Yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü m əsləhətçi redaktor


GƏNDOV  KƏNDİNİN  TARİXİ  HAQQINDA



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə57/100
tarix21.06.2018
ölçüsü0,59 Mb.
#50617
növüYazı
1   ...   53   54   55   56   57   58   59   60   ...   100

191 
GƏNDOV  KƏNDİNİN  TARİXİ  HAQQINDA 
QISA QEYDLƏR 
 
K
əndin  bu  günü  haqqında  bildiklərim və  topladığım 
m
əlumatlardan. 
G
əndov kəndi - Şabran (keçmiş Dəvəçi) rayonunda Gən-
dov k
ənd  İnzibatı  Ərazi  Dairəsinin mərkəzidir.  Bu  yaşayış 
m
əskəni Samur-Dəvəçi ovalığında və dağ ətəyi ərazidə yerlə-
şir. Respublikamızın paytaxtı Bakı şəhərindən 132 km, rayon 
m
ərkəzindən isə  9  km    şimal  qərbdədir. Kəndov  İƏD  üzrə 
c
əmi əhalinin sayı 5312 nəfər, o cümlədən Gəndov kəndi üzrə 
is
ə  2847 nəfərdir. Demək  olar  ki,  inzibatı  dairənin  əhalisinin 
53,59 %-i  bu k
ənddə yaşayır. 
Bu  inzibatı  mərkəz  ərazi vahidliyinin Gəndov, Pirəmsən, 
Aygünlü,  Mollakamallı,  Leyti  və  Ərəblər kəndlərini özündə 
birl
əşdirir. 
G
əndov sözü araşdırmalara görə “Qənd ab” yəni şirin 
su m
ənasını  bildirir.  Bu  kəndin  adı  uzun  müddət rəsmi 
dövl
ət sənədlərində  Gəndab  kimi  yazılmışdır.  1999-cu 
ild
ən isə kənd Gəndov adlanır. 
 
 
 
Gülüstan t
əpə qədim yaşayış yeri 


192 
G
əndov  kəndi  respublikamızın,  xüsusilə  Şabran  rayonu-
nun 
ən strateji əhəmiyyət daşıyan nöqtələrindən biridir. Kənd  
Bakı-Quba,  Bakı-Dərbənd  avtomobil  yollarının  qovşağında 
yerl
əşir.  Kənddən təxminən 2-3  km  aralı  məsafədə  Bakı-
Moskva d
əmir yolu xətti, bir neçə  km  aralıdan  isə  dövlət 
əhəmiyyətli neft-qaz və  su kəmərləri, eləcə  də telefon-rabitə 
v
ə digər  strateji xəttlər keçir.  
 
 
 
 
Gömür t
əpə qədim yaşayış yeri 
 
G
əndov  kəndinin məhsuldar və  bərəkətli  torpaqlarından 
danışmaqla qurtarmaz. Bu ərazilərin çox hissəsi  Şahdağdan  
axıb gələn sərin hava kütləsinin təsiri altındadır. Eyni zamanda 
bu 
ərazidə  torpağın öz təbii münbitliyi, əkinə yararlığı da əsas 
amil kimi s
əciyyələndirilir.  Bütün  bunların  sayəsində  bu 
k
əndin kənd təsərrüfat əhəmiyyətli torpaq fondu daim rayonun 
ən məhsuldar torpaq sahələri  kimi  öz  adını  qoruyub  saxlaya 
bilmişdir.  Vaxtilə  Gəndov  sovxozu  öz    qabaqcıl  işi,  iqtisadi 
göst
əriciləri ilə göstərdiyi əmək rəşadətinə görə keçmiş Dəvəçi 
rayonunun 
ən irəlidə gedən kənd təsərrüfatı müəssisələrindən 
biri 
kimi  respublikada  böyük  şöhrət  qazanmışdı.  O  dövrdə 


193 
burada  taxılçılıq,  tərəvəzçilik, meyvəçilik, üzümçülük, 
heyvandarlıq və s. kimi böyük kənd təsərrüfatı sahələri səmə-
r
əli surətdə  fəaliyyət göstərirdi.    
Bu k
ənd Azərbaycan müstəqilliyə  qovuşduqdan  sonra  
daha da böyüyüb, göz
əlləşib, hər tərəfli  inkişaf edib. Kənddə 
bütün sosial xidm
ət sahələri, xüsusilə səhiyyə, təhsil, mədəniy-
y
ət və digər obyektlərin, eləcə də fərdi yaşayış evlərinin tikilib 
istifad
əyə  verilməsi daha da böyük vüsət  alıb.Təkcə  onu  de-
m
ək kifayətdir ki, aldığımız məlumata görə bu gün bu kənddə 
700-d
ən çox  fərdi yaşayış evi vardır. Mən Gəndov kəndindəki 
bu  sosial  ir
əliləyişi  bu  gözəlliyi, dayanıqlı inkişafı gördükcə 
şair  təbim  coşa  gəldi, nə  qədər  çalışsam  da özümü saxlaya 
bilm
ədim və bu kənd barədə  heç mürəkkəbi qurumamış təzə 
yazdığım aşağıdakı şeiri oxudum: 
 
 
K
əndim 
 
Bu yerin t
əməli qoyulan anda, 
M
əhəbbət çırağı yandı hər yanda, 
Çox 
əməl gül açdı həmin məkanda, 
Mayak t
ək yolumda dayanan kəndim
Gün
əşlə bir yatıb oyanan kəndim! 
 
 
Neç
ə-neçə insan qovuşdu burda, 
Arzu qanad açıb bax uçdu burda, 
Xöşbəxtlik möhrünü vurdu bu yurda. 
Mayak t
ək yolumda dayanan kəndim, 
Gün
əşlə bir yatıb oyanan kəndim. 
 
 
S
əni dəyişmərəm mən yüz şəhərə, 
Çünki b
ənzərin var  nurlu səhərə. 


194 
G
əl üzündən öpüm, nolar bir kərə, 
Mayak t
ək yolumda dayanan kəndim, 
Gün
əşlə bir yatıb oyanan kəndim, 
 
M
ən səni özümə ana bilmişəm, 
S
ənin görüşünə yenə gəlmişəm.  
Doyunca g
əzmişəm, deyib –gülmüşəm, 
Mayak t
ək yolumda dayanan kəndim, 
Gün
əşlə bir yatıb oyanan kəndim. 
 
Üç yolun üstünd
ə tutmusan qərar, 
S
əni qorxutmayıb nə boran, nə qar. 
Daha da çiç
ək aç, sevimli diyar
Mayak t
ək yolumda dayanan kəndim, 
Gün
əşlə bir yatıb oyanan kəndim, 
 
Zakir, şükür elə sən yaradana, 
Bu yer dayaq olub ulu Şabrana. 
Şabran da fəxrdir Azərbaycana. 
Mayak t
ək yolumda dayanan kəndim, 
Gün
əşlə bir yatıb oyanan kəndim. 
 
Yuxarıda  saydığımız  kənd təsərrüfatı  sahələri bu günün 
özünd
ə  də  kəndin  yaşaması  və  inkişafı  üçün  ən səmərəli 
f
əaliyyət növlərindəndir.  Adlarını  saydığımız  həmin sahələr 
k
əndin əhalisinin bir dolanışıq mənbəi, onlara qazanc gətirən 
başlıca amillərdən sayılır. 
 


195 
 
 
Almas t
əpə qədim yaşayış yeri 
 
K
əndin qədim tarixi barədə  topladığım  məlumatlardan 
qısa şərh. 
H
ər  şeydən  əvvəl bildirim ki, Gəndov kəndinin qədim 
tarixi haqqında  heç yerdə rəsmi məlumat yoxdur.  Lakin  istər 
Köhn
ədi Gəndov, istər Baş Gəndov və Dərə Gəndov kəndlə-
rin
ə  aid qəbiristanlıqlardakı  qəbirüstü  daşlardakı  yazılar  bu 
k
əndlərin qədimliyini sübuta yetirir. 
Şabran  rayon  arxivində  isə  ancaq 1947-ci ilədən  sorakı 
dövrü 
əhatə  edən arxiv sənədləri  saxlanılıır.  Ona  görə  də  
q
ədim Gəndov kəndi haqqında sorğu qaydasında topladığımız 
aşağıdakı məlumatları  oxuculara çatdırırıq. 
G
əndov  kəndinin indiki əhalisinin  əjdadı  vaxtı  ilə  V-VII 
əsrlərdə  Səsanilərin  hökmüranlığı  dövründə  bu yerlərə  köçü-
rül
müş əhalidən ibarət olmuşdur. Bura köcürülən əhali əvvəlcə 
Köhn
ədi Gəndov (köhnə  Gəndov) kəndində  məskunlaşmışdı. 
Sonralar Köhn
ədi Gəndov kəndində  kütləvi xəstəlik  baş 
verdiyin
ə görə  oradan məcburi surətdə  köçürülən əhali Dərə 
G
əndov və  Baş  Gəndov kəndlərində  özlərinə  məskən  salıb 
orada yaşamağa başlamışdılar . 


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə