Yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü m əsləhətçi redaktor



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə66/100
tarix21.06.2018
ölçüsü0,59 Mb.
#50617
növüYazı
1   ...   62   63   64   65   66   67   68   69   ...   100

227 
rayonuna veriib. T
əhsil  alıb  rayona  qayıtdıqdan  sonra  o, 
D
əvəçi rayon Partiya Komitəsinin təqdimatı  ilə  rayon 
Baytarlıq İdarəsinin baş həkimi vəzifəsinə təyin edilib. Sonra  
F
ətəli  ailə quraraq  Gəndov kəndinə köçüb. Gənc ailə MTS-in 
k
ənd təsıərrüfatı    kadrları  üçün  Gəndov kəndində  tikdirdiyi 
yaşayış binasında lazımı  mənzillə  təmin olunub. Bir müddət 
rayon  Baytarlıq  İdarəsində  baş  həkim  işlədikdən sonra  Fətəli 
F
ətəliyev  ciddi ehtiyaca görə  Gəndov kəndi və  onun  ətraf 
k
əndlərini  əhatə  edən  M.Əzizbəyov  kolxozunda    baş  həkim 
işləməyə göndərilib. Əllinci illərin sonuna kimi o, bu vəzifədə 
çalışıb.  Bir  savadlı  və  təcrübəli mütəxəssis kini rayonda və 
kolxozda 
maldarlığın inkişafında xüsusi əməyi olduğuna görə 
d
əfələrlə təşəkkür, pul mükafatı və  fəxri fərman alıb. 
1961-ci ild
ə  respublikamızın  hər yerində  olduğu  kimi 
şimal  regionlarında  da  kənd təsərrüfatı  sahəsinin idarə 
olunmasında  islahatlar  keçirilib.    Dəvəçi  rayonunda  keçmiş 
kollektiv t
əsərrüfatlar sayılan kolxozlar yeni dövlət müəssisəsi 
hesab edil
ən  sovxozlara çevirilib. Gəndov kəndindəki 
M.Əzizbəyov kolxozunun əsasında Gəndov maldarlıq və tərə-
v
əzçilik  sovxozu  yaradılıb.  Sovxozun  elə  ilk təşkil  olunduğu 
günd
ən bacarıqlı  kənd təsərrüfatı  mütəxəssisi  F.Fətəliyev bu 

əssisəyə baş baytar həkim təyin edilib.  O, uzun müddət bu 
v
əzifənin  qarşıya  qoyduğu  tələbləri bütün var qüvvəsini sərf 
ed
ərək şərəflə yerinə  yetirməyə nail olub. Sovxoz təsərrüfatı-
nın  inkişafında,  bu  müəssisənin rayonda ən  qabaqcıl  təsərrü-
fatlar sırasına çıxmasında, onun böyük uğurlar qazanmasında 
bu  baca
rıqlı mütəxəssisin əvəzsiz xidməti   olub. 
F
ətəli Fətəliyev təkcə kənd təsərrüfat işçisi deyildi. O, həm 
d
ə  öz  peşəsini Gəndov kənd orta məktəbində  təhsil alan 
şagirdlərə dərindən sevdirməyi bacaran müəllim, eyni zaman-
da m
əktəb işindən  hər tərəfli  məlumatı olan, həmişə məktəbə 
bütün var gücü il
ə  hərtərəfli köməklik göstərmək istəyən bir 
valideyn idi. F
ətəli kişi  həm də məktəb valideynlər şurasının 


228 
üzvü, h
əmçinin sovxoz partiya təşkilatı katibi kimi vəzifələrini 
d
ə  yüksək tələbkarlıqla  və  səriştəliklə  yerinə  yetirib. Kənddə 
riyaziyyat f
ənninin  bilicisi  sayılan  qayğıkeş,  mehriban  və 
t
ələbkar insan Fətəli kişini sağlığında həmişə gəndovlular onu 
göz
əl ailə başçısı, ideal bir valideyn kimi qiymətləndiriblər. 
F.F
ətəliyev 1997-ci ildə  74  yaşında  vəfat etsə  də  bütün 
G
əndov kəndinin camaatı bu gün də onun əziz və unudulmaz 
xatir
əsini tez-tez yad edirlər. 
H
əyat  yoldaşı  Fətəliyeva Fatimat Nurməhəmməd  qızı 
1923-cü ild
ə  anadan  olub.  İlk  əmək fəaliyyətinə  Dağıstan  
Respublikasının  Axtı  rayonunun  K.Marks  adına  kolxozda 
çalışmağla başlayıb. Sonralar 1941-1945-ci il vətən müharibəsi 
dövründ
ə  kolxozçularla birlikdə  Oqni  şəhərinə  səngər 
qazımağa göndərilib. Orada çalışqanlığı və bacarığı sayəsində 
əməkdə  yüksək dərəcədə  fərqlənib. Arxa cəbhədə  göstərdiyi 
bu 
əmək rəşadətinə  görə  medalla təltif edilib. Ailə  həyatı 
qurduqdan sonra is
ə çoxuşaqlı ana olduğuna görə evdar qadın 
kimi öz övladlarının təlim-tərbiyəsi ilə məşğul olub. 2010- cu 
ild
ə  87 yaşında dünyasını dəyişib. Allah rəhmət eləsin! 
F
ətəli Fətəliyev həyat  yoldaşı  Fatimatla  birlikdə  yeddi 
övlad böyüdüb t
ərbiyə ediblər. Onların təhsil almalarına xüsusi 
diqq
ət və qayğı ilə yanaşıblar. Fətəli kişi Gəndov kəndinin ən 
ziyalı ailə başçılarından biri olub. 
 
İlk  övladları  Cəmilə  V.İ.Lenin  adına  APİ-nin fizika-
riyaziyyat fakult
əsini  bitirib.  Hazırda  Quba  rayonunun  İkinci 
Nüg
ədi kənd orta məktəbində  fizika müəllimi işləyir. 
İkinci  övladı  Əminə  V.İ.Lenin  adına  APİ-nin riyaziyyat 
fakult
əsini bitirib. 37 ildir Gəndov kənd orta məktəbində 
riyaziyyat mü
əllimi işləyir. Onun dərs dediyi yüzlərlə şagirdi 
ali v
ə  orta ixtisas məktəblərini bitirib bu gün əmək 
f
əaliyyətlərini şərəf və ləyaqətlə davam etdirirlər. 
Üçüncü 
övladı  Zöhrə  də  V.İ.Lenin  adına  APİ-nin riya-
ziyyat fakult
əsini bitirib. 33 ildir rayonun indiki Dəvəçikənd  


229 
(
əvvəlcə  keçmiş  Kuybışevkənd, sonra isə  keçmiş  Təzəkənd) 
orta m
əktəbində  riyaziyyat müəllimi işləyir. 
Dördüncü 
övladı  Şahverdi  Azərbaycan  İnşaat  Mühən-
disl
əri İnstitutunun yol-inşaat fakultəsini bitirib. Əvvəlcə Quba 
rayonunda  yol idar
əsində işləyib. Hal-hazırda isə Bakı-Rusiya 
magistral yolunun  tikintisind
ə mühəndis vəzifəsində çalışır.  
Beşinci övladı Fəxrəddin Azərbaycan İnşaat Mühəndisləri 
İnstitutunun hidromelarasiya fakultəsinin qiyabi şöbəsini biti-
rib.  Əvvəlcə  Gəndov üzümçülük sovxozunun tikinti briqada-
sında,  sonra  isə  komsomol  orqanlarında  işləyib. 1991-ci ildə 
20  saylı  Təmir-Tikinti idarəsində  rəis, 1992-1996-cı  ildə  isə  
tikinti  t
əşkilatında  baş  mühəndis vəzifələrində  çalışıb.  Hal-
hazırda  öz fərdi təsərrüfatında  fəaliyyət göstərir. 
Altıncı  övladı  Reyhan  Çingiz  İldırım  adına  Azərbaycan 
Politexnik İnstitutun avtomatika fakultəsini bitirib. Hal-hazırda 
Şabran  rayon  Statistika  İdarəsində  məsləhətçi vəzifəsində 
işləyir. 
Yeddinci 
övladı  Mehriban  Ç.İldırım  adına  Azərbaycan 
Politexnik    İnstitutun    elektrotexnika  fakultəsini bitirib. Hal-
hazırda  Şabran  rayon  rabitə  şöbəsində  iqtisadçı    vəzifəsində 
çalışır. 
Övladlarına  gözəl təhsil və  tərbiyə  vermiş  Fətəli 
F
ətəliyevə  Allah  qəni-qəni rəhmət eləsin ! 
 
 
 
 
 
 
 


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə