Yol Gedirik indd



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə69/154
tarix08.09.2018
ölçüsü1,89 Mb.
#67594
növüYazi
1   ...   65   66   67   68   69   70   71   72   ...   154

268

Şirin x

anım Kərimbə

yli Şadiman



DEDİM AYRILAQ 

Könlümdə ilahi məhəbbətini,

Qoruya-qoruya, dedim ayrılaq.

Fələkdən bəxtimin səadətini,

Soruya-soruya, dedim ayrılaq.

Əlinin istisi qaldı əlimdə,

Bəlalı sevgimin adı dilimdə,

Uzaqdan, yaxından səni dilim də,

Araya-araya, dedim, ayrılaq.

Səni qoruyarkən yad alqışlardan,

Min bir tənələrdən, sərt qarğışlardan,

Könlümə muniskən, pak baxışlardan

Yarıya-yarıya, dedim ayrılaq.

Könlümün könlümə sayğılarını,

Bəlalı eşqimin duyğularını,

Tənha gecələrin uyğularını,

Yoruya-yoruya, dedim ayrılaq.

Addımlar sevgimiz bəxt küçəsiylə,

Bizi qovuşduran ümid səsiylə,

Könlüm həsrətinin işgəncəsiylə

Qarıya-qarıya, dedim ayrılaq.

Ürəyim həzin ney, yaralı tütək,

Şirin Xanım sızlar sənsiz tənha, tək,

Eşqini könlümə ipəkqurdutək,

Sarıya-sarıya, dedim, ayrılaq. 



 

30.11.1989

 

MƏNƏ ELƏ GƏLİR Kİ… 

Mənə elə gəlir ki

Sənindir bu ürək, can.

Mənə elə gəlir ki,

Məni sən yaratmısan.

Mənə elə gəlir ki,

Bu müqəddəs torpağı,

Hər gülşəni, hər dağı,

Adicə bir yarpağı

Mənə sən yaratmısan!



269

    Y

ol gedirik

Mənə elə gəlir ki,



Qərinəni, zamanı,

Bu yağışı, dumanı,

Ürəyimdə gümanı

Mənə sən yaratmısan!

Mənə elə gəlir ki,

Göydə uçan quşları,

Sirr yuvası daşları,

Gözlərimdə yaşları,

Mənə sən yaratmısan!

Mənə elə gəlir ki,

Coşub-daşan çağlayan,

Gah gülən, gah ağlayan,

Məni sənə bağlayan,

Eşqi sən yaratmısan!



 

02.11.1978

 

SƏN MƏNİ HƏR YERDƏ 

 ARAYACAQSAN…

Surətim gözündə güzgü olacaq,

Eşqimlə telini darayacaqsan,

Özündən xəbərsiz gözün dolacaq,

Sən məni hər yerdə arayacaqsan!

Düşmən kəsiləcək sənə ürəyin,

Xatirəm olacaq könül dirəyin,

Didərgin düşəcək eşqin, diləyin,

Mənim xatirəmlə yarıyacaqsan!

Gözündən, könlündən düşəcək həyat,

Yalnız mən olacam bağrına səyyad,

Xəyalım köksündə quracaq busat,

Bu sirri hamıdan qoruyacaqsan!

Mənli günlərini yığıb sinənə,

Dolub boşalsa da qəlb dönə-dönə,

Bu çətin olsa da, əzizim, sənə,

Mənim həsrətimlə qarıyacaqsan! 

 

24.06.1986



270

Şirin x

anım Kərimbə

yli Şadiman



SƏNİ İSTƏYİR ÜRƏK 

Yoxdur gecə-gündüzüm,

Qəmə salıbdır fələk.

Qalmayıb səbri-dözüm,

Səni istəyir ürək!

Könlümü ovutmağa,

Dərdimi sovutmağa,

Qəmimi dağıtmağa,

Səni istəyir ürək!

Pərdə-pərdə gəlir qəm,

Sənsiz heçdir bu aləm,

Ərşə qalxıbdı naləm,

Səni istəyir ürək!

Açılmayır sabahım,

Tutacaq səni ahım,

Budurmu ki, günahım

Səni istəyir ürək?!

Başıma dərd açma gəl,

Qürbətlərə uçma gəl,

Qismətindən qaçma gəl,

Səni istəyir ürək!

Şirin Xanım çəkir dad,

Yetmirmi sənə fəryad?

Könlümə eylə imdad,

Səni istəyir ürək!



 

19.10.1989 


271

    Y

ol gedirik



BU HƏYATIM AĞLAR BİR NEY…

Bu həyatım ağlar bir ney,

Bəmdə, zildə ötər, sənsiz.

Hər sözümdən yağar giley,

Xoş günlərim bitər, sənsiz.

Diri ikən dünyam gordu,

Alışıbdı sinəm qordu,

Ürək səni məndən sordu,

Özüm ondan betər, sənsiz!

Necə dözüm bu gedişə?

Ömrüm ilə bəd gərdişə,

Gedər əldən sevinc, nəşə,

Səadətim itər, sənsiz.

Həsrət məni yaraladı,

Taleyimi qaraladı,

Ağ bəxtimi qaraladı,

Yolumda çən bitər, sənsiz.

Hicran qəmə muştuluqçu,

Şadimanın nədir suçu?

Dalınca bu ürək uçub

Yoxdu xəbər-ətər, sənsiz.



 

27.11.1990 

EY MƏNİM TALEYİMİN SABAHI 

Ey mənim taleyimin sabahı,

Ömrümün, günümün pənahı,

Həsrəti könlümün günahı –

Harada qaldın?

Bəlkə kiminsə qəlbində yurd saldın,

Gəl, gəlişinlə yanıqlı könlümə bir içim su ol,

Nə məndən inci, nə də asi ol.

Bilmirəm hara aparır məni bu yol…

Fəqət hirsinlə, hikkənlə,

Həyat oynu oynama mənlə.

Gah şirin, gah acı sözlərinlə,

Bir cüt ala gözlərinlə –

Mənimki ol!

Mənimki ol!

 

22.07.1990



272

Şirin x

anım Kərimbə

yli Şadiman



BƏYAZ GECƏLƏR 

Könlüm tənhalıqdan göz yaşı tökür,

Bağrımın ormanına sis, duman çökür.

İçimdə vüsalın acı gileyi,

Dodaqlarıma qonub şeh təki həsrətin meyi.

Ömrüm də zaman kimi incələr,

Bu bəyaz gecələr…

Başımda sevdanın möhnəti,

Kəsib qarşımı qəfləti.

Həsrət bir kabus kimi,

Eşqin başıma sərkimi?

Amansız vərdişlərdə,

Qan ağladan gərdişlərdə.

İçimə sarılır bilməcələr,

Bu bəyaz gecələr.

Qürurum sevgidən yuxarı,

İrizini itirmiş çayın axarı.

Könlüm həsrətdən naxış-naxış,

Gözlərimdən süzülür gurşad yağış.

Kəsib qapımı necələr…?

Bu bəyaz gecələr.

Sevda dənizlərində boğulur diləklər,

Qan ağlayır bir-birindən ayrı ürəklər.

Halımızdan pərişan fələklər,

Sinəmizin duyğuların hicran yelləri ələklər,

Həsrət də vüsalın işgəncəsindən dincələr,

Bu bəyaz gecələr.

Üşüyər içimdə bir acı sevda,

Bütün varlığı ilə bədbəxt eşqimizə fəda.

Şadimanın könlü şəhidi-şüəda!

Şərəfinə ağ kağızı bəzər incilər…

Bu bəyaz gecələr…

Bu bəyaz gecələr… 



 

16.12.1994


Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə