Úàâèäè õàòûðëàðêÿí
66
Bu zaman H.Cavidin mollanəsrəddinçilərin mövqeyinə keç-
məsi, mühüm müasir əhəmiyyəti olan bir məsələdə realist Azər-
baycan yazıçılarına yaxınlaşıb onlarla bir cəbhədə durması, heç
şübhəsiz ki, onun yaradıcılığında yeni, mütərəqqi bir addım idi.
Cavid yaradıcılığında “Maral” faciəsi bir də ona görə əhə-
miyyətli idi ki, bir zaman şair “Pənbə çərşaf” adlı şeirində çadranı
gözəllik, ismət rəmzi kimi tərənnüm etmişdi. İndi isə o, bu pyes
ilə öz köhnə baxışlarından əl çəkirdi ki, bu da Cavid yaradıcılı-
ğında məfkurə baxımından irəliyə doğru müsbət bir addım idi.
H.Cavid yaradıcılığının müasir həyata, müasir ictimai hadi-
sələrə münasibətini açmaq üçün onun “Şeyda” faciəsi xüsusilə
əhəmiyyətlidir.
“Şeyda” faciəsinin mövzusu Bakının mətbəə işçilərinin və
zəhmətkeş ziyalıların həyatından alınmışdı. Cavid bu əsərində
real həyata daha yaxın gələrək, istismarçı siniflərin vəhşi təbiətini
sonsuz nifrət hissi ilə təsvir etmişdir. Ədibin yaradıcılığında azad-
lığa, ədalətə çağırış motivləri bu əsərdə artıq sentimental və mü-
cərrəd deyil, konkret məna daşıyır, kəskin səslənirdi.
Əsərin baş qəhrəmanı Şeyda xəyalpərvər və ziddiyyətli olma-
sına baxmayaraq, kapitalist sinfinə intəhasız kin və nifrət bəsləyir.
İndi Cavidin romantik qəhrəmanı artıq başa düşür ki, “ədalət,
həqiqət, mərhəmət” deyə fəryad qoparmaqdan heç bir şey çıxmaz.
Ədaləti ancaq və ancaq mübarizə ilə, həm də barışmaz mübarizə
ilə əldə etmək olar. Şeyda üzünü tətilə hazırlaşan mətbəə fəhlə-
lərinə tutub deyir: “... insaf, mərhəmət xülyaları ilə sürünəcək
olsanız, nəticədə zillət və səfalətdən başqa bir şey” tapmaya-
caqsınız.
“Şeyda” faciəsində Cavidin romantik qəhrəmanı artıq “hür-
riyyət pərisi” haqqında dumanlı, ritorik söhbətlər açmır, fəhlələrin
inqilabi çıxışlarına kömək edir, onlar üçün mübariz marş yazır,
əməyin kapital üzərində qələbə çalması üçün əlindən gələni
əsirgəmir.
“Şeyda” faciəsinə inqilabi pafos aşılayan məziyyətlərdən biri
də budur ki, əsərin sonunda çar istibdadının devrilməsi xəbəri qar-
Úàâèäè õàòûðëàðêÿí
67
lı dağları, qalın meşələri aşıb doğma Azərbaycana da çatır, zəh-
mətkeş kütlələr tərəfindən böyük sevinclə qarşılanır. Bu şad xəbər
dəmir hasarlardan keçərək zindanlara da nüfuz edir, həbsxanalara
atılmış inqilabçıların da üzü gülür. Məhbus inqilabçıların biri
Romanov sülaləsinin süqutunu öz yoldaşlarına bel xəbər verir:
“Artıq zəncirlər qırıldı. Nəhayət, istibdad heykəli devrildi. Rusiya
çarlığı məhv oldu. Səadət günəşi parlayır, hüriyyət pərisi gülüm-
səyir. Bu gün məzlumlar üçün ən şərəfli bir bayram, zalımlar
üçün ən qorxunc bir intiqam günüdür.”
Heç bir şübhə yoxdur ki, surətin dili ilə deyilən yuxarıdakı
sözlər müəllifin inqilaba bəslədiyi şəxsi münasibətin ifadəsi idi.
Faciədə bəzən inqilabi pafosun zəifləməsinə baxmayaraq,
“Şeyda” H.Cavid yaradıcılığında və eləcə də Azərbaycan ədəbiy-
yatı tarixində inqilabi məzmunlu bir dram əsəri kimi diqqəti cəlb
edir.
“Maral” və “Şeyda” faciələri açıq göstərir ki, H.Cavid real
həyata, müasir demokratik yazıçılara yaxınlaşdıqda, əsərlərinin
mövzusunu real həyatdan aldıqda mücərrəd fəlsəfi axtarışlardan,
ziddiyyətlərdən uzaqlaşırdı.
Bu əsərlər bir də onu sübut edir ki, vaxtilə “Cavid öz xalqı ilə
bağlı olmamışdır, Azərbaycanın həyatından yazmamışdır” deyən-
lər səhv edirlər. Bu əsərlər göstərir ki, H.Cavid öz xalqı ilə bağlı
olmuş, yaradıcılığı ilə onun mədəni inkişafına, ictimai şüur təşək-
külünə müəyyən müsbət təsir göstərmişdir.
Hüseyn Cavidin tez-tez tarixə müraciət etməsini mənfi bir hal
kimi qiymətləndirənlər də yanılırdılar. Əgər H.Cavid Şərqin qə-
dimdən əbədi dillərdə gəzən “Şeyx Sənan” əfsanəsini öz yaradı-
cılıq laboratoriyasının süzgəcindən keçirib, islam dininin ehkam-
larını rədd edən gözəl bir məhəbbət dastanı yaratmışdırsa, heç bir
qəbahət iş görməmişdir. Eyni sözü müasirliklə səslənən “Knyaz”,
“Səyavuş” və nəcib ümumbəşəri duyğular tərənnüm edən
“Xəyyam” pyesləri haqqında da demək olar. Bu cəhət humanist
sənətkarın coğrafi sərhəd və milli məhdudiyyət bilməyən yara-
dıcılıq üfüqlərinin genişliyini, bədii təxəyyülünün əhatəli və
Úàâèäè õàòûðëàðêÿí
68
dərinliyini göstərir ki, biz buna ancaq sevinməliyik. Axı, Cavidi
Cavid edən, onu böyük sənətkarlar sırasına çıxaran da “Şeyx
Sənan”, “Səyavuş”, “Xəyyam” kimi sənət inciləridir. Ədəbiyya-
tımızın qızıl fonduna möhkəm daxil olmuş bu əsərlərlə biz haqlı
olaraq fəxr edirik.
Cavidin bəzi tədqiqatçıları çox vaxt unudurdular ki, Cavid
tarixə müraciət edərkən hadisələrə bu günün gözü ilə baxmış,
onları müasirlik baxımından mənalandırmışdır. Kim deyə bilər ki,
“Knyaz”, “Səyavuş”, “Xəyyam” pyeslərində tarixiliklə müasirlik
üzvi surətdə bağlanılmamışdır? Bunların heç birində tarix kor-
koranə idealizə edilməmişdir. Əksinə, köhnə dünyanın çürümüş
əxlaq normaları bu günün dünyagörüşü tələbləri cəbhəsindən
işıqlandırılıb tənqidə tutulmuşdur.
Bu prinsipi müəyyən dərəcədə “Topal Teymiu”a da aid etmək
olar. Bu pyesində də müəllif köhnəliyin qarşısında kor-koranə
boyun əyməmişdir.
Hüseyn Cavidin yaradıcılıq taleyi elə gətirmişdir ki, o, uzun
müddət ədalətsiz tənqidlərə məruz qalmışdır. Azapçılıq, vulqar
sosiologiya və şəxsiyyətə pərəstişin hökm sürdüyü illərdə Cavid
ancaq tənqid hədəfi olmuşdur. Özü də elə tənqid ki, onu ortalığa
çıxarmağa indi adamın üzü gəlmir. Odur ki, bu kitaba əsasən
ədalətli tənqidi məqalələr və obyektiv elmi tədqiqat əsərləri
salınmışdır. Heç şübhəsiz ki, bu kitabda toplanılan əsərlər Hüseyn
Cavid yaradıcılığının geniş oxucu kütlələri tərəfindən öyrənil-
məsinə yaxından kömək edəcəkdir.
XX əsrin ilk illərindən başlayaraq, 1930-cu illərin birinci
yarısınadək davam edən dövrdə Azərbaycan ədəbiyyatını, xüsu-
sən Azərbaycan teatrını Cavidsiz təsəvvür etmək mümkün
deyildir.
Cavidin Azərbaycan ədəbiyyatı tarixində tutduğu mövqeyi
qiymətləndirərkən, nəzərə almaq lazımdır ki, müəyyən ictimai,
mədəni inkişaf yolu keçən hər hansı bir xalqın ədəbiyyat tarixində
Sabirlərlə yanaşı Hadilər də olmuşdur, Cabbarlılarla yanaşı,
Cavidlər də olmuşdur. Nəzərə almaq lazımdır ki, bədii yaradıcılıq
Dostları ilə paylaş: |