Yusifov E. F., Hacıyev V. C



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə12/42
tarix24.10.2017
ölçüsü2,82 Kb.
#6499
1   ...   8   9   10   11   12   13   14   15   ...   42

 
36 
Cədvəl 5 
 
 
Əsas aqroiqlim göstəriciləri 
 
hududlar 
Havanın 0
0
C-dən yuxarı orta sutkalıq temperaturlarının 
cəmi, 
0

2800-
5200 
Havanın 5
0
C-dən yuxarı orta sutkalıq temperaturlarının 
cəmi, 
0

2500-
5000 
Havanın 10
0
C-dən yuxarı orta sutkalıq temperaturlarının 
cəmi, 
0
C
 
2000-
4500 
Havanın 15
0
C-dən yuxarı orta sutkalıq temperaturlarının 
cəmi, 
0

2400-
3600 
Havanın orta sutkalıq temperaturunun 0
0
C-dən yuxarı 
olan günlərinin sayı, gün 
300-350 
Havanın orta sutkalıq temperaturunun 5
0
C-dən yuxarı 
olan günlərinin sayı, gün 
180-300 
Havanın orta sutkalıq temperaturunun 10
0
C-dən yuxarı 
olan günlərinin sayı, gün 
120-210 
Havanın orta sutkalıq temperaturunun 15
0
C-dən yuxarı 
olan günlərinin sayı, gün 
50-175 
Ən soyuq ayda (yanvarda) havanın orta temperaturu, 
0

(-2.5), -3 
Ən isti ayda (iyulda) havanın orta temperaturu, 
0
C,  
10-24 
Havanın temperaturunun 
0
C-dən aşağı olan dövrünün 
uzunluğu, günlər 
10-100 
 
Subtropik  qurşağın  şimal  hüdudlarında  qış  mövsümünün  termik 
şəraitinin təhlili göstərir ki, Azərbaycan ərazisi Qərbi Gürcüstanın çox 
yumşaq  qışı  ilə  Orta  Asiyanın  mülayim  soyuq  qışı  arasında  orta 
mövqe  tutur.  Qış  mövsümünün  sərtliyi  ən  soyuq  ayın  orta 
temperaturundan asılı olaraq aşağıdakı dərəcələrə bölünür: 

 
həddən çox yumşaq, 5 –2.5 
0
C; 

 
çox yumşaq, 2.5 – 0 
0
C; 

 
yumşaq, 0 – (-5)
 0
C; 

 
mülayim, (-5) – (-10)
 0
C; 

 
mülayim soyuq, (-10) – (-15)
 0
C. 
Biosfer  rezervatın  yerləşdiyi  ərazi  qışı  «çox  yumşaq»  keçən 
yarımtipə  daxildir.  Növbəti  cədvəldə  Talış  dağlarında  qar  örtüyünün 


 
37 
ən  böyük  orta  ongünlük  qalınlıqlarının  hündürlükdən  asılılığı 
verilmişdir: 
 
Cədvəl 6 
Hündürlük, m 
300 
600 
900 
1200 
1500 
1800 
Qalınlıq, sm 
17 
20 
24 
29 
30 
24 
 
Növbəti cədvəl isə şaxtasız dövrün davamiyyət günləri verilmişdir: 
Cədvəl 7 
Hündürlük, m 
500 
1000 
1500 
2000 
2500 
Davamiyyət, gün  235 
215 
190 
156 

 
 
Aşağıdakı cədvəldə küləyin orta sürətinin dəniz səviyyəsindən olan 
hündürlükdən asılılığı verilmişdir. 
Cədvəl 8 
Hündürlük, m 
1000  1200  1400  1600  1800  2000  2200  2400 
Küləyin 
sürəti, 
m/san 
2.0  1.9  1.9  1.9  2.0  2.1  2.2  2.4 
 
Külək  recimi  hava  kütlələrinin  insan  boyu  səviyyəsində  insan 
orqanizminə təsiri  ilə  bağlıdır.  Bununla əlaqədar olaraq  külək  şəraiti 
aşağıdakı dərəcələrə bölünür: 

 
aerostatik – sakit hava (küləyin sürəti v=0 m/san); 

 
zəif dinamik (v<1 m/san); 

 
orta dinamik (v=1-4 m/san); 

 
güclü dinamik (v>4 m/san) 
Küləyin  sürəti  7  m/san-dən  yüksək  olan  yerlərin  rekreasiya 
potensialı zəifdir. Göründüyü kimi biosfer ərazidə küləyin sürəti orta 
və zəif dinamik dərəcədə olaraq rekreasiya üçün əlavə əlverişli şərait 
yaradır. 
Yekun  olaraq  onu  qeyd  etmək  olar  ki,  cədvəllərdən  göründüyü 
kimi  ərazi  optimal  insolyasiya  reciminə,  qış  və  yay  rekreasiya 
mövsümü  potensialına,  əlverişli  külək,  termik,  yağıntı,  rütubət 
recimlərinə  malik  olduğundan  ərazi  yüksək  rekreasiya  potensialına 
malikdir. 


 
38 
II BÖLMƏ  
 
Ərazinin flora biomüxtəlifliyi 
 
Hirkan  Biosfer  Rezervatı  Respublikanın  cənubunda  3  inzibati 
rayonun  ərazisində  yerləşməklə,  sahəsi  195-200  km
2
-dir.  Biosfer 
rezervatın  96,8%-ni  dağlar,  dərələr,  dərə  yarıqları  təşkil  edir.  Dəniz 
kənarından,  yəni  litoral  mühitlərdən  başlayaraq  üfüqi  zonallıqla  – 
yüksək  dağlarla  qovuşan  bu  ərazinin  flora  zənginliyi,  bitkilik 
örtüyünün  rəngarəngliyi,  onun  fiziki-coğrafi  və  təbii  tarixi  şəraitinin 
qədimliyi  və  müxtəlif  olmasıdır.  Ərazi  Respublikanın  başqa  qonşu 
regionlarının  bitki  örtüyünə  bənzəmir.  Burada  üçüncü  dövrlərdən 
sonra buzlaşma erası yan keçdiyindən təbiət bu ərazidə milyon illərin 
yadigarlarını  –  relikt  dendroloji  biomüxtəlifliyi  qoruyub  saxlaya 
bilmişdir.  Mütəxəssislər  Buzlaşma  dövrünün  Üçüncü  dövr  Talış 
meşələrinə təsir etməməsinin əsas səbəbini Xəzər dənizində görürlər. 
Bu  konsepsiyaya  əsasən  Üçüncü  dövr  meşələri  daxili  səbəbdən 
salamat qalmışdır: Xəzərin cənub hissəsinin daha dərin olması (1098 
m)  yay  istisinin  iri  su  həcmində  toplanaraq  temperaturun  mövsüm 
qradientinin mülayimləşməsinə səbəb olmuşdur. 
Müxtəlif  tərkiblərdə  formalaşmış  bu  relikt  meşəliklər  zaman-
zaman,  şüurlu  və  şüursuz  olaraq  məhv  edilmişdir.  Yalnız  XIX-XX 
əsrlərdə, xüsusilə XX əsrin əvvəllərində Avropa alimlərinin bu regiona 
axınının  nəticəsi  bu  mənfi  tendensiyanı  bir  qədər  soyutmuşdur. 
Avropa  alimlərinin  1800-1900  ildən  bəri  regiona  axını  nəticəsində 
botanika  elminin  yüzlərcə  yeni-yeni  bitkilərinin  aşkar  edilməsi  buna 
sübutdur. 
A.A.Lomakin  (1894, 1895, 1897), Y.S.Medvedyev  (1882, 1902, 
1909) və onlarla başqalarının regiona ekspedisiyaları meşə qırıntısının 
qarşısını  ala  bildi.  Əvvəldə  qeyd  edildiyi  kimi,  Qafqaz  florasının  ən 
görkəmli  alimlərindən  akad.  A.A.Qrossheym  1912-1918-ci  illərdə  bu 
regiona  12  dəfə  botaniki  ekskursiya  etmiş,  öz  tələbələri  ilə  birlikdə 
yüzlərcə yeni bitki növləri aşkar etmişdir. 
Ədəbiyyat  siyahısından  görünür  ki,  keçmiş  əsrlərdə  Avropa 
botaniklərinin  bu  regiona  maraqları  çox  böyük  olmuş,  onlar  öz 
əsərlərində  Talış  florasının  bitki  örtüyünə  aid  yüzlərcə  elmi  əsərlər 
yazmışlar.  Bu  zəngin  relikt  cinslər  dünya  «Qırmızı  kitab»ına 
salınmışdır. Bunların bir çoxu dünyanın müxtəlif botanika bağlarında 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə