Yazi-yurnal indd



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə76/77
tarix19.07.2018
ölçüsü2,88 Mb.
#57069
1   ...   69   70   71   72   73   74   75   76   77

Rüblük ädäbiyyat därgisi
165
Bax, bu əvəzləmə, artıq, həm də kültür faktıdır – bəzi 
məsələlərdə ruslarsız keçinməməyimizə örnəkdir.
O biri soruniyə «Qöte» yox, «Göte»dir. Axı, oriji-
nalda «Qöte»dir? 
Bu da bizə rus dilinin etgisi, təsiridir. Rus dilinin 
orfoepiya, yəni deyiliş qanunu elədir ki, incə saitdən 
öncə gələn «q»lar «g»laşır. Bizim dildə bu qanun yox-
dur, ona görədə rahatca «gədim» yox «qədim» deyə bili-
rik. Halbuki bəzi rus dillilərin «gədim», «Vagif» deməsi 
həməncə onların ana dilinin hansı olmasını «satır».  
İndi yenidən keçək «Göte»yə. Ruslar almanlara 
uyğun «Гете» yazırlar, ancaq sözü səsləndirəndə orfo-
epiya qanunu «ağızlarını əyir» və «Göte» alınır. Bizi 
səruslardan «Göte»ni götürüb elə bilirik ki, almanlar 
da elə bu cürdür. Sonra isə dil prosesinə  ədəb-ərkan 
qanunu qarışır və sözün «meymunu» yadımıza salma-
sının qarşısını almaq üçün əlləşirik və bu əlləşmədən 
«Höte» alınır. Halbuki alman sayağı «Qöte» desək, 
«meymun» da yada düşməz.
Başqa “g”laşmalar
Beləcə, biz bir sözün tarixçəsində dəyişmə trayek-
toriyasının ekzotik-əcayib naxışlar almasını gördük. 
Həmin naxışlardandır ki, azərbaycanca «Heqel» «He-
gel», «leqitim» «legitim» olub. Özüdə «Vaqif»in «Va-
gif» olması bizə  təhrifin «qırmızı» işığını yandırsada 
«Heqel»in «Hegel» biçimində deyilməsi heç birimizi-
narahat etmir.
İndiprosesin «anatomiyasını» açıb-ağardandan son-
ra dəbdə olan qırımda özümüzü ələsalmaq düşüncəsində 
deyiləm. Ən azı ona görə ki, dünyada o qədər savadın 
kəm-kəsirindən və ya adi anlaşmazlıqdan doğan ilginc 
nəsnələr olub ki… Haydeqer şair Andrey Voznesenskiyə 
söyləmişdi ki, tələbəsi Sartrın onun fəlsəfəsini yanlış başa 
düşməsindən Sartrekzistensializmi yaranmışdı. Deməli, 
mədəniyyətlərdə başqasını səhv başa düşməkdən yaxşı 
nəsnələrdə alına bilər. 
Ona görə də belənçi olayları toplamaq çoxmaraqlı 
kulturoloji muşğulatlır!
Düzdür, çətinki «Qöte»nin «Höte»yə çevrilməsi 
Sartr fəlsəfəsi kimi bir şey versin, ancaq yüz faiz 
bilirəm ki, «bizlər və ruslar» problemində hansısa ide-
yanın açımına məzəli material ola bilər.
04.01.2010.
Niyə «sivil»i düz işlətmirlər?
Linqvistik ətalət
Dillə bağlı adamların öz tərsliyi var. Biz irəlidə 
yazdıq ki, «Göte» deyil «Qöte»dir və onun üçün də 
gündəyməzlə anışmanı durdurmaq üçün «Höte» dəyiş-
düyüşünə gərək yoxdur. Di gəl, yenə «Höte» deyirlər. 
Alman dilini yaxşı bilənlər söyləyir ki, «Niççe» deyil, 
«Niççe»dir. Özü də bu deyim dilimizə daha yatımlıdır. 
Bunu biləndən sonra mən daha «Niççe» yazmıram, an-
caq di gəl, yenə də çoxları əski qaydada yazmağa və 
söyləməyə üstünlüka verəcəklər.
«Sivil»in düzgün mənası
Belə  tərsliklərdən biri də «sivil» sözü ilə bağlı-
dır. Bizdə dünyanın heç bir yerində olmayan «ix-
tira» yapıblar, «sivilizasiya» kəlməsini cümlədə 
təyin kimi qısaltmaq üçün «sivil» deyirlər. Ruslarda 
«цивилизованныйчеловек» yaxşı alınır, ancaq bizim 
türkcədə necə deyəsən, «sivilizasiyalı adam», ya “si-
vilizasiya adamı”? Nəsə rahat alınmır. Onun üçün də 
deyirlər «sivil adam» (hətta «sivil ölkə» də deyə bilərlər). 
Ancaq, axı, Avropada «sivil» sözü mülkini bildirir, yəni 
dövlətə yox, topluma aid olanı, yəni polisə, hərbçilərə 
baxanda adi adamları. Necə soruşurlar: əsgərlikdəsən? 
Yox, indi mülki adamam (yəni «sivil adamam»).
«Sivilizasiya» kəlməsini Avropa üçün Türqo ilə 
Mirabo (18-ci yüzil) düzəltmişdilər  və söz ilkində yax-
şı qanunlar altında yaşamağı, yönəldilmişliyi bildirirdi. 
Beləcə, bu söz bir ad kimi gecə-gündüz necə ac qalma-
mağın qayğısında bulunan və gələnəklər altında yaşa-
yan primitiv toplumlara qarşı azad sənətləri gəlişmiş, 
geniş mənəvi axtarışlarda olan toplumları qoyurdu. 
Terminlərin ilginc «sərgüzəştləri»
Bir çox etgili, qəşəng terminlər kimi «sivilizasi-
ya» sözünün də başına min oyun gəlib. Şpenqlerdə o, 
mədəniyyətlərin təpərini itirib qaxaclanma, qocalma 
dönəmini (aşamasını) bildirirdi, Toynbidə (sonra isə 
Hantinqtonda) gəlişmiş dinlərin üstündə qurulmuş kül-
tür düynyalarını göstərirdi (məsələn, Buddist, Katolik 
sivilizasiyalar).
Onu da deyim ki, bəndəniz terminlərin, sözlərin 
belənçi metamarfozalarını, çevrimlərini ələ salanlardan, 
bu səbəbdən də həmin terminləri işlədənlərə yuxarıdan 
aşağı baxanlardan deyil. Elmdə «struktura», «arxetip», 
«paradiqma», «Post-modernizm» kimi çoxlu sözlərin 
də başına bu işlər gəlib. Öncə kimsə nəzəriyyə quranda 
belə kəlmələrlə açdığı yeniliyə ad qoyub. Bu yeniliyə 
görə də həmin sözlər qəşəngləşib, sevilib, hətta dəbə 
düşüb. Sonra həm dəbə, həm də o yeniliyi tutub göz 
qabağında saxlamasına görə istedadlı kişilər həmin 
sözləri işlədərək başqa yeniliklərə çıxıblar. 
Korlanma üçüncü aşamadan başlayır. Təbiətcə 
qanacaqsız adam kostym və qalstuk taxaraq qalstuklu 


N1(6) mart 2013
166
mədəni adamların zəhməti sayəsində müftəxorluq et-
diyi kimi bizim «modern elmi deyimləri şar kimi atıb-
tutan bəzi yazı adamları» da «struktura», «arxetip», 
«paradiqma» sözlərini effektli, ağıllı görünmə «qalstu-
ku na», «kostyumuna» çevirirlər. Bu isə  ağıllı, bilgili 
adamları sınırlandırmaya bilməz. Axı, kimin hərif sa-
yılmaqdan xoşu gəlir (yəni məni hərif sayıb düşüncə 
dayazlığını terminlərlə gizlədir)?! «Postmoderinizm»i 
«kostyuma», «qalstuk»a çevirmiş bir xeyli gənc yazar, 
beləcə, bilgili adammlarda sözün özünə ikrah yaratdı. 
Nərmin Kamalın Post-modernizmi modernizmdən ayı-
ran ağıllı kitabı çıxıb («Umberto Eko. Post-modernizm 
fəlsəfəsi». B.: Qanun, 2008), ancaq di gəl, hələ də post-
podernizmi «modernizm» anlamında işlədirlər. 
«Sivilizasiya anlayışının mənfiləşməsi
Dördüncü aşamada effektli sözlə tapılıb bərki-
dilmiş  (fiksə edilmiş) yenilik gözdən düşəndə termin 
də başlayır mənfi çalarlar qazanmağa. «Sivilizasi-
ya» sözünün yeniliyi, dedik ki, gələnəksəl, nə bilim, 
«vəhşi» toplumlardan nəzakətli, maneralı, elmli dün-
yaları  fərqləndirmək idi. Sonralar nəzakətli, mane-
ralı, elmli toplumlara pis baxılanda (məsələn,  İbn 
Xaldun, Russo belə toplumları korlanmışlıq sayırdı), 
termin də  mənfiləşdi. Bu gün «sivilizasiya» çoxları-
nın gözündə cürbəcürlüyün mürəkkəb sistemi olan 
dünyanı bildirirək yaxşı anlam daşıyır. Ancaq İslam 
və Xristian fundamenrtalistlərinin, 60-cı illərdəki Hip-
pi hərəkatçılarının gözündə sivilizasiya göstəriciləri 
(bizimkilər yanlış olaraq «sivil əlamətlər» söylərdilər) 
meqpolislərə ikrah prinsipində mənfi çalarlar saçır.
Nədən uyqar deyək?
Bu gün Azərbaycanda «цивилизованный»  təyin 
cümlə üzvünü çox sevirlər, ancaq «sivilizasiyalı» 
deyiminin uğursuzluğuna görə  ləzzətlə «sivil» de-
yirlər. Beləcə, bir çoxları guya iki hədəfi vururlar: 
həm tələffüzdə rahatçılıq qazanırlar, həm də dünyanın 
dəbdə olan «sivilizasiya» termininin qohumunu, ox-
şartısını işlədirlər. Halbuki belədə axmaq bir vəziyyət 
alınır: sanki sən ucundan-qulağından eşitmisən ki, mo-
dern insanlar «qalstuk» deyilən bir nəsnəni boyunla-
rına taxırlar. Sən isə taxmağına taxırsan, ancaq qals-
tukun nə olduğunu bilmədiyin, görmədyin üçün nəsə 
bəzəkli bir lent, bant boynundan asırsıan. Axı, «sivil» 
hərbiləşmiş, dövlətin özəl intizamlı dəstələrində olma-
yanları bildirir. Deməli, bizim həmin sözlə  işlənmiş 
yazılarımızı ruscaya, ingiliscəyə çevirəndə çaş-başlıq 
yaranacaq. Məllifimiz sivilizasiya dünyasında bulunan 
insan demək istəyəcək, çevirən isə cümləni hərbidə bu-
lunmayan adam kimi verəcək.
Bəs nə etməli? Dostlar, Anadolu turkcəsində 
«sivilizasiya» sözünü «uyqarlıq» kimi verirlər. Bu 
söz neoloqizm («neologizm» düz deyil) olsa da 
«sivilizasiya»nın bir yönünü, – çox böyük cürbəcürlüyü 
bir araya gətirməsini, yəni onları uyarlıq sisteminə sal-
masını düz açır. Deməli, yaxşı olar ki, sivilizasiya ilə 
ilgili «sivil» yox, «uyqar» sözünü işlədək. Onda «uy-
qar insan», «uyqar dünya», «uyqar millət alınacaq».   
04.08.2011 
Dilin ağıl qıtlığı
(Problemin qoyuluşu)  
Bütün dilləri tərifləməyin ikiüzlülüyü
Çağımızda telefonla, bilgisayarla idarə olunan evə 
«ağıllı ev» deyirlər. Mənim ağlıma «dilimiz necə ol-
malıdır?» sorusu gələndə nəsə «ağıllı dil» də gəldi.
Sovet dilçiliyində Marksist «humanizminin» etgi-
si ilə söyləyirdilər ki, aşağı  səviyyəli dil yoxdur, necə  
ki,  aşağı səviyyəli xalq da yoxdur. Hərçənd alimlər öz 
aralarında danışanda, məsələn, Azərbaycan türkcəsinin 
geriliyini boyunlarına alırdılar. Bax, o zamanlar mən 
düşündüm ki, bu gerilik duyğusunu leksika törətmir, 
adi ağıllı söhbətlər üçün rus və ingiliscədə hansı sözlər 
varsa, bizdə də var. Düzdür, bu sözlərin arasında xey-
lisi  ərəbcə, farscadır. Ancaq, axı, ingiliscə, ruscada 
xeyli söz alınmadır. Bəlkə dilin yoxsulluğu duyğusu-
nu qrammatika törədir? Ancaq baxanda görürsən ki, 
qrammatikamızda pis deyil. Bəs onda dilimizin yox-
sulluq duyğusu nədən gəlir?
Təpərli sözlər
Bu sorunun qabağında düşündümki, «бытие» sözü-
nü eşidəndə, mən nəsə energetik, ağıllı bir söz eşitdiyimi 
duyuram, «varlıq», «olum», «olqu» (сущее) sözləri isə 
mənə nəsilsiz-nəcabətsiz, soysuz söz təsiri bağışlayır. 
Bu duyğu məni azərbaycanca yazanda əl çəkmədən 
izləyirdi. Rusca yazanda qələmim dolu, dolğun sözlərlə 
oynayırdı, türkcə yazanda sanki sözlərin içindən dad-
tam itirdi. Sözlər nəbz kimi döyünmürdü, elə bil içləri 
boş idi. 
Dildə materialın müqaviməti
Zaman keçdi, azərbaycanca yazmaq mənə rusca-
dan daha ilginc oldu. “Niyə belə oldu?” məsələsini ünlü 
heykəltəraş Ernest Neizvestninin bir yazısını oxuyanda 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə