Yusif Aslanov


Ədəbi axtarışlar və tədris



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə119/129
tarix05.10.2017
ölçüsü2,89 Kb.
#3329
1   ...   115   116   117   118   119   120   121   122   ...   129

Ədəbi axtarışlar və tədris 
 
 
359 
qanunları əsasında yenidən qurmasına düzgün istiqamət verir. Onun 
poeziyasında  Vətənə  bağlılıq,  qüdrətli  türk  dünyasının  gələcəyinə 
böyük inam, sevgi vardır: 
 
Türk oğlu sözündən dönməz, 
M
əhv olur da sürüklənməz. 
 
Lirik  şeirlərində  Azərbaycan  –  türk  oğlunun  şərəf və 
şanından  iftixarla  danışıb,  bütün  türk  dünyasını,  soyunu,  yurd  və 
yuvasını dərindən tanımağa, Altay dağı, Mahan çölü, Yasin obası 
v
ə s. ərazilərdə yaşayan türkdilli xalqları sıx birliyə çağırırdı. Onun 
“Qoca bir türkün v
əsiyyəti”  şeirində  verilmiş  ideyalar  milli 
xüsusiyy
ətləri ilə  yanaşı,  ümumbəşəri  əhəmiyyətə  malikdir. Bu 
şeirdə H.Cavid xalqın istəyini, arzusunu yerinə yetirir, gözəl həyat 
qurmağın  yollarını  öyrədir:  “İnsan  oğlu  sevgi  için  yaratılmış, 
doğulmuşdur;  Yer  üzünü  qardaş  bilin,  insan  qanı  tökməyin; 
Kims
əyə kin bağlamayın, igit olun, mərd olun; Hər kəslə həmdərd 
olun,  qırıq  könülləri  yapın,  buraxmayın  sızlasın;  Tanrı  həqdir, 
doğru  yoldan  şaşmayın,  yaltaqlığa  irmənməyin, kibrə  heç 
yanaşmayın;  Aslan  kibi  cəsur olun,  zalımları,  cəlladları  çignəyin, 
heç qorxmayın; türk milləti görülməmiş boyun büksün, yalvarsın;  
Namus, vicdan insanlarda iki böyük qardaşdır. Türk eli həp o hiss 
için  doğmuş,  onunla  yaşar”.  Belə  gözəl ülvi hisslər “Sevinmə, 
gülm
ə, quzum” şeirində də poetik ifadəsini tapır: 
 
Sevinm
ə, gülmə, quzum,  
kims
ənin fəlakətinə, 
Bu hal, 
əvət, eyi bir şey deyil,  
sevinm
ə, saqın! 
Sevinm
ə başqasının hali-pürsəfalətinə, 
Toxunma q
əlbinə bikəslərin, zavallıların. 
 


Yusif Aslanov 
 
 
360 
Bu n
əsihətamiz, humanist fikirlər, milləti birliyə, tərəqqiyə 
s
əsləyən  düşüncələr görkəmli  bir  pedaqoqun,  xalqın  acı  taleyinə 
şam kimi əriyən gözəl insanın ürəyinin dərinliyindən gəlirdi: 
 
Bir mill
ət öz kökü üstə bitər, böyür, yüksəlir
Köksüz ağac çapuq çürür, çiçək açmaz, bar verməz. 
 
H.Cavidin dram 
əsərlərində olduğu kimi, ilk şeirlərində də 
anaya, ataya, mü
əllimə, ümumiyyətlə, bütün insanlara böyük bir 
m
əhəbbət, sevgi duyulur. “Qız məktəbində” şeirində verilmiş bəşəri 
hissl
ər, düşüncələr elə bil gənc Cavidin deyil, saçını elm yolunda 
ağartmış  elmli,  bilikli,  ağsaqqal,  məşhur  bir  filosofun  müdrik 
k
əlamlarıdır: 
 

Ən çox sevdiyim ilkin 
O Allah ki, yeri-
göyü, insanları xəlq eylər. 
- Sonra kiml
ər? 
- Sonra onun gönd
ərdiyi elçilər. 

Başqa sevdiklərin nasıl, yoxmu?  
- Var... 
- Kimdir onlar? 
Anam, babam, mü
əlliməm, bir də bütün insanlar... 
 
Bu misralar bir daha t
əsdiq edir ki, H.Cavid yaradıcılığında 
t
əlim-tərbiyə  haqqında  maraqlı  fikirlər ümumiləşdirilmiş,  obrazlı 
dill
ə bədii ifadəsini tapmışdır.  
H.Cavid x
əyal və həqiqət arasında bir yaxınlıq görür, bədii 
yaradıcılıq axtarışlarında da bu ideyanı açmağa çalışırdı. Bu fikirlər 
daha  çox  insanların  kamillik  zirvəsinə  yüksəlməsi və 
m
ənəviyyatında gizlənmiş naqis hiss və duyğuların düzgün tərbiyə 
vasit
əsilə  aradan götürülməsi ilə  bağlı  yaranırdı.  O,  həmişə  iki 
böyük  inam  uğrunda  yazıb-yaradırdı: birincisi, hər  hansı bir ilahi 
qüvv
əyə, “yeri-göyü,  insanları  xəlq eyləyən”ə  güclü  vurğunluq; 
ikincisi, insana sonsuz m
əhəbbət, istəkdir:  


Ədəbi axtarışlar və tədris 
 
 
361 
H
ər qulun cahanda bir pənahı var, 
H
ər əhli-halın bir qibləgahı var. 
 
H
ər kəsin bir eşqi, bir Allahı var, 
M
ənim Tanrım gözəllikdir, sevgidir. 
 
Cavid h
əyatdan  yazır,  xalqın  taleyini  düşünür  və  məkana 
sığmayan  ideyalarla  zamanı  qabaqlayırdı.  O,  elmə, marifə, 
m
ədəniyyətə yüksək qiymət verən Nizami, Nəsimi, Xətayi, Füzuli, 
Vaqif, M.F.Axundov v
ə  başqalarının  təmsil etdiyi ədəbiyyatı 
z
ənginləşdirirdi. Xalq şairi Bəxtiyar Vahabzadənin sözləri ilə desək 
“XX 
əsrdən irəli boylanmazdan əvvəl XX əsrdən arxaya da 
baxmışdı  və  ürəyindən, qələmindən qopan hər  sözü  keçmişlə 
g
ələcəyin təmas nöqtəsindən hüdudsuz, nəhayətsiz zamanın məhək 
daşına çəkirdi”. O, xalqa böyük bir həqiqəti açırdı: 
 
Turana qılıncdan daha kəskin qüvvət, 
Yalnız mədəniyyət, mədəniyyət, 
m
ədəniyyət... 
 
H.Cavidin lirik şeirləri, poetik düşüncələri “Keçmiş günlər” 
(13  şeir)  (1913),  “Bahar  şəbnəmləri” (37  şeir)  (1917),  “Müxtəlif 
şeirlər” (10 şeir, 4 qəzəl), “Mənim tanrım gözəllikdir” (əsərlərindən 
seçm
ə  nümunələr  verilmişdir),  “Azər”  poeması  və  mənzum 
pyesl
ərində toplanmışdır. 
H.Cavid lirik yaradıcılığa görkəmli pedaqoq M.T.Sidqinin 
(1854-1903)  “M
əktəbi-tərbiyə”sinə  daxil olduqdan (1896) sonra 
başlamışdır. “Gülçin” və “Salik” təxəllüsü ilə Azərbaycan və fars 
dill
ərində şeirlər yazmışdır.  
H.Cavid yaradıcılığını dərindən təhlil edən Məsud Əlioğlu 
şairin  lirikasını  məzmununa və  bədii sənətkarlıq  xüsusiyyətlərinə 
gör
ə üç hissəyə ayırır: Xəyal və həqiqət; lirik qəhrəman və həyat
ideal v
ə  varlıq.  Şairin  lirikası  haqqında  geniş  və  dəyərli tədqiqat 
m
ərhum akademik M.Cəfərin “Hüseyn Cavid” monoqrafiyasıdır. 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə