V fəsil. Əmlak kirayəsi müqaviləsi
-
kirayəçi kirayə müddəti ərzində aşkar etdiyi müqaviləyə hər
hansı uyğunsuzluqlar barəsində və ya əşyanı və ya onun
istifadəçilərini gözlənilməz təhlükədən qorumaq üçün tədbirlər
görülməsi zərurəti barəsində kirayəyə verənə dərhal bildiriş
verməlidir. Əgər kirayəçi bildiriş vermirsə, bunun nəticəsində əmələ
gələn zərərin əvəzini ödəməyə borcludur (bax. AR MM, mad.677.3);
-
kirayəçi
kirayəyə
götürdüyü
əşyanı
kirayə
hüquq
münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur (AR
MM, mad.697.1).
-
torpaq sahəsinin kirayəçisi kirayəyə götürdüyü torpaq sahəsini
kirayəyə verənə qarşı pretenziyaları əsasında saxlamaq hüququna
malik deyildir.
5.4.
Kirayə müqaviləsinin xitamı və davam etdirilməsi
Kirayə müqaviləsinin xitamının başlıca əsası müddətin
bitməsidir'. Əgər kirayə müddəti bitdikdən sonra kirayəçi otaqdan
istifadəni davam etdirirsə və iki həftə ərzində kirayəyə verən və ya
kirayəçi əks niyyətdə olduğu barədə müvafiq olaraq digər tərəfə
bildiriş vermirsə, o zaman müqavilə qeyri-müəyyən müddətə uzadılır
(bax. AR MM, mad.693.2.1).
Yaşayış otaqlarının kirayəsi müqaviləsinin xüsusiyyətlərini
nəzərə alaraq qanunverici müddət bitdikdə müqavilənin davam
etdirilməsi imkanları ilə əlaqədar xüsusi qaydalar müəyyən etmişdir.
Belə ki, əgər müqavilənin ləğv olunduğu halda münasibətlərin davam
etdirilməsini AR MM-ə əsasən tələb etmək mümkündürsə, o zaman
kirayəçi bu münasibətlərin davam etdirilməsini tələb edə bilər (bax.
AR MM, mad.693.1.1). Kirayəçi tərəfin-
' Гражданское право. Том II. Полутом 1: Учебник / Отв.ред.проф.
Е.А.Суханов - М.: Волтере Клувер, 2004, стр.374.
129
Rüfət Göyüşov
dən müqavilənin davam etdirilməsinin tələb edilə bilməsi şərtləri AR
MM-in 696-cı maddəsində göstərilmişdir. Həmin normaya əsasən,
əgər yaşayış otağının kirayəsi haqqında müqaviləyə uyğun olaraq
hüquq münasibətlərinə xitam verilməsi kirayəçi və onun ailəsi üçün
ağır nəticələrə gətirib çıxara bilərsə və buna hətta kirayəyə verənin
əsaslı mənafelərini nəzərə almaqla haqq qazandırmaq mümkün
olmazsa, kirayəçi müqavilənin ləğv edilməsi barədə şikayət verə bilər
və kirayəyə verəndən həmin müqavilə üzrə hüquq münasibətlərini
davam etdirməyi tələb edə bilər.
Ağır nəticələr əvvəlki otağın əvəzinə münasib yaşayış otağının
məqbul şərtlərlə verilməsinin mümkün olmadığı halda da baş verir.
Razılıq əldə edilmirsə, kirayə hüquq münasibətlərinin davam
etdirilməsi və kirayə müddəti haqqında, habelə kirayənin davam
etdirilməsi şərtləri haqqında qərar məhkəmə qaydasında qəbul edilir.
Əgər kirayə hüquq münasibətlərinə xitam verilməsinin kirayəçi və ya
onun ailəsi üçün ağır nəticələrə gətirib çıxarmasına əsas verən
şərtlərin nə vaxt aradan qalxacağını ehtimal etmək mümkün
deyildirsə, kirayə hüquq münasibətlərinin qeyri-müəyyən müddətə
davam etdiriləcəyi müəyyənləşdirilə bilər (bax. AR MM, mad.696.3).
Razılığa və ya məhkəmə qərarına əsasən kirayə hüquq
münasibətlərinin
müəyyən
müddətə
davam
etdiriləcəyi
müəyyənləşdirilmişsə, həmin müddət bitdikdən sonra müqaviləyə
xitam verilməlidir. Bu halda kirayəçi münasibətlərin həmin
müddətdən əlavə davam etdirilməsini yalnız o halda tələb edə bilər
ki, buna şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi əsas versin.
Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu
dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni
əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə,
bağlamazdılar (bax. AR MM, mad.422.1).
Qeyri-müəyyən müddətə bağlanmış kirayə müqaviləsinin davam
etdirilməsindən həm kirayəyə verənin, həm də kirayəçinin
130
V fəsil. Əmlak kirayəsi müqaviləsi
istəyilə AR MM-in 691-ci maddəsində müəyyən olunan xəbərdarlıq
müddətini gözləməklə istənilən vaxt imtina etmək olar.
Kirayəyə verilən əmlakın mülkiyyətçisinin dəyişməsi kirayə
müqaviləsinin xitamına səbəb olmur. Bu zaman kirayəyə verənin
hüquq və vəzifələri kirayə predmetini əldə edənə keçir. Əldə edən öz
öhdəliklərini yerinə yetirmədikdə, kirayəyə verən əldə edən
tərəfindən əvəzi ödənilməli zərər üçün zamin kimi məsuliyyət daşıyır.
Bu cür məsuliyyət mülkiyyət hüququnun keçməsinin kirayəyə verənə
məlum olmasından altı ay keçənədək mövcud olur.
Kirayəçinin öldüyü halda isə, kirayə müqaviləsi üzrə hüquq
münasibətləri, əgər başqa kirayəçilər varsa, onlarla davam etdirilir.
Başqa kirayəçilər olmadıqda kirayə müqaviləsi üzrə hüquq
münasibətləri vərəsələrlə davam etdirilir (bax. AR MM, mad.695.1).
Kirayə müqaviləsinə xitam verilməsinin nəticələri. Kirayəyə
verilmiş əşya kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra
kirayəyə verənə qaytarılmalıdır. Kirayəyə verən isə, öz növbəsində,
kirayə müqaviləsi bağlanarkən kirayəçinin müqavilə öhdəliklərini
icra etməsi üçün təminat kimi verdiyi və öhdəliklərə görə tutmaya
yönəldilməmiş əşyalarını (və ya əmlak hüquqlarını) geri
qaytarmalıdır. Bundan əlavə, AR MM-in 697.3-cü maddəsinin
müəyyən etdiyi tələblərə əsasən, kirayə hüquq münasibətlərinə xitam
verildikdən sonra kirayəyə verən hər hansı müddət üçün qabaqcadan
verilmiş kirayə haqqını qaytarmalıdır.
Mülki qanunvericiliyin ümumi qaydalarına əsasən, borcluya
məxsus əşya qanuni və ya müqavilə əsasında kreditorda olduqda, o,
(kreditor) borcluya yönəlik tələblərinin icrasının təmini məqsədilə
həmin əşyaya saxlaya və ya üzərində girov hüququnu müəyyən edə
bilər. Torpaq kirayəsinə münasibətdə bu qaydadan istisnalar vardır.
Belə ki, AR MM-in 697.1-ci maddəsində göstərilir ki, torpaq
sahəsinin kirayəçisi kirayəyə götürdüyü torpaq sahəsini kirayəyə
verənə qarşı pretenziyaları əsasında saxla
131
Dostları ilə paylaş: |