Yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü m əsləhətçi redaktor



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə59/100
tarix21.06.2018
ölçüsü0,59 Mb.
#50617
növüYazı
1   ...   55   56   57   58   59   60   61   62   ...   100

199 
salmışlar.  Bu  bağlar  salınan  ərazidə  özləri üçün komalar 
qurmuşdular.  Yığılmış  alma-armudun  qurudulması  və  onun 
uzun müdd
ətə  saxlanmasının təmin edilməsi üçün böyük qax 
t
əndirləri düzəldilmişdi.  Burada  qurudulan  dadlı  alma-armud 
qaxı  Şabran,  Bakı  və  Dəvəçi  bazarlarında  yaxşı  qiymətə 
satılırdı.  Bu  isə  kənd sakinlərinin  güzaranının  yaxşılaşması 
dem
ək idi. Rayonumuzun əksər dağlıq ərazilərində olan həmin 
qax  bişirən nəhəng təndirləri keçən  əsrin  əllinci illərinin 
axırlarında kolxozların fəaliyyəti dövründə bir neçə dəfə mən 
d
ə görmüşəm. 
Daha  sonralar  Baş  Gəndov kəndində  yaşayış  evlərinin 
tikintisi il
ə yanaşı məscid binası da inşa edilib başa çatıb. Çox 
keçm
əyib ki, kənddə dini təhsil verən ikillik məktəb fəaliyyətə 
başlayıb.  O  dövrlərdə  bu kəndin  bağlarında  əkilən  ağaclar, 
el
əcə də əkinəyararlı  torpaq sahələrində əkilən  taxıl, noxud, 
m
ərcimək və diğər bitkilər yalnız  dəmyə şəraitində becərilirdi. 
Zaman keçdikc
ə, xüsusilə  Sovet hakimiyyəti dövründə  
Baş Gəndov və Dərə Gəndov kəndləri xeyli genişlənmiş, orada 
yaşayan əhalinin   sayı  nəzərə çarpan dərəcədə   artmışdı. 
Aşağı  Gəndov (yəni indiki Gəndov)  kəndi  haqqında 
topla
dığım məlumatlardan: 
İnddiki  Gəndov kəndi  Bakı-Quba magistral yolunun 
üstünd
ə  yerləşir. Bu məkan  əlverişli  coğrafi  şəraitə,  əkinə 
ya
rarlı  münbit və  məhsuldar torpaqlara, bütün meyyar-
lara cavab ver
ən gözəl təbiətə malikdir. Sanki Allah-Taala 
k
ənd  adlı  yaşayış  yerinə  aid olan hər  cür  şəraiti burada 
yaratmış, özünün zəhmətlə başa gələn min cür nemətlərini 
bu k
əndin sakinləri üçün yetirmişdir. 
XVIII 
əsrə  qədər hal-hazırdakı  Şabran  rayonun  kənd 
ərazisilərində  böyük  yaşayış  məskənlərindən biri olan indiki 
G
əndov kəndinin yerləşdiyi  sahə  əvvəllər  bağ-bağatlıq  olub. 
Bu  bağlarda  Baş  Gəndov, Dərə  Gəndov və  Köhnədi Gəndov 
k
əndlərinin tək-tək əhalisi Aşagı Gəndov bağları adlandırdıq-


200 
ları  bu  yerlərdə  əvvəlcə  komalar, daha sonra isə  çiy saman 
k
ərpicdən  bir otaqdan ibarət  alçaq evlər tikərək yaz, yay və 
payız  aylarında  bu  evlərdə  müvəqqəti (yəni mövsümü) 
yaşayırdılar. Bu evlərdə  yaşamaqla  yanaşı onlar həmin ərazi-
l
ərdəki  bağlara  yaxşı  qulluq  edib,  çoxlu  məhsuldar meyvə 
ağacları yetişdirilməsinə nail olmuşdular. Onlar bu meyvələr-
d
ən təkcə  özlərinin  ehtiyacını  ödəyən  ərzaq məhsulu  kimi 
deyil, h
əm də onlardan satmaq üçün də geniş istifadə etmişlər. 
Bu 
ərazinin qonşuluğunda keşmişdə  Suazlı  adlı kənd və ona 
aid olan bağlar da geniş sahələri  əhatə etmişdi. 
Aşağı  Gəndov kəndinin ilk sakinləri hələ  XVIII  əsrin 
sonu, XIX 
əsrin əvvəllərində “İpək yolu” nun  üstü hesab 
edil
ən bu ərazidə  məskunlaşmağa  başladı.  Araşdırmalara 
gör
ə  bu kəndin ilk sakinlərinin  əslən  Qubalı  Mürsəl bəy və 
onun  qardaşı  olduğu  güman  edilir.  Aşağı  Gəndov kəndi 
haqqında tarixi araşdırarkən vaxtilə indiki Gəndov kəndinin bir 
hiss
əsində  yerləşmiş  və  hal  hazırda  öz  fəaliyyətini tamamilə 
itirmiş  Suazlı  kəndi  haqqında  oxuculara  məlumat vermək 
ist
əyirəm. 
Suazlı  kəndi  XVIII-XIX  əsrlərdə  Aşağı  Gəndov (indiki 
G
əndov) kəndinin  şərq hissəsində  yerləşirdi.  Keçmiş  zaman-
larda h
əmin kənddə  yüz hektarlarla alma, armud, üzüm, qoz, 
fındıq,  heyva,  nar,  əncil və  s. meyvə  ağacları    yetişdirilən 
bağlar  mövcud idi. Həmin kənddə  XII-XV əsrin ortalarına aid 
olan m
əscid binası (indi yararsız vəiyyətdədir) və qəbirəstanlıq 
indi d
ə qalmaqdadır. 
 


201 
 
 
XIX 
əsrdə Gəndov kəndinə aid Suazlı yaşayış məskəni 
 
Lakin 1941-1945-ci ill
ər ikinci dünya  müharibəsi dövrün-
d
ə Suazlı kəndinin əhalisinin sayı xeyli azalmışdı. Müharibə-
d
ən sonra  əhalinin bir hissəsi  Dəvəçi, Xaçmaz, Sumqayıt və 
Bakı şəhərinə köçmüşdür. Bir hissəsi isə daha yaxşı şəraiti və 
yaxınlıqda olan indiki Gəndov kəndində məskunlaşmağı üstün 
tutmuşdur.  1947-ci ilə  kimi  Suazlı  kəndində  yaşayış  davam 
etmişdir.  Aşağı  Gəndov (indiki Gəndov) kəndinin sürətli in-
kişafı,  bu  kəndin gündən-günə  gözəlləşməsi və  genişlənməsi, 
orada  h
əyat səviyyəsinin yüksəlməsi və başqa səbəblər Suazlı 
k
əndinin  öz  mövcudluğunu  birdəfəlik itirməsinə  səbəb 
olmuşdur. 
Yerli sakinl
ərin söylədiyinə görə Suazlı kəndinin camaatı 
çox z
əhmətkeş  adamlar  olub.    Bu  səbəbdən də  bu kəndin 
olduqca  çoxlu varı-halı heç vaxt tükənmək bilməyib. Demək 
olar ki, öz  
ərazisinin kənd təsərrüfatına  yararlı  sahələrindən 
əldə edilən məhsullarla bu kəndin əhalisini  tam  dolandırmağa  
qadir olub. 
 


202 
 
 
XIX 
əsrə aid Gəndov məscidi 
 
Quba  xanlığı  dövründə  yuxarıda  adını  çəkdiyimiz 
Mürs
əl bəy  adlı  həmin  Qubalı  Gəndov kəndinin indi 
yerl
əşdiyi  əraziyə  köçüb gələrək burada məskunlaşmışdı.  O, 
k
ənddəki  torpaqların  çoxunu  almış,  köhnə  bağ  yerində  isə 
b
əylərə  məxsus özünə  yaraşıqlı  imarət  tikdirmişdi.  Bina  iki 
m
ərtəbəli, 3 tərəfi balkonlu, 8 otaqdan ibarət  idi.Otaqların 
qarşısında  10  metr  uzunu,  4  metr  eni  olan  geniş  şüşəbənd 
vardı. Dam örtüyü ağ dəmirdən düzəldilmiş bu geniş imarətin 
üstünd
ə iki möhtəşəm tağlı qüllə ucaldılmışdı. Sonralar Mürsəl 
b
əy  öz  qardaşı  üçün  də  həmin  binaya  bitişik  ərazidə  ciy 
k
ərpicdən eyni layihə üzrə 8 otaqdan ibarət bina  və şüşəbənd 
inşa  etdirmişdi.  İkinci  binada  Mürsəl bəyin  qardaşı  ailəsi, 
b
əyin nökərləri  və  digər qulluqçuları  qalırdılar. 
Bu  kitabın  müəllifinə  1967-2011-ci illərdə  rayon Təhsil 
Şöbəsinin  aparatında  işlədiyi vaxtlarda Gəndov kəndində 
m
əktəb  binası  kimi  fəaliyyət göstərən həmin  köhnə  binanı 
d
əfələrlə görmək qismət olub. 
Mürs
əl bəyin indiki Gəndov  kəndi yerləşən  əraziyə  köç 
etm
əsi, burada ev tikdirməsi, əkin üçün çoxlu torpaqlar alması 


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə