Yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü m əsləhətçi redaktor



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə58/100
tarix21.06.2018
ölçüsü0,59 Mb.
#50617
növüYazı
1   ...   54   55   56   57   58   59   60   61   ...   100

196 
Keçmişdə hər üç kənddə  (Köhnədi Gəndov, Baş Gəndov 
v
ə Dərə Gəndov) məskunlaşan, indiki Gəndov kəndinə köçən 
əhalinin əksər hissəsi tat soylu əhalidən ibarət idi. Araşdırma-
lardan m
əlum olub ki, ümumiyyətlə Gəndov adlı bu kəndlərdə 
m
əskunlaşma aşağıdakı ardıcıllıqla mövcud olmuşdur: 
1.Kökn
ədi Gəndov (yəni  Köhnə Gəndov) 
2.D
ərə Gəndov 
3.Baş Gəndov 
4.Aşağı Gəndov (yəni indiki Gəndov) 
Bu k
əndlər  haqqında  topladığım  məlumatları  ardıcıllıqla 
siz
ə çatdıracağam: 
Kökn
ədi Gəndov  (yəni  Köhnə Gəndov) kəndi  haqqında 
Tarixi m
ənbələrdən məlumdur ki, Səsanilərin hökmüran-
lığı dövründə dağətəyi bu ərazilərdə yerləşdirilmiş tat köçkün-
l
ərinə  geniş  torpaq  sahələri  verilmişdi.  Həmin köçkünlər bu 
yerl
ərdə məskunlaşdıqdan sonra əkinçiliklə və heyvandarlıqla 
m
əşğul  olurdu. Bu  işlərlə  yanaşı onlar indiki Şabran (keçmiş 
D
əvəçi)  rayonunun  dağ  yamaclarında    müxtəlif növ meyvə 
ağacları  əkib becərərək bol məhsul verən  bağlar  salmışdılar. 
Onlar istehsal edil
ən quru meyvə  məhsullarını:  qoz,  fındıq, 
qax, tumlu, v
ə s. Şabran şəhərində,  Bakıda və ya Dəvəçibazar-
da sataraq 
əldə  etdikləri  pulla  öz  yaşayışlarını  qura  
bilmişdilər. 
H
əmin vaxtlarda Köknədi Gəndov (yəni Köhnə  Gəndov) 
k
əndinin əhalisi içməli su əldə etmək üçün kəndə yaxınlıqdakı 
meşəlik  ərazidən su çəkib gətirmişdilər. O dövrlərdə  burada 
yaşayan  cəsur insanlar  ağac və dəmirdən istifadə edərək geniş 
su tutumu olan v
ə  böyük həyatı  əhəmiyyət  daşıyan  Qut 
bulaqları  yaratmışdılar. 
Keşmişdə  bu  kənddə  məscid və  ilkin dini təhsil verən 
m
əktəb mövcud idi. 
 
 


197 
D
ərə Gəndov kəndi haqqında  
Orta 
əsrlərdə aparılan  müharibələr bu yerlərdən də təsirsiz 
ötüşməyib. O dövrdəki ardıcıl siyasi və iqtisadi çəkişmələr isə 
münaqişələrə yol açıb. Münaqişə və müharibə vaxtı isə indiki 
Şabran  rayonu  ərazisində  yaşayan  əhali çox əziyyətlər çəkib. 
Müharib
ələrdə  çoxlu qan tökülüb, insanlar qırılıb və ya şikəst 
olub. 
H
əmin müharibələrin birində  Köhnə  Gəndov (Köhnədi) 
k
əndində çoxlu insan tələfatı baş verdiyinə görə  bu  kənddə də 
çoxlu probleml
ər  yaranıb.  Nəticədə  kəndə  yolxucu taun 
x
əstəliyi yayılıb. Həmin yırtıcı xəstəlik kəndin əhalisinin əksər 
hiss
əsini məhv edib. Sağ qalan əhali isə bu ölüm kabusundan 
başını  götürüb  qaçmaq  qərarına  gəlib. Təcili olaraq camaat 
k
əndi iki istiqamətdə  tərk edərək  oradan  qaçmalı  olublar. 
Onların  birinci hissəsi  köhnə kəndin şimali-qərbinə üz tutub. 
Burada m
əskən  saldıqdan  sonra  ora  köç  edərək  məskunlaş-
mağa başlayıblar. 
H
əmin xəstəliyin  yayılması  səbəbindən Köhnədi kəndin-
d
ən baş götürüb qaçan əhalinin o biri hissəsi  isə kənddən bir 
q
ədər aralı məsafədə yerləşən dərədə məskunlaşmağa başlayıb. 
Bu yaşayış yerinə Dərə Gəndov adının verilməsi də o dövrlər-
d
ə  təzə  salınan  bu  kəndin torpaq sahəsinin  coğrafi  cəhətdən 
d
ərəlik ərazidə  yerləşməsindən irəli gəlib. Burada evlər tikil-
miş,  bağlar  salınmış,  suya  ehtiyacı  ödəməkdən ötrü  qut 
bulaqları  yaradılmışdı.   
D
ərə Gəndov kəndində doğulmuş və vaxtilə həmin kənddə  
yaşamış  86  yaşlı  Hacı  Baxış  Baxışovun  söhbətlərindən mənə  
aydın oldu ki, dut bulaqlarının  yaradılmasında həmin kəndin 
sakinl
əri Abgül Seyidquliyevin və  Hacı  Hüseynin  böyük 
əməyi olub. Üçüncü bulaq isə kəndin yamac hissəsində yaradı-
lıb. Həmin bulağa su saxsı künglərlə 4-5 km  yuxarıdakı meşə-
likd
ən çəkilib gətirilmişdi. Bulaq qırmızı kərpiclə çəkilmiş və 
xüsusi kran qoyulmuşdu. Həmin bulağın suyu kükürd dadır və 


198 
Q
ədəşəmi bulağı adlanırdı. 
Sonralar  bu  yaşayış  məntəqəsi  genişlənərək çox böyük 
k
ənd  olmuşdu. Kənddə məscid inşa olunduqdan sonra burada 
ikisinifli dini m
əktəb fəaliyyətə başlamışdı. Hacı Hüseyn adlı 
axund  m
əktəbin müdiri olmuş, Molla Qulkəfa, Molla Həşim 
v
ə Molla Seyidqulu adlı şəriət müəllimləri isə şagirdlərə dini 
t
əlim öyrətmişdilər. Bu dini məktəbi bitirən şagirdlər sonralar  
Q
ələgah kəndindəki məscidin nəzdindəki dini məktəbdə 
t
əhsillərini davam etdirirdilər. Qələgahda isə  dini məktəbin 
r
əhbəri və baş axundu Qədəşəmi Əfəndi idi. 
 
Baş Gəndov kəndi haqqında 
Yuxarıda  qeyd  etdiyimiz  kimi  orta  əsrlərdə  aparılan  
müharib
ələr zamanı Köhnə  Gəndov (Köhnədi) kəndində  taun 
x
əstəliyi  baş  qaldırmışdı.  Bu  amansız  və  keçici xəstəliyin 
f
əsadlarından o dövrdə bu kənddə çoxlu insan tələf olmuşdu. 
Ciddi-  c
əhdlərə  və  görülən tədbirlərə  baxmayaraq kənddə 
yolxucu taun x
əstəliyi sürətlə  yayılmaqda  davam  edib.Kənd 
camaatının çox hissəsini bu yolxucu  xəstəlik  məhv edib. Sağ 
qalmış  sakinlər isə  başlarını  götürüb  təcili olaraq kəndi iki 
istiqam
ətdə tərk etmək qərarına gəliblər. Onların qeyd edilən 
bu ikinci  hiss
əsi    meşəlik yerdə-dağ  yamaclarında  yurd 
salmağa başlayıb. Bura baş kənd-Baş Gəndov adı verilib. 
K
ənddə  məskunlaşan  sakinlər burada özlərinə  yaşayış 
evl
əri tikib və bağ salıblar. Vəmin vaxtlarda kəndin içməli su 
t
əminatına  xüsusi diqqət yetirilib. Bunun üçün kənddən 2-3 
km.    aralı    qərb hissədə  yerləşən  meşənin  qovaq  ağacları  ilə 
əhatə  olunmuş  hissəsindən  saxsı  künglərlə  su çəkilib həmin 
yaşayış ərazisinə  gətirilib. 
Burada m
əskunlaşan  əhali  yaxınlıqdakı  meşədə  yabanı 
halda  bitmiş  cır  meyvə  ağaclarını  2-3 metr hündürlükdə 
peyv
ənd və  calaq  etmişlər. Nəticədə  onlar böyük ərazilərdə 
alma-a
rmud,  qoz,  fındıq  və  başqa  meyvələrdən ibarət  bağlar 


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə