Yusif Aslanov



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə121/129
tarix05.10.2017
ölçüsü2,89 Kb.
#3329
1   ...   117   118   119   120   121   122   123   124   ...   129

Ədəbi axtarışlar və tədris 
 
 
365 
 
ALİMİN SÖZÜ – MƏNTİQİN GÜCÜ 
 
Şagirdinəm mən hər zaman diləyirəm
O şən dodaqlarından bir təbəssüm öyrənəm. 
 
 
 
 
 
 
H.Cavid 
 
Ə.Xəlilovun elmi-ədəbi və pedaqoji fəaliyyəti çoxcəhətli, 
çoxt
ərəfli və  zəngindir. 1964-cü ildə  “Azərbaycan gəncləri” 
q
əzetində dərc olunan İlyas Əfəndiyevin “Dağlar arxasında üç dost” 
romanı  haqqında  məqaləsi ilə  ədəbiyyatımıza  gələn  Ə.Xəlilov 40 
ild
ən çox davam edən bir müddət  ərzində  ədəbi tənqid və 
ədəbiyyatşünaslığımızın metodoloji problemləri, milli ədəbi irsin 
ayrı-ayrı  dövrləri,  ədəbi  şəxsiyyətlərimizin  ayrı-ayrı  həyat və 
f
əaliyyəti,  ədəbi  əlaqələr, müasir ədəbi-tarixi proses və  sair 
m
əsələlərlə  bağlı  sistemli  tədqiqat  işləri ilə  məşğul  olmuş  və  bu 
əsərləri ilə filologiya elmimizi daha da zınginləşdirmişdir. 
Müxt
əlif illərdə  nəşr  olunan  “Yesenin  və  Azərbaycan”, 
“Aleksandr Blok”, “
Ədəbi üfüqlər”, “Poeziya, həyat, mənəviyyat”, 
“Gün
əşi  içirik,  günəşlənirik”, “Məmməd  Araz  dühası”,  “Əliağa 
Kürçaylı”, “Olimpə gedən yolda” kitablarında analitik təhlillə nəzəri 
t
əfəkkürün vəhdəti, ədəbi məsələlərə müasir elmi baxış, bədii faktı 
elmi    texnologiyaların  süzgəcindən keçirmək  bacarığı  daha  çox 
diqq
əti cəlb edir. Eyni zamanda bu əsərlərdə klassik ədəbi-mədəni 
irsin bir çox probleml
əri, müasir ədəbiyyatın inkişaf istiqamətləri, ən 
yeni 
ədəbiyyatın  ədəbi  ənənələrlə  əlaqəsi kimi fundamental 
ədəbiyyatşünaslıq problemləri hərtərəfli öyrənilir. İstər Yesenindən, 
ist
ər Blokdan, istərsə  də  Əliağa  Kürçaylıdan,  M.Arazdan, 
Z.Yaqubdan yazsın, fərqi yoxdur, bütün hallarda Ə.Xəlilov obyektiv-
tarixi mövqed
ən  çıxış  edir,  ümumi  sözçülükdən  qaçır,  daha  çox 
n
əzəri təhlilə, müasir filologiya elminin meyarlarına söykənir, bədii 
materialdakı məzmunun, ideyanın oxucuya daha tez çatmasına nail 
olyr. 


Yusif Aslanov 
 
 
366 
Milli 
ədəbiyyat tarixçiliyimizin inkişafında da Ə.Xəlilovun 
xidm
ətləri böyükdür. Alimin “XX əsr rus ədəbiyyatı  tarixi”,  “Rus 
sovet 
ədəbiyyatı  tarixi”  kitabları  uzun  müddətdən bəridir ki, 
Az
ərbaycan-rus  ədəbi  əlaqələri ilə  məşğul  olan  alimlərimiz, xarici 
ədəbiyyatı  öyrənən tələbələrimiz üçün qiymətli dərslik, elmi-ədəbi 
m
ənbədir. Bu əsərlərdə  rus  ədəbiyyatının  ayrı-ayrı  ədəbi-tarixi 
m
ərhələləri müasir ədəbiyaytşünaslıq  elminin  nailiyyətləri 
baxımından  təsnif olunur, oxucuda rus ədəbiyyatının  dünya 
ədəbiyyatına verdiyi töhfələr haqqında təsəvvür yaradılır. 
Ə.Xəlilovun tədqqiat predmeti bədii ədəbiyyatla məhdud-
laşmır.  Tənqid və  ədəbiyaytşünaslığımızın  fundamental,  ədəbi-tən-
qidi irsimizin müxt
əlif nümayəndələrinin  ədəbi  konsepsiyaları  və 
mübariz
ələri də  alimin həmişə  diqqət mərkəzində  olmuş,  bu 
m
əsələlərlə  bağlı  ayrıca  tədqiqat  işləri  aparmış,  sanballı  məqalələr 
yazmışdır. 1968-ci ildə namizədlik dissertasiyası kimi müdafiə etdiyi 
“C
əfər  Cabbarlının  ədəbi-tənqidi  görüşləri”  əsərində  müəllif təkcə 
dramaturqun t
ənqidi irsini üzə çıxarmaq və onu qiymətləndirməklə 
kifay
ətənməmiş,  bu  kontekstdə  20-30-cu illərdəki tənqid və 
ədəbiyyatşünaslığımızın  metodoloji  axtarışları,  siyasi-ideoloji 
mövqeyi  haqqında  da  aydın  təsəvvür  oyatmışdır.  İndiyə  qədər 
ədəbiyyatşünas alimin ədəbiyyat elmimizin müxtəlif problemləri ilə 
bağlı 200-dən artıq məqaləsi dərc olunmuşdur. 
Müasir 
ədəbiyyatın  ədəbi-tarixi mənzərəsi,  yaradıcılıq 
axtarışları da Ə.Xəlilovun elmi-ədəbi fəaliyyətinin maraq dairəsidir. 
Bu  mövzuda  yazdığı  məqalələrində  də  o, həmişə  əsas diqqəti 
ədəbiyyatın  aparıcı  mövqe  və  mövzularına,  poeziya  və  nəsrimizin 
inkişaf tendensiyasına yönəldir, klassik ədəbi ənənələrlə müasir ədəbi 
mövqe v
ə baxışlar arasında əlaqələr axtarır, yeni yaranan ədəbiyyatın 
estetik mövqeyini d
ə  müəyyənləşdirir.  Bu da diqqətəlayiqdir ki, 
Ə.Xəlilov müasir ədəbiyyatdan yazanda da həmişə  diqqətlə  seçim 
apa
rır,  yaradıcılığı  ilə  ədəbiyyatımıza  təzə  nəfəs, orijinal dəsti-xətt 
g
ətirən  şairlərə  müraciət  edir.  Ə.Kürçaylı,  M.Araz,  Z.Yaqub  haq-
qında  yazdığı  əsərlərində  müəllif müasir Azərbaycan  poeziyasının 


Ədəbi axtarışlar və tədris 
 
 
367 
müxt
əlif nümayəndələrinin fərdi yaradıcılıq üslubunu üzə çıxarmaqla 
işini  bitmiş  hesab  etmir,  eyni  zamanda  milli  ədəbi-tarixi prosesin 
daxili  qanunauyğunluğunu,  yaradıcılıq  dinamikasını,  bədii 
t
əfəkkürün milli xarakterini də üzə çıxarır. Şübhəsiz ki, bütün bunlar 
Ə.Xəlilovun bir ədəbiyyatşünas  alim  kimi  simasını,  şəxsiyyətini 

əyyənləşdirir və onun ədəbiyyat tariximizdəki xidmətlərini aşkar 
edir. 
1961-ci ild
ə  BDU-nun filologiya fakültəsinə  daxil olan, 
1966-
cı  ildə  AMEA-nın  Nizami  adına  Ədəbiyyat  İnstitutunun 
aspiranturasını  bitirən alim 1971-ci ildən taleyini BDU-nin “Rus 
ədəbiyyatı  tarixi”  kafedrasına  bağlamış,  hal-hazırda  isə  “Dünya 
ədəbiyyatı” kafedrasının professorudur. 
Əmirxan müəllim dərin düşüncəli, yaradıcı pedaqoq kimi 
Sumqayıt Dövlət Universitetinin tələbələrinin də sevimlisidir. O, eyni 
zamanda SDU-nun “ Xarici ölk
ələr  ədəbiyyatı”  kafedrasında  dərs 
deyir. Oxuduğu mühazirələr elmi-nəzəri səviyyəsi, faktların zəngin-
liyi baxımından da fərqlənir. Onun aydın və səlis nitq qabiliyyəti ilə 

əllimlik peşəsinə vurğunluğunun vəhdət təşkil etməsi dinləyicini 
valeh  edir,  düşündürür.  Biz  də  vaxtilə  bu qaynar mənbədən 
b
əhrələnmiş,  elm  və  müəllimlik  peşəsinin incəliklərini ondan 
öyr
ənmiş  və  öyrənirik. Digər tərəfdən  Əmirxan  müəllimin 
filologiya fakült
əsinin formalaşmasında göstərdiyi əməyi də xüsusi 
qeyd etm
ək lazımdır. 
Əmirxan müəllimə  elmi-pedaqoji fəaliyyətində  uğurlar, 
uzun ömür, can
sağlığı arzulayırıq. 
 
H
əmmüəllif: Aslan Bayramov-SDU-nun  
filologiya fakült
əsinin dekanı 
 
“Şaman” qəzeti, 27 avqust, 2007-ci il 
 
 
 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə