Yol Gedirik indd



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə61/154
tarix08.09.2018
ölçüsü1,89 Mb.
#67594
növüYazi
1   ...   57   58   59   60   61   62   63   64   ...   154

237

    Y

ol gedirik

Ahım dan alı şıb ya nar mə lək lər,



Mə ni ovun du ra bil məz fə lək lər.

Mə ni ovun du ra bil məz fə lək lər. 

 

 

17.08.2001

 

 



DİLƏ GƏLDİ ÜRƏYİMDƏ DUYĞULAR 

Dilə gəldi ürəyimdə duyğular,

Oxu könlüm, oxu səsin çağlasın.

Məhəbbətdən sehirləşir uyğular,

Oxu könlüm, qaranlıqlar ağlasın,

Oxu könlüm, oxu səsin çağlasın.

Bir tənimdi, bir ruhumdu, bir də sən,

Söylə mənə ya göydə, ya yerdəsən?

Öt bülbültək, əyilmə heç dərdə sən,

Oxu könlüm, nəş’ə qəmi dağlasın. 

Oxu könlüm, oxu səsin çağlasın.

Səndən əziz, səndən pünhan kimim var?

Təbim adlı dəryalarda gəmim var,

Ürək telin əsdirən bir dəmim var,

Oxu könlüm, haqq şər yolun bağlasın, 

Oxu könlüm, oxu səsin çağlasın.

Mən səninlə ilhamıma yetmişəm,

Dərin-dərin fəzalarda ötmüşəm,

Ulduzların arasında itmişəm,

Oxu könlüm, vaxt sənə əhd bağlasın, 

Oxu könlüm, oxu səsin çağlasın.

Əzəl gündən candı möhnət yuvası,

Ona məlhəm İlahinin duvası,

Getməz başdan eşq, məhəbbət havası,

Oxu könlüm, xeyir şəri dağlasın,

Oxu könlüm, oxu səsin çağlasın.

Şadimanı məmnun etdi diləyin,

İlham adlı o şahanə mələyin,

Sevdasından doğulmusan fələyin,

Oxu könlüm, təb misranı bağlasın,

Oxu könlüm, oxu səsin çağlasın.

 

13. 09. 2003



238

Şirin x

anım Kərimbə

yli Şadiman



AĞLADIR KÖNLÜMÜ SULTAN TƏBİM 

Bağrımı odlara atan təbim,

Ağladır könlümü sultan təbim.

Dözürəm hələ də min cövrünə,

Gör necə mən yanıram qövrünə,

Düşmüşəm bu alışan dövrünə,

Bağrımı odlara atan təbim,

Ağladır könlümü sultan təbim.

Hələ mənimlə davadı işi,

Nəş’əmi ələmlə doğrar dişi,

Sitəmdi bağrıma bu gərdişi,

Yorulub sinəmdə yatan təbim,

Ağladır könlümü sultan təbim.

Hər gecə ürəyimi qoparır,

Bilmirəm hansı səmtə aparır?

İtirir, sonra da göyü arır,

Gah çıxıb, gah da ki, batan təbim,

Ağladır könlümü sultan təbim.

Yalvarıb əl açıram Allaha,

Bir məni sağ çıxara sabaha,

Dözmürəm eylədiyi bu aha,

Aləmi hər cürə qatan təbim,

Ağladır könlümü sultan təbim.

Gah üzür dəryada balıq kimi,

Gah ötür hökümlə xalıq kimi,

Gah düşür cəbrinə qalıq kimi,

Hesabın kəsirlə tutan təbim,

Ağladır könlümü sultan təbim.

Elə ki, günəşə, aya dönür,

Daşdırır çeşməni, çaya dönür,

Ürəyimlə aha, vaya dönür,

Ömrümə dərd yükü çatan təbim,

Ağladır könlümü sultan təbim.

Yetməyir Şadimanın dadına,

Yanıram atəş ilə oduna,

Düşməyir əhdi-ilqar yadına,

Məni ilhamına satan təbim,

Ağladır könlümü sultan təbim.

 

03.03.2003



239

    Y

ol gedirik



SİNƏ DOLU, GÖZÜ AĞLAR ŞAİRƏM 

Sinə dolu, gözü ağlar şairəm,

Sabah üçün pak işinə, qurbanam.

Bulaq təki qaynar, çağlar şairəm,

Təbim, qəfil gəlişinə, qurbanam.

Bir səyyadam, səhraların qonağı,

Yazılmayıb qəlbin min bir varağı,

Sabahımın xoş məramı, çırağı,

Təbim, qəfil gəlişinə, qurbanam.

Zaman deyir, onsuz gec-tez sözünü,

Çoxlarının şöhrət örtüb gözünü,

Bir danışdır ürəyimin özünü,

Təbim, qəfil gəlişinə, qurbanam.

İçimdəki məramlarım cilalı,

Atdım daha qəm-qüssəni, məlalı,

Taleyimin sabahının calalı,

Təbim, qəfil gəlişinə, qurbanam.

Çox quruyub gözlərimdə qəm yaşım,

Dərdi-sərlə keçdi cavan, mərd yaşım,

Qurtarmazdır, cəfalardan heç başım,

Təbim, qəfil gəlişinə, qurbanam.

Hər ömürə canlı bir gün yazılar,

Rəngarəgdir talelərdə yazılar,

Şər əliylə mərdə quyu qazılar,

Təbim, qəfil gəlişinə, qurbanam.

Şadimana namərd dağlar çəkibdi,

Sıx ormanam, başıma çən çökübdü,

Haqq yolunda gözüm çox yaş tökübdü,

Təbim, qəfil gəlişinə, qurbanam.



 

25.10.1987

 *** 

Ürəyimdə yatıb qalmış, 

Məni təlatümə salmış,

Ümidlərimin açarı…

Fırtınalı, qasırğalı,

Başı min bir qovğalı,

Günlərimin qaçarı.

Səni axtardığım gündən,

Qurtula bilmirəm bu düyündən… 

 

22.11.1998



240

Şirin x

anım Kərimbə

yli Şadiman



 



XƏYALIM 

Eldən qüvvət alıb uçan xəyalım, 

Yamyaşıl düzlərdən keçdin-keçmədin?

Mənim ilham adlı gözəl vüsalım,

Qaynar bulaqlardan içdin-içmədin?

O bəyaz çöllərdə qonaq olanda,

Lalələr, nərgizlər dərdin-dərmədin?

Yurduma baharın ətri dolanda,

Şadlıq süfrəsini sərdin-sərmədin?

Eşqin həvəs ilə, vəchlə coşanda,

İlhamın qaynayıb daşdı-daşmadı? 

Təbin tərəvətlə nəğmə qoşanda,

Keçilməz dağlardan aşdı-aşmadı?

Kəkliklər, turaclar koldan səkəndə,

Şiş qayalıqlara qondu-qonmadı?

Günəşli günlərdə yağış tökəndə,

Heyrətdən bir anlıq dondun-donmadın?

Səma buludları çox çaxnaşanda,

Xəyalım, tutuldun, tutulmadınmı?

Ürəyə qüssələr, qəm axnaşanda,

Bəladan qurtuldun, qurtulmadınmı?

Saf çöllərdən qazlar, qular köçəndə,

Baharın səfasın duydun-duymadın?

Köçkün qaranquşlar yurda uçanda,

Sən təbiiliyə uydun-uymadın?

Xəzər İtil ilə qoşa coşanda,

Dünyalara səda düşdü-düşmədi?

Ürəklər istəklə qoşalaşanda,

Qəmlərin bağırı bişdi-bişmədi?

Gənclik sabahlara səslər elləri,

Bu qüdrətdən de pay aldın-almadın?

Əllər coşduranda geniş çölləri, 

Sən də öz nəğməni çaldın-çalmadın?

Çöllü-biyabana həyat gələndə,

Heyrətindən nağıl oldu-olmadı?

Ellər şadlığından deyib-güləndə,

Könlə həyat eşqi doldu-dolmadı?



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə