227
rayonuna veriib. T
əhsil alıb rayona qayıtdıqdan sonra o,
D
əvəçi rayon Partiya Komitəsinin təqdimatı ilə rayon
Baytarlıq İdarəsinin baş həkimi vəzifəsinə təyin edilib. Sonra
F
ətəli ailə quraraq Gəndov kəndinə köçüb. Gənc ailə MTS-in
k
ənd təsıərrüfatı kadrları üçün Gəndov kəndində tikdirdiyi
yaşayış binasında lazımı mənzillə təmin olunub. Bir müddət
rayon Baytarlıq İdarəsində baş həkim işlədikdən sonra Fətəli
F
ətəliyev ciddi ehtiyaca görə Gəndov kəndi və onun ətraf
k
əndlərini əhatə edən M.Əzizbəyov kolxozunda baş həkim
işləməyə göndərilib. Əllinci illərin sonuna kimi o, bu vəzifədə
çalışıb. Bir savadlı və təcrübəli mütəxəssis kini rayonda və
kolxozda
maldarlığın inkişafında xüsusi əməyi olduğuna görə
d
əfələrlə təşəkkür, pul mükafatı və fəxri fərman alıb.
1961-ci ild
ə respublikamızın hər yerində olduğu kimi
şimal regionlarında da kənd təsərrüfatı sahəsinin idarə
olunmasında islahatlar keçirilib. Dəvəçi rayonunda keçmiş
kollektiv t
əsərrüfatlar sayılan kolxozlar yeni dövlət müəssisəsi
hesab edil
ən sovxozlara çevirilib. Gəndov kəndindəki
M.Əzizbəyov kolxozunun əsasında Gəndov maldarlıq və tərə-
v
əzçilik sovxozu yaradılıb. Sovxozun elə ilk təşkil olunduğu
günd
ən bacarıqlı kənd təsərrüfatı mütəxəssisi F.Fətəliyev bu
mü
əssisəyə baş baytar həkim təyin edilib. O, uzun müddət bu
v
əzifənin qarşıya qoyduğu tələbləri bütün var qüvvəsini sərf
ed
ərək şərəflə yerinə yetirməyə nail olub. Sovxoz təsərrüfatı-
nın inkişafında, bu müəssisənin rayonda ən qabaqcıl təsərrü-
fatlar sırasına çıxmasında, onun böyük uğurlar qazanmasında
bu baca
rıqlı mütəxəssisin əvəzsiz xidməti olub.
F
ətəli Fətəliyev təkcə kənd təsərrüfat işçisi deyildi. O, həm
d
ə öz peşəsini Gəndov kənd orta məktəbində təhsil alan
şagirdlərə dərindən sevdirməyi bacaran müəllim, eyni zaman-
da m
əktəb işindən hər tərəfli məlumatı olan, həmişə məktəbə
bütün var gücü il
ə hərtərəfli köməklik göstərmək istəyən bir
valideyn idi. F
ətəli kişi həm də məktəb valideynlər şurasının
228
üzvü, h
əmçinin sovxoz partiya təşkilatı katibi kimi vəzifələrini
d
ə yüksək tələbkarlıqla və səriştəliklə yerinə yetirib. Kənddə
riyaziyyat f
ənninin bilicisi sayılan qayğıkeş, mehriban və
t
ələbkar insan Fətəli kişini sağlığında həmişə gəndovlular onu
göz
əl ailə başçısı, ideal bir valideyn kimi qiymətləndiriblər.
F.F
ətəliyev 1997-ci ildə 74 yaşında vəfat etsə də bütün
G
əndov kəndinin camaatı bu gün də onun əziz və unudulmaz
xatir
əsini tez-tez yad edirlər.
H
əyat yoldaşı Fətəliyeva Fatimat Nurməhəmməd qızı
1923-cü ild
ə anadan olub. İlk əmək fəaliyyətinə Dağıstan
Respublikasının Axtı rayonunun K.Marks adına kolxozda
çalışmağla başlayıb. Sonralar 1941-1945-ci il vətən müharibəsi
dövründ
ə kolxozçularla birlikdə Oqni şəhərinə səngər
qazımağa göndərilib. Orada çalışqanlığı və bacarığı sayəsində
əməkdə yüksək dərəcədə fərqlənib. Arxa cəbhədə göstərdiyi
bu
əmək rəşadətinə görə medalla təltif edilib. Ailə həyatı
qurduqdan sonra is
ə çoxuşaqlı ana olduğuna görə evdar qadın
kimi öz övladlarının təlim-tərbiyəsi ilə məşğul olub. 2010- cu
ild
ə 87 yaşında dünyasını dəyişib. Allah rəhmət eləsin!
F
ətəli Fətəliyev həyat yoldaşı Fatimatla birlikdə yeddi
övlad böyüdüb t
ərbiyə ediblər. Onların təhsil almalarına xüsusi
diqq
ət və qayğı ilə yanaşıblar. Fətəli kişi Gəndov kəndinin ən
ziyalı ailə başçılarından biri olub.
İlk övladları Cəmilə V.İ.Lenin adına APİ-nin fizika-
riyaziyyat fakult
əsini bitirib. Hazırda Quba rayonunun İkinci
Nüg
ədi kənd orta məktəbində fizika müəllimi işləyir.
İkinci övladı Əminə V.İ.Lenin adına APİ-nin riyaziyyat
fakult
əsini bitirib. 37 ildir Gəndov kənd orta məktəbində
riyaziyyat mü
əllimi işləyir. Onun dərs dediyi yüzlərlə şagirdi
ali v
ə orta ixtisas məktəblərini bitirib bu gün əmək
f
əaliyyətlərini şərəf və ləyaqətlə davam etdirirlər.
Üçüncü
övladı Zöhrə də V.İ.Lenin adına APİ-nin riya-
ziyyat fakult
əsini bitirib. 33 ildir rayonun indiki Dəvəçikənd
229
(
əvvəlcə keçmiş Kuybışevkənd, sonra isə keçmiş Təzəkənd)
orta m
əktəbində riyaziyyat müəllimi işləyir.
Dördüncü
övladı Şahverdi Azərbaycan İnşaat Mühən-
disl
əri İnstitutunun yol-inşaat fakultəsini bitirib. Əvvəlcə Quba
rayonunda yol idar
əsində işləyib. Hal-hazırda isə Bakı-Rusiya
magistral yolunun tikintisind
ə mühəndis vəzifəsində çalışır.
Beşinci övladı Fəxrəddin Azərbaycan İnşaat Mühəndisləri
İnstitutunun hidromelarasiya fakultəsinin qiyabi şöbəsini biti-
rib. Əvvəlcə Gəndov üzümçülük sovxozunun tikinti briqada-
sında, sonra isə komsomol orqanlarında işləyib. 1991-ci ildə
20 saylı Təmir-Tikinti idarəsində rəis, 1992-1996-cı ildə isə
tikinti t
əşkilatında baş mühəndis vəzifələrində çalışıb. Hal-
hazırda öz fərdi təsərrüfatında fəaliyyət göstərir.
Altıncı övladı Reyhan Çingiz İldırım adına Azərbaycan
Politexnik İnstitutun avtomatika fakultəsini bitirib. Hal-hazırda
Şabran rayon Statistika İdarəsində məsləhətçi vəzifəsində
işləyir.
Yeddinci
övladı Mehriban Ç.İldırım adına Azərbaycan
Politexnik İnstitutun elektrotexnika fakultəsini bitirib. Hal-
hazırda Şabran rayon rabitə şöbəsində iqtisadçı vəzifəsində
çalışır.
Övladlarına gözəl təhsil və tərbiyə vermiş Fətəli
F
ətəliyevə Allah qəni-qəni rəhmət eləsin !
Dostları ilə paylaş: |