Yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü m əsləhətçi redaktor



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə62/100
tarix21.06.2018
ölçüsü0,59 Mb.
#50617
növüYazı
1   ...   58   59   60   61   62   63   64   65   ...   100

210 
m
əqsədlə Gəndov kəndində  müasir dünya standartlarına cavab 
ver
ən  geniş  soyuducu  anbar  üç  ildir  ki,  tikilib  istifadəyə 
verilmişdir. Bu obyektin istifadəyə verilməsi nəticəsində  şir-
k
ət tərəfindən istehsal olunmuş kənd təsərrüfatı məhsullarının 
xarab olmasının qarşısı tamamilə alınmışdır. 
 
 
 
Üzüm bağları 
 
 
 
 
 
G
əndov kəndində yerləşən 10 min tonluq soyuducu anbarın xaricdən 
görünüşü 


211 
 
 
G
əndov kəndində yerləşən 10 min tonluq soyuducu anbarın  
daxild
ən görünüşü 
 
G
əndov kəndində yerləşən bu şirkətin məhsulları respubli-
kamızın  daxilindəki  bazarlarda  satılır.  Bundan  əlavə  həmin 
m
əhsulların  bir  hissəsi xaricə  ixrac  olunur.  Şirkətdə  250 
n
əfərdən çox işçi  çalışır. Burada Türkiyyədən dəvət olunmuş 
müt
əxəssislərlə yanaşı  yerli işçilər, o cümlədən Gəndov  kənd 
tam orta m
əktəbinin məzunları  da  çalışırlar.  İşçiləri  iş  yerinə 
aparıb  gətirmək  üçün  şirkətin  avtobusları  fasiləsiz xidmət 
göst
ərir.  Şirkət meyvə  bağlarının,  üzümlüklərin,  eləcə  də 
bostan sah
ələrinin  suvarılması  məqsədilə  suvarma  kanalları 
ç
əkmiş, artezian quyuları  qazımışdır. 
G
əndov  kəndi həm də  lətifələri ilə  zəngindir.  Gəndov 
k
əndinin sakinləri çox hazırcavabdırlar. Mübarizə ruhu yüksək 
olan  bu  insanlar  zarafatı  xoşlamaqla  yanaşı,  çəkinmədən, 
utanmadan sözü üz
ə deyəndilər. Sözü harda və necə işlətməyi 
h
ərtərəfli  bacarırlar. 
Bu k
ənd  şifahi  xalq  ədəbiyyatının  “kəsərli və  məzəli 
sonluqla bit
ən  yığcam  sujetli  qısa  hekayə”  si hesab olunan  


212 
l
ətifələri ilə  də  Şabranda məşhurdur.  Bədii cəhətdən gözəl 
s
əslənən, daha konkretlik və lakoniklik kimi cəhətləri özündə 
birl
əşdirən lətifələri var Gəndov kəndinin. Bu lətifələr dərin 
m
əzmunlu, həm gülməli, məntiqli və düşündürücüdür. Gəndab 
k
əndi ,eləcədə  qonşu  kəndlər tərəfindən bu kənd  haqqında 
yaranmış lətifələrin personajları elə bu kəndin öz sakinləridir. 
Elin dilind
ən  düşməyən bu lətifələrin məzmunundan görünür 
ki, onları yaradanlar heç kimə güzəşt getmək fikrində deyil. Bu 
l
ətifələr satira  və  yumorla zəngin olsa da onlarda qəlb 
sındırmaq,ifşa etmək elementləri çox güclüdür. 
M
ənim bu məkan  haqqında  hələ  50-60 il  bundan öncə 
eşitdiyim iki lətifə indiyə kimi yadımdadır. Lakin onlardan ifşa 
h
ədəfi kimi istifadə olunub. Ona görə də mən onları nümunə 
kimi göst
ərə  bilmədim, çünki bu məsələ  ayrı  kitabın 
mövzusudur. 
Buna baxmayaraq l
ətifələr şifahi xalq ədəbiyyatının incisi 
ol
maqla  yanaşı  xalqın  öz  yaradıcılıq  məhsuludur. Onlar 
g
ələcəkdə  bir-bir  əhalidən  toplanıb  kitabça  halında  çar  oluna 
bil
ər. 
 
 
 
 
 
 
 
 
 
 
 


213 
ARZULARIN QOVUŞDUĞU MƏKAN VƏ YA  
GƏNDOV  KƏNDİNDƏ  MƏSKUNLAŞMA  UĞURLARI  
HAQQINDA SÖHBƏT 
 
 Uzun müdd
ət Gəndovda kolxozun sədri və  sovxozun  
direktoru  işləmiş  Abdulmənna Quliyev Pirəmsən kəndindən
anbardar v
ə  ferma  müdiri  işləmiş  Gülü  Məmmədov, kəndin 
tikinti-
abadlıq  işlərində  böyük  əməyi  olmuş,  uzun  müddət 
tikinti  ustası  və  iş  icraçısı  vəzifəsində  çalışmış  Ağamalı 
Şükürov  Zöhramı  kəndindən, mühasib Ramazan Mirzəyev, 
daxili işlər orqanlarında fəaliyyət göstərmiş Nəriman Paşayev 
Q
ələgah kəndindən, mexanizator  Baba Nurəliyev və  müəllim 
Abdulh
əqq  Əfəndiyev  isə  Leyti kəndindən bura köçərək 
G
əndab kəndinı özlərinə daimi yaşayış  yeri hesab etmişlər. 
1953-cü ild
ə  kənddə  MTS-in  yaradılması  Gəndov 
k
əndinin    inkişafına  güclü  təkan verdi.  MTS-in direktoru 
S.Totayev,  baş  aqranom  H.Heydərov, aqranom X.Bayramov, 
d
əmirçi  İ.Məmmədov,  baş  mühəndis Həmdulla Orucov, sahə 
müv
əkkili Ə.Əlmuradov, Gədəbəy rayonundan təyinatla kəndə 
işləməyə  gəlmiş  baytar  texniki  Əziz  Bayramov,  baş  baytar 
h
əkim Fətəli Fətəliyev və  başqaları  bura  ailə  üzvləri ilə 
birlikd
ə  köçüb gəldiklərinə  görə  bu yeri ürəkdən bəyəndilər. 
G
əndov kəndində  daimi məskunlaşmağa  başladılar.  Buranı 
özl
ərinə vətən bildilər. 
Artıq  bu  məkanda get-gedə  bütün  işlər  qaydaya  düşürdü. 
İndi    burada  sakinlər  yaşamaq  üçün  lazımı  hər cür imkan və 
şəraitə malik idilər. Kənddə elektrik işığı, su təzhizahı sahəsin-
d
ə heç bir problem yox idi. Keçən əsrin 60-cı illərində kənddə 
yeni  yaradılmış  sovxoz  təsərrüfatında  hər kəsin təhsilinə
ixtisasına və bacarığına uyğun çoxlu iş yerləri var idi. 
M
ənim  tanıdığım  müəllimlərdən bir  çoxu özünə  ailə 
h
əyatı quraraq ömürlük bu kənddə yaşamağı üstün tutmuşlar. 
Osmam  Paşayev,  Rəfiqə  Muradova  –  rayonun Qələgah 


214 
k
əndindən, Fəxrəddin Cəfərov Sumaqovadan, Qəribcan 
Osmanova Zeyv
ədən, Nəqdi  Muradov  Zöhramıdan,  digər 
onlarca mü
əllim  başqa-başqa  kənd,  şəhər və  rayonlardan 
g
ələrək Gəndab kəndini özünə  məkan  seçmiş,  burada    daimi 
yaşamağa  qərar vermişlər. 
M
ən bu kitabıma, yəni Gəndab kəndinə həsr etdiyim əsərə 
“Arzuların  qovuşduğu  məkan”  adını  verməkdə  zənnimcə 
yanılmamışam. Birinci bu kənd Bakı-Quba magistiral yolunun 
üstünd
ə, üç yolun qovşağında yerləşib. İkinci  bu kənddə işə 
gönd
ərilən onlarca gənc ixtisaslı  kadr işləmək üçün bu kəndə 
3-5 il müdd
ətinə gəlsə də burada ailə həyatı qurmuş, özünə ev-
eşik  tikmiş  və  bu kəndi-kəsəyi özünə  daimi  yaşayış  yeri 
seçmişdir. Üçüncü bu kənd buraya qonşu kəndlərdən, rayonun 
v
ə  respublikanın  digər  ərazilərindən köçüb gələn yüzlərlə  
insanların  təkcə  qəlbində  yaşayan    saysız  arzuları  deyil,  bu 
insanların  özlərini də  bir-birinə  qovuşdurmuşdur.  Bir  sözlə 
n
əticədə bu məkana yerli camaatın böyük sevgisini qazanmış, 
öz  peşəsinin və  ailəsinin  vurğunu  olan  çoxlu  sayda  gözəl 
insanlar  toplaşmışdır.  Müəllim  Azad  İbrahimovla  müəllim 
Yekaterina Pivavarova, tarix mü
əllimi  Osman  Paşayevlə 
ingilis dili mü
əllimi Fəzilə  Ağarzayeva,  mühasib  Sədrəddin 
Orucovla riyaziyyat mü
əllimi Rəfiqə  Dəmirova, müəllimə 
M
ərifət Cəfərova kənd həkimi Səməd Cəfərovla, məktəbin 
sinif mü
əllimi Qəribcan Osmanova  ilə  Gəndov sovxozunun 
ali t
əhsilli baş iqtisadçısı Safa Məmmədovla ailə quraraq  bu 
k
əndi özlərinə  daimi məkan seçmişlər.  Sovxozun  baş 
zootexniki, G
ədəbəy rayonundan Gəndova  işləməyə  gəlmiş 
Əziz Bayramov Dilbər Bağırovla ailə həyatı  quraraq Gəndov 
k
əndini özlərinə  daimi məskən  bilmişlər. Kənd  haqqında 
fikirl
ərimi tamamlamaq istəyirdim ki, bu barədə təzə yazdığım 
şerimin  sətirləri  canlı  xatirə  kimi bir-bir gəlib gözlərimin 
önünd
ən keçdi... 
 


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə