Yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü m əsləhətçi redaktor



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə67/100
tarix21.06.2018
ölçüsü0,59 Mb.
#50617
növüYazı
1   ...   63   64   65   66   67   68   69   70   ...   100

230 
VI  BÖLMƏ 
 
 
 
 
 
 
 
 
 
ELM VƏ TƏHSİL YOLUNDA  ÇIRAQ  
YANDIRAN  MÜƏLLİMLƏR 
 
 
Burda can qoyubdur gör neç
ə  insan, 
Adların saymaqla qurtarmaz inan. 
Dünyasın dəyişib çox qoca ,cavan, 
G
əl öpüm üzündən, ana məktəbim,  
Qoyma eşqim qəlbdə dona, məktəbim! 
 
 
 
 
 
 
 
 
 
 
 
 


231 
TEYFUR  ABDULKƏRİMOV 
 
Teyfur Abdulk
ərim  oğlu Abdulkə-
rimov 1923-cü ild
ə  Şabran  (keçmiş 
D
əvəçi) rayonunun Zeyvə  kəndində 
anadan olub. 1930-
сu  ildə  öz  ana  
k
əndində  məktəbin  birinci sinfinə  qə-
bul olub. 1937-ci ild
ə  Zeyvə  kənd 7-
illik m
əktəbini bitirib. Həmin ildə də o
orta t
əhsilini qonşu  kənd-Pirəbədil 
k
ənd orta məktəbində davam etdirib. O 
dövrd
ə  Pirəbədil kənd 7-illik məktəbi 
Kuybışev  adına  2  nömrəli orta məktəbə  çevirilmişdi.1940-cı 
ild
ə Pirəbədil kənd orta məktəbinin ilk buraxılışı oldu. Teyfur 
Abdulk
ərimov da məktəbi birinci bitirənlərin  arasında  idi. 
Onun ist
əyi isə böyük idi. Arzusu müəllim olmaq idi. Həmin 
ild
ə  də  o, bu məqsədlə  sənədlərini Quba ikillik Müəllimlər 
İnstitutuna  verib,  imtanlardan  uğurla  keçərək ora qəbul olub. 
1942-ci ild
ə  Quba Müəllimlər  İnstitutunu  bitirən gəncTeyfur 
işləmək üçün təyinatını anadan olduğu doğma Zeyvə kəndinə  
alıb.  1948-ci ilə  kimi Zeyvə  və  Dağbilici  məktəblərində 

əllim  işləyib. 1949-cu ildə  rayon rəhbərliyinin və  rayon 
Xalq  Maarif  Şöbəsinin məsləhəti ilə  bilik və  təcrübəsi, 

əllimlik bacarığı və təşkilatçılığı nəzərə alınaraq onu  rayon 
XMŞ-nə inspektor vəzifəsinə irəli  çəkiblər.  
1952-ci ild
ən başlayaraq Teyfur  müəllim böyük sınaqlar-
dan keçib. Onu rayonun 
ən çoxsaylı müəllim və şagird kollek-
tivl
ərindən biri olan-Gəndov kənd orta məktəbə direktor təyin 
edibl
ər. Öz yüksək  peşəkarlığı  və  uğurlu  təşkilatçılığı 
say
əsində  o, 1958-ci ilə  kimi bu məktəbi idarə  edib. Lakin 
ikinci ali t
əhsil almaq arzusu  onu daim narahat edib. Nəhayət, 
onun ist
əyi reallaşıb. O, 1956-1960-cı illərdə qiyabi yolla APİ-
d
ə  təhsil alaraq,  həmin ali təhsil  ocağının  kimya-biologiya 


232 
fakult
əsini  müvəffəqiyyətlə bitirib.  
1959-cu ild
ə  ailə  vəziyyəti ilə  əlaqədar Teyfur müəllim 
Bakı  şəhərinə  köçüb.  Bakı  mühiti  onun  taleyinin  gələcək 
uğurları  üçün  yaşıl  işıq  yandırıb.  O,  əvvəlcə  Azərbaycan 
Elml
ər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutun-
da çalışıb. Bir ildən sonra, yəni 1960-ci ildə iş yerini dəyişib. 
Az
ərbaycan Elmi Tədqiqat Pedoqoji Elmlər  İnstitutunda 
işə keçib. Burada əvvəlcə kiçik elmi işçi, sonralar baş elmi işçi 
v
əzifələrində  işləyib. 1967-ci ildə dissertasiya müdafiə edib 
pedaqoji elml
ər namizədi alimlik dərəcəsi adını alıb. Onun 
elmi-pedaqoji mövzuya aid bir çox kitab v
ə məqalələri çap üzü 
görüb. 
O,  respublikanın qabaqcıl  maarif  xadimi  idi. SSRİ 
maarif 
əlaçısı adına layiq görülmüşdü.  
Bir övladı var. Bu zəhmətsevər insan, bacarıqlı pedaqoq və 
göz
əl insan dünyasını  dəyişsə də, onun barəsində gedən  xoş 
söz-söhb
ət bu gün də  bitmək bilmir. Yüksək    yaradıcı  və 
t
əşkilatçı  müəllim  kimi  tanınmış  həmyerlimiz Teyfur müəl-
limin nurlu xatir
əsi hələ uzun illər onun dərs dediyi şagirdlərin 
v
ə tələbələrin  yaddaşlarından  silinməyəcəkdir.  
                 
 
 
 
 
 
 
 
 
 
 
 
 


233 
ABDULLA  RƏSULOV 
Abdulla  Xalidşah  oğlu  Rəsulov 
1928-ci ild
ə Şabran (keçmiş Dəvəçi) 
rayonunun  Zağlı  kəndində  anadan 
olub.  
M
əktəbdə oxuduğu dövrdə xüsu-
si  istedadı  və  çalışqanlığı  ilə  şagird-
l
ər arasında fərqlənən gənc Abdulla 
orta m
əktəbi Pirəbədil kəndində biti-
rib. H
ələ orta məktəbin  yuxarı sinif-
l
ərində təhsil alarkən gələcəkdə tarix-
çi olmaq arzusunda idi. Bunu d
əfə-
l
ərlə öz müəllimlərinə və şagird dostlarına bildirib. Ona görə 
d
ə  o, dərsdənkənar məşğələlərdə  tarix,  Azərbaycan dili  və 
ədəbiyyatı,  coğrafiya,  eləcə  də  digər fənnlərə  xüsusi olaraq 
əlavə məşğələlər  vasitəsilə  diqqət yetirib. 
1945-ci ild
ə  onun arzusu çin olub. Gənc  Abdulla  
Az
ərbaycan Dövlət Universitetinin tarix fakultəsinə  daxil 
olark
ən  imtahanları  yaxşı  nəticələrlə  başa  vurub.  Universitet 
h
əyatı  onun  ömrünün  ən qaynar və  məhsuldar dövrü kimi 
yaddaşda  qalıb.  Bu  illərdə  o, tələbə  adını  daha  yüksəklərə 
qaldırmağa  çalışıb.  Oxuduğu  ali  məktəbin  adını  uca  tutub,  
günd
əlik təhsildən  başlamış  ictimai  işlərədək bütün tədbir-
l
ərində yüksək fəallıq və bacarıq nümayiş etdirib. 
 1950-ci ild
ə A.Rəsulov həmin ali məktəbi böyük uğurlarla 
bitir
ərək  diplom  alıb.  Öz  təyinatını  doğma  Şabran  (keçmiş 
D
əvəçi) rayonuna alıb. O, ilk əmək fəaliyyətinə Dəvəçi qəsəbə 
orta m
əktəbində direktor müavini kimi başlayıb. İki il burada 
işlədikdən sonra ciddi ehtiyaca görə  Pirəbədil kənd orta 
m
əktəbinə direktor müavini vəzifəsinə köçürülüb. Bir il burada 
işlədikdən sonra irəli çəkilib.  1953-1956-cı  illərdə  Dəvəçi 
rayon Partiya Komit
əsinin təbliğat  və  təşviqat  şöbəsinin 


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə