  başımıza  oyun  açar, qoy  aparsın.
Gedif o biri küçədən yığarıx.
Dedim:
- Əmi, o pulu yığana kimi yayın istisində gözümə qan damıf. Sazın köynəyinin
harada  qalmasına  baxmıyıf,  düşdüm  bunun  dalıncax.  Gördüm  bu  yoxdu,  amma
ağac  çarpayının  üstündə bir  paşa əyləşif.  Bunnarın  salamını  öyrənmişdim. Əl
köksümə qoyuf baş əydim. Dedim:
- Mərhaba, paşa!
- Mərhaba, quzum. Buyurun mətləbinizi deyin. Sizi dinniyirəm.
- Paşam sağ olsun, bu nişan bir oğlan bizim quruşdarımızı qaçırıf, bu doqqaza
girdi.


_______________Milli Kitabxana________________
- Oğul,  o  qaçırtmaz.  O  mənim  aşığım  Yığvaldı. O yaqın  sizə bir qafiyə deyif.
Siz də cavab verə bilmiyifsiniz.
Dedim:
- Paşam  sağ  olsun,  gəlsin  o  qafiyiyi  burda  desin. Əgər  cavaf verə bilməsək,
onda bizim döyranımız ona halaldı.
Paşa Yığvalı çağırtdırdı. Yığval gəldi. Diz üstə çökdü, əl köksünə qoyuf paşıya
baş əydi. Paşa soruşdu:
- Oğul, bunnar müsafirdilər. Niyə bunnarın quruşunu qaçırdıfsan?
Yığval dedi:
- Paşa sağ olsun. Mən para qaçırtmamışam. Bunnara bir qafiyə demişəm, cavab
verə bilmiyiflər.
Bu arada Duraxan da gəlif burya çıxmışdı. Aşıx Alı dedi:
- Paşam,  budu  ustadım  da  gəlif  çıxdı.  Sənin  aşığın bizə heş  bir bağlama-zad
demiyif.
Usta  deyəndə qayıtdım  Duraxanın  üzünə baxdım.  Onun  qulağına  dolanan
bığları  qorxusunnan  aşağı tüşüf,  xırman  çalğısı  kimi  boğazının altınnan
düyünnənəsi olmuşdu.
Paşa dedi:
- Oğul, fərqi yox, indi ya sən, ya da sənin ustadın düşün qavağa.
Mənim aşığıma bir qafiyə deyin.
Aşıx Alı dedi:
- Paşa sağ olsun, ustadımın mana çox əziyyəti oluf. Mən razı olmaram ki, ona
genə zəhmət  verim.  Mən  sənin  aşığınnan bajarmasam,  onda  ustadım  meydana
girəjək.
Aldı Aşıx Alı görək nə dedi:
Gəndinə aşığam deyən,
Aşıxsan meydana gəl
Namərd girməz bu meydana,
Mərd isən meydana gəl.
Gəndi olan gəndisini,
Öyməyi layıx döyül,
Şimdi sazın aləminə,
Bu cəngi-dövrana gəl.


_______________Milli Kitabxana________________
Aldı Yığval:
Sən ki, varsan bir adasan
Axırsan ümmana gəl,
Mən danışım, sən qulax as,
Mərfətə, ərkana gəl.
Sən satansan, mən də alan,
Açkınan mətahını,
Malın satma hər nadana,
Xırdarın alana gəl.
Duraxan baxıf gördü, bu cavan aşıx özünə görə döyül. Yığvalı lap təntidif. Bir
də ürəyinə gəldi  ki,  birdən  ustadı  meydana  çağırallar.  Biavırçılıx  olar.  Ona  görə
qalyan-qorçuya dedi:
- Əgər desələr, usta da oxusun, sən tez dillənif denən ki, usta yornuxdu.
Aldı Alı görək nə dedi:
Ey arifə, bir salam ver,
Soruşum halın görüm,
Həqiqət haqq aşığısan,
Söylə, kamalın görüm.
İncil, Zəbur, Tövrat, Qur'an
Göstər kitabın görüm.
Dostum, əgər bütpərəstsən,
Bu narı-neyrana gəl.
Paşa dilləndi:
- Sağ ol, Aşıx Alı. İndiyə qədər mən bilmirdim ki, bu nə məssəvə qullux eliyir.
Elə yaxşı eliyif soruşursan.
Yığval dedi:
- Paşa sağ olsun, indi söznən kim olduğunu bəyan eliyəjəm.
Aldı Yığval:
İsayiyəm, Musayiyam,
Hər nəyəm öz yolumda.
Haqqınan söz söylərəm,
Mə'rifət kamalımda.


Yüklə 9,66 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə