Yol Gedirik indd



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə53/154
tarix08.09.2018
ölçüsü1,89 Mb.
#67594
növüYazi
1   ...   49   50   51   52   53   54   55   56   ...   154

205

    Y

ol gedirik

Pul basıb cibimizə, baş vururuq gülzarlara,



Kütlənin çox hissəsi ölüb düşsə məzarlara,

Tək sağ olsun canımız, külfətimiz, müstəqilik.

Artır hey dollar ilə ülfətimiz, müstəqilik.

Torpaq kasıba gərək, bizlərə pul-para yetər,

Millət ağzını aça, yaxarıq çox qara yetər,

Böyüyər uşağımız, hər əli min vara yetər,

Çəkərik danışanın dilini lap dara yetər,

Eyləsin kasıblığın ellərimiz, müstəqilik,

Necə şad xürrəm olub illərimiz, müstəqilik.

Beynəlxalq kürsülərdə bülbültək cəh-cəh vururuq,

Qudurdub var da bizi özümüzə qəh-qəh vururuq,

Əyləşib meyxanada canlara pəh-pəh vururuq,

Doldurub qədəhləri bu günə bəh-bəh vururuq,

Arzumuz çiçək açır, kamı bilir, müstəqilik,

Düşmüşük cəh-cəlala hamı bilir müstəqilik. 

Bakıda, xaricidə bir neçə adda evimiz,

Bağı bir yana hələ, gör neçə qatdda evimiz,

Göygöldə, Şüvəlanda, lap Batabatda evimiz,

Bizə şöhrət gətirir pullu həyatda evimiz,

Hələ Ulduzları da fəth edirik, müstəqilik,

Ayı Günəş eləyib mədh edirik, müstəqilik.

Xarici maşınlarla hey keçirik bir-birini,

Gözümüz qızır hələ çaş seçirik bir-birini,

Ali məclislərə də baş seçirik bir-birini,

Hərdən paxıllıq edib lap biçirik bir-birini,

İndi zirvəni dəlir dirbaşımız, müstəqilik,

İşləyir cibimizə pak başımız, müstəqilik.

Candan artıq sevirik biz Azərbaycanımızı,

O bizim pullu edib gör necə də anımızı,

Artırır sərvətiylə zirvələrə şanımızı,

Qurbandı min Qarabağ, tək qoruyaq canımızı,

Millətin səbri böyük, dözür hələ, müstəqilik,

Düşməz ki, bir belə fürsət də ələ, müstəqilik.

Şadiman hər nə qədər cəhd eləsə yazmamağa,

Təb ilə dilbir olub, əhd eləsə yazmamağa,

Ağlını qəlbinə sərhəd eləsə yazmamağa,

Od tutan şe’rinə bir həd eləsə yazmamağa.

Girir şeytan ürəyə deyir, bala, müstəqilik…

Cala beyti-beyitə, eylə qala, müstəqilik.

 

20. 07. 2003 



206

Şirin x

anım Kərimbə

yli Şadiman



 



 

ƏCƏB YAX ŞI MƏ KAN DI 

Ba kı nın ti ni, yo lu,

Şad lıq eviy lə do lu.

Ba zar dı sa ğı, so lu,

Ne cə gö zəl im kan dı?

Əcəb yax şı mə kan dı.

Fab rik, za vo du ha nı?

Fəh lə olaq biz ya nı?

Neftdir bə dən də ca nı,

Ad dı mı mız dü kan dı,

Əcəb yax şı mə kan dı.

Be kar ol maq sə adət,

İşi ney nir bu mil lət?

İş lə mək özü zil lət,

İş siz lik də sü kan dı,

Əcəb yax şı mə kan dı.

Ha mı nə isə sa tır,

Özü nü oda atır,

Bir ço xu ev də ya tır,

De yir lər mil lət ba tır,

Əsas ədəb, ər kan dı,

Əcəb yax şı mə kan dı.

Yol lar da qız, gə lin lər,

Po lis önün də in lər,

İs ti-so yuq lu gün lər,

Ürə yin də dü yün lər,

Di lin də çö rək an dı,

Əcəb yax şı mə kan dı.

Ki şi də ol sun ürək,

Fəh lə ol maq çın zi rək,

Evi ni sat sın gə rək.

Bu da za man dı, an dı,

Əcəb yax şı mə kan dı.

İş ye ri ta pa bil sə,

Ta le üzü nə gül sə,

Bəx ti qa ra de yil sə,

Rüş vət alan nə can dı?

Əcəb yax şı mə kan dı.




207

    Y

ol gedirik

Ha mı Ba kı ya qa çır,



Res to ran, dü kan açır,

Çay xa na lar gül açır...

Dil də Qa ra bağ an dı,

Əcəb yax şı mə kan dı.

Pul lu lar giz lə nir lər,

Elə əziz lə nir lər,

Pul suz lar diz lə nir lər,

Hər yer də biz lə nir lər,

Ka sıb san, atan yan dı,

Əcəb yax şı mə kan dı.

Qur ban olaq dol la ra,

Qər bə ge dən yol la ra,

Qüv vət gəl sin qol la ra,

Hər kəs evin ti kən di,

Əcəb yax şı mə kan dı.

Sal ma rıq ca nı va ya,

Sə pil mi şik dün ya ya,

Gəl mə rik, və tən, ha ya,

Bu da bir ad dı, san dı,

Əcəb yax şı mə kan dı.

Min bir sek tə do lul lar,

Lap xaç pə rəst olul lar,

Boy na xaç da sa lıl lar,

Pul-pa ra da alıl lar,

Dün ya da şi rin can dı,

Əcəb yax şı mə kan dı.

Din də bab lıq edil lər,

Tül lab lıq edil lər,

Lap ya bı lıq edil lər,

Pis yo la da ge dil lər,

Bəd nə zə rə ti kan dı,

Əcəb yax şı mə kan dı.

Qo ru yaq ca nı mı zı,

Da mar da qa nı mı zı,

Ucal daq sa nı mı zı,

Azər bay ca nı mı zı,

Bu mil lə tə tə kan dı,

Əcəb yax şı mə kan dı.



 01.11.2001


208

Şirin x

anım Kərimbə

yli Şadiman



RÜŞVƏTƏ PƏRƏSTİŞ 

Hər xalq bu dünyada adın daşıyır,

Öz keyfiyyətinin dadın yaşayır.

Bizim xalqın da öz cəhətləri var,

Ağlında min cürə qəhətləri var.

Azalıb mənəvi dünyaya eşqi,

Kasıblardan qopan min vaya eşqi.

İndi bu millətin bədəndə canı,

Oxşayır rüşvətlə kürsü tutanı.

Onun arvadına pərəstiş edir,

Vəzifə adına pərəstiş edir,

Altında maşina pərəstiş edir,

Mənasız yaşına pərəstiş edir.

Toyda, yasda, vayda öyülür adı,

Fəxirlə anılır özü, övladı.

Bütün məclislərdə çəkilir başa,

Gəlir ağızlarda, dillərdə cuşa.

Elə ki, yıxıldı kürsüdən yerə,

Zirvəni qurd təki ovladı dərə,

Baxışlar dikilir təzə məmura,

Əllər çəpik çalır, ağızlar ura!

Təzə rüşvətxorun atı işləyir,

Haram tikələri elə dişləyir.

Az zaman içində ev, maşın alır,

Millətin qəlbinə təzə iz salır.

Yenidən təriflər köklənir, qalxır,

Gözlər gəlişinə həsədlə baxır…

Öyülür maşını, evi bağçası,

Dolur rüşvət ilə dolur boğçası.

Rüşvətə pərəstiş bu xalqın canı,

Aləmə tanıdır Azərbaycanı.

Hər xalq bu dünyada adın daşıyır,

Öz keyfiyyətinin dadın yaşıyır…



 

16. 11. 2004


Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə